Monday, 17 July 2017

Qadın sünnəti


Londonda qulluqçuluqla həyatını qazandığı dövrdə fotoqraf Terens Donovan tərəfindən kəşf edilən və dünyanın ən çox axtarılan modelləri arasında yer alan Varis Dirieni dünya "Səhra çiçəyi" (1998) adlı avtobioqrafik əsəri ilə tanıdı.

10 illik modelliyindən sonra 1997-ci ildə “Marie Claire” jurnalına verdiyi bir reportajda kiçikkən sünnət edildiyini açıqlayan Varis o gündən sonra özünü qadın sünnəti ənənəsinin aradan qaldırılmasına həsr etdi və aktivizmini hələ davam etdirir.

"Səhra şəfəqi” (2002), "Səhra uşaqları" (2005) və "Anama məktub" (2007) adlı daha üç kitabı nəşr olundu.

2009-cu ildə adlı və Şerri Horma rejissorluğunda köçürülən “Səhra çiçəyi” filmi uşaqlıqdan BMT səfirliyinə uzanan bir həyatı iki saat içində yekunlaşdırır.

Qadın sünnəti tibbi səbəblər və zərurətlər olmadan vaginanın bir qisminin və ya hamısının alınmasıdır. Qadın və qız uşaqları üçün beynəlxalq qəbul edilmiş çox ciddi insan hüquqları pozuntusudur. UNICEF-in 2013-cü il tarixli qadın sünnəti hesabatına görə dünyada 125 milyondan çox qız və qadın sünnət edilmiş vəziyyətdədir. 30 milyon qız uşağı isə önümüzdəki 10 ildə sünnət edilmək təhlükəsiylə qarşı-qarşıyadır. Afrika və Orta Şərqdə 29 ölkədə aparılan araşdırmaya görə sünnət edilən qadın sayının ən yüksək olduğu ölkələr sırasıyla Misir, Efiopiya, Nigeriya, Sudan və Keniya ilə Burkina-Fasodur. Somalidəki qadın və qız uşaqlarının isə 98%-i sünnət edilmişdi. Bu ölkələrdə qadın sünnəti kişi sünnəti qədər əhəmiyyətlidir və qadın olmağın başlıca səbəblərindən biridir. Sünnət edilməmiş qadınların namuslarından şübhə edilir və "çirkli" sayılır, heç vaxt evlənə bilmədikləri kimi cəmiyyətdən də təcrid edilirlər.

Hesabatdan diqqətçəkici bəzi nöqtələr:
* Yəməndə sünnətlərin 97%-i evdə reallaşdırılır və 75%-ində bıçaq və ya ülgüc istifadə edilir.
* Burkina-Fasoda yaşayan qadın və qız uşaqlarının 76%-i sünnət edilmişdi, ancaq yalnız 9%-i “ənənə”nin davam etməsi lazım olduğunu müdafiə edir.
* Toqoda müsəlman qadın və qızlarının 21%-I, xristianların 1%- sünnət edilərkən, Nigeriyada xristianların 55%-, müsəlmanların 2%-i sünnət edilmişdi.
* Qvineyada qadın və qızların 19%-i qadın sünnətinin ortadan qaldırılması lazım olduğunu söyləyərkən bu nisbət kişilərdə 42%-dir.  Kamerunda isə kişilərin 85%-i qadın sünnətinə qarşıdır.
* Eritreyada qadın və qız uşaqların 60%-i sünnəti dini lazımlılıq olaraq görür.
* Keniyada sünnət edilmiş qadın və qız uşaqların 59%-I “ənənə”nin heç bir faydası olmadığını müdafiə edir.
* Təhsil görməyən qadınlar orta və yüksək təhsil görən qadınlara görə sünnəti dörd qat daha çox dəstəkləyir.

Qadın sünnəti Misir, Somali, Efiopiya, Sudan, Nigeriya kimi bir çox Afrika ölkəsinin yanında İraq, Səudiyyə Ərəbistanı kimi ərəb ölkələrində də varlığını davam etdirən bir ənənədir. Ümumiyyətlə, İslamiyyətlə əlaqələndirilsə də, qadın sünnətinin əslində 2 min 500 il qədər əvvəl Misirdə başladığı təxmin edilir.

Bir çox aktivist "sünnət" (female circumcision) təbirinin bu praktiki yüngül göstərdiyi və "genital şikəstləmək" (female genital mutilation - FGM) deməyin daha uyğun olacağını söyləyir.


