Saturday, 18 June 2016

Sonuncu samuray


2003-cü ildə nümayişə girən və 4 nominasiyada “Oskar””a namizəd göstərilən Tom Kruz,  Ken Vatanabe, Hiroyuki Sanada, Uilyam Aterton kimi aktyorların rol aldığı “The Last Samurai” filmi o sıralar böyük maraq görmüşdü. Filmdə bəhsi keçən olaylar əslində Yaponiya tarixindən həqiqətən də olmuş olaydır. Eyni zamanda samuray sinfinin necə sonlandırılığı və samurayların son dəfə necə baş qaldırdıqlarına dair incə cizgi daşıyır.

Filmdə bəhsi keçən samuray fəlsəfəsinə dair fikirlər, imperatora göstərilən sədaqət, amerikalıların uzun illər xaricə qapalı həyat yaşayan Yaponiyaya gəmilərlə axın edərək yavaşdan Yaponiyanı mədəni və iqtisadi anlamda istismarı, atəşli silahları ölkə içində soxub iqtisadiyyatı qarışdıraraq samurayların ortadan qaldırılıb  yeni hökümətin qurulmasını istədikləri bir həqiqətdir.

Əsrlər boyunca Yaponiyaya hökm edən, liderlik edən samurayların sonu gələcəkdi. Bir zamanlar samuray dönəmi vardı və hər şeyin bir sonu vardı. Necə ki, gilas ağacının çiçəyi gün gəlib torpağa düşürsə, gilas çiçəyi həyatının sonuna gəlirsə, samurayların da sonu gəlmişdi. Amma bütün bunların nəticəsində möhtəşəm əsər olan “Heike Monogatari”dən belə bir alıntı ilə qarşı-qarşıya qalacaq və gerçəklik payı tapacaqdıq:
“Qürurlu insanlar əbədi yaşaya bilməz, onlar bir yaz gecəsi yuxusuna bənzəyərlər. Güclülər belə yox olacaqdı, eynən rüzgarın önünə qatdığı tozlar kimi.”


Yaponiya tarixində çox önəmli yerə sahib olan və bir növ yaponların atası sayılan samurayların ortadan qaldırılması Yaponiya tarixinin ən çox maraq çəkən səhnələrindən birinə səbəb olacaqdı. Bu nöqtədə reallaşan olaylar və son samurayların məşhur üsyanlar tarixə keçəcəkdi. Söz mövzusu üsyan bu gün hələ maraqla təqib edilən, hətta “The Last Samurai” filmi ilə bütün dünyanı lərzəyə gətirib zamanında geniş əks-səda oyandıran 1876-77-ci il tarixli Satsuma üsyanıdır. Üsyan sonrası Yaponiyada yaşananlar isə çaşdırıcıdır.

Maraqlı illər Yaponiyanı yeni dönəmə soxmağın səylərini ehtiva edir. Zamanın imperatoru Meydzi Yaponiyanı modernləşdirmək üçün bir çox inqilaba imza atmışdı.

Meydzi islahatı sonrasında samuray sinfi hələ ortadan qalxmamışdı. Samuraylar keçmiş mövqelərini yavaş-yavaş itirmişdilər. Başlanğıcda ölkəyə həm savaşçı, həm də dövlət xadimi olaraq hökm edirdilər. Zamanla aristokratlara çevrildilər. Amma amerikalıların da müdaxilələri ilə samuraylar elə bir hala gəldilər ki, bir zamanlar pula pul deməyən bu status bir dirhəm düyüyə möhtac qalacaq duruma düşmüşdü. Samuraylar yeni mövqelərini qəbul edə bilmir və kobud hesabla 700 ildir mövcud olan samuray sinfinin təsirinin azaldılmasına hiddətlənirdilər.

Bu məsələdə narahat olan samurayları bir dam altında toplamaq Kyuşu adasının güney bölgəsindəki Satsumada bir lider olan Sayqo Takamorinin liderliyi ilə reallaşmışdı. “The Last Samurai” filmində bizə Katsumoto olaraq uddurulan şəxsiyyət isə əslində gerçək Yaponiya tarixindəki Sayqo Takamoridən başqası deyildir ki, günümüzdə belə Sayqo Yaponiya üçün hələ bir ilahdır.


