Monday, 12 September 2016

Bolqar türkləri


Assimilyasiyadan qaçan 350 min Bolqarıstan türkü... Bolqar zindanlarından sərhəd qapısına gətirilən türk məhkumlar... Kapikuledən üfürə qədər uzanan nəqliyyat quyruqları... və üfüqü belə dəlib keçən yeni başlanğıc xəyalı...
14-cü əsrdən bəri Bolqarıstanda yaşayan türklər yeni həyata ancaq 1989-cu il köçünün ardından başlaya biləcəkdilər. Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada yaşanılan ən böyük məcburi köç olayı idi.
Adları bulqar adlarıyla dəyişdirilə, ana dillərində danışmaq qadağan olunan, göz altında ağır işgəncələr görən Bolqarıstan türkləri son çırpınışlarını sərgiləyən kommunizmdən qaçırdılar. Halbuki kommunizmlə tanış olduqlarında bu yeni rejimin mənliklərini yox etməyə çalışacağı ağıllarının ucundan belə keçməmişdi. Bolqarıstanın İkinci Dünya Müharibəsinə Almaniyanın yanında qatılmasının ardından SSRİ ölkəni işğal etdi. Faşist rejim devrildi, yerinə kommunizm gəldi. Artıq idarə Sovet dəstəkli “Vətən Cəbhəsi”nin əlindəydi.
Bolqarıstandakı türk azlığı tələblərinin yerinə gətiriləcəyi sözünü verən “Vətən cəbhəsi” hökümətini dəstəkləyirdi. Ancaq iqtidarın Bolqarıstan Kommunist Partiyasına (BKP) keçməsiylə rüzgar bir neçə il içində tərsinə döndü. BKP-ya görə azlıqlar unitar sosialist quruluşun önündəki ən böyük təklükəydi.

BOLQARISTANDA ASSİMİLYASİYA
Assimilyasiya siyasətinin məqsədi Bolqarıstanda yaşayan müsəlman cəmiyyətini xristianlaşdırmaq və bolqar mədəniyyətini mənimsəmələrini təşkil etməkdir.  Yunan, makedon və çoxluqla türklərdən ibarət olan bu müsəlman cəmiyyətinə “pomaklar” adını vermişdilər. Pomakları assimilyasiya etmək assimilyasiya siyasətinin təməl məqsədi idi. Bunun səbəbi pomakların olduqca qələbəlik kütlə olması və bu kütlənin çox böyük qisminin də müsəlman türklərdən təşkil edilməsi idi. Statistik cəhətdən o dönəmdə toplam əhalinin 20%-i türk idi. Bu səbəblə türklərə assimilyasiya edilməli ilk irq gözüylə baxılırdı. Ayrıca türklər digər pomaklardan fərqli olaraq öz yerli geyimlərini geyinir, öz dillərində danışır və öz adətlərinə görə hərəkət edirdilər.
Assimilyasiya işləri türk azlığının təhsil səviyyəsinin yüksəldilməsiylə başladı. Əgər türklər kommunist təhsil sistemində daha uzun zaman keçirsələr, sosialist dəyərləri mənimsəmələri daha asan ola bilərdi. 1943-44-cü təhsil ilində 424 türk məktəbi, 871 müəllim və 37.335 şagird varkən 1949-50-ci ildə bu rəqəmlər sırasıyla 1.199, 3.307 və 105.376-ya yüksəldi.
BKP türk azğınlığın dini yaşamına və ənənəvi geyimlərinə də müdaxilə etdi. Mədrəsələr və Quran kursları qapadıldı. Hicablı türk qadınları təzyiq altında qaldılar. Bolqarıstan türkləri narahat idilər.

BOLQARISTANDAN QAÇIŞ
Bolqarıstan höküməti Türkiyəyə nota verərək sərhəd qapısını açmağını istədi və 1950-51-ci illərdə 154.393 nəfər Türkiyəyə köç etdi. Köçlər bununla məhdudlaşmayacaqdı. İmmiqrantların Bolqarıstanda qalan qohumlarının yüksək milli dirəncə sahib olduğunu düşünən kommunist rejim Türkiyə ilə “Yaxın qohum köçü” andlaşmasını imzaladı. Beləliklə, 1968-ci ildən 1978-ci ilə qədər daha 130 min nəfər Türkiyəyə köç etdi.

