Monday, 5 September 2016

Tarixin ilk sui-qəsdçiləri


Sui-qəsdçi sözü hər zaman üçün dünyanın lərzəyə gəlməsinə səbəb olmuş bir sözdür. Tarixə düşmüş önəmli insanların kəllə ovçuları olan bu kəslər ümumiyyətlə adsız bir xəyalət biçimində aramızda dolaşırlar və özlərinə təqdim edilən bir sonrakı ovlarını gözləyirlər.
Çox uzun zamandır davam edən bu peşə Səlib Yürüşlərinin başqa bir qara meyvəsi olaraq da qəbul edilə bilər. Orta çağdan daha öncəsində də bəzi önəmli şəxslər səssizcə aradan qaldırılmış olsa da, bunun mütəşəkkil bir hala gəlməsi fərqli bir çağa girişin göstəricisi olmuşdur.

BİR MƏZHƏBİN DOĞUŞU
Dünyanın ilk sui-qəsdçilərin yetişdiyi “Xaşxaşilər” adlı bir təşkilatın üzvləri olan bu insanlar bəlkə də dünyanın taleyini əbədi dəyişdirəcək işlərə imza atmışdılar.
Tarixin ən qədim səhifələrindən bəridir adları keçən bu təşkilat qısa zamanda güc qazanmış və dünya siyasətində əhəmiyyətli bir yerə sahib olacaq qədər böyük mövqelərə gəlmişdi. Yaxşı, amma Xaşxaşilərin məqsədləri nə idi? Nə uğrunda döyüşürdülər? Əsas düşmənləri kim idi? Və ən əhəmiyyətlisi, necə bu qədər müvəffəqiyyətli ola bilirdilər?
Qısaca anlatmaq lazımdırsa, Xaşxaşilər əsasında Nizari İsmaililərin bir birliyidirlər. Xüsusilə Suriya və İran bölgəsində hökm sürən bu güc 1092-1265-ci illər arasında var olmuşdur. Əlbəttə bu yalnız rəsmi qeydlərdə yer alan məlumatdır. Qərblilər onlar üçün "tarixin ilk terrorçuları" və “tarixin ilk sui-qəsdçiləri" ifadələrindən istifadə etmişdilər. Bu ifadələrin xaricində bir çox adla da xatırlanmışdılar. Bayaq də qeyd edildiyi kimi Xaşxaşilər təriqətinin doğuşu İranda başlayır, oradan Suriya və Livana qədər uzanar.

ATA, OĞUL VƏ PUL ADINA
Səlib yürüşləri görünüşcə İsanın doğulub böyüdüyü torpaqları müsəlman suverenliyindən qurtarıb xristianlara bəxş etmək ikən əsas məqsədi tamamilə maddi istiqamətdədir.
Necə ki, Avropa getdikcə yoxsullaşmağa başlayarkən Şərq rifah baxımından daha da zənginləşmişdir. Xüsusilə Orta Şərq və Hindistanın təbii zənginlikləri Qərbin gözünü qamaşdıraraq ən sonunda kor edir və gözü görməz bir halda hücum etməyə başlayır. Bu zənginliklər göz ardı edilməyəcək qədər böyükdür. Sultan Süleymanın xəzinəsi, İsaya aid olduğu deyilən müqəddəs əşyalar, almazlar, zümrüdlər və s.

