Sunday, 30 September 2018

Uşaqların içindəki yerlini öldürən Kanada


Ağ adamın Amerika qitəsindəki qəzəbindən Kanada yerliləri də nəsibini almışdı. Qətliamlar işə yaramayınca qızıldərili mədəniyyətini və kimliyini ortadan qaldırmaq məqsədi ilə “Yerliləri uşaqkən yox edin!” prinsipi istiqamətində 1840-1996-cı illər arasında dövlət yerli uşaqları ailələrindən zorla qopararaq kilsənin himayəsindəki internat məktəblərində oxumağa məcbur etdi. 150 illik bu prosesdə yaşları 4 ilə 18 arasında dəyişən 150 mindən çox yerli uşaq sistemli assimilyasiyaya, təzyiq və təcavüzə məruz qalmış, mənfi şərtlər səbəbi ilə 6 min civarında yerli şagird həyatını itirmişdi.

Kilsə məktəbləri zamanla ölüm düşərgələrinə çevrildi. “Kanada toplumuna adaptasiya edilməsi” adı altında sistematik şəkildə mədəni və fiziki şiddətə məruz qaldılar. Zorla xristianlaşdırılan yerli uşaqların adları dəyişdirildi,  ana dillərində danışmağa qadağa qoyuldu, mədəni kimliklərini işarə edəcək hər şey qadağan olundu. Qısırlaşdırıldılar, cinsi təcavüz nəticəsində hamilə qalan qızların körpələri öldürüldü. Almaniyadan gələn nasist həkimləri vasitəçiliyi ilə üzərlərində təcrübələr aparıldı. Qəsdən mikroblar bulaşdırıldı. Tez-tez çıxan yanğınlar səbəbi ilə bəziləri can verdi. Cürbəcür işgəncələrə məruz qaldılar: Qırmanc, at kəməri, vintli metal kəmər və kiylə döyülmək, elektrik şokunun verilməsi, qış soyuğunda çöldə yatmaq bunlardan sadəcə bir neçəsidir.

Kanadanın ilk prezidenti Con A. MakDonaldın tərifi ilə “uşağın içindəki yerlini öldürmək” məqsədi ilə qurulan bu məktəblərdə yerli uşaqlar illərlə ailələrini görmədən, çox zaman öz güclərinin üstündə fiziki işlərə zorlanmış, ac və susuz buraxılmış, çoxu rahib və rahibələr olan müəllimlər tərəfindən irəli dərəcədə cinsi və psixoloji istismara uğramışdılar.

Gigiyenik olmayan şərtlər ucbatından bir çox uşaq epidemik xəstəliklər ucbatından ölümə  tərk edilmiş, bir çox şagird bəzi tibbi təcrübələrdə dəniz donuzu olaraq istifadə edilmişdi. Bu şəkildə “yerli problemin”dən qurtulacağına inanan Kanada on illər boyunca yerlilliyə müalicə edilməsi lazım olan xəstəlik kimi yaxınlaşmışdı.

Sonuncusu 1996-cı ildə qapadılan, ölkə miqyasında sayı 132-i olan internat məktəblərinə uşaqlarını göndərmək istəməyən ailələr dövlət tərəfindən həbs cəzası daxil olmaq üzrə dəyişik üsullarla cəzalandırılmış, uşaqlar bu proses boyunca “əhliləşdirilməsi lazım olan yabanı” rəftarı görmüş, həyata keçirilən zorakı üsullarla uşaqlar dini inanc, mədəniyyət və ənənələrdən uzaqlaşdırılaraq “yaxşı xristian bəyaz”a döndürülməyə çalışılmışdılar.

Məktəblərdən məzun olan şagirdlər həyatlarının geri qalanında çox gənc yaşdan etibarən məruz buraxıldıqları bu sistematik şiddət və alçalmanın təsirlərinin yaşamışdılar. Unutduqları dil və mədəniyyətləri üzündən geri qayıtdıqları qəbilələrində böyük adaptasiya problemləri ilə qarşılaşmışdılar və bu prosesdə kimliksizləşdirilmişdilər.

Təsirləri bu gün hələ çox dərin şəkildə hiss edilən bu travmaların yol açdığı psixoloji və fiziki xəstəliklər, narkotik və içki asılılığı, şiddətə və intihara meylli, ailə və iş həyatına adaptasiya çətinliyi kimi problemlər bu gün Kanada yerli toplumunun böyük problemlər olaraq varlığını sürdürməyə davam edir.

Bu barbarlığı uzun müddət saxlamağı bacaran Kanada dövləti gerçəklərin ortaya çıxması nəticəsində 2008-ci ildə Stiven Harper (baş nazir) vasitəçiliyi ilə yerli xalqdan üzr istəmişdi. Amma bu, heç asan olmamışdı. İnternat məktəblərindəki vəhşətin ortaya çıxmasında Kevin Daniel Annetin əməyi çox böyükdür.

