İkinci
Dünya Müharibəsi vəhşətə, dəhşətə və utanca yer verən bir olaylar zənciridir.
Müharibə
insanlığın üzərinə qara bulud kimi çökmüşdü.
Müharibənin
qara buludları bütün insanlığı təhdid edərkən ən önəmli zərbəni Almaniyadakı,
daha sonra nasistlərin işğal etdiyi torpaqlarda yaşayan, ya da nasist təhdidinin
yaxın olduğu bölgələrdəki yəhudilər hiss etdilər.
Əsasən
Adolf Hitlerin 1933-cü ildə hakimiyyətə keçməsiylə birlikdə yəhudilərin hüquqları məhdudlaşdırılmağa
başlanmış, Mustafa Kamal Atatürkün şəxsi dəstək verməsiylə Türkiyə Cümhuriyyəti
nasistlərdən qaçan yüzlərlə qaçqına qapılarını açmışdı.
1933-cü
ildən etibarən Türkiyəyə gələn professorlar sadəcə yəhudi olduqları üçün
nasistlər tərəfindən vəzifəsindən alınan sahələrinin ən məşhur və ən önəmli elm
adamlarıydı.
Maraqlıdır,
Almaniyadan gələn yəhudi elm adamları, İstanbulda, ya da ümumi anlamıyla Türkiyədə
yaşayan alman əsilli camaatdan uzaq durdu.
Almaniya höküməti davamlı olaraq bu yəhudi qaçqınları geri istəyir, Türkiyədəki bəzi
azlıq qruplar ilə toplumun yönləndirilmiş bəzi kəsimləri də nasistləri dəstəkləyirdi.
1934-cü
ildə edilən nasist tərəfdarı propaqandalar nəticəsində bəzi bölgələrdə yerli yəhudilərin
əleyhində istənməyən hərəkətlər oldu.
1937-ci
ildən etibarən Türkiyədəki alman propaqanda fəaliyyətləri sürətlə artdı;
İstanbulda “Alman İnformasiya Mərkəzi” açıldı, almanca yayın edən gündəlik qəzet
“Türkkische Post” nasist propaqandası etməyə başladı.
Nasist
təbliğatının yol açdığı yəhudi əleydarı yayınlara bəzi milli qəzetlər tərəfindən
şiddətlə qarşı çıxıldı.
Türkiyənin
İngiltərə ilə Fransaya yaxınlaşmasını şiddətlə tənqid edən “Alman İnformasiya
Ofisi” qapadıldı.
Alman
və ingilis casuslarının Türkiyədəki fəaliyyətlərinə qarşılıq türk höküməri ölkədə
yaşayan bütün xaricilər üzərində ciddi kontol tətbiq edirdi.
Türkiyəyə
nasizmdən qaçan qaçqınlar gəldikcə nasist propaqandasının tonu yüksəldi. Amma
bu propaqanda heç bir rəsmi dəstək tapa bilmədi.
1
sentyabr 1939-cu ildə İDM-nin başlanmasıyla birlikdə Almaniyada yəhudilərə edilən
hərəkətlər soyqırıma çevrildi.
Öncə
Almaniyada yaşayan yəhudilər Polşadakı gettolara yerləşdirildi. Burada
aclıqdan, soyuqdan və müxtəlif epidemiyalardan kütləvi ölümlər başladı.
Rumıniya
və onun güneyindəki Bolqarıstanda yaşayan yəhudilər böyük qorxu içindəydilər.
Nasistlər gəlmədən tapıldıqları torpaqlardan ayrılmaq məcburiyyətindəydilər.
Ayrılmayanları, ya da qaça bilməyənləri gözləyən sadəcə ölümdür.
Bu
sırada Türkiyə müharibənin sıxıb qovurduğu Avropa torpaqlarında çıxa bilməyi təşkil
edəcək qapılardan biriydi və ən önəmlisiydi.
“Montryo
Boğazlar Müqaviləsi”nə görə ticarət gəmiləri Türkiyə vizasına ehtiyac duymadan
boğazlardan keçə bilirdilər.
Rumıniya
və Bolqarıstanda yaşayan yəhudilər üçün bu yolu istifadə etməkdən başqa çarə
qalmamışdı.
