Amerika əsgərlərinin
21 kvadrat kilometrlik İvo Dzima adasını 36 gündə və ancaq metr-metr irəliləyərək
ələ keçirə bilmələri ABŞ səlahiyyətlilərin yaponlar qarşısında “Nə edəcəyik?”
sualını qara-qara düşünmələrinə yol açdı. Yalnız bu ada müharibəsində minlərlə itkin
və yaralı ilə Amerika ordusu o günə qədər Sakit okeanındakı ən böyük itkisini
vermiş, 25 min nəfərlik yapon ordusu isə başda cəsədi belə tapılmayan general
Tadamiti Kuribayasi olmaq üzrə tamamilə yox olmuşdu. Və bu proses Yaponiyaya
atom bombası atılmasıyla nəticələndi.
II DM davam edərkən
mart 1941-ci ildən etibarən ABŞ öz təhlükəsizliyi baxımından qorunmasını zəruri
gördüyü hər dövlətə vəsait yardımı edirdi. Lakin 7 dekabr 1941-ci ildə Perl-Harborda olan Amerika Böyük Okean Donanmasının Yaponiya Hava Qüvvələri tərəfindən
batırılması üzərinə felən müharibəyə daxil oldu. Bu olay Uzaq Şərqdəki mübarizəni
daha da şiddətləndirdi və yaponlar 3 ay içərisində bütün Cənub-Şərqi Asiyaya
hücum etdilər: Filippin, Nideraland Ost-Hindi, Honkonq, Malayziya və Sinqapuru ələ
keçirdilər.
II DM-nin ən qanlı,
ən çətin müharibələri Sakit Okean cəbhəsində amerikalılar ilə yaponlar arasında
yaşandı. 1945-ci ilin fevral ayına gəlindiyində işğal etdikləri bütün bölgələrdən
yaponların çıxardılmasını hədəfləyən ABŞ Baş Qərargahı Filippin və
Myanmanın ardınca hədəfini yapon ana qarasına rahatca bombardman edilə biləcək
məsafədəki adalara çevirdi. Bunlardan biri də "İva Dzima" adası idi.
Tokioya 1200 kilometr uzaqlıqda və ağır bombardman təyyarələrinin qalxa biləcəyi
bir aerodroma sahib olan 21 km2-lik bu adanı işğal etmək vəzifəsi admiral Çester
Uilyam Nimitsə verildi. 75 saat davam edən
sıx və şiddətli bir bombardmanın ardından 19 fevral 1945-ci ildə 30 min dəniz
piyadası ilə çıxartma başladı. Lakin bu kiçik ada Okinava adası ilə birlikdə
Sakit Okeanda Amerika ordusunun ən ağır itkiləri verdiyi yer olacaq və 2 ay ərzində
ümumi 55 min Amerika əsgərinin ölümü və yaralanmasına səhnə olacaqdı.
Bombardman edilmiş
və ətrafda döyüşəcək kimsənin olmadığı adaya ayaq basan və asanca irəliləyə biləcəklərini
düşünən Amerika əsgərləri birdən-birə qarşılaşdıqları yapon hücumu nəticəsində
ilk mərhələdə 2000-dən çox itki verdilər. Adada yerləşən 24-25.000 mövcudlu
yapon ordusunun komandiri general Tadamiti Kuribayasinin əmr və taktikaları
istiqamətində çalışan yapon əsgərləri çıxartma əvvəlində zamana qarşı yarışaraq
İvo Dzimanın altında qarışqa yuvalarını andıran tunellər və mağaralar qazmış,
düşmənlərini orada gözləmişdilər. Amerika əsgərlərinin sahili doldurmasıyla da hücuma
başlayaraq olduqları yeraltı tunellərindən çıxmış və yarım saatlıq bir
"Bansai" hücumundan sonra təkrar ortadan itmişdilər. General Tadamiti
Kuribayasi havada, dənizdə və quruda üstünlüyə sahib Amerika gücləri qarşısında
müharibəni yer altında endirmiş və əsgərlərinə nə bahasına olursa-olsun, adanı
müdafiə etmək və təslim olmamaq əmri vermişdi.
Özlərini çətin bir
müharibənin gözlədiyini anlayan Amerika əsgərləri bu adanı ancaq metr-metr
döyüşərək 26 mart 1945-ci ildə tamamilə ələ keçirə bilmişdilər. Müharibənin
sonunda minlərlə itki və yaralı ilə Amerika ordusu o günə qədər Sakit
Okenaındakı ən böyük itkisini vermiş, 24-25.000 adamlıq yapon ordusu isə başda
cəsədi belə tapılmayan general Tadamiti Kuribayasi olmaq üzrə 200 qədəri xaric
tamamilə yox olmuşdu.
1968-ci ildə təkrar
Yaponiyaya iadə edilən İvo Dzima adasında yapon ordusunun şiddətli müqaviməti
ilə qarşılaşan ABŞ birlikləri sadəcə burada nəzarəti 36 gündə təmin edə bildi.
Bu isə amerikalıların narahatlıqlarını artırdı. Çünki İvo Dzimada və onu təqib
edən Okinava adası müharibələrində verilən böyük itkilər amerikalıların gözünü
qorxutdu. Yaponlar əsir düşmək yerinə intihar etməyi, ya da partlayıcı yüklü təyyarələrini
Amerika gəmiləri üzərinə düşürən kamikadze kimi ölməyi seçirdilər. Bu rəftar və
müqavimət daha da şiddətli vuruşmalar olacağını xəbər verirdi. ABŞ Baş Qərargahı
Yaponiyanın işğalı əsnasında bir milyondan çox itkin veriləcəyini təxmin
edirdi. Bu narahatlıq və qorxu isə atom bombasından istifadə edilməsi düşüncəsini
ön plana çıxartdı və 6-8 avqust 1945-ci ildə Hiroşima və Naqasaki üzərinə bir
atom bombası atıldı. 1945-ci ildə Yalta Konfransında alınan qərara uyğun olaraq
SSRİ də Yaponiyaya müharibə elan etdi. Atom bombasının ürküdücü gücü və Sovet təhdidi
qarşısında Yaponiya müharibəni buraxdı və təslim andlaşması 2 sentyabr 1945-ci
ildə imzalanıb. Bu eyni zamanda II DM-nin sona çatdığı mənasını verirdi.
Başda İvo Dzima və
Okinava adalarındakı bu müharibələr günümüzdə Amerika milli şüurunda yer almış
bir haldadır. Xüsusilə də İvo Dzimadaki müharibə Amerikanın Sakit Okean qələbəsinin
ən əhəmiyyətli simvolu olaraq görülməkdədir. II DM-nin simvolu halına gələn və 23
fevral 1945-ci il günü Amerikan dəniz piyadələrincə ələ keçirilən Suribatiyə
Amerika bayrağının dikiliş səhnəsi bütün dünyada yaddaşlarda yer etmişkən
general Tadamiti Kuribayasi və yapon ordusunun qeyri-adi müqaviməti isə
unudulmuş vəziyyətdədir.
0 comments :
Post a Comment