Sayqo Takamori başlanğıcda Meydzi hökümətində önəmli bir mövqedə yer almış və Meydzi reformlarını dəstəkləmişdi. Əslində bir çox samuray Meydzinin yeni hökümət qurmasını dəstəkləmişdi. Keçmiş hərbi intizamın qurulmasını və samurayların təkrar keçmiş mövqelərinə gətiriləcəyini ümid edirdilər. Amma işlər gözlənildiyi kimi yürüməmişdi. Keçən bir neçə il sonra Meydzi hökümətinin aldığı qərarlar Sayqonu heç məmnun etməmişdi. Uyuşmazlığın ən böyük səbəbi Sayqo Takamori tərəfindən təklif edilən Koreyan istila etmək fikrinin rədd edilməsi və keçmiş samuray imtiyazlıqların ortadan qaldırılması idi. İmperator hökümətindən uzaqlaşan Sayqo imperator hökümətinə qarşı hərəkətə keçmək istəyən Kyuşu bölgəsi samuraylarını bir dam altında toplamışdı.

1877-ci ilə gəldiyimizdə üsyan etməyə hazır olan və hərəkətə keçmək üçün bir qığılcıma ehtiyac duyan samuraylar Sayqo Takamori öndərliyində birləşmişdilər. Sonuncu samuraylar müasir Qərb savaş texnikalarıyla və Qərbin texnoloji olaraq inkişaf etmiş silahlarıyla təchiz edilmiş imperator ordusuna qarşı cəsurca savaşmışdılar. Bir tərəfdə pulemyot və toplarla təchiz edilmiş 60.000 nəfərlik imperator ordusu, digər tərəfdə zireh, qılınc, ox və mizraq kimi primitiv silahlarla savaşan 20.000 nəfərlik sonuncu samuraylar...

Gerçəkləşən savaşı Sayqo itirdi və həyatda qalan 300 samuray məmləkətləri Kaqoşimadakı Şiroyama təpəsinə çəkildilər. Cəbhəxana və yeməkləri tükənən sonuncu samuraylar heç şanslarının olmadığını bilirdilər. 24 sentyabr 1877-ci ilin səhərində imperator topçu birlikləri top atışlarına başlamışdı. Sayqo Takamori yaralanmış və samuray ənənələrinə bağlı qalaraq intihar etmişdi. Geridə qalan sonuncu samuraylar da bir-birlərinin başlarını kəsmişdilər.

Günümüzdə Sayqo Takamori yaponlar üçün bir qəhrəmandır. Ayrıca müharibədən qalib olaraq çıxan imperator höküməti illər sonra ağıllı hərəkət etmiş, ölümündən sonra Sayqonu bağışlamış, onu şərəfləndirmiş və milli qəhrəman elan etmişdi. Sayqo Takamorinin heykəli Kaqoşima (Satsuma) parkında illərdə ifşa edilməkdədir.


Söz mövzusu üsyan “The Last Samurai” adlı filmə də mövzu oldu, amma tarixi müddət və əsl adları əks etdirmədi. Çünki üsyanda baş rolu Sayqo Takamori oynamışdı və  onun qeyrətlərini filmdə gerçək anlamda görmək mümkün olmamışdı.

Samuraylar baxış bucağından düşününcə onlar tərəfindən Buşido ideallarını atəşli şəkildə icra etmək xoş görüləcək bir şey deyildi. Qəribə olacaq, amma müharibələrin azlığı demək eyni zamanda “şərəf” duyğusunun daha az dadılması kimi bir şeydir! Doğrusunu söyləmək lazımdırsa, bu baxış bucağı İkinci Dünya Müharibəsində atom bombasının anladılması çətin zərərlərinə məruz qalıb Yaponiya iflic oluncaya qədər davam etmişdi. Halbuki samuray sinfi bu istəklər səbəbi ilə ortadan qaldırılmışdı, amma eyni Yaponiya Rusiya və Çin ilə savaşaraq, İkinci Dünya Müharibəsinə qatılaraq samuray ruhunu geri gətirmişdi. (Yanlış şəkildə)