ÖLÜMÜN İLK ELÇİSİ: HƏSƏB SABBAH
Həsən Sabbah bir Nizari İsmailisidir. Xaşxaşiləri bir mənada ortaya çıxardan, onların ilk və ən böyük liderləri olmuşdur. Tarixi dəqiq olmamaqla birlikdə 1034-cü ildə İranın Qum şəhərində dünyaya gəlmiş, ardından ailəsi ilə birlikdə Rayy (günümüz Tehran) şəhərinə daşınmışdır.
Zamanın və bölgənin ən yaxşı məktəblərində təhsil alan Sabbah bu müddət ərzində falçılıq, dil, fəlsəfə, astronomiya və həndəsə ağırlıqlı olmaq üzrə riyaziyyat sahəsində ustalaşmışdı. Ayrıca bəzi sənədlərdə Sabbahın Ömər Xəyyam və Nizamülmülk ilə  məktəb yoldaşı olduğu deyilir. Lakin bu məlumatlar qəti olaraq doğrulanmamaqdadır. Xüsusilə Nizam-ül Mülk ilə olan dostluğu çox olası deyildir. Necə ki Mülk ondan 30 yaş böyükdür və Xəyyam ilə Sabbah təhsilini Nişapurda almışdır. Lakin Sabbah ilə Ömər Xəyyamın tanış olduğu çoxu qaynaq tərəfindən təsdiqlənən bir məlumatdır. Hətta Həsən Sabbahın irəlidəki strategiyası Ömər Xəyyam ilə etdiyi bir söhbətdən sonra formalaşmışdır.
Xəyyam ona ətrafındakı insanları göstərərək "Bunlara bir bax, bütün bu insanlar cənnət üçün yaşayır. Əgər onlara bir cənnət verə bilsəniz, o zaman onları idarə edə bilərsiniz" demişdir. Sabbah ayrıca  Ömər Xəyyamdan ezoterik elmlərini də öyrənmişdir.
Kimilərinə görə bir qəhrəman, kimilərinə görə bir inqilabçı, kimilərinə görə dünyanın ən böyük terror təşkilatının lideri, kimilərinə görə İslam düşməni olmuşdur.
Inanılmaz gücə və qabiliyyətlərə sahib ola biləcək şəkildə özünü yetişdirmişdir. Qətiliklə bir güc xəstəliyi vardı. Qazandığı bu güc sayəsində fədailərindən qəti bir itaət gözləyərdi. Qazandığı bu gücü Xaşxaşilərin gücü ilə birləşdirib Nizari fəlsəfəsini bütün cəmiyyətlərə qəbul etdirmək istəmişdir. Buna görə Şiəlik və İsmailliyin təməl ünsürləri Həsən Sabbahın gücü ilə birləşərək ölümcül bir silaha çevrilib. Bu məqsədlə din və dindarlığı alət edərək bir qrup insanın hakim olduğu bir hegemoniya meydana gətirər. Bu hədəfi seçərək onlara qarşı qoyacaq hər kəsi öldürməyi planlayır və nəticə olaraq ortaya yeni bir inanc sistemi çıxardır.
Sabbah avtoritar bir adamdı. Amansız, mərhəmətsiz və şəfqət göstərməyən bir təbiətə sahib idi. O qədər ki , lazım olduğunda iki oğlunu öldürdüb arvadını və bacılarını da sürgünə göndərdiyi deyilir.
1124-ci ildə ölən Həsən Sabbah öldüyündə arxasında güclü bir silahlı təşkilat və yalnız İranda deyil, bütün Mesopotamiyada qorxunc bir hərbi və siyasi güc buraxmışdır.

ŞƏRQİN ƏZRAİLİ
Ümumi qanı Xaşxaşilərin iddiaları və istəkləri istiqamətində ilk düşmənləri hər kəs tərəfindən Səlibçilər olaraq bilinir. Amma tarix qaynaqlarında bunun doğru olmadığı və hətta Səlibçilərin daha az qurban verdikləri təsdiqlənmişdir. Təşkilatın davalarına qarşı gələn düşmənlər İslam aləminin qarşısında duran düşmənlər deyil, xüsusilə İslam aləminin içində yer tapan kəslər və onların fikirləri olmuşdur.
Necə ki, Nizari İsmaililiyi ilk dövrlərində İran dövlətinin şimal bölgəsində Səlcuqlulara qarşı mübarizə aparmışdılar. Bu mübarizə daha sonra güclənərək sünni İslam yandaşı suverenliyini ortadan qaldırmaq məqsədiylə Səlcuqlulara, Abbasilərə, Əyyubilərə, Məmlüklərə, Atabəylərinə və son olaraq xaçlılara qarşı döyüşmüş və bir çox savaşı da qazanmışdır.

