Uzaq Şərqin gördüyü
ən böyük qətliamdır. Əslində bir az yumşaldaraq yazdım başlığı. Xarici
qaynaqlarda araşdırsanız əgər, bu qətliamın adı "Nanking Massacre"
olaraq keçməsinin yanında, "Nanking Atrocities" ya da "Rape of
Nanking" yəni "Nankin təcavüzü", "Nankin canavarlığı" olaraq keçər. Yapon əsgərlərinin min bir çətinliklə təslim
aldıqdan sonra çinlilərin bir dövr paytaxtı olan Nankində törətdiyi
qırğınların adı qoyulacaq dərəcədə deyil.
Nankin Çinin ən
böyük 4 şəhərindən biri olaraq çıxır qarşımıza. 1928-ci ildə Çin imperatorunun
aldığı qərarla Pekin paytaxtlıqdan çıxardılır və Nankin yeni paytaxt olur.
1932-ci ildə Mancuriya bölgəsinin işğalı səbəbiylə kulminasiyaya çatan Yaponiya-Çin nifrəti 1937-ci ildə Şanxayın iki ölkə üçün də təkrardan hədəf olmasıyla
müharibəyə səbəb olur.
Bu müharibədə asan
bir qalibiyyət alacağını düşünən Yaponiya qarşısında özləri qədər müqavimətli
bir Çin ordusu tapmış və hər nə qədər müharibəni qazanmış olsalar da, böyük
itkilər vermişlər. Toplumda 400 min insanın ölümünə səbəb olan müharibə 1937-ci
il noyabrın ortalarında yaponların üstünlüyüylə sona çatmışdı. Bəli, Şanxay
bölgəsinə yerləşmişdilər, lakin bu onlara baha partlamışdı.
Hər kəs müharibə
bitdi deyə düşünərkən Yaponiya imperiyası yeni hədəfini açıqlamışdı:
"Bütün ordular Nankini işğal etmək üçün hərəkata hazırlansın." Yapon
əsgərlərinə verilən "Evinizə, Yaponiya adasına deyil, Nankinə gedəcəksiniz!"
əmri onlar üçün nifrətlərinin Şanxay müharibəsiylə birlikdə kulminasiyaya
çatdığı çinli əsgər və vətəndaşlardan intiqam almaq üçün böyük bir fürsət idi.
Yapon əsgərləri intiqam atəşiylə yanır və heç tərəddüd etmədən Nankinə
gedirdi. Əsgərləri məmnun edən bir digər mövzu isə komandirlərindən "istədikləri
kimi yağma və təcavüz edə biləcəklərinin" sözünü almış olmaları idi.
Yaponlar rəsmi
olaraq "müharibə” açmamışdılar. Bir müharibə başlatdıqlarını saxlamaq istəyirdilər.
Çünki bu Amerikanın qulağına gedərsə, özlərinə -xüsusilə döyüş vəsaitləri
mövzusunda- böyük embarqolar tətbiq edilər və bu da onların müharibəni itirməsinə səbəb
olardı. Çin hər nə qədər ordularını hazırlasa da, müharibə elanı olmadan yaponların
özlərinə hücum edəcəklərini düşünməmişdilər.
8 dekabr 1937-c ildə
Yaponiya İmperator Orduları Nankin qapısına dayanmışdı.
9 dekabrda şəhəri
mühasirəyə almışdılar. Mühasirədən əvvəl Çin ordu komandirliyinə səslənən bir
bildiriş yayınlayan Yaponiya imperiyası ordu komandirləri "Yapon ordusu
Çin mülki vətəndaşlarına və əsgərlərinə heç bir nifrət əlaməti göstərmədən
nazik və comərd davranacaq. Lakin özünə qarşı qoyanlara qarşı qəzəblə doludur.
Sabaha qədər cavab verilməsə, Yaponiya İmperator Ordusunun hücum etməkdən başqa
şansı qalmayacaq ." şəklində ultimatum verərək 10 dekabr gününü gözləməyə
başlamışdır.
Çin ordusu isə bu
ultimatumu əsgərlərini lazımlı yerlərə bölüşdürərək və "son adam şəhərdə
ölənə qədər döyüşmək" əmri verərək rədd etdiyini göstərmişdir.
10 dekabr 1937-ci
il gecə 00: 00-da müddət dolmuş,
lakin yaponlar çinlilərin bu nazik təklifi düşünmələri üçün 1 saat daha vermiş və elçiləriylə birlikdə Nankin girişində gözləməyə qoyulmuşdular. Lakin
çinlilərin heç bir müzakirəyə yaxınlaşmaması yaponlara çıxar yol qalmamışdı! Bu
müharibə başlayacaqdı. 01: 00-də başlayan yapon hücumu 13 dekabr 1937-ci ildə Çin ordusunun geri çəkilməsiylə son tapmışdı. Çin ordusu geri çəkilənə qədər
xalqının döyüşməsi üçün onları məcbur etmiş, vətəndaşların böyük hissəsini
"etibarlı bölgəyə" daşımamış və xalqının əlindəki bir çox qiymətli əşya
və qida məhsullarını oğurlamışdı.