Bəzən
bir neçə yəhudi ailəsi bir araya gələrək kiçik bir qayıq kirələyir, bununla
gizlincə Türkiyənin Frakiya sahillərinə çıxır, yenə gizlincə buradan tapa
bildikləri vasitələrlə qurudan və ya dənizdən Türkiyəni tərk edərək (hələ
İsrail dövləti qurulmağı üçün yəhudilərin “müqəddəs torpaqları”nın tapıldığı) Fələstinə
gedirdilər.
Bəzən
də təşkilatlarla gəmilər kirələnir, bunlarla boğazları keçib Fələstinə getmək
planlanırdı.
Nə
yazıq ki, bu səfərlərin bir qismi planlandığı kimi nəticələnmədi.
Məsələn,
Salvador faciəsi bunlardan biridir.
PARİTA
Ancaq
Salvador faicəsini görmədən öncə nasist propaqandasının Türkiyədə yaratdığı təsiri
göstərən br örnəyi xatırlayaq:
Avropanın
müxtəlif yerlərindən topladığı 860 yəhudi qaçqınını Fələstinə daşıyarkən bəzi
problemlər yaşan “Parita” adlı gəmi 8 avqust 1939-cu ildə İzmir limanına sığınmaq
məcburiyyətində qaldı.
Nasist
propaqandasının təsirində qalanlar gəminin limana yanaşmasına və əskikliklərini
tamamlamasına qarşı çıxdılar.
Sərnişinlərin
“Bizi öldürün, amma geri göndərməyin!” hayqırışlarına rəğmən 14 avqustda 2
polis motorunun müşayiətində limandan çıxarıldığında “Ulus” qəzeti “Sərsəri yəhudlər
İzmirdən getdi” deyə başlıq atdı.
“Parita”
çarəsizlik içində və çox pis şərtlərdə Fələstinə getdi, Tel-Əviv önlərinə dəmirlədi,
ancaq ingilislər sərnişinlərin quruya çıxmasına icazə vermədilər. Bunun üzərinə
kapitan gəmini quruya oturtdu, dənizə tullanan qaçqınlardan bir qismi quruya
çıxaraq qələbəliyə qarışmağı bacardı, digərləri ingilislər tərəfindən gözaltına
alındılar.
SALVADOR
Salvador
faciəsi isə bundan 1,5 il sonra meydana gəldi.
Öncəki
adı “Tsar Krum” olan Salvador 100 qros tonluq, 20 metr uzunluğunda və 5 metr
genişliyində köhnə, taxta yelkənli bir gəmiydi. Yola çıxa bilməyəcək qədər
pozuqdu. Motorları işləmirdi.
Sərnişinlərə
bir yedəyin gəmini İstanbula qədər çəkəcəyi, oradan da başqa bir yedək gəminin
çəkərək Fələstinə götürəcəyi söylənmişdi.
Can
qorxusu içində olan yəhudilər hər şeyi gözə alaraq bu yolçuluq üçün son dərəcə əlverişsiz
gəmiyə mindilər.
Bu
arada ən maraqlı olay Bolqarıstan polislərin sərnişinlərin geri yollanmaları ehtimalını
ortadan qaldırmaq üçün bütün pasportları toplaması oldu.
Ən
çox 40 adamın minə biləcəyi, amma 352 adamın mindirildiyi Salvador
Bolqarıstanın Varna limanından 3 dekabr 1940-cı ildə ayrıldı
Gəmi
3 günlük zor bir səfərin ardınca İstanbula çatdı.
İstanbulda
müxtəlif səbəblərdən 6 gün gözlədikdən sonra Salvador bir bələdçi kapitan
(Mustafa Eden) və bir səhiyyə məmuru (Muhittin Çalım) bərabərliyində 12 dekabr
1940-cı ildə axşam üzəri limandan ayrıldı.
Gecə
Silivri açıqlarında fırtınaya tutulan gəmi sürükləni, Cambaz burnu önlərindəki
qumluğa mindirdi, köhnə gövdə parçalandı və batdı.
Qəzadan
sadəcə 122 nəfər xilas oldu. Sərnişinlərin bir qismi dənizdə boğuldu, bir qismi
quruya çıxa bildi, amma sahildə soyuqdan donaraq öldü, bir qismi də tapılmad,
qeydlərə itkin olaraq keçdi.