ASSİMİLYASİYA TAM QAZ
BKP-nın hədəfində yenə türk məktəbləri vardı. Artıq bu məktəblərin sistematik şəkildə ortadan qaldırılmasının vaxtı gəlmişdi. 1973-cü ildən etibarən türk dlində seçməli dərsə belə icazə verilməyəcəkdi.
Türk mətbuatı da türk məktəbləri kimi yavaş-yavaş yox ediləcəkdi. Kommunist partiya dönəmində Bolqarıstan türk dilində 5 qəzet və 1 dərgi yayımlanmışdı. Zamanla türk dilində yalnız 1 qəzet qaldı. Onun da içindəki türk sözlərin sayı hər keçən gün azalırdı.
Rəsmi tarixin dəyişdirilməsi assimilyasiyanın başqa önəmli ayağıydı. 70-ci illərin sonundan etibarən əslində Bolqarıstan sərhədləri içində türk deyə bir azlıq qrupunun tapılmadı, bunların Osmanlı dönəmində müsəlmanlaşdırımış bolqarlar olduğu yazılmağa başlandı.

KƏNAN EVRƏN SOFİYADA
Tarix kitablarının dəyişdirilməsi əslində yaxınlaşan fırtınanın xəbərçisiydi. 1982-ci ildə Türkiyə prezidenti Kənan Evrən Bolqarıstanı ziyarət etdi. Bu prezindentlər səviyyəsində 2 ölkə arasında ilk ziyarət idi.
1954-cü ildən Bolqarıstan Kommunist Partiyası MK-nın baş katibi olan Todor Jivkov Qorbaçova Evrənlə aralarında keçən danışığı belə yekunlaşdıracaqdı:
“Mən Evrənə dəqiq olaraq bunu söylədim. Bu xalq müsəlmandır. O, zatən müsəlman qalır, öz ibadətlərini yerinə gətirir. Öz ibadətlərini yerinə gətirməsi üçün biz maliyyələşdiririk. Müəllimləri var, məscidləri var, hər şeyləri var, amma bu xalq türk xalqının bir parçası deyil və onların necə yaşayacağı və nə edəcəyi sizi maraqlandırmaz. Bu xalq Bolqarıstanın bir parçasıdır.”
Todor Jivkov-24 oktyabr 1985-ci il.

BOLQARISTANDA “SƏRT” ASSİMİLYASİYA
Jivkov assimilyasiyanın yetərincə sürətli irəliləmədiyini düşünürdü və 1984-cü ildə sərt assimilyasiya dönəmini başlatdı.
Məscidlər ibadətə qapadıldı. Bəziləri anbara çevrildi. Yalnız qocaların məscidlərə getməsinə icazə verilirdi. Həccə getmək və hətta sünnət belə qadağan olunmuşdu. Sünnət edilən uşaqları anaları və nənələri 5 ilə qədər həbs cəzasına məhkum edilirdilər. Bolqarıstan türkləri cənazələrini belə istədikləri kimi qaldıra bilmirdilər. Cənazənin yuyunma üsulu qadağan olunmuş, türkcə və ərəb dilində yazılı məzar daşları paramparça edilmişdi.
Türk dilində danışıq qadağası “sərt” assimilyasiyanın digər önəmli ayağıydı. Qadağa böyük-kiçik dinləmirdi. Tabe olmayanlar pul cəzasına məhkum edilirdilər. Bolqar dilini bilməsələr belə.

TÜRK ADLARI BOLQARLAŞDIRILIR
Jivkovun ən ağır assimilyasiya zərbəsi ana dilini qadağan etməsi deyildi. Ağlında elə bir texnika var idi ki, Bolqarıstan türklərinin şüuraltını alt-üst edəcəkdi.
Jivkov ad dəyişdirmə kompaniyasına “Soya qayıdış prosesi” (“Vazroditelen protses”) adını vermişdi. Osmanlı dönəmində zorla türkləşdirilmiş olan bolqarların bolqar adlarını könüllü olaraq geri aldıqlarını iddia edirdi.