Sayqo o qədər çəkici ad olmuşdu ki, ölümündən sonra bir növ yarı tanrıya çevrilmişdi. Hökümət senzura tətbiq etməyə çalışsa da, Sayqonun əzəmətli şöhrəti bir şəkildə topluma və xalqa sızırdı. İnsanların düşüncəsinə görə Sayqonun məğlubiyyəti onun cənnətə çıxışı idi. Osakada avqustun ilk günlərində Sayqonun ulduzlara yüksəlişinin hekayələri yayımlanmağa başlamışdı. 2 avqust gününün ilk işıqlarında göy üzünün cənub-qərbində bir quyruqlu ulduz görülmüşdü. 3 avqust tarixində Osaka qəzetlərində teleskopla aparılan incələmə nəticəsində parlaq ulduzun üzərində Sayqonun portretinin ortaya çıxdığı şəklində xəbər yayımlanmışdı. Sayqo sağlam, gümrah və imperator ordusu uniforması geyinmiş halda idi.


Bu hekayə şəhərdə yayılmış və gecə olduğu zaman insanlar çamaşır yuma platformaları üzərində göy üzünə baxmışdılar və faciəli şəkildə ölmüş qəhrəmanı dəqiq şəkildə görmək istəmişdilər. Toplum üçün Sayqonun dərəcəsi yüksəlmişdi. Sayqonun quyruqlu ulduzla zehni anlamda bir araya gətirilməsi söz oyunları düşünülüncə yaponların sevgisini gücləndirirdi. Çünki quyruqlu ulduz termini o dönəmdə “hoki boshi” olaraq xarakterizə edilir və ayrıca Sayqonun üsyanından söz edilərək “üsyankar ulduz” anlamına da gəlirdi.

Sayqonun quyruqlu ulduzla əlaqələndirilməsi Tokioya qədər yayılmış, bu xəbər böyük hörmət duyulan hala gəlmiş və insanlar daha yaxşı baxış ata bilmək üçün yüksək yerlərə çıxıb göy üzünə baxırdılar. İnsanların onu görmək üçün toplandıqları platforma ağırlıq yüklənməsi səbəbi ilə çökmüş və bir çox adam yaralanmışdı.


Sayqonun göy üzünə çıxışı astronomik olaylarla da dəstəklənmişdi. 1877-ci ilin avqust və sentyabr ayında Yer ilə Mars bir-birlərinə çox yaxınlaşmışdı və Mark nadirən görünə biləcək şəkildə parıldayırdı. Sayqonun qızğınlıqla yandığı və Mars planetinə çevrildiyi söylənmişdi. Eyni aylarda Yaponiyada amerikalı elm adamı Asaf Hollun Mars çevrəsində bir peyk kəşf etdiyinə dair xəbər çıxmışdı. Bu da ayrı bir dedi-qoduya səbəb vermiş, söz mövzusu peykin Sayqonun vəfalı tale dostları olduğu söylənmişdi. Sayqonun dostları onu orada belə tək buraxmamışdılar. Sentyabr ayında Sayqonun Marsa çevrilməsi dedi-qodusu məşhur incəsənət mərkəzlərinin ortaq mövzusu olmuşdu.
Amerikalı zooloq və yapon toplumunun yaxşı müşahidəçilərndən Eduard Mors gündəliyində qeyd etmişdi: “Tokio küçələrinin rəsm atelyelərinin önündə qələbəlik yaranırdı. Satsuma üsyanı (Sayqonun üsyanı) rəssamlara ideya vermişdi. Rəsmlər qara və qırmızı rənglərlə parıldayır, dramatik görünüşlər diqqət çəkir və “Qanlı savaş” bizim düşüncələrimizdən fərqli olaraq göstərilirdi. Bir rəsmdə göy üzündə göy üzündə bir ulduz göstərilir, mərkəzində bütün Yaponiyanın sevimlisi asi lider Sayqo yer alırdı. Kaqoşimada müharisədən sonra o və dostları hara-kiri etmişdilər. Çox insan onu indilərdə fövqəladə şəkildə parıldayan Mars zənn edir.”

***

Sayqo Takamori öldükdən sonra Yaponiya üzərində neçə suallar soruşuldu və hamısına cavab tapılmağa çalışıldı. Sonuncu samuraylar, özəlliklə də onların lideri Sayqo Takamori illərlə sorğulanıb durdu. Samurayları ortadan qaldırmaq və sonradan ortaya çıxan yeni durumlara çözüm gətirə bilmək heç asan olmamışdı. Sayqo öldükdən sonra nə kimi problemlər çıxmışdı, nələr yaşanmışdı və hansı əfsanələr yaradılmşdı?

