Samuraylar
və nindzalar işıq və qaranlıq qədər fərqli görünsələr də, bu 2 ölümcül döyüşçü
klanının mənşələrinin bir qadın qılığında ikən 2 düşmənini öldürən “Yaponiya
şahzadəsi Yamato”nun hekayəsinə əsaslandığına inanılmaqdadır. Həm şahzadə
Yamatonun hərəkətlərinə onların döyüşçü yollarını bağlayır. Hər ikisi də döyüş yollarını
şahzadə Yamatonun hərəkətlərinə söykəndirməkdədir.
Samuraylar
Orta Əsr Yaponiyasında böyük döyüşçülər olaraq qəbul edilirdi. Samuraylar ölkə miqyasında hörmətli yapon
ordusunun elit sinfi idi. Ən yüksək rütbəli sosial sinifdə yer almaqdaydılar.
Samuraylar mirasları ilə çox qürur duyardılar və rəqiblərinə meydan oxumadan
öncə klanlarının adını və soylarını elan edərdilər. Bir sıra möhkəm qaydalara
bağlı idilər və döyüş sənətində yaxşı öyrədilmişdilər.
Nindzalar isə
toplumdakıların qorxduqları və çəkindikləri qanun qaçaqları və ya pullu əsgərlərdir.
Nindza, ya da “Shinobi” yolunun siyasi rəqiblərin ehtiyaclarını yerinə gətirmək
üçün ortaya çıxdıqları düşünülməkdədir. Nindzalar öz şəxsiyyyətlərini gizlədir və
kölgələr içində yaşayırdılar. Müəyyən bir qiymət qarşılığında casusluq, sui-qəsd,
zəhərlənmə kimi işlər edirdilər, bütün bunlar samuraylar tərəfindən etik
olmayan və hətta utanc verici olaraq qəbul edilirdi.
GEYİM VƏ GÖRÜNÜŞ:
Samuraylar
döyüşçüdür və döyüşçü kimi geyinirdilər. Nindza geyimlərinə görə daha rəngli və
parlaq olsa da, samuray geyimlərinin hələ qaranlıq bir havası var. Ənənəvi kimononu əhatə edir, ancaq bunun
samuray versiyası öz yüksək sosial statuslarını simvollaşdırmaq üçün pambıq
yerinə ipəkdən hazırlanmışdı. Ümumilikdə çox parlaq və göstərişli rənglərdən
qaçınılmalıdır, ancaq bu durum samuraylar öz klanlarının rənglərini daşıdıqları
döyüşlər əsnasında dəyişmişdir. Döyüşlərdə samuraylar öz kimonolarının üzərinə
xüsusi hazırlanmış zireh geyinirdilər. Zirehlər çeviklik verəcək şəkildə çox
elastik və yüngül olması üçün hazırlanmışdır.
Nindzalar
“qaranlıq döyüşçüləri” olaraq qəbul edilirdi və bu, onların geyimlərinə əks
olunmuşdu. Gizlilik və partizan taktikaları ustası olan ninzalar bu işlərində
onları dəstəkləyən geyimləri mənimsəmişdilər. Sadəcə gözlərini açıqda buraxan
qara rəngli, bütün vücudu qapadan formalar geyinirdilər. Nindzalar nadir
hallarda hər hansısa bir zireh geyinərdilər və geyindikləri zireh hər zaman çox
yüngül olurdu.
DÖYÜŞ TEXNİKALARI:
Bütün
samurayların bacarıqlarının ən təməli olan qılınc sənətini öyrənmələri vacib
idi. Daha təcrübəli döyüşçülər oxçuluq və digər silahlardan istifadə kimi döyüş
sənətlərini də öyrənirdilər. Samurayların ən yüksək sinfindəkilər özlərini “Daito-Ryu
Aiki-jujutsu” sahəsində inkişaf etdirirdilər. “Daiko-Ryu Aiki-jujutsu” o
zamanlarda heç bir silah işlətmədən yumruq yumruğa edilən döyüş sənət
texnikasının ən yaxşı forması qəbul edilirdi.
Nindzalar
isə casusluq vəzifələrini tamamlamaq üçün döyüş sənətlərinin tamamilə yeni bir
formasını inkişaf etdirdilər. “Nincütsu” sürət və çeviklik mərkəzli sistematik
bir döyüş sənəti formasıdır və ninzaların bütün çətin və təhlükəli vəzifələri
yerinə yetirə bilmələrini təmin edirdi. Nindzaların gizli təbiəti səbəbi ilə bu
sənət haqqında bilinənlər çox azdır və çox az adam bunu tətbiq etməkdədir.
BAĞLILIQLARI:
Samuraylar
yapon ordusunun ən yüksək rütbəli zabitləri idi. Bağlılıqları federal
lordlarınadır. Buşido - samurayların məqsədləri üçün lazım gələrsə ölmələrini
müdafiə edir və yapon tarixi federal lordları və ledilərinin xidməti üçün
canlarını ortaya qoyan cəsur samuray hekayələri və əfsanələri ilə doludur.
Nindzalar
sadəcə klanlarına bağlıdır və pul əl dəyişdirdiyində klanın bağlılığı da dəyişi.
Belə bir sədaqət səthi görünsə də, digər klan üzvlərinin maraqları üçün ölümə
sinə gərən nindza əfsanələri illərdir məlumdur.
YAŞAM TƏRZLƏRİ:
Samurayların
möhkəm qaydaları var. Buna “Buşido”, ya da samuray yolu deyilir. “Bushido. The
Soul of Japan” əsərinin müəllifi Nitobe İnadzo Buşido’nu hər samurayın nəzərə
alması lazım olan etik və əxlaqi prinsiplərin kodu olaraq xarakterizə etməkdədir.
Kod böyük ölçüdə deyilməyən və yazılmayanları ehtiva edir. İllərdir sürən hərbi
təhsil və intizamın nəticəsidir. Buşido bir samurayı tərif edir və onun
qaydalarına tabe olmaqda müvəffəqiyyətsiz olanlar ağır şəkildə cəzalandırılır.
Buşidonun əxlaqi kodları arasında şərəf, cəsarət, sədaqət, özünə nəzarət kimi dəyərlər
var.
Digər
tərəfdən nindzaların idarə edən kodları yoxdur, onlar pullu əsgərlərdir. Yenə də
hələ insanlıq tarixindəki ən yaxşı döyüşçü irqlərindən biri olduqları söylənilir.
Nindzalar çalışqan, səbrli, yaradıcı, intizamlı və ağıllı idilər. Bu səbəblə
samurayların bəzi incə xüsusiyyətlərindən məhrum olsalar belə yenə də tarixə
adlarını yazdırmağı bacarmışdılar.
0 comments :
Post a Comment