1 MİLYONA YAXIN TÜRKLƏR
Bəs “Soya qayıdış prosesi”ni niyə başlatmışdı? Nə olmuşdu da Jivkov 1984-89-cu illər arasında zülmün dozunu artırmağa qərar vermişdi? Jivkovun 24 oktyabr 1985-ci ildə Qorbaçova Sofiyadakı toplantı əsnasında söylədikləri bir ipucundan artıq idi.
“Bolqarıstandakı türklərə gəlincə, bunların sayı 800 mindir. 2000-ci ilə qədər 1 milyon olacaqlar. Artım səviyyəsi çox yüksəkdir. Türk tərəfi bunları türk millətinin bir parçası olaraq görəcək. Bəzi şeylər gözümüzdən qaçmışdır.”
Türk əhali bolqarlardan daha sürətli böyüyürdü. 1975-ci ildə bolqarların doğum səviyyəsi 16,6% ikən türklər üçün bu nisbət 24,5% təşkil etmişdir. Bu sürətli artım Jivkovda dərin narahatlıq oyandırdı. Zira türklərin sayı artdıqca muxtariyyət tələb etmək ehtimalları da yüksəlirdi.

KOMMUNİSTLƏRİN “TÜRKİYƏ” PARANOYASI
Türklərin assimilyasiya edilmək istənməsinin digər səbəbi də 1974-cü il Kipr Sülh Hərəkatı idi. Bülent Ecevit Bolqarıstandakından çox daha az sayda türkü müdafiə etmək üçün adaya əsgər çıxartmışdı. Jivkov Bolqarıstan türklərini kimliklərindən qoparıb Bolqarıstandakı türk azlığın varlığını inkar etməzsə, eyni taleyə məhkum ola biləcəyindən qorxurdu. Bir BKP mərkəzi komitə üzvü bu qorxunu paylaşırdı:
“Heç özümüzü aldatmayaq. Türkiyə əcaib güclüdür. Əgər iş hərbi məhkumluğa dayanırsa, Türkiyə bir həftədə bizi xırdalayacaq. Siz daha yaxşı bilirsiniz, amma əgər Trakyada olan türk ordusu yola çıxarsa, Slivenə qədər onu durduracaq kimsə yoxdur.”
Hristo Maleev-16 iyun 1989-cü il.
Bolqarıstan diktatorunun paranoyası türklərə kabus yaşadırdı. Bolqarıstan türkləri Türkiyədən hərəkət gözləyirdilər.

BOLQARISTAN TÜRKLƏRİNİN DİRƏNİŞİ
Türkiyə soydaşlarını almağa hazır idi, amma Bolqarıstan verməyə niyyətli deyildi. O vaxt gəlincəyə qədər Bolqarıstan türkləri mənliklərini müdafiə etmək məcburiyyətində idilər.
Qırcaəli küçələrində fırtına öncəsi səssizlik hakim idi. Kəndlərdə isə heç kim yerində dura bilmirdi. Artıq türklər təşkilatlanmağa başlamışdılar.

BOLQARISTAN TÜRKLƏRİNİN İTKİLƏRİ
Kommunist rejim türkləri terrorizmlə günahlandırırdı. 1984 və 1985-ci illərdə Plovdiv qatar stansiyasında və Varna aeroportunda bombalar partlamışdı. Hücumlardan türk təşkilatları məsul tutuldu və 3 türk ölüm cəzasına məhkum edildi.
Hərəkətlərdəki təzyiq də sürətlə yüksəlirdi. Axırda silahlar partladı. Aktivist türklər Jivkovun əsgərlərini, Jivkov isə Bolqarıstan türklərini günahlandırırdı. Türklərin verdikləri şəhidlər hər keçən gün artırdı.
Bolqarıstan türkləri qorxmuşdu. 1980-84 illərdə öldürülən türk sayının 700 ilə 900 arasında olduğunu təxmin edilirdi.

