Friday, 10 March 2017

Kişi geyşa - Hosuto


Yapon qadınlarla pul qarşılığında söhbət edən, içki içən, onlara maraq göstərən kişi geyşalar var!
Bəli, bəli, kişi geyşa!
Bu kişilərə əslində “Hosuto” deyilir. Etdikləri iş daha yaxşı anlaşılsın deyə isə “kişi geyşa” yaraşdırılır.
İngiliscədə də isə ümumiyyətlə "host" (ev sahibi) olaraq xatırlanırlar. Bunun xaricində bir çox başqa adla daha xatırlanırlar.
Jiqolo, eskorts, gecələrin centlmeni, kişi fahişə, kirayəlik Romeo bunlardan bəziləri...
Müştərilərlə maraqlanırlar. Maraqlı və məzəli əhvalatlar danışırlar. Müştərilərin problemlərini dinləyirlər. Seks bu xidmətin standart bir hissəsi deyil.
Hosutolar bunun xaricində rəqs edir və mahnı söyləyir. Qadınlara, ümumiyyətlə, 5-6 dəqiqəlik bir maraq göstərilir və bu müddət qarşılığında qadınlar 200 ilə 1500 dollar arasında bir pul ödəyir.
Əgər müştəri olaraq gələn qadın bütün marağın öz üzərində qalmasını istəyirsə, gecəlik 10 min dollar ödəmək vəziyyətində qalır.
Bəzi geyşalar müştəriləri ilə seks edir, amma bu onların xüsusi həyatları daxilində olur.
Müştərilərlə gözəl söhbət etmək, onları dinləmək, onları güldürə bilmək bu işdə ən əhəmiyyətli açardır. Çünki yapon qadınları marağa həsrət vəziyyətdədirlər.
Romantizmdən uzaq, iş düşkünü yapon kişilərindən illəllah demiş vəziyyətdədirlər.
Kişilərin xarici görünüşü yapon qadınların xüsusi olaraq sevdiyi tərzdədir. Kişi geyşalar bu tərzi manga və animelerden alırlar.
Hosuto olmaq asan bir iş deyil. Bir çoxu uğursuz olur və sektorun xaricinə itələnir. Ayrıca geyim-keçimlərinə, saçlarına, baxımlarına bir ton pul xərcləyirlər.
Bu "ev sahibləri" gələn müştərilər tərəfindən səsə qoyulur və “ayın geyşası” deyə biləcəyimiz bir vəziyyət ortaya çıxır. Gələn müştərilər bunu elektron panolarda görə bilir.
Təbii ki, ən yüksək balı alan da ən çox maaşı qazanır.
Rəqəmlər böyükdür... Kişi geyşa sektoru illik 10 milyard dollarlıq pulun döndüyü bir sektordur. Müvəffəqiyyətli bir hosotu illik 500 min dollar qazana bilir.
Bu səbəbdən tələb xeyli çoxdur. Yalnız Tokioda kişi geyşaların xidmət verdiyi 200 bar var.
Müştərilərin böyük əksəriyyəti isə özləri kimi gecə klublarında konsomatris olaraq çalışan qadınlardır. Onun xaricində zəngin iş adamlarının həyat yoldaşları və qızları da müştəri olur. 

0 comments :

Post a Comment