Çin vətəndaşları
"Yapon ordusunun yenilən Çin ordusundan daha yaxşı davranacağına
dair" bir düşüncəyə inanmış, lakin bu düşüncənin böyük bir axmaqlıqdan
ibarət olduğunu 13 dekabr 1937-ci ildə yapon əsgərləri şəhərə girəndə
anlamışdılar. Qətliam başlamışdı.
Özlərinə yağma və təcavüz
haqqı verilən yapon əsgərlər küçədə təslim olmağa çoxdan hazır olan silahsız əsgərləri
bir araya yığıb gülləyə düzərək öldürürdü. Bir çox vətəndaş "əsgər olduğu
düşünülərək" məqsədsiz olaraq qətl edilirdi. Küçələrdə qaçan insanlar
"günahkar olduqları düşünülərək" heç düşünmədən öldürülə bilirdi. Küçə
araları və ana prospektlər cəsədlərlə dolu idi. Belə ki, onlara heç bir şəkildə
zərər verə bilməyəcək olan yaşlı insanlar belə heç düşünmədən öldürülüb küçəyə
atılmışdı.
Elə keçən əsgərlər,
ya da yaponlar tərəfindən məhbus elan edilənlər şəhərin böyük çayının
qarşısında sırayla gülləyə düzülüb ya da çubuqlarla döyülərək öldürülüb çayın
axıntısına buraxılırdı. Bu şəkildə öldürülən müharibə məhbuslarının sayı 55
mindən çox idi.
Dövrün tirajı yüksək
yapon qəzetlərindən biri olan "Tokyo Niche Niche Shimbun" qəzetinin
başlığı belə o dövr törədilən qətliamın ölçülərini gözlər önünə sərirdi: 100
çinlini qılınclarla öldürmək yarışı. Yarışın qaydaları sadə idi: Yarışda
iştirak edən 2 yapon əsgəri əllərinə aldıqları katana qılınclarıyla önlərinə
sıralanmış çinli əsirləri eyni anda öldürməyə başlayırlar və 10 dəqiqə içində
hansı daha çox əsiri öldürərsə, yarışı o qazanırdı. Yapon qəzetləri bu yarışmanı
böyük bir zövqlə xalqına duyurmaqda idilər.
O dövrü yaşayan şahidlərindən jurnalist Frenk Tilman D. xatirələrində "Yapon əsgərləri az
qala hər evə girmiş, komandirlərinin müşahidəsi altında evlərdən istədikləri hər
cür əşyanı, qiymətli ləl-cəvahiratları alıb çıxmışdılar."
Arçibald Stil isə
"İlk başlarda çinli yağmaçılar baqqalları və marketləri yağmalayırdılar.
Lakin sonradan yapon əsgərləri onlara qarşı üstünlüklərini göstərdi və yalnız
baqqalları deyil, xəstəxanaları, qaçqın düşərgələrini da yağmalamağa başladılar”
şəklində yazmışdı qəzetindəki köşə yazısında. Təhlükəsiz bölgəyə girən yapon əsgərləri
kasıb xalqı süngüləriylə təhdid edərək adam başı 3,000 $ xərac toplaya
billirdillər.
Əsgərlərin əslində
girdikləri evdə axtardıqları yalnız pul və ya qiymətli əşya deyildi... Onlar
özlərinə təcavüz edə biləcəkləri gənc qadınları axtarırdılar. 20.000-dən çox
qadın böyük işgəncələrə və əzablara məruz buraxılaraq dəfələrlə təcavüzə
uğramışdı. Təcavüzdə tətbiq olunan şiddət inanılmaz dərəcədə idiləi. Yapon əsgərləri
zorla girdikləri evdəki -gənc yaşlı fərq etmədən- qadınlara sırayla təcavüz
edir, əgər evin kişisi buna etiraz etsə, o an öldürülürdü. Əgər etiraz etməzsə,
arvadına, qızına, anasına təcavüz edilməsini izlədikdən sonra öldürülürdü.
60-65 yaşlarındakı qadınlara belə 10, bəlkə də 15 dəfə təcavüz edilirdi.
Dəfələrlə təcavüzə
uğradıqdan sonra huşunu itirmə keçirən ya da ölümə yaxınlaşan qadınların isə
vaginalarına soxulan süngü, ağac budağı və ya bambuk gövdələriylə qan itkisindən
ölmələri təmin edilirdi. Qısacası, yapon əsgərləri çinli qadınları öldürərkən
belə aşağılayırdılar.
Bu qətliam yaponların
şəhəri tərk etdiyi 1938-ci ilin yanvar ayının sonuna qədər davam etdi.
6 həftəlik qırğının
balans hesabatı 250 mindən çox ölü, 100 mindən çox yaralı və 20 mindən çox təcavüz
edilmiş və öldürülmüş qadın şəklində idi.
0 comments :
Post a Comment