SAYQO TAKAMORİNİN BAŞI HARDADIR?

1877-ci ilin günorta vaxtı bu sual yapon hökümətini hiddətləndirmişdi. Yaponiya imperator ordusu Sayqonun üsyanını təsirsiz hala gətirmişdi. 30.000 nəfər qorxunc şəkildə itirilmiş, geriyə hüzursuz bir neçə samuray qalmış və ölümə dirənirdilər. 28 sentyabr 1877-ci ilin səhərində imperator ordusu asi birliklərindən qalan qüvvətlər üçün son hücumu başlatmışdı. Keçən saatlar içində Sayqonun qüvvətləri tamamilə yox edilmişdi. Satsuma üsyanı Tokuqava şoqunluğunun quruluşundan 1877-ci ildəki müddətə qədərki 300 illik dönəm içində ən qanlı toqquşma olmuş və sonlandırılmışdı. Amma zəfərə rəğmən hökümət üçün həyəcan təbili çalınırdı. İmperator ordusu Sayqonun bədənini tapmış, amma başı heç bir yerdə tapıla bilməmişdi. Sayqonun başı olmadan və tapılmadan hökümətin zəfəri tamamlanmamış olurdu.

SAYQONUN BAŞI NİYƏ OLAY YARATMIŞDI?

Sayqonun başının axtarılmasının ən önəmli səbəbi savaşçı sinfinin keçmiş ənənələrinə görə yapon ordusunun şərəfləndirilməsidir. Müharibə əsnasında əldə edilmiş başların müharibə sonrasında təqdim edilməsi Orta Əsrə xas yapon müharibəsinin ən vacib şərtlərindən biridir. Samuraylar məğlub etdikləri savaşçıların başını alacaq və təqdir qazanmaq üçün liderlərinə təqdim edəcəkdilər. Böyük müharibələrdə qalib gəlmiş ordu yüzlərlə düşmən savaşçısının başını toplayacaqdı. Uduzan savaşçıların başları yığın halında toplanır və  amansız qənimətlər olaraq göstərilirdi. Şərəfli düşmənlərin kəsilmiş başlarına hörmətlə davranılırdı.

Kəsilən başların təqdim edilməsinin ən önəmli səbəblərindən biri yenilmiş komandir və liderləri təşhis edə bilməkdi. Digər tərəfdən kəlləni alan savaşçıların öz liderlərinə bağlılıqlarını göstərə bilmək imkanın tanıyırdı. Düşmən generalın kəsilmiş başı eyni zamanda bir savaşçının ustadına əhdi olurdu. Bu hədiyyə ilə ustadına dəyərini sübut etmiş olacaqdı.

24 sentyabr 1877-ci il tarixi bu keçmiş mərasimi ağıllara gətirir və bir utanc söz mövzusu olurdu. Çox qəribə və ironikdir ki, başı ortada olmadığı üçün Sayqo bir növ qələbə qazanmış kimidir. Burada maraqlı nöqtə var: Sayqonun başının axtarılması ilə söz mövzusu ənənə samuray baxış bucağı və fəlsəfəsi rəsmi olaraq şərəfləndirilmiş olurdu. Halbuki modern yapon ordusu feodal problemləri və simvolları açıqca qəbul etmirdi. Yeni yapon ordusu modern milliyətçiliyi təməl almışdı, feodal sədaqəti deyil! İmperator ordusu əsgərləri imperator və ölkəyə bağlı idi, bölgə feodal liderlərinə deyil! Hətta 1872-ci ildə yayımlanan hərbi xidmət fərmanı ilə samuray ənənəsi qorxunc ədalətsizlik olaraq təsvir edilmişdi. Hərbi xidmət mövzusu böyük bərabərlikçi lahiyə olaraq açıqlanmışdı.

