Unikal vergisi sayəsində
de Xori müəllifin (Mark Şaqal, Anri Matiss, Pikasso və ya Modilyani) stilini və
"enerji vibrasiyası"nı dəqiq tuturdu. Tez-tez de Xori "şedevrləri"nin
üstün keyfiyyəti şərh edilir. Ümumiyyətlə, o, böyük və orijinal heç nə
yaratmayıb: onun kimilər şanslı və qüsursuz mütəxəssis olaraq naməlum qalırlar.
O, Budapeştdə 1905-cı
ildə aristokrat ailədə dünyaya gəlib, amma bu barədə əminliklə söyləmək mümkün
deyil. Həyatı boyunca özünü bir çox adla təqdim etdi: Elmir de Xori, Elmir fon
Xori, Elmir Hersoq, Lui Kaasu. Dori-Buten - onlarda saxta brilliatın inanılmaz
parıltısı görünür. de Xorinin bioqrafiyası tam bilinməsə də, operada son aktını
aydınlaşdıran venesiyalı baron kimi təqdim olunur.
Dahi saxtakar 7-ci
onilliyə qədəm basdı, gecikmiş payızda günbatımını sakit halda izləməli idi,
amma de Xorini saxta rəsm əsərləri və qrafiklərinin hazırlanması və satışı ilə
bağlı təşkilati cinayət işində ittiham etdilər və həbs etdilər. Amma rəssam məhkəməni
razı sala bildi ki, o, sadəcə XX əsrin böyük rəssamlarının tərcüməçisidir
(interpretator), müasir incəsənətin təvazökar fanıdır, onun ehtirasından pis məqsədlərlə
istifadə ediblər, amma o yalançı və anti-sosial element deyil... Və qazandı. Onu
2 aydan sonra azad etdilər.
MİLYONU NECƏ OĞURLAMALI?
Elmir de Xori gəncliyini
şən Paris şəhərində keçirdib, Fernan Lejedən rəssamlıq dərsi alıb, amma ümidləri
ürəkaçıcı deyildi. Yalnız bir dəfə 1926-ci ildə ona öz işlərini qalereyada sərgiləmək
nəsib oldu. Lakin onları heç kim almadı. Başlanğıc rəssamı dilxor etmədi.
1932-ci ildə ailəvi səbəblərdən ötrü vətəninə - Macarıstana qayıtdı və... yerli
faşist rejimi tərəfindən həbs edildi, daha sonra nasistlər tərəfindən konslagerə
göndərildi. de Xori ailəsinin əmlakı ilk olaraq almanlar tərəfindən müsadirə
edildi, müharibədən sonra – kommunistlər.
Amma tale Elmiri qorudu və o, geriyə - Parisə qaçmağa müvəffəq oldu. Bir
daha vətəninə qayıtmayacaqdı. Bu andan etibarən onun həyatının nəfəskəsici fəsli
başlayır.
Parisdə de Xori bəxtsiz
həyat sürürdü: pulu yox idi deyə onun işləri heç kimə lazım deyildi. Kasıb rəssama
gələcək qorxulu və qeyri-müəyyən görünürdü. Və burada tale onu bütün həyatını
müəyyən edəcək olaya atdı. Necəsə Elmirin emalatxanasında dolaşan varlı ingilis
qadını Pikassoya aid rəsm əsərinə 40 dollar ödədi. Daha sonra de Xori təsadüfən
öyrəndi ki, onun “Pikasso”su dilerdə üç dəfə baha satılıb! Burada yarımçıq təhsilli
rəssamın ağlına ideya gəldi. O, müharibədən qabaqkı kağızları ehtiyatda
saxlayaraq Avropa paytaxtlarının səyahətinə çıxdı. de Xori ən bahalı otellərdə
qalır, aristokrat həyat sürür, səhərlər isə bir fincan qəhvə ilə öz “şedevr”lərini
çəkərək apartamentlərdə qalmaq haqqını ödəyir. Gəliri Amerikaya bilet üçün yetərli
olacaqdı.
Elmir Amerikaya
“dünyanı görmək” üçün getdi, amma 11 il gecikdi. Öz işlərini satmaq üçün bütün
cəhdləri uğursuzluqla nəticələndi və de Xori taleyini sınaqdan keçirməkdən vaz
keçdi. O, bütün gücünü “fake” istehsalatına yönəltdi, xüsusən də impressionist
və postimpressionist qrafiklər başda olmaqla. Açıqlanmayan şəkildə ağıllı rəssama
(özünü avropalı aristokrat Elmir de Xori kimi təqdim etmişdi) yüksək cəmiyyət ilə
tanışlıq qismət oldu: neft maqnatları, sənayeçilər, bankçılar və film
ulduzları. O, onlara öz “şedevrlərini” satdı.
