Mənim adım Bəhmən Nirumənddir. İranlı
araşdırmaçı-yazaram. Şahın devrilməsində aktiv rol oynayanlardanam.
Və eyni zamanda mollaların demokratiya və azadlıq gətirəcəyinə inanan milyonlarla solçu, demokrat, liberal və milliyyətçi insandan biriyəm.
Və eyni zamanda mollaların demokratiya və azadlıq gətirəcəyinə inanan milyonlarla solçu, demokrat, liberal və milliyyətçi insandan biriyəm.
Bəli, Xomeyni yer üzündə cənnəti vəd etdi
bizə.
Demokratiya gələcək, heç kim fikirləri və
siyasi görüşləri üzündən həbs edilməyəcək, işgəncə edilməyəcək, qadınlara bərabər
haqqlar veriləcək, geyim sərbəst olacaqdı.
Şahı devirdikdən sonra mollaların məscidə
geri qayıdacaqlardan əmin idik. Dövləti idarə edəcək vəziyyətdə olduqlarına
inanmırdıq.
Yanıldıq. Kitablardan əzbərlədiyimiz cümlələri,
boş anlayışları bir-birimizə söyləyib dururduq.
Üzərində durmadıq!
Hər şey 14 yanvar 1979-cu il tarixində dəyişdi. Şah İranı tərk etdi. Ardından İran tarixinin ən böyük yürüşü Tehranda edildi. Senzura, qadağa yox idi, istədiyimiz kimi qışqırırdıq.
Lakin mitinqdə ilk diqqətimi çəkən kim
liberal Musəddıq ya da solçu şəhidlərin şəkillərini daşıyırsa, mollalar tərəfindən
döyülürdü.
Bu olayın üzərində çox dayanmadıq.“Hələ bir
qurdlarını töksünlər, sonra sakitləşərlər" deyə düşündük.
Ertəsi gün qəzetdə bir oğrunun gənc mollalar
tərəfindən tutulub adına "İslam məhkəməsi" deyilən bir məhəlli heyət
tərəfindən 35 qamçı cəzasına çarpdırıldığı xəbərini oxuduq.
Bu xəbəri ciddiyə almadıq, "3-5
sapsızın işidir" dedik.
Bu vaxt pivə-şərab fabriklərinin
yandırılması, kinoteatrların təxrib edilib filmlərin küçələrə atılması kimi hadisələrin
üzərində heç durmadıq. "Kiçik şeylərin" cəmiyyətin demokratiya və
milli müstəqillik yolundakı səyləri təsir etməsini istəmirdik.
Biz bunları söyləyərkən mollalar tərəfindən
qadın və kişilərin yan-yana üzə bilməyəcəkləri, məktəblərdə eyni siniflərdə ola
bilməyəcəkləri, birlikdə idman edə bilməyəcəkləri kimi mürtəce qərarlar
ard-arda alınmağa başlandı.
"Müsəlman qadınların yanında fahişələrin yeri yoxdur" deyilərək qadınlara örtünmə məcburiyyəti gətirildi.
Xüsusilə universitetlərdə buna görə qarşıdurmalar çıxdı.
Bu qarşıdurmalardan narahat olduq: Qadın
probleminin aktuallaşıb ön plana keçməsini istəmirdik! "Əsl mübarizə imperializmə və kapitalizmə qarşı verilməlidir" deyirdik. Qadın problemi
bir yan ziddiyət idi, ana ziddiyyət istismar idi. Qadının geyim problemi
imperializmə qarşı verilən mübarizəni baltalamamalı idi.
Örtüksüz, başıçıaq küçəyə çıxan qadınlar
artıq açıq-aşkar gözümüzün qarşısında döyülürdü. Bəzi qadınların üzünə sulfad
turşusu atılırdı.
Biz isə hələ böyük sözlər danışırdıq. Bu cür
hadisələri inqilabın qaçılmaz sancıları olaraq görüb vecimizə almırdıq!
"İttifaq", "Hərəkat birliyi" kimi terminlər arxasınca qaçıb
dayanırdıq.
Keçid sancıları sandıq!
Xomeyni "Bütün problemlərimizin səbəbi cəmiyyətimizdəki əxlaqsızlıqlardır. Bunların kökünü qırxmalıyıq" deyir, gənc mollalar terror əsdirirdi. Kitab evləri yağmalanır, qəzet köşkləri atəşə verilirdi.
Şirazda "İslam məhkəməsi"
homoseksual və fahişə olduğu səbəbiylə dörd adamı edam edirdi. Bənzər olay
Tehranda da reallaşır, 3 fahişə və 3 homoseksual gülləyə düzülürdü.
Səsləri və görünüşləriylə kişiləri təhrik
etdikləri üçün qadın spikerlər televiziyadan qovulur, narkotik olaraq görülən
musiqi qadağan edilirdi.Spirt içən qırmanc cəzasına çarpdırılırdı.
İndi düşünürəm də, insan zamanla hər cür
aşağılanmaya alışır yəqin. Heç birini görmürdük, şablon analizlərimizin doğru
olduğuna o qədər inanırdıq ki!
