Thursday, 23 June 2016

Yon Rabe


Məşhur “Schindler's List” filminin baş obrazı İkinci Dünya Müharibəsi əsnasında 1200 yəhudini ölümdən xilas etmişdi.

Yon Rabe təxminən 250 min çinlini xilas etdi.

Amma Şindler Rabedən daha çox tanınır. Kinomanlar arasında da Spilberqin filmi “John Rabe”dən daha çox bilinir və sevilir.

Bunun təməl səbəbi isə siyasətdir.

Yəhudilərin İDM əsnasında çəkdikləri acıları, məsələn, rusların yaşadıqlarından daha dəyərli və önəmli göstərən xalqla əlaqələr çalışması bütün dünyada israrla sürdürülür. Bu səbəblə davamlı yəhudilər istiqamətindən baxan lahiyələr daha asan maliyyə tapır, istehsal müddətində və sonrasında ayrıca dəstəklənir, nəticədə daha məşhur və mükafatlı filmlər halına gəlir. Beləcə bir yəhudi 200 çinli və ya 2 min başqa millətdən insandan daha dəyərliymiş kimi bir təsir yaradılır. Əmin olun, Rabe 250 min yəhudini qurtarmış olsaydı, onlarla kinofilm, serial, sənədli film çəkilərdi.

Rabe mövzusunda məğdur tərəfdə də bir problem var: Yaponlar 1937-ci ildə Nankini işğal etdiklərində 300 mindən çox sivil və silahsız əsgəri öldürüb minlərlə qadına təcavüz etdiklər. Tarixin gördüyü ən böyük soyqırımılarından biridir. Amma o əsnada ölkə Çin Nasional Partiyasının rəhbərliyindəydi, kommunistlərin yox. Mao birlikləri Yon Rabenin qurtardığı əsgərlərlə uzun illər boyu (tam olaraq 1927-1950-ci illər arası) mübarizə apardılar. Yəni, bugünkü Çin höküməti də Yon Rabeni cani-könüldən sahiblənmir.

Daha da maraqlısı Rabe o çinliləri qurtararkən Almaniya ilə Yaponiyanın müttəfiq olmasından yararlanır. Müdiri olduğu “Siemens” fabrikinin qapısını müharibədən qaçan sivillərə açır, yüzlərlə insanı nəhəng nasist bayrağının altına soxur. Yapon təyyarələri nasist emblemini görüncə oraya atəş açmırlar. Çində vəziyyət qarmaqarışıqdır: Çinliləri xilas edən düşmənin (Yaponiyanın) müttəfiqi olan ölkənin vətəndaşıdır, üstəlik nasistdir.

Bu şərtlərdə alman rejissorun çıxıb Rabeyə yönələn film çəkməsini alqışlamamaq mümkündürmü?
Üstəlik Qallenberqer önəmli addır: Məzuniyyət filmi “Quiero ser / I want to be...” ilə qısa film kateqoriyasında Oskar qazanmışdı. Hindistanda keçən “Schatten der Zeit / Shadows of Time”, Şilidə 1973-cü ildəki hərbi çevriliş əsnasında alman cütlüyün yaşadıqlarını ələ alan “Colonia Dignidad / Dignity Colony” kimi dəyərli filmlər çəkdi.

Fərqli ölkələrdə keçən hekayələri anlatmağı sevən Qallenberqerin məsələlərə milli kimliyin xaricində bir yerdən, ümumbəşəri dəyərlər istiqamətindən baxdığı çox açıqdır.

“John Rabe”də də belə etmişdi; Sadəcə Rabeni deyil, Düpre və Dora kimi real obrazları da əslinə uyğun biçimdə ekrana əks etdirməyə çalışmışdı. Siyasi mövzulara məsafəli dayanmış, məsələn, Rabenin sadiq nasist partiya üzvü olduğunu gizlətmir, amma Rozen və Uilsonun nasizmlə bağlı tənqidlərini də köçürür. Avropalıları digər millətdən üstün cizmir, olduqları halda (bivec və ya içkili) göstərir, üstəlik hələ filmin ilk dəqiqələrindən Rabenin nə qədər irqçi olduğunu vurğulayır.

Dolayısıyla bu filmə milli kimlikləri, siyasi aidiyyətləri bir yana buraxaraq “insan hekayəsi” olaraq baxmaq lazımdır. Filmin dəyərini təqdir etmək və Rabedən bir şeylər öyrənmək ancaq o zaman mümkün ola bilər.

Bir çox yapon filmdə rol almağı ssenarini belə oxumadan rədd etmişdi. Böyük yapon film şirkətlərindən biri Qallenberqerdən filmdə -qətliamı həyata keçirdən- şahzadə Asakanın səhnələrini çıxartmasını istəmiş və rədd edilmişdi. Başqa elçi də çıxmayınca film Yaponiyada nümayişə görməmişdi. Soyqırımın 70-ci ilində bu cür olayların heç yaşanmadığını iddia edən filmlər Yaponiyada afişaya çıxmışdı.

0 comments :

Post a Comment