Bir tərəfdən istehsal baxış bucağından əmək verməyən savaşçıların maaşları azaldılmış və qılıncları əllərindən alınmışdı. Digər tərəfdən sosial siniflər 4 bölümə ayrılaraq (samuraylar, fermerlər, sənətkarlar, tacirlər) insanlara bir növ azadlıqları təqdim edilmişdi. Siniflər arasındakı üst və alt dərəcələr ortadan qaldırılaraq hər kəsə bərabər haqlar bəxş etmək islahatına gedilirdi. Bu yolla fermerlər və əsgərlər arasındakı məsafə qapadılırdı. Artıq insanlar keçmiş günlərin insanları deyildi. Onlar indi imperiyanın bərabər insanları idi və onların ölkəyə qarşı borcları bağlamında bir ayrı-seçkilik yoxdur.

Bütün bu söylədiklərimizin işığında yeni imperiya ordusunun Sayqonun başıyla maraqlanması üçün bir səbəb yoxdur! Hökümət keçmiş rejimin zalım olduğu məsələsində olduğu kimi kəsilmiş başların alınmasından həqiqətən vaz keçmişdi. İmperiyaya bağlı olaraq çalışan məmurlar sədaqətlərinin bir simvolu olaraq imperator üçün baş kəsməmişdilər və kəsə bilməzdilər.

Əslində Sayqonun məğlubiyyəti və ölməsi yeni Yaponiyanı təbrik etmək üçün bir fürsətdir. Satsuma üsyanını basdıran ordu Yaponiyanın sürətli dəyişikliyinin simvolu olaraq qəbul edilə bilərdi. İmperator ordusu müasir və milli qüvvətdir. Xalq əsgərliyə yazılmağa başlamış, milli vergilərlə sərmayə təmin edilmiş, dəmir yolları və dəniz yolları çəkilmiş, teleqraf bağlanmışdı. Yaponiya höküməti asilərə qarşı ən müasir və qorxunc silahlardan istifadə etdi. Sayqonun asiləri modern deyil, ənənələrə bağlı mühafizəkar kütlə idi və hamısı samuray idilər. Tüfəng və toplardan istifadəyə rəğmən daha çox qılınclarla rahat idilər. Onlar əsl idealları hökümət reformlarına qarşı samuray imtiyazlarını müdafiə etməkdi. Yeni hökümət hərbi xidmət və hökümət dairələrindəki samuray monopoliyasını qaldırmışdı. Beləcə keçmiş intizamın ana prinsiplərindən birinə meydan oxunmuşdu: Çünki savaşçı olmaq üçün cəsarət və hökümətdə vəzifə ala bilmək üçün sağlam xarakterə sahib olmaq sadəcə samuraylara xas olaraq qəbul edilirdi.

Sayqo və adamlarının cəsarəti məsələnin daha da xaricində idi. Amma nə olmuşdu? Xalq arasından alınan əsgərlər döyüş sahəsində samuraylarla qarşı-qarşıya gəlmiş və qələbə qazanmışdılar. Keçmiş və yeni Yaponiya müharibədə qarşı-qarşıya gəlmişdi. Keçmiş Yaponiya uduzmuşdu.
Keçmiş yapon ənənəsi şərəfinin müasir yapon ordusu tərəfindən mənimsənmək istənməsi təsadüfi olmalıydı. Samuray ənənələrinin müdafiə edilməsi Sayqonun liderlik etdiyi üsyanın özüydü. Onlar çox əzmli idilər və ölümləri ilə samuray ənənəsini yüksəltmişdilər. Onların ölümün cəsarət və qərarlılıqlarının rəsmini cızmışdı.

Sayqo təpələrdəki bir mağaradadır və Kaqoşima körfəzinə baxırdı. Heç ölüm qorxusu hiss etmirdi və missiyasını tamamlamış kimi hüzurludur. Ölümə və məğlubiyyətə razıdır. Sayqo son günlərində dərin düşüncələr içində idi və doğulduğu yerin gözəl mənzərəsinə baxmaq xoşuna gəlirdi. Qəmgin görünmürdü. Silah dostları ilə qarşılıqlı şeirlər oxuyur, qo oynayır və zarafat edirdi. Ruhi durumunu dostları ilə paylaşırdı. 22 sentyabr günü bu müharibənin özlərinin sonu olacağını və sonlarına cəsarət baxmalarını məsləhət edirdi. Bunu təqib edən gecə yəni, ölümünün ərəfəsində ölümə hazırlıqlı olmalarını və işə başlamaq vaxtının gəldiyini söyləmişdi. Bütün dostları ona sədaqətlə bağlanmış və ölmək üçün qərarlı idilər. 23 sentyabr axşamı üsyankar savaşçılar gəlməkdə olan və yaxında gerçəkləşəcək ölümlərini qeyd etmişdilər. Ay işığı  altında sakelərini içmiş, mahnılar söyləmiş, ölüm, sədaqət və şərəf üzərinə şeirlər oxumuşdular.

