LƏNƏTLİ
MİRASA MƏHKUM UŞAQLAR
Nasist
Almaniyasının ən canavar adlarının uşaqları bir televiziya sənədli filmi üçün
bir araya gəldilər. Atalarının, əmilərinin, babalarının günahları altında əzilən
bu insanların tarixin ən böyük caniləri haqqındakı düşüncələri və hisslərinə
fokuslanan film eyni zamanda soyqırımdan qurtulan yəhudiləri də bir araya gətirdi.
Sənədli filmdə bir çoxu asılan və ya intihar edən müharibə cinayətkarlarının bu
uğursuz mirasla yaşamağa davam etmək məcburiyyətində qalan qohumları içlərini
tökdülər.
ÖZLƏRİNİ
QISIRLAŞDIRDILAR
Hitlerin
sağ qolu Herman Görinqin böyük qardaşı qızı Bettina Görinq (53) bu gün Meksikada
şəfalı otlar sataraq həyatını qazanır. Ancaq müharibədən sonra həbsdə intihar
edən atasının əmisi Görinqin izlərindən xilas ola bilməmiş, bir canavar olaraq
tanıdılan Görinqin "lənətli nəslini" davam etdirməmək üçün qardaşıyla
birlikdə özlərini qısırlaşdırmışdılar.
CƏSƏD
YIĞINI KABUS OLDU
6
milyon yəhudinin ölümünə gətirib çıxaran soyqırım proqramına qatılan və
Hitlerin Polşa qubernatoru olan Hans Frankın oğlu Niklas Frank (70) "Onun
etdiklərinin xatirəsindən əsla xilas ola bilmədim" dedi. Atasının onu bir həbs düşərgəsinə apardığını və burada bir yəhudiyə əziyyət edərək ona
güldüklərini xatırlayan Frank gecələri yuxusunda düşərgələrdəki cəsəd kütlələrini
gördüyünü söylədi. Frank bu gün Almaniyada atasının etdiklərini anladaraq gəncləri
neo-nasistlərdən uzaq tutmağa çalışır.
BU QATİLİN NƏ QƏDƏRİ İÇİMDƏDİR?
“Şindlerin
siyahısı” filmində Ralf Faynsın canlandırdığı toplama düşərgəsi komandiri Amon
Goezın qızı Monika Hertviq (65) atasının 500 adamı öz əlləriylə öldürən və on
minlərlə ölümündən məsul bir cani olduğunu qəbul edə bilmir: "Balkondan
qucağında uşaq daşıyan anaları vuraraq bir qurşunda iki adamı öldürməyə
çalışırmış" deyərək atasını anladan Hertviq bu qatilin nə qədərinin öz
içində yaşadığı sualının onu yeyib bitirdiyini ifadə etdi. Hertviq atasının işgəncələrinə
məruz qalan bir yəhudi xatirələrini izah edərkən göz yaşlarını tuta bilmədi.
SOYADI
VƏ SOYQIRIMA GÖZ YAŞI
SS
zabitlərinin başı və soyqırımın memarı Henrix Himmlerin böyük qardaşı qızı Ketrin
Himmler (43) Holokost qurbanlarından birinin oğlu ilə evli olan Himmler 11
yaşındaykən televiziyada bir soyqırım sənədli izləyərkən davamlı öz soyadının təkrarlanması
üzərində masaya qapanaraq gözyaşlarına boğulduğunu anlatdı.
0 comments :
Post a Comment