BELENE
Fəaliyyətlər azalmışdı, amma həll edilməmiş cinayətlər və işgəncənin sürəti kəsilmirdi. Politbüro türk milləyətçi axınının kökünü qurutmağa qərarlıydı.
Belene...1985-ci ildə təxminən min türk liderinin yatdığı o məşhur bolqar zindanı...
Belene düşərgəsi Tuna çayının 2 qolunun arasında qalan Belene adasında yer almaqdaydı. 2500-ə yaxın məhkum tutumu olan düşərgə şəhər mərkəzindən uzaqdır. Adaya ancaq körpülər vasitəsiylə keçilə bilirdi. Ancaq bu körpülər də bolqar əsgərləri tərəfindən tutulmuşdu.
Düşərgə olduqca yaşıl sahədə qurulmuşdu. Məskunlaşma planına görə üfüqi uzunluqdakı binalarda məhkumlar qalmaqdaydı. Hər hansı bir isitmə və ya izolyasiya sisteminin tapılmaması dolayısıyla məhkumların çox sıx xəstə olduqları bilinməkdədir.
Burada qalmış məhkumların anlatdığına görə yaşam şərtləri olduqca çətin idi və qaldıqları yerlər xəstəlik yuvasıdır. Gecə tualetə gedə bilmədikləri üçün bəzən otaq içindəki vedrələrdən istifadə etmək məcburiyyətində qalırdılar.
Belene düşərgəsi 1949-59-cu illər arasında fəaliyyətdə olan düşərgədir. Bu müddətdə iqtidarda olan sosialist rejimin əleyhinə təşkilatlanan və ya rejim əleyhdarı düşüncələrlə hərəkət edən bolqarları bu düşərgəyə gətirir, burada işlətdikləri “cinayət”in ağırlığına görə çalışdırılırdılar.
Şəhərdə müxtəlif həbsxanaların açılmasıyla düşərgə 1984-cü ilə qədər istifadə edilmədi. Ancaq 1956-cı ildən 1989-cu ilə qədər sürən assimilyasiya siyasəti səbəbiylə 1985-ci ildə düşərgə bolqar türkləri üçün təkrar işlək vəziyyətə gətirildi.
Düşərgəyə göndərilmək üçün məhkəmə prosesi lazım olmurdu. Hər hansı bir məhkəmə qərarı olmadan “sosialist bolqar rejiminə əleyhdar olmaq” düşərgəyə göndərilmək üçün yetərli səbəb olaraq görülürdü.
Belene düşərgəsi yuxarıda qeyd olunanlardan əlavə çox yaxşı qorunan düşərgədir. Zərər çəkmişlər hərbi gücdən əlavə düşərgənin çevrəsinin 3 qat tikanlı tel hörgüylə çevrələndiyini anladırlar. Özəlliklə qeyd olunmlıdır ki, həbs düşərgəsi deyiləndə ağla gələn nasist düşərgələrində belə düşərgə sahəsinin 3 qat tellə çevrələndiyi görülməmişdir.
Zərər çəkmişlərdən Sabri İsgəndər düşərgədəkilərin çoxunun ziyalılardan (müəllim, jurnalist, həkim və s.) təşkil olduğunu qeyd etmişdi. Düşərgəyə ilk dəfə gəldiklərində özlərinə bolqar vətəndaşlar olmaqları qarşılığında pul və ya ev təklif edildiyini, qəbul etmədiklərində işgəncəyə əruz qaldıqlarını söyləmişdi. İşgəncələrin nəticəsində türklərin bir qisminin köç etməyi və ya qalıb ad dəyişdirməyi qəbul etdiklərini, ancaq çoxunun dirəndiyini anlatmışdı.
Məhkumlardan Əli Ormanlı düşərgədə çalışarkən apendisitinin partladığını, düşərgədəki həkimə götürüldüyündə həkimin ad dəyişikliyini qəbul etməsini müalicəyə ön şət qoşduğunu danışır. Bu şərtə görə Əli Ormanlı həm adını dəyişdirəcək, həm də “Soya qayıdış” adı altında dostlarını təşviqedici danışıq aparacaq. Ormanlı bu təklifi rədd edir.  Həkim 4 gün boyunca təklifində israr edir, Ormanlı rədd edir.  Ancaq xəstənin vəziyyətinin ağırlaşması və şüurunu itirməsiylə həkim Əli Ormanlının müəlicəsini nəhayət qəbul etmişdi.
Məhkumlardan Mehmet Mumcuoğlu düşərgədə yeyə biləcək yemək tapmağın çox çətin olduğunu bu sözlərlə anladır:
“Yemək verirdilər, amma verdikləri yemək yeyiləcək kimi deyildi. Toyuq budundan, donuz qulağından çorba verdilər. İstəyirsən, ye, istəmirsən, yemə. Bəzən çörək verməzdilər. Bütün gün çalışırdıq. Bəzən su belə verməzdilər. Nəydi bu bizim çəkdiyimiz...”
Məhkumlara edilən rəftarların yanında məhkum ailələri də çətin vəziyyətdə idilər. Belene düşərgəsinə götürülən adamların həyat yoldaşları da işdən çıxarılırdı. Hasibə İnanın söylədiklərinə görə ərinin düşərgəyə alındığını öyrənməsindən qısa müddət işdən çıxarılmışdı. Həm ərinin dəstəyindən yoxsul qalmış, həm də uşaqlarına baxa biləcək gücü qalmamışdı.
                          
