Thursday, 16 March 2017

Mənim adım Reyçel Korri, yəni vicdan!


16 mart-“Dünya vicdan günü” 2003-cü ildən bəri ortaq dəyər olan “vicdan” durğusuna vurğu edən və vicdanın önəmini müəyyənləşdirən mərasimlərlə qeyd edilməkdədir. 

Öz həyatını qurban verməklə dünyaya mesaj verdi.

Qəzzaya endiyində şəhərdə 2-ci intifada sürməkdə idi və burada İsrail ordusuna aid birliklərin fələstinlilərin evlərinin yıxılmasına qarşı mübarizə aparan ISM aktivistləri ilə tanış oldu.

Qəzzaya gələli hələ 2 ay olmamışdı ki, 16 mart 2003-cü il tarixində 2 İsrail buldozerinə qarşı 8 ISM aktivisti ilə sürdürdüyü 3 saatlıq dirəniş sonrasında öldürüldü. Buldozer tərəfindən 2 dəfə çeynənməsi nəticəsində kəlləsi qırıldı, qabırğaları parçalandı və ağciyərləri dəlindi.


Reyçel Korrinin ölümünün ardınca açılan istintaqda olay şahidləri buldozerin bir İsrail əsgəri tərəfindən istifadə edildiyi və qəsdən Reyçel Korrini əzdiyini söylədilər. Amma 2-ci iddia olayın bir qəza olduğu və buldozeri sürən operatorun Reyçel Korrini görmədiyi müdafiə edilməkdədir.

Korrinin ailəsi İsrail hökümətinə qarşı hüquq davası açdılar. Davada İsrailə yönləndirilən cinayətlərdə “miqyaslı və etibarlı istintaq yürütməməklə, Korrinin ölümündən günahkar olmaqla və Korrini qəsdən öldürüldüyünü ya da əsgərlərin bivec və səhlənkar davranışları nəticəsi öldürüldüyü” iddia edilməkdə idi.

Korrinin ailə davada təzminat tələb etdilər və sadəcə Korri üçün və müdafiə etdiyi Fələstin üçün ədalət istədiklərini görmək istədilər. Ancaq 2012-ci ilin avqustunda İsrail məhkəməsi davanı rədd etdi və İsrailin 2003-cü ildəki hərbi istintaqını təsdiqləyərək İsrail hökümətinin Reyçel Korrinin ölümündən məsul olmadığına qərar verdi.

Fələstində yaşadığı günlər boyunca anasına yazdığı məktublarından, öz gündəliklərindən, dostlarına göndərdiyi e-maillərdən jurnalist Ketrin Viner və aktyor Alan Rikman 2005-ci ildə onun xatirəsinə “My Name Is Rachel Corrie” adlı kitab yayımladılar.

Reyçel Korrinin xatirəsinə “My name is Rachel Corrie” adlı teatr oyunu və “The Skies are Weeping” adlı kantata tərtib edildi. Eyni zamanda “Rachel Corrie Foundation for Peace and Justice” adlı fond quruldu və günümüzdə hələ işlərini davam etdirməkdədir.

Qəzzada yıxılmasını əngəlləməyə çalışarkən öldüyü ev bu olayın üzərində bir müddət yıxılmadı. Evin sahibi Nəsrullah ailəsi “Reyçel bu evi qoruyarkən öldü” deyə bir müddət o evi tərk edə bilmədilər. Amma daha sonra eyni səbəbdən ötrü boşaltmaq məcburiyyətində qaldılar.  

“Bilirəm, “amerikalıyam” demək mənə utanc verir, amma mənə bu utancı yaşadanların ölkəsində utananların da olduğunu sizlərə göstərmək istəyirəm” deyirdi bir yazısında. Utancın, vicdanın, mərhəmətin dininin və millətinin olmadığı sübut etdi.

Amerikalı sülhməramlı və  “Beynəlxalq Həmrəylik Hərəkatı”nın (“International Solidarity Movement”) üzvü olan Reyçel Korri 10 aprel 1979-cu ildə doğuldu. “Evergreen State Collage”də oxudu. 3 il boyunca könüllü olaraq ruhi problemi olan xəstələrə həftəlik ziyarətlərə getdi, dəstək oldu. Yazar və sənətkar olmaq, sülh üçün çalışmaq kimi hədəfləri olan Korri ABŞ-ın İraqı işğalı üzərinə İsrailin Qəzzada qıyıma girişəcəyi və bunun ancaq bölgədəki marağı canlı tutmaqla əngəllənə biləcəyini ön görərək Qəzzaya beynəlxalq müşahidəçi olaraq getdi.

Reyçel Korrinin Fələstində ikən anasına yazdığı bir məktubda oradakı yıxım və zülmü bu sözlərlə ifadə etmişdi.

“Dünyada belə bir zülmün qiyamət qoparmadan reallaşdırıla biləcəyinə inana bilmirəm. Canımı yandırır, keçmişdə də yandırdığı kimi, dünyanın belə qorxunc hala gəlməsinə göz yumuşumuza şahidlik etmək.”

Reyçel Korri 1989-cu ildə çəkilən görüntülərdə daha kiçik uşaq ikən belə insanlığın məruz qaldığı təhdidlərə nə qədər həssas olduğunu göstərmişdi.

10 yaşında V sinif şagirdi ikən  ABŞ-da “Olympia Washington” məktəbində danışan Reyçel Korri dünyadakı uşaq və yoxsul ölümlərindən və bunların önlənə biləcəyindən bəhs edir.

“Digər uşaqlar üçün buradayam. Buradayam, çünki önəmsəyirəm. Buradayam, çünki dünyanın hər yerində acı çəkən uşaqlar var və hər gün 40 min adam aclıqdan ölür. Bunu anlamalıyıq ki, ətrafımızda yoxsul insanlar var, amma biz onlardan görməzdən gəlirik. Bilməliyik ki, bu ölümlər əngəllənə bilər. Anlamalıyıq ki, 3-cü dünya ölkələrindəki uşaqlar da eynən bizim kimi düşünür, narahat olur, gülümsəyir və ağlayırlar. Buzum yuxularımı görürlər, biz də onlarınkını... Anlamalıyıq ki, onlar bizik, biz də onlar...

Mənim xəyalım 2000-ci ilə qədər aclığı sona çatdırmaqdıır. Mənim xəyalım yoxsullara bir şans verməkdir. Mənim xəyalım hər gün ölən 40 min insanı xilas etməkdir. Əgər birlikdə çalışsaq, bunu bacara bilərik.”

0 comments :

Post a Comment