Salvadorun
batışıyla bağlı İngiltərə Xarici İşlər Nazirliyi qaçqınlar bölümünün direktoru
T.M. Snou belə şərh etdi:
“Bu
yolun dayandırılması üçün bundan daha talehli bir fəlakət ola bilməzdi.”
“Salvador”
gəmisinin batışından sonra həm İngiltərə, həm də Bolqarıstan (sağ qalanları
almamaq üçün) bu şərtlərdəki bir gəminin Boğazlardan keçməsinə icazə verdiyi və
qəza Türkiyə qurusuları içərisində olduğu üçün Türkiyənin məsul olması gərəkdiyini
vurğulayaraq Türkiyəni suçladılar. İngiltərə sağ qalanları pasportları və viza
kağızları olmadığı üçün Fələstinə qəbul edə bilməyəcəyini bildirdi.
Ölənlər
Silivridəki yəhudi məzarlığına dəfn edildi. Buz kimi dənizdən sağ qurtulmağı
bacaran 123 qəzazadədən 63-ü Bolqarıstana geri göndərildi, gerisi isə “Darien
II” adı gəmiylə 19 martda Fələstinə ayaq basdı. Silivri məzarlığına gömülənlərin
sümükləri 1960-cı illərdə İsrailə nəql edildi. 1974-cü ildə Qüdsdə simvolik məzara
gömüldülər.
Salvador
faciəsinin təsiriylə Türkiyə özünə edilən bütün təzyiqlərə rəğmən 12 fevral
1941-ci ilə Tranzit Qərarnaməsi ilə qaçqınların nəzarətli keçidinə icazə verdi.
Almaniya
6 aprel 1941-ci il səhəri Yuqoslaviya və Yunanıstanın işğalına başladı.
Türkiyə
höküməti hüduduna dayanmış nasist ordularından tədirginlik duyurdu.
Bu
ortamda 18 iyun 1941-ci ildə imzalanan “Türk-Alman Dostluq Andlaşması” ölkədə
bayram havası əsdirdi.
İngiltərə
alman işğalındakı Yunanıstana embarqo tətbiq etdi.
Yunanıstanda
qısa müddət sonra qida anbarları tükənib qıtlıq və aclıq başlayınca Türkiyənin
də Yunanıstan qida yardımı qaçınılmaz hala gəldi.
Yunanıstana
embarqo tətbiq edən İngiltərə gedərək artan şəkildə Fələstinə yəhudi köçünə
mane olmağa çalışırdı.
Məsələn,
ingilis patrulları Tel-Əvivə gələn yəhudilərlə dolu “Tigerhill” gəmisinə atəş
açdı.
Yenə
Avropadan qaçan yəhudiləri daşıyan “Pacific” və “Milos” gəmiləri ingilis patrul
gəmilərinə yaxalandı; bu 2 gəmidən zorla çıxardılan yəhudilər “Patria” adlı gəmiyə
Hind okeanında bir adaya sürgün edilmək üzrə döyülərək mindirildilər. Amma
“Patria” o adaya heç yetişə bilmədi, seyrə başladıqdan sonra həmən sonra bir
partlayış nəticəsində batdı.
Yəhudilər
başqa bir gəmiylə “Atlantic”lə Fələstinə yetişdikdən sonra patrullar tərəfindən
həbs edildi...
STRUMA
Nasistlər
Rumıniyanı nəzarətə alınca nasist tərəfdarı Yon Antonesku iqtidara gəlmiş və Dəmir
Gözətçilər vasitəsiylə yəhudi əleyhdarı bütün tənzimləmələri qanuniləşdirmişdi.
SSRİ-Rumıniya
arasındakı bölgədə, özəlliklə işğal edilən Ukrayna torpaqlarında qurulan düşərgələrdə 1941-ci il payız və 1942-ci il yazı arasında
yüz minlərlə yəhudi öldürüldü.
Rumıniya
yəhudiləri üçün tapa bildikləri bütün imkanlarla Fələstinə getməkdən başqa çarə
qalmamışdı.
Rumıniyanın
varlılarından və ziyalılarından ibarət böyük bir yəhudi qrupu da bir araya gələrək
Türkiyə üzərində Fələstinə qaçmağı planladılar.
İlk mərhələdə
kirələmək üçün bir gəmi axtardılar.
Çarəsiz
insanların tapıldığ hər ortamda olduğu kimi bu durumu dəyərləndirmək və bu
zavallı insanları istismar etmək üçün bir çox saxtakar ortaya çıxdı.
