Kiçik
yaşdakı oğlan uşaqlarının qaçırılaraq ya da satılaraq pedofillərin əlinə düşməsi,
sistemli olaraq istismar edilməsi və göbək rəqsi öyrədilərək işlədilməsi,
dindarlığı ilə bilinən müsəlman Əfqanıstanında əsrlərə uzanan bir ənənədir.
Görünüşdə
qadın qılığına bürünmüş gənc kişilərin rəqsləriylə yaşlı kişiləri əyləndirməsi
kimi görünən bu ənənə əfqan hökumətləri tərəfindən görməməzlikdən gəlinir. Gerçəkdə
seks köləliyinin də kənarında bir ənənədən bəhs etmək gərək: 10 yaşlarında
oğlan uşaqlarının yetişkin kişilərin cinsi təmini üçün istifadə edilməsindən...
Şükür
ailəsindən qaçırıldığında 12 yaşındaymış. Kunduz şəhərinə aparılaraq əsir
tutulan Şükür burada zəngin və güclü adamları əyləndirmək üçün göbək rəqsi öyrənməyə
məcbur edilmişdi. Adamların əlindən qaçması 5 ilini almışdı. 17 yaşından bəri
azaddır. İndi orada öyrəndiyi göbək rəqsi ilə dolanışığını təmin edir. Şükür
(ölmədiyi / öldürülmədiyi üçün) bir çoxlarında daha şanslıdır...
2014-cü
ildə Əfqanıstan Müstəqil İnsan Haqları Komissiyası adına geniş miqyaslı bir
araşdırma reallaşdıran Dr. Sürəyya Rəhim S. "oğlan oyunu" ənənəsini
utanc verici olaraq xarakterizə edir: "Bu ənənə başqa hər hansı ölkədə
pedofillik olaraq adlandırılar. Ancaq çox təəssüf ki ölkəm Əfqanıstanda bu canavarlar,
zəngin və güclü adamların hiddətindən qorxan polis tərəfindən qorunur. "
Dr.
Sürəyya qəzetə verdiyi reportajda "varlıqlı bir adam 10 qədər uşağın
sahibi ola bilir" deyir. Uşaqların əfəndisi olan kölə sahibləri əllərindəki
oğlanların gözəlliyi və çoxluğu ilə öyünə bilirlərmiş, çünki adam nə qədər zəngindirsə,
o qədər çox və gözəl oğlanın sahibi ola bilir.
Beşdə
ikisi 13-15 yaşlarında əsir edilən və həyat boyu köləçi pedofillərin əlində
qalan bu uşaqların çoxu sonunda narkotik maddə bağımlısı olurmuş.
“Daily
Mail”ə danışan Əli B. aralarından biri
haqqında xatırladıqlarını belə anladır:
"Fəridun,
özünü tanıdığımda 13 yaşında idi. Dayana bilmək üçün heroin istifadə etməyə
başladı. O haldaykən belə rəqs etməsi üçün partiyalara götürülürdü. Sonunda qaçdı.
İzini tapa bilməsinlər deyə çox dəfə yer dəyişdirdi. Kabil küçələrində dilənçilik
edirdi. Əgər həyatda qala bildiysə, indi 18 yaşında olmalıdır. "
Qadın
ilə kişinin təmasının qətiliklə qadağan edildiyi bu ictimai nizamın doğurduğu
"oğlan oyunu" ənənəsi Taliban rejimi zamanı qadağan edilmişdi. Ancaq
Talibanın kontrolu itirməsiylə yenidən başlamışdı.
Homoseksuallığı
qadağan olduğu əfqan İslamında bu ənənə homoseksualizm olaraq xarakterizə
edilmir. Çünki bu adamlar ilə oğlanlar arasında eşq əlaqəsi yoxdur. Buna görə
dini baxımdan bir qorxu olaraq görülmür.
Dövlət
işçiləri, polislər hadisəyə tamaşaçı qalırlar. Əfqanıstanda xidmət edən
koalisiya gücü əsgərləri "bu qədər mühafizəkar bir ölkənin küçələrində
orta yaşlı adamlarla oğlan uşaqlarının əl-ələ gəzməsini yadırğadıqlarını"
söyləmiş olsalar da, ölkədə olan Qərb güclərin də bu pedofiliyaya səs çıxardığı
deyilə bilməz.
Əfqanıstanda
vəzifəli Amerika əsgəri onbaşı Bakli atasına "Gecə vaxtı oğlan uşaqlarına
təcavüz edirlər. Bizə də onların fəryadını dinlədirdilər" demişdi. Bakli
daha sonra bölgədə bir qarşıdurmada vurulmuş və ölmüşdü. Atasının dediyinə görə
oğlu hərbi səlahiyyətlilərə vəziyyəti şikayət edəndə ona görməməzlikdən gəlməsi,
bunun əfqan mədəniyyətinin bir parçası olduğu və qarışa bilməyəcəkləri deyilmişdi...
UNICEF
2008-ci ildə Əfqanıstandakı pedofillik haqqında bir hesabat yayımlamışdı. Hətta
2009-cu ildə "oğlan oyunu" qurbanı uşaq haqqında bir sənədli film çəkilmişdi.
O sənədli
film mükafat qazanmışdı... Ancaq o tarixdən bəri uşaqların həyatında dəyişən
heç bir şey olmamışdı...
2014-ci
il tarixli araşdırmanı idarə edən Dr. Sürəyya "Baça bazi" ənənəsinin
hələ yayğın şəkildə davam etdiyini söyləyir və davam edir: "Məsələ o qədər
sıx gizlənir və xilas qurbanlar o qədər dərin bir utanc yaşayır ki, neçə uşağın
bu vəziyyətdə olduğunu müəyyənləşdirmək qeyri-mümkündür. Bəlkə 100, bəlkə 500,
bəlkə də 1000 uşaq bu vəziyyətdədir ... "
Dr.
Sürəyya bu ənənənin təəssüf ki, nəsildə nəslə köçürüldüyünü söyləyir. Onu təsdiqləyən
nümunələr yox deyil.
2007-ci
ildə Reuters xəbər agentliyinə danışan "oğlan oyunu" rəqqası Əhməd
"Sahibimi sevirəm. Göbək rəqsini, qadın kimi davranmağı və sahibimle
oynamağı sevirəm. Mən də böyüyüncə onun kimi oğlan sahibi olacağam. Onları rəqs
etməyə aparacağam "demişdi.
Son
söz olaraq "ancaq yenə də ümid var" deyir "Daily Mail" xəbəri.
Dr.
Sürəyyanın yürütdüyü araşdırma hesabatının yayımlanması yüksək məqamları
narahat etmişdi. Din və Ədalət Nazirlikləri hesabatı nəzərə almışdılar. Tarix
boyunca ilk dəfə məhkəmə orqanları "oğlan oyunu" məsələsinə əyilmiş və
polis bu işə qarışanları həbs etməyə başlamışdı.
0 comments :
Post a Comment