İmperator ordusunun ani və son hücumu 24 sentyabr 1877-ci ilin səhəri 3:50 civarında başladı. Asilər Şiroyama təpəsinin ən üst nöqtəsində müdafiəyə keçmişdilər, amma yüksək təchizatlı imperator ordusu və müasir silahlar qarşısında mübarizələrini itirirdilər. Saat 5:30 civarında üsyankar samurayların istehkamları yox edilmişdi. Topçu birlikləri pozisiyalarını almış və top atəşinə başlamışdı. Sayqonun təxminən 40-a qədər adamı qalmışdı. Saat 7:00 kimi Sayqo və onun birliyi təpə aşağı qoşdurub hücum edərək ölümlərinə yürümüşdülər. Sayqo yaxın dostları tərəfindən sıx mühasirəyə alınmışdı və çevrəsində daha dünən zarafatlaşdığı, şeirlər oxuduğu və sake içdiyi, tale yoldaşlığı etdiyi şəxslər vardı: Kirino Toşiaki, Murata Şinpaçi, Katsura Hisatake və Beppu Şinsuke. Təpənin yarı yolundaykən Sayqo sağ ombasından vurulmuşdu. Mərmi onun vücuduna girmiş və sol bud sümüyündən çıxmışdı. Sayqo yerə düşdü. Söyləntiyə görə Sayqo özünü sakitləşdirmiş, samuray intihar mərasimi seppukuya hazırlanmışdı. Sayqo tale yoldaşlarından Beppu Şinsukeyə dönərək: “Sevgili Şinsuke, mən burada vəzifəmi yerinə yetirəcəyəm. Lütfən, kayşakum ol.” (kayşaku-seppukuda bıçağın qarına soxulmasından sonra başı kəsən, seppuku edənin ən dostlarından biri)

Sayqo başını əymiş, bıçağını çəkmiş, hüzurlu şəkildə qarnını kəsmiş və daxili orqanları açığa çıxmışdı. Dostu Beppu da kayşaku vəzifəsini layiqincə yerinə yetirmiş, tək və təmiz həmlə ilə sevimli dostunun başını kəsmişdi. Beppu kəsilmiş başı yaxınlaşmış imperator ordusunda saxlamaq üçün Sayqonun oradan uzaqlaşmaq üzrə olan xidmətçisi Kiçizaemona vermişdi. Beləcə, uduzan qəhrəmanın ölüm ayini tamamlanmışdı. Sayqo tam bir samuray olaraq ölmüşdü.

Sayqonun intiharı haqqında fərqli rəvayətlər olmuşdu. Bunlardan birinə görə Sayqonun başı təmiz şəkildə kəsilməsinə rəğmən onun qarnında önəmli yara yox idi! Ombasından ağır yaralandığı üçün iflic olmuş və şok təsiri səbəbi ilə özünü samuray şərəfi ilə o biri tərəfə göndərə bilməmişdi. Amma bu detal Sayqonun şöhrətinə kiçik zərbə kimidir. Sayqo əfsanəsi indi belə bir sürü narahatlıqlara səbəb olmaqdadır, asqıda qalan bu cür hekayələr səbəbi ilə.

Samuray gücünün çöküşünə fokuslanınca bunlar ortaya çıxırdı. Keçmiş feodal sistem yerini yeni hökümət sisteminə buraxınca keçmiş hərbi sinfin gücü azalmışdı. Sayqo milli məsələlərdə idarənin keçmiş militarist statusla həll edilməsini və samuraylara keçmiş güclərinin verilməsini istəmişdi. Bu mənada imperiyanın əldə etdiyi qələbə sadəcə Sayqonun üsyanını basdırmaq deyildi. Eyni zamanda samurayların üstünlüyünə və feodal sistemə qarşı əldə edilmiş qələbədir. Bunun üzərinə içində belə cümlə keçən məqalə yayımlanmışdı: “Bunun kimi yaxşı xəbərləri eşitmək ölkəmizdəki bütün insanları sevindirmədimi?”