“Tourisme
Mondial” adlı bir şirkət saxta məlumat vəd
və fotolarla qəzet elani ilə sərnişin toplamağa başladı.
-biletlər
bir kişi üçün 200 min lei (min dollardan çox)
-12
yaşından kiçik uşaqlar üçün yarı qiymət,
-özəl
kabinədə getmək 350 min lei idi. Gəmidə 6 ədəd özəl kabinə olduğu iddia
edilirdi.
Turizm
firmasının sərnişinlərə verdiyi vədlər içində:
-gündə
bir pay yemək,
-yataq,
-İstanbulda
Fələstin vizası almaq zəmanəti – vardı.
“Struma”
heç də fotolarda göstərildiyi kimi bir deyildi.
“Struma”
adını Bolqarıstandakı bir çaydan alan Panama bayraqlı taxta bir gəmiydi.
1867-ci ildə Newcastle tərsanələrində inşa edilmişdi: 6 metrlik və 100 sərnişin
tutumluydu. O illərdə Pandelis adlı bir yunanlının “Campania Mediterenea de
Vapores Limitada” aqentliyə bağlıydı. Administratoru isə yəhudi əsilli Dr.
Baruh Konfino idi.
“Struma”nın
adı və istifadə məqsədi dəfələrlə dəyişmişdi.
Reklamlarda
göstərildiyi kimi dizel motora sahib deyildi, olduqca köhnə bir motoru vardı.
Özəl
kabinələri də yox idi.
Dərmə-çatma
bir tualet əlavə olunmuşdu, yataq olaraq işlədilməsi üçün gəminin anbarlarına
sıra-sıra rəflər düzülmüşdü.
Öncə
gəminin bu durumunu görən 3 ayrı kapitan “Struma”yla dənizə açılmağı rədd etdi.
Rumıniyadakı Sionist Birliyi (ya da Aliya Komitəsi) bir kapitana rüşvət verərək “Struman”ın dənizə
açılmağa uyğun olduğu nəticəsini aldı və bunu sərnişinlərə eşitdirdi. Bununla
kifayətlənmədi, Dəniz Ticarət Komissarından böyük ehtimalla yenə rüşvətlə “Struma”nın
700-dən çox sərnişin ala biləcəyini təsdiqləyən bir sənəd alındı, ardınca 2
bolqar əsilli kapitan vəzifələndirildi. Bu kapitanların milliyətləri sonradan
İstanbulda “Struman”ın başına böyük iş açacaqdı, zira Bolqarıstan müharibədə
İngiltərənin qarşısındaydı. Bolqar kapitan bu durumun nəticəsində Boğazdan çıxa
bilməyəcəyini, çıxarsa bolqar olması səbəbiylə ingilislər tərəfindən tutulacağını
söylədi. Ayrıca gəminin Panama bayraqlı olması da yenə ingilislər tərəfindən
saxlanma ehtimalını artırırdı.
Reklamı
edilən və gözləndiyi kimi çıxmayan gəmini görən yəhudilər duruma reaksiya göstərincə
firma sahibləri sərnişinləri götürəcək əsl gəminin Rumıniya quru suları
xaricində gözlədiyini söylədilər.
Çarəsiz
qalan 769 yəhudi ən çox 100 nəfərin minə biləcəyi “Struma”ya minmək məcburiyyətində
qaldı.
“Struma”
12 dekabr 1941-ci ildə Rumıniyanın Konstansa limanından yola çıxdı.
Sərnişinlər
yola çıxınca açıqda özlərini gözləyən bir olmadığını gördülər. Tələyə düşmüşdülər.
Artıq ediləcək heç bir şey yox idi, hər şey üçün çox gec idi...
Gəmi
Konstansa-İstanbul arasındakı 250 millik yolu ancaq 3,5-4 gündə ala bildi.
Yolda dəfələrlə pozuldu, təmir üçün durmaq məcburiyyətində qaldı.
Hətta
bir dəfə təkrar Rumıniya sularına, Sulina limanı yaxınlarına sürükləndi.
Verdiyi SOS siqnalıı İstra gəmisi aldı. İstranın 2-ci kapitanı gəminin xarab
motorunu təmir etdi və qarşılığında da sərnişinlərin zinət əşyalarını topladı.