BOLQARISTAN TÜRKLƏRİ ACLIQ TƏTİLİNDƏ
Belene məhkumları aclıq tətilinə başladılar. Bolqarıstan türklərinin deyimiylə Beleneçilər assimilyasiyanın son tapmasını, məhbus türklərin sərbəst buraxılmasını və Türkiyəyə köç edilməsinə icazə verilməsini istəyirdilər. İstəkləri beynəlxalq radiolar vasitəsiylə bütün dünyaya eşitdirildi.
Bolqarıstan dünya miqyasında aldığı reaksiyalarla geri addım atdı və Belene düşərgəsindəkilərin təhliyəsinə qərar verdi.
Ancaq təhliyə qərarı düşünülənin əksinə türklərin tam anlamıyla sərbəst qalması anlamına gəlmirdi. Düşərgədəkilərin böyük qismi Bobodov həbsxanasına göndərildilər. “İslah edilə bilər” olduğu düşünülən məhkumlar isə ailələriylə birlikdə bolqar əhalinn çox olduğu şimal Bolqarıstandakı kəndlərə yerləşdirildilər.
Məhkumlardan Nihat İleri ailələrin fərqli kəndlərə göndərilməsinin sürgün olduğunu və təzyiqlərin yenə davam etdiyini, hər 10 türk ailəyə bir gözətçi təyin olunduğunu və davamlı olaraq assimilyasiya çalışmalarının davam etdiyini qeyd edir.

KOMMUNİZMİN SON ÇIRPINIŞLARI
Artıq soyuq müharibənin də sonu yaxınlaşırdı. Sovet İttifaqı Kommunist Partiyasının yeni baş katibi kommunizmin çöküşünü əngəlləməyə çalışırdı Mixail Qorbaçov “Perestroyka” və “Qlasnost” ilə hərəkətə keçdi.
“Perestroyka”- “reform”, “Qlasnost” isə “şəffaqlıq” anlamına gəlir. Özəlliklə şəffaqlıq siyasəti ilə şərq bloku ölkəsi olan Bolqarıstan dərindən təsirlənəcəkdi.
“Qlasnost” kommunist rejimi çəpə çevrə saran sirr pərdəsinin aralanmasını, mətbuatın müstəqilləşdirilməsini və vətəndaşlara ölkə içində və xaricində sərbəst dolaşıq imkanı təşkil etməsini ön görürdü. 9 may 1989-cu ildən etibarən müraciət edən Bolqarıstan vətəndaşlarının çoxuna pasport verilməyə başlandı. Türklər pasport idarələrinə axın etdilər.

1989-CÜ İL KÖÇÜNƏ DOĞRU
Bolqarıstan türkləri pulsuz beynəlxalq rouminq haqqını əldə etmişdilər. Davam edən aclıq tətilləri də Jivkovu həm daxili, həm də xarici təzyiqə məruz buraxırdı. Jivkov assimilyasiya siyasətində bir dəyişikliyə getmək lazım olduğunun fərqindəydi. O yeni metodun adı “məcburi köç” idi.
Dövrün Xarici İşlər Nazirliyi müştəşarının yeni pasport qanunu ilə əlaqəli söylədikləri Bolqarıstanın köçdən nə gözlədiyinə açıqlıq gətirirdi:
“Məncə başlıca məsələ Bolqarıstanda qalan bu əhalini necə özümləyəcəyik. Daha az olursa, daha asan özümləyəcəyik. Əgər uc ünsurlər ölkədə atılırsa, daha yaxşı olacaq. Türkiyəyə gedəcəklərin sayından çox başlıca ağırlığı bu xüsusa verməyimiz lazımdır. Qapını Türkiyənin bağlamasını gözləyək. Biz heç bir şəkildə qapını bağlamayaq. Əgər qapını bağlanmasına Türkiyə səbəb olursa, bu, burada qalacaqların özümləməsinə köməkçi olacaq. Qapını bağladığından ötrü Türkiyəni günahkar çıxardacağıq.”
İvan Qanev-16 iyun 1989-cu il.
Todor Jivkovun 29 may 1989-cü ildə bolqar televizisiyasında apardığı millətə səsləniş danışığın Turqut Özala istirahət mənasında idi:
“Türkiyənin köç etmək istəyən hər bolqar müsəlmanını qəbul etməyə hazır olduğunun trubalığını etdi. Bununla əlaqədar olaraq bolqar müsəlmanları adına və dövlət şurası sədri olaraq öz adıma əlaqədar türk orqanlarına bunu söyləmək istəyirəm: Keçici olaraq Türkiyəyə getmək və ya orada qalmaq istəyən bqlqar müsəlmanlarına sərhədi açın. Təxribat dövrü qapandı. Beynəlxaq norma və müqavilələrə uyğun olaraq Türkiyənin sərhədlərini dünyaya açması lazımdır. Bolqarıstan Xalq Respublikasının bunu etdiyi kimi.”
Baş nazir Özalın cavabı gecikmədi. Eqolar radio dalğaları vasitəsilə çarpışırdı. Özal meydan oxumaya meydan oxuyaraq cavab verdi və Brüsseldə qatıldığı NATO iclasınının çıxışında “sərhədləri açıram” dedi.

