8 mart 1979-cu il.
100.000-dən artıq iranlı qadın Xomeyninin gətirdiyi baş örtüyü qanununa etiraz etmək üçün küçələrdədirlər.
6 gün sürəcək etirazların ilk günü.
Qələbəliyin içində bir qadın martı kamerası ilə ölümsüzləşdirir. Həngamə Gülüstan.
Gülüstan foto çəkməyə 1972-ci ildə başlayır. O günlərdə İranda sadəcə bir neçə qadın fotoqraf vardı. Foto çəkməyin real peşə olaraq görülməməsi bir yana, bir qadının foto çəkmək istəməsi ayrıca qəribə qarşılanırdı.
"Bir fotoqraf olduğumu deyəndə dostlarım və ailəm gülərdilər. "Foto bir hobbidir" deyərdilər. Onların düşüncəsində fotoqraflar olsa-olsa toylarda və ya turistik nöqtələrdə işləyirdi."
İranda qadınların evdən çıxa bilmək üçün baş örtüyü taxmasını məcbur qılan qanun gəldikdən sonra Tehranda insanlar küçələrə çıxdılar. Nümayişlər qadınlardan savayı kişilər və fərqli peşə qruplarıın da şəxsi qatılışları ilə çox böyük idi.
"Siyasi və dini azadlıq üçün savaşırdıq amma dərdimiz bir o qədər də şəxsi idi" deyir Gülüstan.
"Bütün etirazlara şəxsən qatılmaq istədim, amma bir fotoqraf olaraq getməli olduğumu bilirdim. İlk düşüncəm "Bunları sənədləşdirmək mənim məsuliyyətim" oldu. Olduqca balaca olduğum üçün qələbəliyin içərisindən asanca keçərək fərqli istiqamətlərdən davamlı fotolar çəkirdim. 20 makaron dolusu foto çəkdim. Gün bitdiyində qaranlıq otağıma gedib fotolarımı çıxarmaq üçün sürətlə evimə qaçırdım. Tarixi bir şeyə şahidlik etdiyimi bilirdim. Ən yaxşılarımızı çəkmək istədim."
Etiraz günləri qadınların küçədə baş örtüyü geyinmədən gəzə bildiyi son günlər idi. Aprel 1979-cu ildə İran İslam Respublikası quruldu və rejim dəyişikliyindən sonra qanuni evlilik yaşı qız uşaqları üçün 13-ə, oğlan uşaqları üçün isə 15-ə salındı.
Yenə də baş örtüyü etirazları sırasında olanları qavramaq hələ önəmlidir. Etirazlardan 30 il sonra 2 araşdırmaçı Nasir Mühacir və Mahnaz Mətin "Mart 1979-cu il. Rejim dəyişikliyi sonrası qadın qiyamı"nı yayımladılar. 2 cildlik kitab təxminən min səhifə idi və etirazçıların ikonik seriyasının yeri yerindən oynadan parçalarını əhatə edirdi.
Mahnaz Mətin bir reportajında "İnqilabdan sonra inqilabın öz içindən çıxan və buna rəğmən inqilaba və liderliyin hərəkətlərinə qarşı olan ilk etiraz idi. Bu səbəblə tayı-bərabəri görülməmişdi və dünyanın digər yerlərindəki feministlərin marağına səbəb oldu" deyir.
Nasir Mühacir və Mahnaz Mətin eyni zamanda liberallardan və sosialistləri və sosial-demokratları da əhatə edən sekulyar kəsimdən yetəri qədər dəstək gəlmədiyini və əslində rejim dəyişikliyi sonrası bu fəaliyyətliliklərə yaxşı arxa çıxılsaydı, olayların fərqli inkişaf edə biləcəyini söyləyirlər.
İndi isə əlimizdə sadəcə Tehran küçələrində dimdik duran qadınların gülən üzlərinin olduğu, Gülüstan tərəfindən çəkilmiş fotolar qalıb.
"Bu, Tehranın küçələrində qadınların örtünmədən sərbəst şəkildə gəzə bildiyi son gün oldu. İnqilabdan sonrakı idarəçilərə dair ilk xəyal qırıqlığımız bu idi. İstədiyimiz təsiri təmin edə bilmədik. Amma bu fotoya baxdığımda mən sadəcə baş örtüyünü deyil, qadını görürəm. Həmrəyliyi və əyləncəni görürəm. Hiss etdiyimiz gücü görürəm."
İranın gələcəyi haqqında pessimist danışır.
"Gənc iranlılardan baş örtüksüz qadınları küçədə heç görməmiş generasiyalardan qəribə qarşılıq tapdım. Onlarınkı fərqli bir dünya idi. Çoxu zamanında bu etirazların həyata keçirildiyini belə bilmir."
0 comments :
Post a Comment