“Struma”
daha İstanbula gəlmədən Nasist Almaniyasının İstanbul təmsilçisi türk səlahiyyətlilərinə
gəmidə epidemik xəstəlik olduğunu söykəyərək gəmiyə sarı karantin bayrağı çəkdirdi.
Beləcə heç bir sərnişin quruya çıxa bilmədi, heç kim də gəmiyə
yaxınlaşdırılmadı.
“Struma”nın
İstanbula gəlişi azadlığa qovuşmaq anlamına gəlməmişdi.
İstanbulda
çox sıx karantin kordonu altında qalan “Struma” sərnişinləri 1941-1942 qışının
sərt şərtlərində, hər cür fırtına, yağış və qara açıq gəmidə ertəsi gün nə
olacaqlarını bilmədən hər an bir xoşbəxt xəbər eşitmək ümidi içində çarəsizcə
70 gün gözlədilər.
Türkiyə
hökümətinin müharibə şərtlərində 769 yəhudini qəbul etmək imkanı yox idi. Gəminin
motorlarının təmir edilib Fələstinə doğru yola davam etməsini istəyirdi, amma bu dəfə də ingilis höküməti buna icazə
vermirdi.
O dönəmdə
Fələstin ingilis idarəsi altındaydı. İngilislər ərəb neftini nəql etməyə davam
etmək və bunun üçün ərəblərlə yaxşı keçinmək üçün Fələstinə yəhudi köçünü məhdudlaşdırmışdılar.
Türkiyə hökümətinə gəminin yola çıxmaması üçün qorxunc təzyiq tətbiq etdilər.
Yazışmalar
davam edərkən gəmidə qalanlar laqeyd buraxılmadı.
Rəsmi
məqamlar İstanbuldakı yəhudi camaatının liderlərindən Simon Brod ilə Rıfat
Karakonun gəmiyə çıxmasını qəbul etdi.
Həftədə
bir isti yemək çıxır. Qızıl Ay və İstanbul Yəhudi Camaatı (müharibə illərinin məhdud
şərtlərinə rəğmən) gəmidə qida yardımında tapılırdı.
Bir
tualetin yetərsiz olması səbəbiylə göyərtə insan nəcisi ilə dolmuş və beləcə
dizanteriya xəstəliyi başlamışdı.
Yetərsiz
bəslənmə, susuzluq, dondurucu soyuq və ən önəmlisi çarəsizlik, azad dünyanın öz
durumları haqqında yetərincə bilgiyə sahib olmadığı düşüncəsi gəmidəkilərin həyata
sarılma arzularını hər keçən gün zəiflədirdi.
Bütün
bu mənfi şərtlərə rəğmən İstanbul limanında keçirilən 70 gün müddətində
“Struma” sərnişinlərindən xəstəlik və bənzər səbəblərdən həyatını itirən
olmadı.
“Struma”nın
İstanbulda karantində olduğu dönəmdə 1941-ci ilin dekabrı ilə 1942-ci ilin
fevralı arasında türk bayraqlı “Yenice”, “Kaynakdere” və “Çankaya” adlı
motorlar Qaradənizdə, özəliiklə İynəada ilə İstanbul arasındakı bölgədə məchul
dənizaltılar tərəfindən torpedoyla batırıldı.
Gəminin
İstanbulda qaldığı müddət ərzində hamiləliyinin 9-cu ayını tamamlayan Medea
Salomonoviç ilə bu müddət ərzində Fələstin vizası ala bilən bir neçə sərnişin gəmidən
enə bildilər.
Balatdakı
Or.-Haim Musəvi Xəstəxanasına qaldırılan M. Salomonoviç adlı qadın ölü doğuş
etdi, ancaq daha sonra quru yolu ilə Fələstinə göndərildi.
Digər
sərnişinlər isə pərişan bir vəziyyətdə aqibətlərini gözləyirdilər.
Gəmidən
dənizə tullandıqdan sonra üzərək quruya çıxanlar isə tutulub təkrar gəmiyə
götürülürdülər.
Türkiyə
Ankaradakı İngiltərə səfirliyindən immiqrantların Fələstinə qəbul edilmələri halında
hər cür yardımı edə biləcəyini bildirdi.
Araya
girən beynəlxalq qurumlara rəğmən İngiltərə höküməti Fələstinə göndərdiyi
teleqrafla gəminin Fələstinə çatmasını hər nəyin bahasına olursa-olsun əngəlləməsini
istədi.
