1942-ci ildə Niderlandda (Hollandiya) 101 orta asiyalı niyə öldürüldü?
Almaniyanın Sovetlər Birliyini işğala başladığı ilk həftələrdə
Smolensk yaxınlığında əsir düşən 101 özbək işğal altındakı Niderland
torpaqlarına təbliğat məqsədiylə gətirilərək Amersfort düşərgəsində işgəncə
edildikdən sonra öldürülərək adsız Sovet qəbiristanlığına basdırıldı
Orta Asiyadakı evlərindən alman ordusuna qarşı döyüşmək üçün
yola çıxanlar daha sonrakı günlərdə üstlərində çınqıllarla əsir olaraq
Niderlanddakı toplama düşərgəsinə gətirildi. 1942-ci ildə Amersfort şəhəri
yaxınlığında bir meşədə öldürülən çoxu özbək 101 orta asiyalını xatırlayanlardan
çox azı həyatdadır. Elə ki, niderlandlı diqqətli bir jurnalist olmasaydı, bəlkə
də tamamilə unudulacaqdılar.
BBC-nin xəbərinə görə hər baharda qadın-kişi, yaşlı-gənc
yüzlərlə niderlandlı Utrext yaxınlarındakı Amersfort şəhəri yaxınlığındakı bir
meşədə toplaşır.
Bu insanlar nasistlər tərəfindən tam bu nöqtədə silahla edam
edilən və yarım yüz ildir unudulmuş olan 101 məchul sovet əsgərini xatırlamaq
üçün şamlar yandırırlar.
Burada yatanların hekayəsi Rusiyada bir neçə il çalışdıqdan
sonra 18 il əvvəl Amersforta geri dönən jurnalist Remko Reydinqin yaxınlarda
bir sovet döyüş qəbiristanlığı olduğunu öyrənməsiylə başladı.
Reydinq "Daha əvvəl heç eşitmədiyim üçün çaşmışdım. Qəbiristanlığı
ziyarət edərək arxiv məlumatları və ifadələr axtarmağa başladım" deyir.
Araşdırmaya başladığında qəbiristanlıqda 865 sovet əsgərinin
yatdığını, 101-i xaricində hamısının cansız bədənlərinin Niderlandın digər bölgələrindən
və Almaniyadan gətirildiyini, lakin adsız 101 adamın orada, Amersfortda
öldürüldüyünü öyrəndi.
Düşərgənin komandiri Karl Piter Berq 1949-cu ildə edam manqası
tərəfindən edam edildi.
Almaniyanın Sovetlər Birliyini işğala başladığı ilk həftələrdə
Smolensk yaxınlığında əsir düşən bu 101 adam işğal altındakı Niderland
torpaqlarına təbliğat məqsədiylə gətirildi.
"Xüsusilə asiyalı görünüşünə sahib əsirləri seçib
nasistlərə müqavimət göstərən niderlandlılara sərgiləmək istəyirdilər. "Aşağı səviyyəli insan" (untermenschen) deyə təsvir etdikləri bu insanları gördükdən sonra Sovetlərin nəyə
bənzədiyini anlayan niderlandlıların Almaniyaya dəstək verməsini ümid edirdilər"
deyir Reydinq.
Nasistlərin Sovet xalqları haqqında düşüncələrini dəyişdirməyə
çalışdığı kəslər isə Amersfortdaki əsir düşərgəsində qalan niderlandlı
kommunistlərdi. 1941-ci ildən bəri yəhudilərlə birlikdə bu düşərgədə
tutulurdular.
Amma bu plan işə yaramadı
Azsaylı şahidlərdən biri Henk B. ərgənliyində Sovet əsirlərinin şəhərə gətirilişini
izlədiyini xatırlayır.
"Gözlərimi bağlayanda üzlərini xatırlayıram" deyir
və əlavə edir:
"Çınqıllara bürünmüşdülər, heç əsgərə bənzəmirdilər.
