Tarix boyunca mədəniyyətin beşiyi olaraq qəbul edilən avropalıların din uğrunda etdikləri qırğınlar və səbəb olduqları fəlakətlər bu gün unutdurulmağa çalışılır. Məsələn, 1212-ci ildə xristian Avropasının səbəb olduğu dünyanın ən böyük uşaq qırğını olan ''uşaqların səlib yürüşü" bu gün avropalıların üstünü örtməyə çalışdığı hadisələrdən biridir.
Əslində bu hadisə - 50 min uşağın katolik kilsəsi tərəfindən göz görə-görə ölümə göndərilməsi - Orta Çağ Avropasının qaranlığına çox gözəl işıq tutmaqdadır. Avropa xaçlıların 11-ci əsrdə Birinci Səlib Yürüşü nəticəsində ələ keçirdikləri Qüdsün 1187-ci ildə Səlahəddin Əyyubi əmrindəki İslam orduları tərəfindən geri alınması üzərinə böyük qarışıqlıq yaşayır və müqəddəs torpaqları geri ala bilmənin xəyallarını qururdular.
Təşkil edilən səlib yürüşlərindən bir nəticə alınmamasına baxmayaraq papalar ölkələri və kralları yeni bir müharibəyə razı sala bilmək üçün davamlı təşviq edirdilər. Kənd-kənd gəzən keşişlər Şərq ölkələrinin zənginliklərindən bəhs edir, Qüdsü almaq üçün təşkil ediləcək bu yürüşə qatılanlara Cənnəti vəd edirdilər. Bu çağırışlar yetişkinlərlə birlikdə uşaqlara da təsir edir və küçələrindən balla süd axan Şərq dünyası uşaqların yuxularına girirdi. Bunun nəticəsində də 1212-ci ildə katoliklərin müsəlmanlara qarşı qışqırtdıqları alt sinif xalqın, xüsusilə uşaq səlib yürüşlərinin ortaya çıxmasına səbəb olmuşdur.
Uşaqların Səlib Yürüşündən xəbərdar olan Papa bu düşüncənin katolik kilsəsinin təsir gücünü artıra biləcəyini düşündüyündən buna dəstək vermişdir. Bu yürüşə uşaqların sürülməsinin bir səbəbi də o dövr xristian dünyasının müsəlmanlar qarşısında alınan məblubiyyətləri günahlarına qarşılıq olaraq Tanrının verdiyi cəzanın qarşılığıdır.
Dindar xristianlar arasında hakim olan düşüncəyə görə günahkar böyüklər Qüdsü xilas edə bilməmişlər və xilas edə bilməyəcəklər də. Bu işi mələklər qədər saf və təmiz olan uşaq görə biləcəkdi. Saf, günaha bulaşmamış uşaqlarla yürüşə gedərlərsə, müqəddəs torpaqları almaq adına Tanrı uşaqların arzusunu geri çevirməyəcəkdi və müqəddəs torpaqlar beləliklə geri alınacaqdı.
Bu xəyallardan təsirlənən uşaqlardan biri Fransada yaşayan 12 yaşlarında, oxuma-yazma bilən və çobanlıq edən Etyenn adlı bir uşaq idi. Etyenn Hz.İsanın özünə görünərək onu uşaqları səlib yürüşünə çağırmaqla vəzifələndirdiyini, hətta ona padşaha təslim edilmək üzrə bir məktub verdiyi iddiasıyla ortaya atıldı. Məktubu Hz.İsa göndərmiş və ''Fələstinə gedib Qüdsü qurtar! Sən bu iş üçün seçildin!'' deyə yazmışdı. Etyenn Fransa kralına qədər çatmağı da bacardı. Əvvəl uşağın bu söylədiklərinə aldırmayan Kral Filip daha sonra səlib yürüşü üçün xalqı hərəkətə keçirmək adına müqəddəs torpaqlara doğru bir uşaq səlib yürüşünə icazə verdi.
Etyenn kənd-kənd gəzib moizələr edərək eynilə Hz.Musanın Qırmızı dənizdən keçişi kimi dənizin özlərinə ikiyə ayrılıb yol verəcəyini və asanca Qüdsə çatıb müqəddəs şəhəri qurtaracaqlarını, böyüklərin bacara bilmədiyi bu işi uşaqların bacaracağını söyləyərək uşaqları səlib yürüşünə dəvət etdi.
Bir çox uşaq, hətta böyüklər belə natiqlik qabiliyyəti yüksək bu uşaqdan təsirləndi. Beləcə iyun ayının sonunda Vandom şəhərində ən böyükləri 12 yaşında olan 30 min uşaq toplanmışdı. İçlərində şəxsən ana-ataları tərəfindən göndərilmiş olan kasıb, kəndli uşaqlarından başqa evlərindən qaçaraq gələn zadəgan sinfə mənsub bəzi uşaqlar, qızlar, gənclər və hətta bəzi yaşlı keşişlər belə vardı. Bu uşaqlar hərəkətə keçərək Marselə doğru yola düşdülər. Ancaq yay mövsümü hər zamankindən daha isti keçirdi və quraqlıq baş göstərmişdi. Buna görə yol boyunca yemək və su tapmaqda zorlandılar. Uşaqların çoxu aclıqdan yollarda tələf oldular. Sonunda ancaq kiçik bir qrup Marselə çata bildi. Amma onları da burada xəyal qırıqlığı gözləyirdi. Gözlədikləri möcüzə reallaşmamış və dəniz önlərində ikiyə ayrılmamışdı.
