Hindistan tarixi deyildiyində ağlımıza ilk gələn
mövzulardan biri olan kasta sistemi 1975-ci ildə qaldırıldı, amma Bollivud
filmlərində də sıx-sıx rastlaşdığımız kimi hələ ölkənin qırsal kəsimlərində həyata
keçirilir.
Kasta sistemi endoqamiya (qohum evliliyi) əsasına
görə xarakterizə edilən sosial təbəqələmənin bir formasıdır. "Kasta” termini
portuqalca olub “saf soy” anlamındadır və təbəqə ayrılıqlarına dayanır. Kasta sistemini özü etibarı ilə “Varna” və “Cati”olaraq
ikiyə ayıra bilərik. Varna kastanın ən üst 4 təbəqəsini ifadə edir (Brahman,
Kşatri, Vayşi, Şudra). Varna insanların toplumun hansı təbəqəsində olduğunu müəyyənləşdirərkən
Cati isə insanların necə həyat tərzi yaşamağa müqəddər olduğunu, hansı peşəylə
məşğul olacağını, necə bir hüquqa və ictimai nizama tabe olacaqlarını müəyyənləşdirən
ikinci faktordur. Kasta içərisində “yüksəklik
və əsalət” baxımından “pilləli” bir zəncir söz mövzusudur. Maraqlı olan bir
durum isə bu sistem içərisində “zənginliyə” dayalı bir ayrımın olmamasıdır. Yəni
bir insan doğumundan ölümünə qədər eyni kasta içərisində yer alır.
Kasta sistemini ayaqda tutan ən önəmli faktor “Varna” təlimidir.
Bu təlim bütün insanların anadangəlmə 4 kastaya ayrıldığını müdafiə edir:
Brahmanlar (Din adamları)
Brahmanlar ən yüksək təbəqəni təmsil edirlər. Öz müqəddəs
kitabları olan “Veda”ları (hindlilərin Tanrılarına xitabən söylədiyi dua və
yalvarışlardan ibarət müqəddəs şeirləri) incələmək, şərh etmək, öz dinlərinin təlim
və təhsil işləri ilə məşğul olan şəxslərdir. 30-35 il sonra inzivaya çəkilib
özlərini fəlsəfi və dini düşüncələrə verirlər. Brahmanların qurban ayinlərini
idarə etmək, müqəddəs mətnləri oxumaq və dini ayinləri icra etmək kimi vəzifələri
var.
Kşatrilər (Zədagən və əsgərlər)
Kşatri kastası önəmli əsgər və zədagənlərdən
ibarətdir. Brahman dininə görə kşatri kastası brahman kastasının himayəsi olmadan
rifah və xoşbəxtliyi tapa bilməz. Brahmanlar da kşatrilər olmadan yüksələ bilməzlər.
Bütün böyük zabitlər, komandirlər və zədagənlər bu kastadan çıxır.
Vayşilər (Tacirlər, əsnaflar və
fermerlər)
Vayşi ticarət və ziraətlə məşğul
olan kastadır. Bütün istehsal işlərinə cavabdehdirlər. Ticarət və ziraətlə məşğul
olmaq, sədəqə vermək, müqəddəs kitabları oxumaq vəzifələridir. Əsasən orta
hallı tacirlərdir.
Şudralar (İşçilər)
Ən ağır işləri görməyə
cavabdeh olan və özündən yuxarıda olan üst kasta mənsubları üçün işləmək
zorunda olan kastadır. Bu kastadakı insanlar haqlarından yoxsuldurlar və “kölə”
olaraq təbir edilirlər. Bu kastaya qarşı yüksək kastalardan din adına edilən hər
cür zülm qanuni sayılır. Əsasən kəndlilərdən ibarət təbəqədir.
Pariyalar (Toxunulmazlar)
İnsanlığın ən aşağı kastası olaraq qəbul edilən pariyalar kastalaar içində yer belə almır. Fiziki
anlamda toxunulmamalı şəxslər olaraq qəbul edilirlər. Buna görə pariyalara “toxunulmazlar”
da deyilməkdədir. Hinduların müqəddəs mətni olan “Manu qanunları”na görə
kastaya belə alınmayan bu insanlara “pariya” deyilməkdə və insanlar hüquqi
anlamda da tanınmamaqdadırlar. Sosial həyatda özlərinə bir çox qadağalar var.