Bunu qeyd edən yapon insanı həqiqətən az idi. Sayqo və samurayların etdikləri tərifə dəyər olaraq xarakterizə edilmişdi. Hökümət başlanğıclarda samuray düşüncələrinə təzad olaraq böyük kampaniya yürütmüşdü, amma Sayqo çox məşhur biri olmuşdu. O, bir çox yönü ilə samuray olaraq göstərilirdi: Sədaqət, cəsarət, ölümdənq qorxmamaq, dürüstlük, ədalət və mərhəmət.

Hərçənd Sayqo özünü xalq təbəqəsinin üstündə tutmuşdu, amma mərhəmətli biri idi, zalım lider olmamışdı. Sayqo üçün samuray nüfuzu yardımsevər liderliyi tələb etmək idi. Nüfuz üçün tolerant tanıya bilməzdi. Yaxşı samuray özünə avantaj və yarar təmin edərək idarə edə bilməzdi və cənnətə xidmət edərdi. Samuray sadə və tutumlu yaşamağa məcbur edilmişdi. İmperiya idarəsində yüksək vəzifədə ikən fraklı ya da çox bəzəkli geyimləri tərcih etməmişdi. Bir dəfəsində imperator sarayından çıxarkən saray mühafizləri tərəfindən durdurulmuşdu. Çünki üzərində o qədər sadə və pəjmürdə qiyafət vardı ki, dəvətsiz qonaq zənn edilmişdi. Sayqonun sadəlik və dürüstlüyü təbii olaraq topluma pozitiv hava vermişdi.

Sayqonun cazibəsi onun siyasi müxalitlərinə qədər uzanmışdı. Sayqo prinsiplərinin müdafiəçilərindən biri, müəllim və yazar olan Fukudzava Yukiçi idi. Eyni Fukudzava Qərb fikir və dəyərlərinin ilk təmsilçilərindəndir. Onun “Bilginin ürəkləndirilməsi” adlı əsəri Qərb stili təhsili üzərində idi. Fukudzava Sayqonin samuraylara imtiyaz tələbini ittiham edirdi. Amma eyni Fukudzava nəcib adamın pisləndiyini gördüyü zaman imperator təbliğatı səbəbi ilə əziyyət çəkmişdi. Fukudzava Sayqonun ehtiraslı tələb və mübarizəsini yazmşdı. Bu kitabda Sayqonun güc əldə etmək üçün deyil, hökümətin zalımlığına qarşılıq üsyan etdiyini yazmışdı. Fukudzava şiddətə qarşı çıxmış, amma Sayqonu avtokratiyanın qurbanı olaraq görmüşdü. Belə yazmışdı: “Sayqo üçün mərhəməti hiss edirik, onu ölümünə gətirən hökümətdir.”

Sayqo əfsanəsi bəzən dini dərinlikləri də təqdim edirdi. Sayqoya adi nirvana rəsmlərində Sayqo xeyirli yenidən oyanış üçün hazırlıq edən aydınlıq olaraq təqdim edilir. Hərbi geyimləri durur, qadın və kişi, yaşlı və gənc yapon xalqı tərəfindən çevrəsi mühasirəyə alınır və çevrəsindəki insanlar onun fiziki dünyaya qayıdışı üçün dua edir. Halbuki bu rəsmlər yaxın zamana qədər buddizmin qurucusu Siddharthanın yenidən doğuşunu təsvir edirdi. Beləcə Sayqo Takamori Şərqi Asiyada hörmət edilən, sevilən dini fiqurla bərabər olaraq dəyər görürdü.