“SABBAHIN SUİ-QƏSDÇİLƏRİ" DEYİL, "SABBAHIN FƏDAİLƏRİ"
Fədai (Fedaayiin) sözü ərəbcədən gəlir. "Bir məqsəd uğrunda canını belə verməyə hazır olan" mənasındadır. İşlətdikləri bütün cinayətləri dini bir vəzifə olaraq görən Xaşxaşilər adlarını ərəbcədən almışdır. Daha sonra ingiliscə "Assassin" olaraq günümüzə qədər gəlmişdir.
Sabbahın məqsədini bir azca eşələyəcək olsaq, keçmişdən günümüzə qədər bir çox tarixçinin və tarix qaynaqlarının ümumi mənada dilə gətirdiyi budur; Nizari İsmaililərinə düşmənlik bəsləyən, onları yox etməyə çalışan xəlifələr, krallar, hökmdarlar, şahzadələr, qubernatorlar, generallar, din adamları, siyasətçilər... Qısaca, ağlınıza gələ biləcək üst mərtəbə insanların hamısı tam mənasıyla hədəf alınmış şəxslərdir.
Fədailər siyasi cinayətlərə başlayaraq İsmaililərin düşmənlərini yox edib adlarını bütün dünyaya eşitdirməyə başlamışdılar. Sabbahın fədailərindən istəkləri öncəlik olaraq bunlardır: "Cinayətlərinizi işləyərkən bunu izlər buraxaraq etməlisiniz, hər kəs bizim kim olduğumuzu və gücümüzü mütləq görməlidir. Bunun üçün hərəkətlərinizi qələbəlik ortamda etməlisiniz. Bu sayədə əfsanəvi bir qorxu salıb adımızdan söz etdirəcəksiniz. "
 Fədailərin seçdikləri cinayət silahı prioritet olaraq xəncərdi. Öldürəcəkləri adamın yanına səssizcə yaxınlaşıb xəncəriylə ölümcül vuruşlar etdikdən sonra öz iddiaları və Həsən Sabbah üçün şüarlar atmağa başlayırdılar. Fədailər heç bir zaman cinayətin ardından qaçmağa və ya gizlənməyə çalışmırdılar. Əksinə, boynuna götürdüyü bu sui-qəsdlərdən sağ qurtulmaq onlar üçün utanc verici bir vəziyyət sayılırdı. Ölməyi gözə alan bu sui-qəsdçilər Sabbaha olan bağlılıqlarını yerinə yetirir və yenə Sabbahın onlara vəd etdiyi "Saxta Cənnətə" getməyi haqq edirdilər.
Sabbahın fədailəri hədəflərinə yalnız öldürərək yaxınlaşmır, bəzən də hədəfdəki adamı qorxutmaq yolu ilə istədiklərini etdirə bilirdilər. Məsələn, yüksək bir mövqedə olan biri səhər qalxdığında yastığının üzərində bir xaşxaşo xəncəri görə bilir və xəncərin yanındakı qeyddə isə Xaşxaşiləri qəzəbləndirən hərəkətlərinə davam etdiyi təqdirdə qurtuluşunun olmadığını ifadə edən xəbərdarlığı oxuyurdu. Bu xəbərdarlığı edən adam əsla etibarda olmadığını başa düşürdü.

YALANDAN DOĞAN CƏNNƏT
Həsən Sabbah öz inancını yaymağa çalışarkən şəriətə uyğun davrandığını qarşıya sürməkdə idi. Sabbah, Ələmut qalasında öz üsulunu necə qura bilmiş və fədailərini özünə necə da ölümünə bağlaya bilmişdi? Fədailər onun hər dediyini dərhal yerinə yetirməkdə və əsla müzakirə etməməkdə idilər. Bunu təmin edən ən əhəmiyyətli səbəb "imam"ın Nizari İsmaililərinin nəzdində sahib olduğu anlamdır. Məsumiyyətinə bir dəfə inanılmış olan və imam olaraq qəbul edilən bir lideri bütün fədailər qeydsiz-şərtsiz qəbul edərdi və ardınca getmək bu etiqaddan qaynaqlanırdı.
 İsmaili inancına sahib olan bölgə xalqı Həsən Sabbahın dediyini dərhal qəbul etmə mövzusunda zehnən onsuz da hazır vəziyyətdə idi. Yenə bu inanc tək başına bir intihar aktivisti olmaq üçün yetərli deyildi. Başqa xüsusi səbəblər də mütləq olmalı idi. Bu səbəbləri təmin etmək mövzusunda Həsən Sabbah yenə böyük dahiliyini göstərmişdi.
Sabbah bunu təmin etmək üçün Ələmut qalasının içində saxta "Cənnət bağı" düzəltdirmişdi. Bununla da kifayətlənməyib bal, süd, şərab və axan çaylar düzəltdirərək buraya "Hüri" zənn edilə biləcək gözəllikdə qızları yerləşdirmişdi. Qabiliyyətli çalğıçılara ən gözəl mahnıları çaldırırdı. Günəş işıqları ən gözəl baxımdan bu bağçaya gəlməkdə idi. Quranda təsvir edilən cənnətə bənzədilmək istənmişdi. Bu bağçanı ilk dəfə görən bir adam buranın gerçək cənnət olduğunu sanırdı.
 Sui-qəsdçi olmaq istənənlər istisna olmaqla bu bağçaya kimsənin girməməsi üçün gizli bir keçid də vardı.. Həsən Sabbah 12-20 yaş arasında olan sui-qəsdçi namizədlərinə cənnəti əvvəl təsvir edir, sonra da anlatdığı cənnətin gerçəkliyini sübut etmək üçün onlara yuxu dərmanlar içirtdikdən sonra gizli keçiddən bağçaya daşıdırdı. Sui-qəsdçi namizədlər özlərinə gəldiklərində təsvir edilmiş olan cənnəti öz gözləriylə görür və Həsən Sabbah nə istəsə onu etməyə hazır hala gəlirdilər. Zaman keçdikdən sonra yenidən yatızdırılıb Sabbahın yanına geri gətirilirdilər və ondan istəniləni edərlərsə, Cənnətdə sonsuza qədər qalacaqları deyilirdi.
Cənnətdən çıxardılan sui-qəsdçilər gördüklərini digərlərinə də danışır və Həsən Sabbah qala içərisindəki gücünü artırırdı. Cənnəti görənlər Sabbahın əmrlərini qorxu səbəbiylə deyil, öz arzu və istəkləri yerinə yetirirdilər.
Sui-qəsdçilər hər istiqamətdən mükəmməl bir şəkildə, yaxşı bir təhsildən keçirilirdilər. Yaxın döyüş texnikalarını, ehtiyac duyacaqları xarici dilləri və silahdan istifadəni öyrənirdilər və bu şəkildə birliyə davamlı olaraq kor-koranə bağlı üstün qabiliyyətli döyüşçülər yetişdirilirdi.