Manu qanunlarına görə
pariyalar;
-kənd və qəsəbə xarincdə
olmalıdırlar,
-gecələri şəhər və kənddə gəzə
bilməzlər,
-gündüzləri şəhərlərdə özlərini
pariya olduğunu göstərən simvol və s. şeylərlə gəzməlidirlər,
-sadəcə ölülərdən geriyə qalan
geyimləri geyinə bilərlər,
-eşşək və itdən başqa
heyvanlara sahib ola bilməzlər,
-kasta sistemi içərisində yer
alan heç kimə toxuna bilməzlər,
-yetimlərin cənazələrini
qaldımağa cavabdehdirlər,
-kastalarda yer alan şəxslərin
etmək istəmədiyi pis işləri etməyə cavabdehdirlər.
Qərb dünyasının “dalitlər”
olaraq adlandırdığı pariyalar Hindistanda olduqca çoxdur. Hindistanın
qurucu lideri Qandinin pariyaların həyat şərtlərini yaxşılaşdırmaq üçün 21
günlük şəxsi təmizlik orucu tutduğu bilinir. Zatən Qandinin cəhdi il hind höküməti
pariya statusunu yıxmışdı.
Kasta sistemi haqqında önəmli
məlumat və qadağalar:
-Bir
hindu özündən aşağı kastada olan biri ilə yemək yeyə bilmə, zatən aşağı
kastanın bişirdiyi yeməyi yeməsi də qadağandır. Bu səbəblə varlı hindlilər yeməyini
hər kəsin yeyə bildiyi brahman sinfindən aşbaz tutarlar.
-Yuxarı kastalardan və ya öz kastasından
birini öldürən hər kimsə edam cəzası alır. Aşağı sinifdən birini öldürən şəxs
isə edam cəzası almır.
- Brahmanlar
4, kşatrilər 3, vayşilər 2, şudralar 1 qadınla evlənə bilərlər. Kastalar arası
evlilik qadağandır.
-Yoldaşı ölən qadının təkrar evlənməsi bütün
kastalardan qadağandır.
- Kasta qanunlarına uymayanlara verilən ən
böyük cəza kastadan çıxarılmalarıdır. Bu da toplumdan təcrid edilmə anlamına gəlir.
Kastadan atılan şəxsin kastaya təkrar alınması çətindir, amma bəzi şərtləri
yerinə yetirərsə, təkrar alına bilər.
-Peşələr atadan oğula keçir.
Hindu inancına görə ruhlar daha öncəki həyatlarında etdiklərindən dolayı mükafatlandırılır
ya da cəzalandırılır. İnanc ruhları tanrıvari qurum olaraq göstərdiyi üçün
sistem inananlar üçün haqlı və məntiqli görülə billər. Əsrlər boyu davam edən
kasta sistemində insanlar bir-birlərinə təpədən baxaraq özlərini məmnun edirlər. Bu durum kasta
sisteminn ən önəmli psixoloji özəlliyi olaraq göstərilir. Pariyalar da bir
sonrakı həyatlarnda daha yaxşı həyat sürəcəklərinə və daha yuxarı təbəqələrdə olacaqlarına
inandıqları üçün bu durumu qəbullanırlar. Əlbəttə, bu sistemin günümüzə qədər gələ
bilməsində bir çox səbəb söz mövzusudur. Amma insanların eyni kasta içərisində
evlənmələri və bir-birlərinə bağlı olmaları bu sistemin günümüzə qədər gəlməsindəki
ən böyük faktordur.
Hindistanda kasta sistemi 1975-ci ildə
çıxarılan qanunla qaldırılmışdı. Zamanla bu sistem öz içində bəzi çözülmələr
yaşasa da,qırsal kəsimlərdə davam etdiyi bilinməkdədir. Şəhərlərdə yaşayan
insanların bu sistemə artıq tam anlamıyla bağlılığı olmasa da, evlilik və yemək
adətləri baxımından bu sistemə bağlılığı bilinməkdədir. Ayrıca bəzi siyasi
partiyaların seçkilərdə hər hansı kastanın dəstəyini almaq üçün çabaladıqlarını qeyd olunmalıdır.
0 comments :
Post a Comment