Bunn
üzərinə Fələstindəki İngiltərə Yüksək Komissarlığı ən uyğun çözümün gəminin
Türkiyə tərəfindən Qara dənizə göndərilməsi olduğunu qeyd etdi.
Koloniyalar
başqanı Lord Moyn bu insanların qaçışının başqa yəhudilərin gəmilərlə qaçışını
cəsarətləndirərək çox acı təsir edəcəyindən şikayətləndi.
Qısacası,
ərəbləri darıltmaq istəməyən və yəhudilərin Fələstinə getmələrinə göz yumduğu təqdirdə
çıxarlarının zədələnəcəyinin hesabı içində olan İngiltərə immiqrantların Fələstinə
getməsini uyğun tapmadığını, bunun üçün viza verməcəyini bildirdi.
Rumıniya
isə bu insanların ölkəni illeqal yollardan tərk etdiyini söyləyərək geri almağı
qəbul etmirdi. Halbuki “Struma” sərnişinləri Rumıniyanı rəsmi yollardan - “Dəmir
Mühafizləri”nın və gömrük səlahiyyətlilərinin nəzarətində tərk etmişdilər.
Ayrıca
tam bu günlərdə Türkiyənin müxtəlif ölkələrə aid əsirlərin mübadiləsində vasitəçi
olması, Yunanıstana edilən qida yardımı da Türkiyə ilə İngiltərənin müştərək
çalışması və koordinasiyası ilə gerçəkləşməkdəydi. Türkiyə İngiltərə ilə
aralarında bir anlaşmazlıq olmasını istəmir, İngiltərənin istəmədiyi bi fəaliyyətdə
tapılmağı gözə ala bilmirdi.
“Struma”
2,5 aylıq bir gözləyişdən sonra İngiltərə ilə Türkiyə arasındakı görüşlərin nəticə
verməməsi üzrə 23 fevral axşam Türkiyə yedək gəmiləri tərəfindən çəkilərək Qara
dənizə, Türkiyə quru sularının xaricinə buraxıldı. Motoru çalışmamaqdaydı,
yanacağın olub-olmadığı sual altındaydı.
Ertəsi
gün gəmi böyük bir partlayışla yox oldu. 800-ə yaxın (bəzi qaynaqlarda 769,
785) sərnişindən sadəcə bir nəfər David Stolyar faciədən sağ qurtuldu.
“Partlayışdan
bir neçə saniyə sonra suya çarpdım və yenə bir neçə saniyə su üzünə çıxdı.
Havadan taxta parçaları yağırdı. Gəmini
görə bilmədim, bütünüylə yox olmuşdu. Su buz kimi soyuq idi və parçalanan taxta
bölümlərdən dışarı fırlamış insanlarla doluydu. Hamısı partlayış anında
boğulmuşdular. Sağ qalanların çox da suda öldülər.”
- - David Stolyar Rumıniya vətəndaşı idi. Özünün yəhudi olub-olmadığı belə
dəqiq deyildi. “Struma”nın elanlarını bir həbs düşərgəsində görmüş, faşist iqtidarın
etdiklərindən xoşlanmadığı üçün ölkəni tərk etmə zamanının gəldiyini düşünərək
“Struma”ya bilet almışdı. Özü də qeyd etməkdədir ki, o zamanlar yəhudilər
taxmaq məcburiyyətində olduğu davudi ulduzlu sarı qol bantını “Struma” elanını
gördükdən sonra taxmışdır. Anlatdıqlarına baxılarsa, özü əsaslı bir türk düşməni
idi. Xilas olduqdan sonra Türkiyə orqanları haqqında son dərəcə yaraşıqsız
ittihamlarda tapılmış, lakin çox sonra Türkiyə orqanlarına haqsızlıq etdiyini qəbul
etmişdi. Gəmidən qurtulan tək insanın türklər haqqında bu tərz düşüncələrə
sahib olması maraqlı bir nöqtədir. Ayrıca daha maraqlı bir durum da Stoyların
qurtulduqdan sonra İngiltərə Ordusuna qatılmasıdır. -
Uzun
müddət “Struma”nın nasist rəhbərliyinin batırdığı düşünüldü.