DÜNYADA MƏKAN, AXİRƏTDƏ İMAN
Xaşxaşilərin məbədi olaraq bilinən Ələmut qalası İranın paytaxtı və Xəzər dənizinin arasında qalan və ölkənin şimalında Elburs dağlarına qədər uzanan Xaşxaşilər Vadisinin tam ortasında yerləşir. İllərcə bütün dünyaya səs salmış bu məşhur qala üçün Xaşxaşilərin doğulduğu yer də deyə bilərik.
Ələmut sözcüyünün haradan gəldiyi məlum deyil. Tarixçilərin araşdırmaları nəticəsində Ələmutun "Qartal Yuvası" mənasını gəldiyi deyilməkdədir. Yenə tarixçilərə görə, bir "daylam" kralı tərəfindən qalanın inşasına, bir qartalın uçuşunu təqib edərək qərar verdiyi anladılmaqdadır. Bu kral ov edərkən yanındakı qartalı salar və quş qanadlanıb dağın zirvəsinə qonar..
Ələmut qalasının inşası  850-ci illərin sonlarına doğru tamamlanmışdı. Həsən Sabbahın bu qalanı seçim etməsinə ən əhəmiyyətli səbəbləri - o dövrlərdə çox əhəmiyyətli mövqedə olan Qəzvin və Rey şəhərlərinə yaxın olması, müdafiə olunması çox asan olması, strateji cəhətdən əhəmiyyətli bir quruluşa sahib olması və ələ keçilməz bir bütünlüyə sahib olmasıdır. Bu xüsusiyyətlər qalanı hər istiqamətdən ön plana çıxardırdı. Bu əhəmiyyətli ünsürlər 1090-cı illərdə Sabbahın Ələmut qalasını satın almasındakı ən böyük səbəblərdəndir.
Sabbah ömrünün çoxunu bu qalada keçirdi. Məntiqli və ustaca hazırlanmış bütün sui-qəsdlərini yenə bu qalada planladı. Başda Səlcuqlu Türkləri olmaqla düşmənlərinə qarşı aparılan bütün döyüşləri, terror aktlarını, sui-qəsdlərini bu qalanın içindən idarə etdi.
Əslində Alamut qalası xaricində Xaşxaşilərin suverenliyi altında Xaşxaşi vadisinin üzərində 50-dən çox qala vardı. Ələmut bu qalaların ən əhəmiyyətlisi idi, bunun xaricində əhəmiyyətli olan iki qala daha vardı: Meymun-Diz və Lammasar qalaları.
Ələmut qalası 1250-ci illərdə Çingiz xanın nəvəsi Hülakü xan tərəfindən ələ keçirildikdən sonra yandırılıb kül edilmişdir. Xaşxaşilərin məşhur qalasından günümüzə yalnız qalıqlar qalmışdır.