Yalnız üzlərini görə bilərdiniz. Nasistlər onları qatar stansiyasından düşərgəyə qədər
ana prospektdən yürütdülər. Çox kiçik və gücsüz idilər, ayaqlarına da əsgi
bağlamışdılar. Bəziləri yoldaşlarının qoluna girərək çətinliklə yürüyə
bilirdi."
Bəzi əsirlər özlərini izləyən xalqla göz təması qurmuş, əl hərəkətləriylə
ac olduqlarını izah etməyə çalışmışdılar.
"Onlara su və çörək gətirdik. Amma nasistlər hamısını əllərimizdən
alıb yerə atdı. Kömək etməyimizə icazə vermədilər."
Onları bir daha görmədiyini söyləyən Henk başlarına nə gəldiyini
də bilmirdi.
Lakin jurnalist Remko Reydinq Niderland arxivlərinə girərək
yaşananlarla əlaqədar sənədlər tapmağa başlamışdı.
İlk fərq etdiyi - çoxunun özbək olduğu idi. Əsir düşərgəsindəki
səlahiyyətlilərin də bundan xəbəri yox idi. Yalnız rusca danışan bir nasist
işçisi onları sorğuladıqdan sonra bunu öyrənə bildilər.
Reydinq bu kəslərin çoxunun Səmərqənddən gəldiyini söyləyir:
"Bəlkə bəziləri qazax, qırğız və ya başqırd idi. Amma
çoxu özbək idi."
Reydinqin ortaya çıxardığı bir digər şey də orta asiyalıların
düşərgədəki digər hər kəsdən daha pis rəftar gördüyüydü:
"Düşərgədəki ilk üç günlərində ətrafı tikanlı tellə əhatəli
açıq bir sahədə tutularaq ac buraxıldılar.
Alman bir film qrupu barbar 'insan altı varlıqların'
yemək üçün bir-biriylə dava etdiyi anı çəkmək üçün hazırlanırdı. Təbliğat üçün
bu filmə ehtiyacları vardı.
Sonunda nasistlər ac özbəklərin arasına bir çörək
atdı.
Amma heç gözləmədikləri bir şəkildə içlərindən biri
çörəyi əlinə alaraq bir qaşıqla bərabər parçalara böldü. Digərləri də o sırada
sakitcə gözlədi. Kimsə dalaşmadı. Sonra da bərabər şəkildə bölünmüş çörəkləri
paylaşdılar. Nasistlər xəyal qırıqlığına uğramışdılar."
Remko Reydinq Amersfortda yatan 865 sovet əsgərindən 200-nün
ailəsinin izini sürməyi bacardı.
Amma əsirləri daha pis şeylər də gözləyirdi.
"Özbəklərə digər əsirlərə verdiklərinin yarısı qədər
qida verirdilər və onlara köməkçi olmağa çalışan biri olduğunda bütün düşərgəni
cəzalandırırdılar. Yemək artıqlarını və kartof qabıqlarını yediklərində nasistlər
onları 'donuzların yeyəcəyi şeyi yeyirsiniz' deyərək döyürdü" deyir özbək
tarixçi Baxodir Uzakov.
Düşərgədəki gözətçilərin etirafları və düşərgədəki digər əsirlərin
şahidliyini arxivlərdən çıxardan və bunlarla 2015-ci ildə bir kitab nəşr edən
Reydinq düşərgədə özbəklərə daş, qum və ya kötük daşıma kimi ən pis işlərin
verildiyini, davamlı olaraq da dayaq atıldığını ortaya qoydu.
Gördüyü ən şok edici hekayələrdən biri isə düşərgənin niderlandlı
doktoru Nikolasın bir hərəkətiydi.
"Düşərgədəki özbəkləri ölən iki yoldaşlarının başlarını
kəsib kəllələrini tamamilə təmizlənincəyə qədər qaynatmağa məcbur etmişdi. Sonra
da bu kəllələrini iş masasına yerləşdirmiş. Tam bir dəlilik!"
Dr. Nikolas müharibənin ardından 10 il həbs cəzasına məhkum
edildi.