Sayqonun ölümü sonrası ona rəva görülən qəribə təsvirlər simvolikdir, amma çox güclü, təsirli olmuşdu. 19-cu əsr Yaponiyasında yaşanan dünya ilə ölünün dünyası arasındakı sərhəd məsaməli və qarmaqarışıqdır. Güclü adamların ruhu, onların fiziki bədənlərindən daha uzun ömürlü olur və daha üüzün müddət ağıllarda qalırd. Xəyalətlər ciddi məsələlərə səbəb olurdu. Bir çox yapon ruhların ölümündən illər sonra hər yaz mövsümündə qısa ziyarət üçün yaşanan fiziki dünyaya geri qayıtdığına inanırdı. Yapon kəndliləri “bon odori” adlı verilən mərasimdə hər iyul və ya avqust ayında xalq oyunları səhnələyərək ruhları (xəyalətləri) yatışdırmağa çalışırdılar. Yay kimonolarını geyinmiş kəndlilər alqışlama, davullar, qonqlar və fleytalar bərabərində mahnı oxuyur, rəqs edirdilər. Uyğun şəkildə əylənilir, xəyalətlərin digər dünyaya qayıtmaları istənirdi.


Sayqo misalında olduğu kimi güclü ruhlar özəl məsələlərə səbəb olurdu. Sayqo kimi qüvvətli olan ruhlar düşmənlərinə fiziki dünyada zərər verə bilirdi. Yapon ənənələrinə görə qüvvətli ruhlar tanrılar (kami) kimi müqəddəs yerə saxlandığı və ya uyğun mərasim əhdləri edildiyi zaman yatışdırıla bilirdi. Ən önəmli misalı 845-903-cü illər arasında yaşamış, dövlət xadimi, şair və önəmli alim olan Suqavara Mitidzanedə görürük. Suqavara doğumundan etibarən bacarıqlarını sərgiləmiş, imperator rəhbərliyində 2-ci adam vəzifəsinə qədər yüksəlmişdi. 901-ci ildə haqq etmədiyi halda düşmənləri tərəfindən xain olaraq suçlanmış və paytaxt Kyotodakı vəzifəsindən alınıb bir şəhərdə daha kiçik vəzifəyə təyin edilmişdi. Suqavara 2 il sonra ailəsi və dostlarından uzaq olaraq həyata gözlərini yummuşdu. Suqavaranın ölümündən sonra onun düşmənləri əsrarəngsiz şəkildə ölməyə başlamışdı: Qəribə qəzalar, ildırım vurmaları və açıqlana bilməyən xəstəliklər.

Bu şəkildə reallaşan ölümlər Suqavaranın ruhuna ətf edilmişdi. Suqavaranın ruhu imperiyanın verdiyi əmrlə 947-ci ildə şair və alim şərəfinə tikilən türbə ilə yatışdırılmışdı. Suqavara tanrı olmuş, (yapon ədəbiyyatında “kami”), ona “tenman daicizai tenjin” adı verilmiş, xalq arasında “Tenjin” olaraq bilinmişdi. Suqavara qəribə dualistik tanrıdır. Daha çox alimliklə bir tutulmuşdu. Bugünə qədər lisey və fakültə giriş imtahanlarına hazırlaşan şagirdlər uğurlu olmaq üçün Tenjin türbələrindən tilsimlər almışdılar. Amma o, eyni zamanda güclü və qəzəbli tanrıdır. Düşmənlərini vuran ildırımların hökmdarı (Raiko) olması bunu göstərirdi.

Sayqonun Marsa çevrilməsi ruhlar və tanrılar ənənəsində modern görünüşdü. Əgər bir dövlət xadimi və şair olan Suqavara düşmənlərinə dağıntı verə bilirsə, Sayqonun rəqibləri bundan nə uma bilərdi? Yaponiya höküməti Sayqonun ruhundan qorxduğunu etiraf edə bilməzdi. Amma eyni zamanda yapon icgtimaiyyəti üçün qalıcı olan bəzi ənənələri, cazibələri və alışqanlıqları da görməzdən gələ bilməzdi. Sayqo imperator hökümətinə qarşı ana prinsipləri müdafiə etməyin simvolu olmuşdu. Yapon ziyalı sinfi Sayqonu şərəfli və dürüst simvol olaraq qucaqlamışdı və onların baxış bucaqları yeni Yaponiyanın simvola olmaya bilərdi. Sayqonun mübarizəsinin hekayələrinə düşkün olan böyük ictimaiyyət meydana gəlmişdi. Ölü adam olmasına rəğmən Sayqo hələ təhlükəli idi.

0 comments :

Post a Comment