Bunun üzərinə bir çox uşaq macəranın yalan olduğunu və ölkələrinə dönmənin daha faydalı olacağına qərar verdilər. Geridə qalan əksəriyyət isə iki marselli tacirin onları pulsuz olaraq Fələstinə aparmasını təklif etməsi üzərinə gəmilərə minib dənizə açıldılar.
Bu uşaqların aqibəti haqqında heç bir xəbər alınmadı. Ancaq 18 il sonra dönə bilən uşaqlardan birinin anlatdıqları görə Marseldən Fələstinə daşınan bu 7 gəmi fırtınaya yaxalanmış, gəmilərdən ikisi Sardiniya adası yaxınlığında qəzaya uğrayaraq parçalanmış və içində olan bütün uşaqlar boğulmuşdu. Fırtınadan qurtulan digər 5 gəmidəki uşaqlar isə marselli tacirlər tərəfindən bazarlara aparılıb kölə olaraq satılmışdılar.
Eyni dönəmdə də Almaniyada 14 yaşında Nikolas adında bir uşaq ortaya çıxaraq ona yuxusunda bir mələyin gəldiyini və müqəddəs xristian məzarlarını müsəlmanların əlindən qurtarması lazım olduğunu ifadə edən vəzlər verməyə başlamışdı. Mələyin özünə eyni firondan qaçan Hz. Musa kimi dənizi möcüzəvi bir şəkildə yarma qabiliyyətini verdiyini və ordusunun Aralıq dənizi sahillərinə çatdığı zaman dənizin yarılaraq Fələstinə qurudan getmək imkanı təmin moizələr ifadə etməkdə idi. Digər bir vəzi isə müsəlmanları dinlərindən vaz keçirdib xristianlığa çevirmə qabiliyyətlərinin olduğu idi.
Bir zaman sonra Nikolasın ətrafına çox sayda uşaq səlib yürüşünə qatılmaq üçün toplanmağa başladı. Nikolas öndərliyində 20 min uşaq çətin hava şəraiti, aclıq, susuzluq kimi çətinliklərlə boğuşarak İtaliya sahillərinə doğru yola çıxdılar. Keçdikləri yolda kəndlilər onların bu gedişinə dəstək vermişdilər, ancaq quraq keçən mövsüm səbəbiylə qarınlarını doyduracaq ərzaq təşkil edilməmişdi. Ayrıca yoluxucu xəstəlik qorxusundan bu qrupların kəndə girməsinə də icazə verməmişdilər.
Beləcə, 20 min uşaqdan 13 mini yollarda tələf oldu. Qalan 7 min uşaq İtalyanın Genuya şəhərinə gəldiklərində Nikolasın möcüzəsini reallaşdırmasını gözlədilər. Ancaq uşaq lider bir cür dənizi yarma bacara bilmədi. Günlərlə gözlədilər, hər gün yenidən sınadılar, amma Aralıq dənizi heç cür açılmaq bilmədi. Bu hekayənin sonu da xəyal qırıqlığıyla bitmişdi. Nikolas və bir neçəsi sahil boyunca cənuba enərək limanlara çatdılar. Burada uşaqların bəzisi Fələstinə gedən gəmilərə minməyi tərcih etdi. Bunlar da quldurlar tərəfindən kölə olaraq satıldılar. Dənizə açılanlardan isə bir daha xəbər alınmadı.
Avropada 7-14 yaş aralığındakı uşaqların toplanıb səlib yürüşünə çıxması olduqca faciəli bir hadisədir. Düşünün, twitter yox, facebook yox, hətta televiziya və radio belə yoxdur.
Uşaqlar möcüzələrə inanmağa daha meyllidir. Xəyal dünyaları biz yetişkinlərə nisbətən çox daha zəngindir və həyatın mərhəmətsiz gerçəkləri ilə üzləşmələri hələ tamamlanmamışdı. Günahsız kiçik ürəklərinə dünyaları sığdırırlar. Sual işarələrinə yer vermədən inanırlar. Tərəddüdsüz inanc isə çox əhəmiyyətli bir gücdür. Bu uşaqlar bir möcüzənin olacağına və müqəddəs torpaqları qazanacaqlarına inanaraq yola çıxmışdılar.
Qəhrəmanlıq xəyalları, zəfər ehtirası və məsum inancla dolu minlərlə uşağın bu qəmli sonu. İnandığı, yoluna başını qoyduğu, həyatını fəda etdiyi hər şeyin yalan olduğunu, boş çıxdığını görməkdən daha acı nə ola bilər? Bir kor inanc uğrunda bu qədər uşaq necə tələf edilir?
Uşaqlar inanırlar, toplanırlar, gedirlər... Uşaqları alqışlayırlar, uğurlayırlar, öyürlər... Uşaqları tək buraxırlar, ac buraxırlar, evsiz buraxırlar ... Uşaqları aldadırlar, satırlar, öldürürlər... Yalnız bədənlərini öldürməklə qalmırlar, ürəklərindəki məsumiyəti qətl edib inanclarını da söküb alırlar.
Günümüzdə də bambaşqa coğrafiyalarda bambaşqa inanclarla saf ruhlu uşaqlar böyüyərək çoxalırlar. Əngəllənirlər, bölünürlər, xəyanətə uğrayırlar. Günahlandırılırlar, manipulyasiya edilirlər, aşağılanırlar. Başqalaşırlar, etiketləşirlər, həzm edilirlər. Çirkli iqtidar oyunlarına, ideologiyalara, siyasi hesablaşmalara qurban edilirlər.
Yüzlərlə il sonra uşaqlar kimsənin cəsarət edə bilmədiyini hayqıracaqlar.
0 comments :
Post a Comment