Saturday, 10 September 2016

Batmayan Sem

Müharibələr sadəcə insanlar arasında keçib onlara təsir etmir. Toplu yıxımlarda bir çox heyvan həyatını itirdiyi kimi bəziləri də müharibə əsnasında insanların yanında olur. Eynən “Cher Ami” kimi bir çox heyvan müharibə qəhrəmanı var.
“Unsinkable Sam”, yəni “batmayan Sem” İkinci Dünya Müharibəsində həm alman donanmasında, həm ingilis kraliyyət donanmasında toplam 3 gəmidə maskotluq (talismanlıq) etmiş və batan 3 gəmidən də canlı qurtulmuş pişikdir.
İlk olaraq 1941-ci ildə “Rheinübung” əməliyyatını gerçəkləşdirən “Bismarck” adlı alman müharibə gəmisinə onun kimin aldığı bilinmirdi. Adı isə Oskar idi.
27 may 1941-ci ildə gəmi müttəfiq qüvvələri tərəfindən batırıldığında 2200 nəfərlik ekipajdan sadəcə 115 nəfər xilas ola bilmişdi. Biri də pişik idi.
Gəminin batışından saatlar sonra ərazidən keçən ingilis donanmasına aid “HMS Cossack” adlı gəminin ekipajı pişiyi bir taxta üzərində tutunarkən tapır və adını Sem qoyur.
Semin Aralıq dənizi və Şimali Atlantiki gəzdiyi “HMS Cossack” gəmisi 24 oktyabr 1941-ci ildə alman dənizaltısı tərəfindən atəşlənən terpoda ilə zərə görən ekipajın yarısını başqa gəmiyə nəql etdirildi.
Qalan qismi gəmini Cəbəllütariqə geri götürməyə çalışarkən 3 gün sonra dərin sulara boğuldu və 159 nəfər həyatını itirdi. Batmayan Sem isə bu gəmidən də sağ çıxmağı bacarmışdı!
Qəzadan sonra qurtarılıb Cəbəllütariqdəki bazaya götürülən Semə burada “batmayan” ləqəbi verilir. Ardından ilk səyahət etdiyi alman gəmisi “Bismarck”ın batırılmasında yer alan təyyarə gəmisi “HMS Ark Royal”a transfer edilir.
Amma bu gəmi də səfərini tamamlaya bilmədən 14 noyabr 1941-ci ildə başqa alman dənizaltısı tərəfindən vurulub aldığı zərərlə geri dönməyə çalışarkən daha çox su aldı.
Yan yataraq batan gəmidən taxta parçalarına tutunaraq qurtulan ekipajın yanında yenə batmayan Sem vardı.
Olduğu 3 gəminin də batması və bunlardan sağ qurtulması nəticəsində artıq başqa gəmiyə göndərilməyən Sem ilk öncə Cəbəllütariqdəki qubernatorlu ofisində baxıldı.
Daha sonra Birləşmiş Krallığın Belfast şəhərində yaşayan dənizçinin baxdığı Sem 1955-ci ildə qocalıqdan mələk oldu. Amma onun hekayəsi hələ dənizçilərin dilindədir.

0 comments :

Post a Comment