BOLQARISTAN TÜRKLƏRİ YOLLARDA
Bolqar mətbuatının “böyük gəzinti” olaraq adlandırdığı 1989-cu il köçü 6 iyunda başladı. Pasportunu alan hər kəs yollara düşdü. Gənci, yaşlısı. Məhkumu, fermeri. Hətta gələcəyin olimpiya çempionu ağır qaldıranı.

KAPIKULE BAĞLANIR
1989-cu il köçü qırılğan Türkiyə iqtisadiyyətinin qaldıra biləcəyindən daha çox bolqar türklərini Türkiyəyə gətirmişdi. 21 avqustda Türkiyə Bolqarıstan sərhədini bağladı. Artıq təkcə vizalı girişlərə icazə veriləcəkdi. Bu önləmə rəğmən iyun 1989-iyul 1990 dönəmində Türkiyəyə giriş edən immiqrant sayı 350 min idi.

YENİ HƏYAT?
İmmiqrantlar çoxluqla İstanbul və Bursada qohumlarının yanına yerləşdilər. Qohumu olmayanların bəziləri şərq və cənub-şərq vilayətlərinə yerləşdirildi. Qalacaq yeri olmayanlara dövlət yataq və yeməklə təmin edirdi. Amma Bolqarıstan türkləri iş tapa bilmirdilər. Onların zehnində idealizə edilmiş Türkiyə vardı və təəssüf ki, real Türkiyə idealdan olduqca uzaqdır.
Təxminən 130 min bolqar türkü, yəni 89-cu il immiqrantların təxminən 1/3 bir il içində Bolqarıstana geri qayıtdılar. Kəndlərinə qayıtdıqlarında fərqli Bolqarıstanla qarşılaşdılar.

KOMMUNİZMİN ARDINDAN BOLQARISTAN
10 noyabr 1989-cu ildə Jivkov devrilmişdi. Devrilməsində ölkədəki iqtisadi böhranın, iqtisadi böhranda da toplana bilməyən tütün məhsulunun payı vardı. 89-cu il köçüylə Bolqarıstanın ən önəmli ixrac məhsullarından olan tütün sahibsiz qalmışdı. Kim bilir? Bəlkə də Jivkov məqamında son siqaretini çəkərkən Özala çəkdiyi istirahətin bir xəta olduğunu düşünürdü.
Jivkov 10 dekabr günü etnik qruplar arasında düşmənçilik yaratmaq, vəzifəsindən sui-istifadə və dövlət ehtiyatlarını mənimsəmək cinayətlərindən həbs olunaraq ev həbsinə məhkum edildi.
22 dekabrdan etibarən türk siyasi məhkumlar sərbəst buraxılmağa başlandı. Bir həftə sonra türklərə adlarının geri verilməsi qərarlaşdırıldı. Ardınca assimilyasiya əsnasında həyatını itirənlərin yaxınlarına təzminat verilməsi qanunlaşdırıldı.