XAŞXAŞİLƏR VƏ MƏDƏBÇİLƏR
Keçmiş tarixdən bu yana dünya üzərində bir çox təriqət, cəmiyyət və ya gizli qrup yaşamlarını o, ya da bu şəkildə davam etdirmişdilər. Bizi bu mərhələdə maraqlandıran isə Xaşxaşilər və Məbəd Cəngavərləridir. Yaxşı, bu iki gücün bir-birləriylə nə kimi əlaqəsi ola bilər? Bunun üçün əvvəl Məbəd Cəngavərlərinin keçmişdən günümüzə qədər gələn həyatlarından bir az bəhs edək.
Məbəd Cəngavərlərinin Xaşxaşilər ilə düşündüyünüzdən çox daha böyük bir əlaqəsi vardır. Hətta bir az irəli gedərək Məbədçilərin Xaşxaşilərdən təsirlənərək inkişaf etdiklərini belə söyləyə bilərik. Necəmi?
Məbəd Cəngavərlərinin qurucusu və lideri olan Cəngavər Huqo de Peyn və digər cəngavərlər Həsən Sabbah tərəfindən Ələmut qalasına dəvət edildilər. Dəvəti qəbul edən cəngavərlər Ələmut qalasında Sabbahın yaratmış olduğu sistemi görüb bəyənirlər və bu sistemi ətraflı bir şəkildə öyrənirlər. Sabbahın yaratmış olduğu bu sistem onlar üzərində böyük bir təsir yaradır, Xaşxaşilərə olan heyranlıqları artınca onların təlimi olan İsmaili fəlsəfəsini tam olaraq qavrayıb katolik inanclarından yavaş-yavaş uzaqlaşmağa başlayırlar.
İsmaili fəlsəfəsi cəngavərlər üzərində inanc dəyişikliyinə gedərək qurduqları təşkilat sayəsində bütün dünyaya yayılmağa başlamışdır. Xaşxaşilərlə qurduqları bu yaxınlıq onların inanclarını tamamilə dəyişdirməyə başlamışdır. Təbii ki, bu durum eyni zamanda yavaş-yavaş öz sonlarını hazırlamağa başlamışdır. Ən sonunda Papalıq Məbədçiləri kafirliklə günahlandırıb onları müsəlmanlarla yaxınlaşmaq, hətta tamamilə müsəlman olmaqla günahlandırmışdır.
Yenə keçmiş tarixə baxdığımızda ən çox maraqlanan təşkilat olaraq Məbəd Cəngavərləri göstərilir. Əslində onları bu qədər çox məşhur edən Xaşxaşilərdir. Məbəd Cəngavərləri fransızsa “templiers”, ingiliscə "templars" olaraq bilinir. Mason qrupların dəstək və köməkləriylə günümüzə qədər həyatlarını davam etdirməyə müvəffəq olmuşlar.