Yerli soyqırımını üzə çıxardan, özü də kanadalı keçmiş keşiş olan Kevin Daniel Annetun sırf bu üzdən başına gəlməyən qalmadı. Tarixindən adətən silən, hər uç verişində örtmək üçün hər cür yolu sınayan Kanada Kevin Annetə, deyim yerindədirsə, kabus yaşatdı.  

Kanadada kilsələr və digər dövlət orqanlarının qızıldərililərə qarşı sistemli işlənən cinayətləri və soyqırımları açığa çıxaran Kevin Annett Kanada Birləşmş Kilsəsinin keçmiş keşişidir. Törədilən soyqırımı gün üzünə çıxartmaq üçün  uzun illər mübarizə aparan Kevin Annett dəfələrlə əngəlləndi. Sırf insanlıq cinayətini cəsurca dünyaya eşitdirməyə çalışdığı üçün başına gəlməyən qalmadı. 


Keşişliyə başladığı günlərdə Kevinin diqqətini çəkən “kilsələrdə heç bir yerlinin olmaması” ağlına sual işarələrini gətirdi. Niyə belə olduğunu çözməyə və yerli kilsə üzvləri ilə daha aktiv olaraq əlaqələr qurmağa qərar verdi. Hər şey o zaman başladı. Öncə bilinməyən yerlərdən təhdidlər idi. O, bu mövzunun üzərinə əyildikcə müxtəlif əngəllər çıxarılmağa başlandı. 1996-cı ildə Birləşmiş Kilsə Kevin Annetti kilsə xidmətindən əbədi olaraq məhrum etmək üçün istintaqa başlatdı. Kevin eyni dönəmdə ailəsi və yuvasının dağıdılığına şahid oldu. Belə ki, yoldaşının da rizası olmamasına rəğmən zorla boşandırıldı. Kilsəyə qarşı etdiyi ittihamlar nəticəsi “dəli oldu” iftirası atılaraq ağıl xəstəxanasına qapadıldı, daha da pisi bu prosesdə Birləşmiş Kilsə vəkilləri tərəfindən başladılıb maliyyələşdirilən məhkəmədə uşaqlarını itirdi.

Bütün təzyiqlərə rəğmən mübarizəsindən və inandığı həqiqətlərdən vaz keçməyən Kevin Annett tapıntılarını kitablaşdırmağa qərar verdi. Kanadadakı internat məktəb istismari ilə bağlı 3 kitab yazdı.  “Hidden from History: The Canadian Holocaust" adıyla 2001 və 2005-ci illərdə nəşr olundu. Büyük ölçüdə güncəllənmiş olan 2011-ci il  nəşrinin adını isə "Hidden No Longer" olaraq dəyişdirdi. İkinci olaraq "Love and Death in the Valley" adlı kitabını 2002-ci ildə nəşr etdi. 2006-c ildə Kevin soyqırımla bağlı "Unrepentant Kevin Annett and Canada's Genocide" adında sənədli film çəkdi. Bu sənədli film 2006-ci ildə “Nyu-York Beynəlxalq Müstəqil Film-Video Festivalı”nda "Ən yaxşı rejissor” mükafatını qazandı. Ayrıca bu sənədli filmi internete yüklədi və bir ildə 500 mindən artıq hit aldı. Üçüncü kitabını isə 2011-ci ildə "Unrepentant: Disrobing the Emperor" adıyla nəşr etdi.

Kevin Annettin gerçəkləri ortaya çıxarmaq və ədalətin yerini tapması üçün apardığı mübarizə sadəcə Kanadada deyil, ölkə xaricində də səs gətirdi. Kevinin qurduğu “İtkinlərin dost və qohumları” adlı qrup kilsənin işgəncələrinə məruz qalan bütün qurbanları birləşdirəcək “Kilsə və dövlət cinayətləri beynəlxalq məhkəməsi” adında beynəlxalq koalisiya quracaqlarını bəyan etdi. İrlandiya, ABŞ, Avstraliya, Tayland və İngiltərədən bu komissiyaya çox böyük qatılış oldu, amma eyni dönəmdə qrupun 6 üzvü anidən öldü. Ölənlər arasında Vankuverdəki Roma Katolik Kilsəsinə ittihamlar yürüdən 2 nəfər də vardı. Ölüm hesabatları 5 ay sonra yayımlandı və hesabatda yer alan ölüm səbəbi toksikoloji hesabatla uyuşmurdu.

2010-cu ildə Kevinin hökümət fondlu "Co-op Radio"dakı 6 illik “Hidden from History” adlı proqramı 9 avqustda heç bir səbəb olmadan yayımdan qaldırıldı. 29 may 2011-ci ildə kilsə və dövlət tərəfindən uşaq ticarəti ilə bağlı mitinqdə danışıq aparmaq üçün Londona gedəcəkdi, amma onun Stansted aeroportundan İngiltərəyə giriş etməsinə icazə verilmədi. İctimaiyyətə edilən tək açıqlama Birləşmiş Krallıq ziyarətçiləri üçün ictimai konfransı verməyin uyğun hərəkət olmadığı idi. Kevin Annett Kanadada işlənən soyqırımla bağlı çalışmalarına davam edir.

0 comments :

Post a Comment