BOLQARISTANIN İLK TÜRK PARTİYASI
Hüquq və azadlıqlar hərəkatı adında bir türk partiyası quruldu. Partiya 2001-ci il ümumi seçkilərdə 7,45% səs yığaraq koalisiya ortağı oldu. 2013-cü il ümumi seçkilərdə isə səs nisbəti 10,5%-ə yüksəlmiş, türk partiyası kabinetə 3 nazir vermişdi.
Keçmiş Varşova paktı üzvü Bolqarıstan 2007-ci ildə Avropa Birliyinə tam üzv oldu. Avropa Birliyi müzakirələrinin azlıq hüquqlarının töhfəsi şişirdilə bilməzdi.
2012-ci ildə assimilyasiya hesabatı Bolqarıstan parlamentində qəbul edildi. Hesabatda deyilirdi:
1) Totalitar kommunist rejimin sözdə soya dönüş prosesi də daxil olmaq üzrə Bolqarıstan Respublikasında yaşayan müsəlman azlığa qarşı icra etdiyi assimilyasiya siyasətini şiddətlə qınayırıq.
2) 360.000-dən çox türk mənşəli bolqar vətəndaşının 1989-cu ildə ölkədən qovulmasını totalitar rejim tərəfindən işlənən bir növ etnik təmizlik olaraq elan edirik. 
3) Bolqar ədaləti və Bolqarıstan Respublikası Baş prokurorunu sözdə “soya dönüş prosesi”nin cinayətkarlarna qarşı başladılan davanın nəticələndirilməsi üçün hər cür səyi sərf etməyə çağırırıq.
Beləliklə, məsulların məhkumiyyətinə qədər vara biləcək hüquqi prosesin qapısı aralanmış oldu. Amma assimilyasiya və güc məğdurlarının açdıqları davalardan hələ konkret nəticə əldə edilə bilmədi. Bunun səbəblərindən biri türklərin ali məhkəmə kimi dövlətin kilid mövqelərində təmsilçilərinin olmamasıdır.
Bolqarıstan türkləri bugün hər nə qədər insan hüquqları kontekstində daha yaxşı şərtlərdə yaşasalar da, alınması vacib olan çox yol var. 2014-cü il Avropa seçkilərinin də göstərdiyi kimi Avropada ifrat milliyətçilik yüksəlişdədir. Bu durumdan Bolqarıstan da nəsibini aldı. Məsələn, irqçi “Ataka” partiyası 2005-ci il seçkilərində 8,14% səs almışdı.
Bolqar milliyətçiliyinin yaratdığı çətinliklərdən biri də ana dildə təhsilə əngəl təşkil etməsidir. Yeni nəsillər məktəbdə türk dilini öyrənmirlər. Türk dili məktəblərdə seçmə dərs olaraq verilir, amma şagirdlər ana dil dərslərin tərcih etmirlər. 1991-92-ci dərs ilində təxminən 114 min şagird ana dil dərsi alarkən 2010-11-ci ildə bu rəqəm 7 minə düşdü. Yəni, Bolqarıstanda türk dili unudulmağa üz tutdu.

“YUMŞAQ” ASSİMİLYASİYA
2011-ci il əhali sayına görə Bolqarıstanda 588 min türk yaşayır. Bu, əhalinin 8%-ni təşkil edir. Amma türklərin çoxluqda tapıldığı Qırcaəli küçələrində belə artıq türk dili eşidilmir, azan oxunmu, hətta bir türk restoranı belə tapılmır. Kommunist rejimin devrilməsindən sonra sürətlə artan azlıq hüquqlarına rəğmən xronik iqtisadi böhran, ardı-arası kəsilməyən köç dalğaları və ana dildə təhsilin olmayışı assimilyasiya prosesini tamamlamışa bənzəyir.
Bəzi kəsimlər iqtidardakı türk partiyasının Avropa Birliyinə xoş görünən siyasi hərəkətlər etdiyini, amma assimilyasiya hesabatı kimi cəhdlərin Bolqarıstan türklərinin dabanına təsir etmədiyini söyləyir. Bunu yumşaq assimilyasiya olaraq adlandırırlar. Yəni, kağız üzərində azlığa hüquqlar verilir, amma yenə də Bolqarıstan türklərinin kimliyini qoruya bilmir.
Türkiyədə yaşayan 89-cu il immiqrantları isə hələ Qırcaəli və Bursa arasında məkik toxuyur. Yerində doğub yabanda qocalan immiqrantlar hər 2 məmləkətdə də özlərini yad hiss etməyə davam edirlər.

0 comments :

Post a Comment