BİR CƏNGAVƏRİN DOĞUŞU
1099-cu ildə müqəddəs torpaqlar olaraq göstərilən Qüds və Fələstin səlib orduları tərəfindən tamamilə ələ keçirilmişdi. Ancaq işğal etdikləri bu müqəddəs yerlər onlar üçün etibarlı bir yer deyildi. Malazgird döyüşündən sonra müqəddəs torpaqlara axın edəntürk birlikləri səlib ordularına qarşı döyüşlərini davam etdirirdi.
Bu bölgəyə gəlməyə davam edən xristian hacı namizədlərinin təhlükəsizliyinə 9 cəngavər vəzifələndirilmişdi. Hacı namizədlərini qorumaq üçün Qüdsə gələn bu cəngavərlər özlərinə "İsanın Yoxsul Cəngavərləri" adını qoymuşdular. Bu ad daha sonra yerini "Məbədçilər" olaraq dəyişdirmişdi.
O dövrlərdə Vatikan adına Qüdsü idarə etməkdə olan Kral II Balduin Məbədçiləri qarşılamışdı. Bir neçə il sonra Balduin o dövrlərdə yaşadığı Süleyman məbədindən ayrılmış və bu məbədi cəngavərlərə buraxmışdı. Bu vəsilə ilə cəngavərlər Süleyman məbədi üzərindən "Məbədçilər" adını almış və sonunda "Məbəd Cəngavərləri" olaraq tanınmağa başlanmışdır. Bu şəkildə müqəddəs torpaqlarda ilk toxumları atılan və qurulan Məbəd cəngavərləri gedərək saylarını artırmış, Qüdsə bağlı olan yolların və xristian hacı namizədlərinin təhlükəsizliyindən tamamilə onlar məsul olmuşdular.
Digər tərəfdən bu müqəddəs döyüşçülər o dövrlərdə sevilən və hörmətli bir din adamı olan abbat Klevroslu Bernard sayəsində Vatikan tərəfindən tanınmış və qəbul edilmişdilər. Qiymətli din adamından dəstək alan Məbəd cəngavərləri digər cəngavərlərdən fərqli görünmək adına paltarlarını belə dəyişdirmişdilər. Geyindikləri qifayətlərdə ən çox diqqət çəkən isə bəyaz geyimin üzərində olan qırmızı xaç işarəsi idi.
Qüds bölgəsində olan cəngavərlərin sayı 700 nəfər idi və onlara xaricdən 3.000 insan xidmət və kömək edirdi. Getdikcə böyüyən və genişlənən Məbədçilər gücləri sayəsində 4.000 qalanın da sahibi olmuşdular.
Məbədçilər həm əsgər, həm də rahib olduğu üçün qadınlarla birlikdə olmaları qəti qadağan idi. Buna görə boş zamanlarında yalnız ibadət edərdilər. Cəngavərlər Səlib yürüşləri və Xristian padşahlıqları zamanında güclərinin zirvəsinə çatdılar. Təbii ki, bu güc və çıxdıqları zirvə uzun sürmədi. Şərqdə keçən səltənətləri müsəlman güclərin əlinə keçməsiylə son tapdı. Geriyə yalnız 16 Məbəd cəngavəri qaldı və onlar da Avropaya, yəni Fransaya geri dönmək məcburiyyətində qaldılar.
Avropaya geri dönmələri başda Vatikan olmaq üzrə bir çox padşahlıqları narahat etmişdi. Haqlarında çıxan "pozğun, azğın, kafir" söz-söhbətləri olmasına baxmayaraq, o dövrlərdə iqtisadi baxımdan bir xeyli zəif olan Fransa kralı onlara sahib çıxmışdı. Sahiblənmə səbəbi də açıq-aşkar bəlli idi. Məbəd cəngavərlərinin zənginliyi krala hər şeyi unutdurmuşdu.
Gözəl Filipp bu zənginliyi ələ keçirmək üçün Vatikanda Papa ilə razılaşaraq Məbədçilərin ölüm fərmanını hazırladı.
Məbəd cəngavərləri həbs olunduqdan sonra çox böyük işgəncələrə məruz qaldılar. Onlara ithaf edilən (kafirlik, pozğunluq, homoseksualizm) cinayətləri zorla dillərindən sökülərək alındı. Daha sonra yenə o dövrün məşhur məhkəmələri olan "inkvizisiya məhkəmələrində" mühakimə olundular və ölüm cəzasına məhkum edildilər. 13 Oktyabr 1317-ci ildə reallaşdırılan bu cəzada tutulan bütün Məbədçilər çarmıxa bağlanıb yandırılaraq öldürüldülər. Tarixdə də bu gün "13, Cümə" olaraq xatırlanmağa başlandı və hər ayın 13-nə dəng  gələn Cümə günləri üçün lənətli günlər, 13 rəqəmi üçün də lənətli rəqəm xurafatı meydana gəldi.

Əgər Məbədçilər Xaşxaşilərin təlimləri ilə bu günə qədər gəlmişdilərsə, arada nə oldu? Nə pozuldu da bir anda bu iki təşkilat bir-birinə düşmən kəsildi? Ya da həqiqətən düşmən oldularmı?
Bunlar tarixin bəzi nöqtələrində təsdiqlənərkən, bəzi nöqtələrində isə təkzib edilir.
Dolayısı ilə bütün bu əlaqələr tək bir məqsəd uğruna qurulub pozulurdu. Dünya hakimiyyəti. Hansı yolla olursa olsun bir şəkildə bunu bacara bilmək ehtimalı doğarsa, bu ehtimalı ələ keçirən qrup son damlasına qədər bu fürsətdən faydalanır və son məqsədinə çatmağa çalışırdı.


0 comments :

Post a Comment