Halbuki cəmiyyət sürətlə dindarlaşdırılırdı.
Alınan hər qərarda "Tamam, bu sonuncusudur" deyirdik. Amma ardı həmişə
gəlirdi.
Qızların evlənmə yaşı 18-dən 13-ə salındı.
Ətir, dodaq boyası, saç boyası, ləl-cəvahirat kimi qadın vəsaitlərinin yurda
girişi qadağan edildi. Qadın paltarları satan mağazaların vitrinlərinə
büsthalter, kombinezon və s. qoymasına belə icazə yox idi.
Dövlət orqanlarında qadın məmurlara təsəttürə
girmək əmri çıxarıldı.
Əslində bir çox ziyalı qadının üzv olduğu
qadın dərnəkləri var idi. Onlar öz kiçik çevrələrində "hamiləlik tətilinin
uzadılması", "bərabər işə bərabər ödəniş" kimi tələbləri müzakirə
edirdilər.
Biz ziyalılar həmişə eyni düşüncədəydik:
Demokratiya və azadlığa keçid sancılarıydı bu cür hadisələr! Şişirtməyə ehtiyac
yox idi.
Hamımız "ana ziddiyyət" üzərində
dayanırdıq: əvvəlcə xaricə asılılıq və iqtisadi böhrandan qurtulmalıydıq.
Referendum oyunu
3 ay əvvəl Xomeyni Parisdə kommunistlər də
daxil olmaq üzrə hər fikrin rahatca təşkilatlanacağı bir demokratiyadan,
azadlıqdan bəhs edərkən indi bütün solçu, millətçi və liberalları İslam düşməni
elan etmişdi.
Bu sözlər üzərinə ilk protestomuzu etdik.
Mitinqimizə bir milyondan çox insan gəldi.
Mollaların ən yaxşı siyasi strategiyaları
idi: İşlərinə gəlmədiyi zaman dərhal gündəmi dəyişdirirdilər.
Referendum məsələsini gündəmə gətirdilər.
Xalqdan soruşacaqdılar: "İslam Respublikasını istəyirsinizmi?"
Şübhəsiz, bu, bir oyun idi; xalqın 65%-i
oxuma-yazma bilmədiyi bir ölkədə kim nə anlayırdı respublikadan?
Aparılan təbliğat bəlli idi. Soruşdular:
"İslama "bəli" yoxsa "xeyr" deyirsiniz?"
Biz bu oyunu bilirdik, amma belə düşünürdük:
"Əhəmiyyətli olan respublikadır, sərbəst seçimlərdir, demokratik
hüquqlardır, azadlıqlardır. İslam Respublikası bunu təmin edəcəksə, niyə qarşı
çıxaq?"
Ancaq bəzi kiçik kəsimlər bu oyuna gəlməmək
üçün referendumu boykot etdilər.
Nəticədə "bəli" deyən 20 milyon,
"xeyr" deyən isə yalnız 140 mindi.
Mollalar bu referendum nəticəsini çox yaxşı
istifadə etdilər. Guya bütün ölkə etdiklərini təsdiqləyirdi. Artıq
televiziyadan sonra mətbuat da əllərinə keçmiş. Sanki bütün müxaliflərin sayı
140 min nəfər kimi göstərdilər. Halbuki 20 milyon içində bizim səsimiz da var
idi. Amma artıq bizim səsimizin çıxmasına icazə verilmirdi.
Xalqı anlaya bilmədik.
Xalqı anlaya bilmədik.
Mollalar gücləndikcə təcavüzkarlaşdılar.
Məsələn, tirajı bir milyon olan liberal
"Ayendegan" qəzetini qapatdırdılar. Sıra sonra "Keyhan" qəzetinə
gəldi, müxalif yazarların işdən çıxarılmasını təmin etdilər.
Bütün bu olanları protest etmək üçün mitinqlər
təşkil etməyə başladıq. Amma iş işdən keçmişdi artıq, insanlar usanmışdılar,
qorxurdular.
Azadlıq, demokratiya və müstəqillik üçün
qiyam qaldıran xalqın bu qədər qısa müddətdə dəyişəcəyini düşünə bilməmişdik.
Elə güman edirdik ki, mollaların mürtəce
qanun-qaydalarına xalq qarşı çıxacaq.
Halbuki əksi oldu. Mollalar qadağa, senzura gətirdikcə arxalarınca gedənlərin sayı artdı.
Halbuki əksi oldu. Mollalar qadağa, senzura gətirdikcə arxalarınca gedənlərin sayı artdı.
Örtünmək dəb oldu!
Bütün bunlara "gəlib keçici bir
fırtına" deyə baxmaq nə böyük səhv idi.
Kommunistlərdən, solçulardan,
demokratlardan, milliyetçilerin sonra liberal islamçılar da zamanla mollaların
hədəfi oldu.
Şah dövründən daha çox insan həbsxanalara
atıldı, edam edildi.
Milyonlarla insan canını qurtarmaq üçün
xaricə qaçdı.
Qaçanlardan biri də mən idim.
Ümid edirəm ki, bizim səhvlərimizdən bəziləri
dərs çıxarar.
0 comments :
Post a Comment