Zaman-zaman
tələffüz edilən tezislərdən biri isə bir minaya çarparaq batmış olduğu ya da Türkiyə tərəfindən
torpedoyla batırıldığı idi.
Aparılan
araşdırmalar nəticəsində “Struma”nın batırıldığı tarixlərdə Qara dənizdə alman
dənizaltılarının olmadığı, üstəlik 24 fevral tarixində Sovet SC 213 dənizaltısının
41° 23' Şimal / 29° 13' Şərq koordinatlarında bir gəmini torpilləyərək
batırdığı gerçəyi ortaya çıxdı. Bu tarixdən sonra SC 213 dənizaltısınən
batırdığı gəminin “Struma” olduğu tezisi ümumi qəbul gördü.
MƏFKURƏ
“Struma”
faciəsindən sonra İngiltərə tədricən bir siyasi dəyişikliyə getdi. Bu siyasi dəyişikliyinin
gerisində ABŞ-ı təzyiqi və əslində Avropada artıq çox da xilas ediləcək yəhudinin
qalmamış olması vardı. 1943-cü ildə Avropada, özəlliklə Almaniya müttəfiqi ölkələrdə
(artıq yəhudilərin səyahət etmək deyil, “mövcud olmaq” haqları da yox idi)
sıxışıb qalmış yəhudiləri xilas etmək üçün heç bir addımın atılmayacağını, amma
Türkiyəyə çatmağı bacaran yəhudilərə avtomatik olaraq viza verəcəyi qanununu qəbul
etdi. Bu çərçivədə “Struma” sonrası qismən kəsintiyə uğrayan köç nəqliyyatı
yenidən başladı.
İngiltərənin
qərarından sonra İstanbul bu qaçqın nəqliyyatında gedərək hər cür axışın -pul,
insan, gəmi- təşkil edildiyi mərkəzə çevrildi. “Mefkure”, “Bülbül” və “Morina” iyul
1944-cü ildə Köstəncədən toplam min yəhudini
almaq üzrə İstanbul limanından ayrıldılar. Köstəncədə gəmilərin içləri tədilatdan
keçirildi. Hər üçü də taxta Qaradəniz motorlayıydı.
“Məfkurə”
1929-da inşa edilmiş, 40 tonluq bir yelkənli idi. 1930-cu illərdə üzərinə motor
taxılmışdı. “Məfkurə”, “Bülbül” və “Marina” 3 avqustda Köstəncədə ayrıldılar. Gəmidə
Qızıl Xaç bayrağının dalğalandığı vəə Qızıl Xaç simvolunun dörd bir tərəfiinə
cizildiyi “Məfkurə” 302 sərnişin daşıyırdı. İlk gün problemsiz keçdi.
Fəqət
5 avqust gecəsi 3 motor ayrı-ayrı seyr edərkən birdən-birə “Məfkurə”nin üzərinə
bir aydınlatma fişəngi partladı, sonra bir dənizaltı atəşə başladı, 3-cü atışda
gəmini sancaq tərəfdə vurdu, daha sonra suyun üzərində sağ qalmağa çalışanları
maşınlı tüfənglə daradı, ekipajın mindiyi canqurtaran qayığı da hücumdan nəsibini
aldı. Hücumdan 4-5 saat sonra gün ağarırkən “Bülbül” motoru üfüqdə göründü və
sağ qalan “Məfkurə” ekipajından kapitan Kazım Turan daxil 6 şəxs və 5 sərnişin
topladı.
1960-cı
illərin başlarında “Struma” və “Məfkurə”də yaxınlarını itirənlər Almaniya əleyhinə
təzminat davası açdılar. Aparılan araşdırmalar nəticəsində həm “Struman”ın
batırıldığı 1942-ci iln fevralında, həm də Məfkurənin batırıldığı 1944-cü ilin
avqustunda hücum bölgələrində alman dənizaltılarının tapılmadığı, dahası sovet
arxivlərində həm “Məfkurə”ni, həm də “Struma”nı Sovet dənizaltılarının batırmış
olduğu ortaya çıxdı. Daha doğrusu bu gəmilərin hücuma uğradıqları əsnada
ehtimalla tapıldıqları koordinatlarda sovet dənizaltılarının kimliyini bilmədikləri,
alman olduğunu düşündükləri üçün gəmilərə
hücum etmişdilər.
0 comments :
Post a Comment