Çünki "cinsi orqanların qismən ya da tamamilə kəsilib alınması" olaraq təyin olunan qadın sünnətinin klitorun qismən kəsilməsindən "firon sünnəti" də deyilən klitorun və daxili dodaqların tamamilə kəsilib vaginanın yalnız aybaşı qanaması və sidik keçişinə icazə verəcək şəkildə tikilməsinə qədər bir çox növü söz mövzusudur. Firon sünnətinin qurbanı olan gənc qızlar evlənib gərdəyə girdikləri zaman ərlərinin bir bıçaqla bu tikiş kəsib açması gözlənilir.

Qadın sünnətlərinin bilinən heç bir tibbi faydası yoxdur, üstəlik ciddi sağlamlıq problemlərinə səbəb olmaqdadır. Sünnətlər əksəriyyətlə primitiv metodlarla, bəzi yerlərdə isə xəstəxanalarda edilməkdədir. Bir çox səfərində alətlərin tək istifadəlik olmaması QİÇS və sarılıq kimi xəstəliklərin yayılmasına səbəb olur. Qadınlar infeksiya qapa bilir və hətta sidik yolları və yumurtalıqları iltihablanır. Sünnətlər əsnasında qan itkisindən ölən qadınlara da rast gəlinir.

İnsan bədənində tək funksiyası qadına zövq vermək olan unikal orqan klitorun kəsilməsi kişinin qadın üzərindəki suverenliyinin simvollarından biridir. Qızlarının rahat bir gələcəyə qovuşmasını istəyən analar şəxsən qadın sünnətinin müdafiəçisi olurlar.

Son araşdırmalara görə təhsilsiz, çöl seqmentdə yaşayan və hətta şəxsən sünnət olmuş müsəlman qadınlar FGM-i daha çox müdafiə edirlər və bu nisbət yaşlılara nisbətən gənc qadınlar arasında daha yüksəkdir.

ABŞ-da qadın sünnəti 1996-ci ildə qadağan edildi. Buna baxmayaraq qadın sünnəti mövzusunda hər hansı bir məhkəmə manevri edilmədiyi kimi bu ana qədər bu cinayəti işləyən yalnız bir adama iddia açıldı. İngiltərədə hər il etnik azlıq qruplardan minlərlə gənc qız qadın sünnətinə məruz qalır. Bir çox Avropa ölkəsi kimi İngiltərədə də bu tətbiq təxminən 30 il əvvəl qadağan edildi. Ancaq bu günə qədər "Qadın Sünnəti Aktı" altında tək bir qərar belə qəbul edilmədi. İngiltərədə qadın sünnətinin hələ bir çox toplumda davam etdiyi bilinir.

Qadın sünnətinin fiziki təsirləri qədər psixoloji təsirləri də var. Belə bir tətbiqə məruz buraxılan qadınlar, cəzalandırıldıqlarını və ailələrinin xəyanətinə uğradıqlarını düşünə bilirlər. Onsuz da qadını nəzarət altına almaq və cinsi baxımdan təsirsiz hala gətirmək üçün edilən bu “tətbiq” tam olaraq cəzalandırma üsuludur. Həyatlarına çox böyük bir zədə olaraq qazınan bu hadisə sonrası qadınlarda yuxusuzluq, özünə etibarsızlıq, iştahsızlıq və ya həddindən artıq yemək davranışı ilə birlikdə Sərhəddə Şəxsiyyət Pozuntusu və ömür boyu sürən panik ataklar görülə bilir.

Yaxşı, bəs nə edilməlidir? Söz mövzusu olan qədim ənənələr olunca qanuni tənzimləmələr bir yerə qədər daşındırıcı olur. Qadınların və kişilərin şüurlandırılması isə uzun dönəmdə qadın sünnətiylə başa çıxa bilməyin ən təsirli yoludur.

FGM ilə mübarizə aparan bir qrup aktivistin hədəfi olmuş sünnətçi qadın axırda əslində özünün də bu praktikaya qarşı olduğunu və mövqeyindən istifadə edərək illərdir onsuz da üzərinə düşəni etdiyini söyləyir: "Ətrafdakılara sünnət etmiş təəssüratı vermək üçün klitora bir zərər vermədən yalnız bir az qan axıtmaq"


Bəlkə də qısa müddətdə ən böyük vəzifə sünnət edənlərdədir. Bu sayədə ənənələrinə bağlı insanların qüruru zədələnmədən FGM yalnız simvolik mərasimə çevrilə bilər.

Bəlkə də bu şəkildə sünnət edilmiş qadınlardan alınan onlara geri verilə bilməsə belə ən azından qızlarının bundan qorunmasıyla daha az acı çəkmələri mümkün qılına bilər.

0 comments :

Post a Comment