Aç və çəlimsiz qalan özbəklər tutduqları siçanları və
tapdıqları bitkiləri yeməyə başlamışdılar. Aralarından 24-ü 1941-ci ildə sərt
keçən qışını çıxara bilmədi. Qalan 77-nə isə işləmək üçün çox gücsüz qaldıqları
üçün ehtiyac duyulmadı.
Buna görə 1942-ci ildə bir aprel səhəri "İqlimi sizə
daha uyğun olan Cənubi Fransaya göndərilirsiniz" deyilərək düşərgədə
çıxarıldılar.
Ancaq aparıldıqları yer Cənubi Fransa deyil, düşərgənin həmən
xaricindəki meşədir. Burada qurşuna düzülərək edam edildilər və bir toplu məzara
basdırıldı.
"Bəziləri ağlamağa başladı, digərləri əl-ələ tutuşaraq
ölümlə üzləşdilər. Qaçmağa çalışanlar isə əsgərlər tərəfindən qovalanaraq
vuruldu" deyir düşərgənin gözətçiləri və şoferlərinin şahidliklərini
anlatdıqları sənədlərə çatan Reydinq və əlavə edir: "Müəzzinlərin insanları namaza çağırdığı, bazar yerində küləklərin qum və tozlarla rəqs etdiyi və küçələri ədviyyat iy verən şəhərinizdən
5 min kilometr uzaqda olduğunuzu xəyal edin. Onların dilini bilmirsiniz, onlar da sizin dilinizi
bilmir. Və bu insanların sizə niyə heyvan kimi rəftar etdiyini
əsla anlamırsınız."
(101 orta asiyalının məzarlarının başlarında rusca "məchul
sovet əsgəri" yazan məzar daşları var.)
Bu əsirləri təşhis etmək üçün çox az məlumata sahibik.
Nasistlər may 1945-ci ildə qaçarkən düşərgə arxivlərini atəşə verdilər.
Geriyə yalnız adı bilinməyən iki adamın üzlərinin göründüyü
bir fotoşəkil qaldı.
Niderlandlı bir əsirin qələmlə çəkdiyi doqquz portretdən
yalnız ikisində şəkildəki adamın adı yazılmışdı.
"Adları səhv yazılmışdı, amma qulağa özbəkcə kimi gəlir"
deyir Reydinq: "Biri Kaderu Xatam və digəri Muratov Zayer deyə yazılmışdı."
Amersfortda həyatını itirən 101 özbəkdən adı bilinən ikisi
xaricindəkilərin təşhis edilə bilməməsinin çox səbəbi var. Bunlardan biri Soyuq
Müharibədir. İkinci Dünya Müharibəsindən dərhal sonra başlayan Soyuq Müharibə
Qərbi Avropa və SSRİ-ni ideoloji düşmənlər halına gətirdi.
Bir digər səbəb isə Özbəkistanın 1991-ci ildə müstəqilliyini
qazanmasının ardından sovet keçmişini unutmaq qərarı almasıdır. Müharibə qaziləri
artıq qəhrəman statusunda deyil.
Hər nə qədər Şavkət Mirziyoyev geri gətiriləcəyini söyləsə də,
müharibədən sonra 14 yetimi övladlığa götürən bir ailə xatirəsinə ucaldılmış
bir heykəl paytaxt Daşkənddən qaldırıldı.
İllər əvvəl Sovet ordusundaykən itən əsgərlərin izini sürmək
özbək hökuməti üçün bir prioritet olmadı.
Amma Reydinq bu özbəklərin adlarının ölkənin arxivlərində
tapıla biləcəyini düşünür və əlavə edir:
"Müharibədə ölməyən və ya öldüyündən xəbər alına bilməyən
əsgərlərin sənədləri yerli KQB vahidlərinə göndərilirdi. Bu 101 adamın məlumatları
də ehtimalla Özbəkistandadır. Əgər onlara çata bilsəm, bu 101 adamın bir
qismini tapa bilərəm."
Özbəklər kütləvi qəbirdən qəbiristanlığa daşınıblar, sonra isə xüsusi təsis olunmuş Sovet qəbiristanlığına aparılıblar
0 comments :
Post a Comment