Thursday, 9 March 2017

Koreya saunaları (Jimjilbang)


-Həm gündüz, həm də gecə açıqdırlar.
-Tər atmaq istəyənlərdən savayı evə sərxoş dönmək istəməyənlərin, ya da evə dönə bilməyəcək vəziyyətdə olanların da ortaq məkanıdır. Burada gecələyən sərxoşlar səhər duşlarını alıb evlərinə dönürlər.
-Eyni zamanda evdən uzaqlaşmaq istəyən, evsiz qalanların da uğraq yeridir. Bununla birlikdə Koreyada çox məşhur olan Stalker'lərdən qorunmaq üçün təqib edildiyini fərq edənlərin evininin öyrənilməsindən qorxaraq qonaqlamaq üçün seçdikləri məkanlardır.
-Saunaya girərkən ümumiyyətlə rəngləri və üslubları aşağı-yuxarı hamısında eyni olan köynək və şort verilir.
-Və bir də dəsmal. Bu dəsmalın birini başlarına qoçbaşı üçün istifadə edirlər.
-Verilən digər dəsmal sauna duşu qismində istifadə edilir. Nanəli otaq, bibərli otaq, duzlu otaq, soyuq otaq və çox isti otaqlar kimi insanların istəyinə görə fərqli sauna otaqları vardır.
- Bu saunalarda yalnız qonaqlama imkanı təqdim edilmir. Çilingər süfrəsi misali ənvai növ yemək yemə imkanı var.


- Təbii ki ən sevimli və olmazsa olmaz sauna yeməyi yumurta! Bu yumurtalarda diqqətimizi iki şey cəlb edir: Qəhvəyi rəngi və dadı
- Yumurtadan sonra bir digər olmazsa olmaz sauna ritualı nə hikmətsə ümumiyyətlə mavi qapaqlı bir şüşədən içilən koreyaca adı "sikhye" olan şirin düyü içkisidir. Bu içkinin antioksidant xüsusiyyəti daşıdığı və həzmə yaxşı gəldiyi bilinməkdədir. Butulka dibində görülən çöküntülər düyü olub bu içki bəzən şam fıstığı da saxlamaqdadır. Xüsusilə axşamdan qalma olanlar, yəni içkini qaçıranlar seçməkdədirlər.
-Sauna vannaları, isti su hovuzları və geyinmə otaqları qadınlar və kişilər bölümü deyə ayrılır. Ancaq yatmaq və yemək yemək üçün istifadə edilən məkan ortaq sahədir. Nadir olaraq da olsa yalnız qadınlara ya da yalnız kişilərə xüsusi saunalar vardır.


- Səyyahların saunalar mövzusundakı ortaq narahatlıqlarından biri hovuz və sauna otaqları qismində anadangəlmə gəzən və isti su hovuzlarına da belə girən koreyalı qadın və kişilərdir.
-Bu saunalardan ən məşhuru, daha doğrusu, ən çox drama çəkiləni - Drogon Hill Spa.
-Saunaların olmazsa olmazı bizim yataqlarımıza dəng gələn həsirləri və taxtamsı yastıqları. Necə rahat yatırlar? Genetik vərdiş...
- Yerdə üşümürlər? Yeraltı istilik sistemləri. Onsuz da yerdə yatan, yerdə yemək yeyən, hətta yerdə televizor izləyən bir millətin başqa cür isinməsi mümkün olmazdı.
-Səyyah yazarlarının çoxu saunaların qalmaq üçün çox ucuz yerlər olduqlarını dilə gətirirlər. Qiymətləri ortalama həftə içləri 10.000 von ikən həftə sonları 12.000 von olaraq deyilir.
-Dramalarda saunaların romantik anlar üçün də istifadə edildiyinə şahid oluruq. Bu bir ekran illüziyasıdır, yoxsa həqiqətən olan bir vəziyyətin ssenariyə tökülməsidir?
-Səyahət yazarlarının çoxu bu saunaların sanılan qədər təmiz olmadığını, insanların bir-birinə hörmətinin olmadığı və gecələri birlikdə yatdığı üçün çox pis iy verdiyini dilə gətirir.




0 comments :

Post a Comment