İKİNCİ DOĞULUŞ
de Xorinin
qudurğanlığı sərhəd tanımırdı. Ona hətta Nyu-Yorkda Pikassonun rəsmi təmsilçisinə
dahi ispanın xeyli “fake” işlərini satmaq da nəsib oldu və bundan da yaxşıca
qazandı. (Pikassonun özü isə bu vaxt Parisdə işləyirdi və “əkiz”indən heç şübhələnmədi)
Sonra mistifikatorun ağlına öz işlərini Amerikanın iri muzey və qalereyalarında
davam etdirmək, gündən-günə deyil, saatdan-saata böyüyən quaşlı, akvarelli və
yağlı boyalı Matissin, Pikassonun, Brakın, Şaqalın, Derenin, Bonnarın, Deqanın,
Düfinin, Vlaminkinin, Modilyaninin, Renuarın əsərlərini təqdim etsin. Alındı da! 2
il ərzində muzeylər və kolleksionerlər 70 “şedevr”, əlyazma və saysız-hesabsız
rəsm əsərləri ilə zənginləşdilər.
1950-ci illərin
sonlarında de Xori sevimli Parisə varlı adam kimi qayıtdı. Amma o, daha da varlı
olmaq istəyirdi. Fransada saxtakarlıq fəaliyyətinin çətin olacağını anlayan de
Xori 2 dilerlə danışığa girir, onlar sadəcə de Xori işlərini “həqiqiliyini” qəbul
etməklə kifayətlənmədilər...
Hər şey 1968-ci ildə
cinayətkar sindikatda yayılan banal acgözlük aşkara çıxartdı. Qrafiklərə nisbətən
əlyazmaların müqayisə olunmaz yüksək qiyməti fırıldaqçıları Şaqal və Matissanın
yaradıcılığı üzərində dayandırdı. Amma tez quruyan quaş və akvereldən fərqli
olaraq əlyazma illərlə davam edir və burada yalanın üstünü açmaq nisbətən
asandır. Qalmaqal möhtəşəm idi! Qocaman sənətsevər qlobal miqyaslı fufloqona
çevrildi. Şaqal və Modilyanidən nə qədər “fake” düzəldib, hələ də bəlli deyil.
İcmanın yandırılmış olması onun günahı deyildi; əgər sırtıq “fake” tacirlərinin
doymamazlığı, xüsusən də Fernan Leqro olmasaydı, əgər Şaqal təsadüf əsəri Nyu-York
qaleriyaların birində vernisajda peyda olmasaydı – dünya heç vaxt dahi saxtakar
Elmir de Xorini tanımayacaqdı.
MƏŞHUR OYANMAQ
Hiyləgərliyin bütün
iştirakçıları barmaqlıqlar arxasına düşdülər, de Xori azad olduqdan sonra isə məşhur
kimi oyandı. Onun haqqında kitab
yazıldı (qəribədir ki, onun müəllifi, məşhur amerikalı jurnalist Klifford
İrvinq sonralar milyarder Hovard Hyuz haqqında yazdığı saxta avtobioqrafiya səbəbilə
tutuldu). Sonra de Xori və İrvinq haqqında “F for Fake” sənədli filmi çəkildi.
Filmdə de Xorinin birbaşa kamera önündə “Modilyaninin rəsmini” çəkdiyi epizod
var.
“Siz nə vaxtsa belə
yaxşı Modilyani görübsünüz?-imitator gülür.-Əgər mən sizə söyləməsəydim ki, bu
kimin işidir, özünüz tapa bilərdinizmi?”
Və de Xori Matiss və
Modilyanini çəkməyə davam etdi, amma bu dəfə öz adını qeyd edirdi: baxın, mən
dürüstəm!
O, 1976-ci ildə öldü. (İspaniya və Fransa hökümətləri de Xorinin ekstradisiyası məsələsində razılaşma əldə etdilər. Bunu eşidən de Xori ölümcül doza qəbul etdi) 1990-cı ildə isə de Xorinin şedevrləri xüsusi auksiona çıxarıldı. İmitasiyalar 7.000 funt gəlir gətirdi. Macar baronundan şəxsi kolleksiya toplamaq artıq sənətsevərlər arasında özünəməxsus
şıqlığa çevrilmişdi.
Elmir de Xori özündən
sonra yüzlərlə qrafik və rəsm səhifələri buraxdı, ABŞ, Avropa və Yaponiyada satışlarından gələn gəlir yüz milyon dolları ötdü... Şübhəsiz ki, de
Xorinin açıqlanmayan şedevrləri bu gün bir çox Avropa və Amerika muzeylərinin
divarlarını bəzəməkdədir.
Ölümündən əvvəl dahi
mistifikator öz əsərlərindən ibarət qeyri-adi albom yaratdı, onu “Hommage a...”
adlandırdı, 15 litoqrafiyanı özündə əks etdirir: Düfi, Vlamink, tipik
Modilyani, çox yaxşı Pikasso, çox pis Matiss... Üstəgəl, təəccübləndirici, çaşdırıcı, möhtəşəm ustad de Xorinin 2 orijinalı. Hansı ki, deməyə heç bir söz tapılmır.
Müəllif: Svetlana Vasilyeva
Tərcümə: Nigar Şahsuvarova
0 comments :
Post a Comment