Bunu
hər ay yaşayırsınız və çox şanslısınız. Çünki Nepaldakı qadınlar üçün aybaşı
dövrü “Çaupadi zamanı” deməkdir.
Aybaşı
dövrünə girən qadınlar ailələrindən, qonşu-qohumdan uzaqlaşdırılır və tək
başlarına evlərindən uzaqda bir yerdə yaşamaq məcburiyyətində buraxılırlar.
Yalnız
ailələri arada yanlarına gəlib heç bir təmas qurmadan yemək buraxıb gedirlər.
Çaupadi
əslində bir hindu ənənəsinə söykənir. İnsanın içindəki pislikdən, hüceyrələrindəki
şeytandan, fəna fikirlərdən təmizlənməsi üçün hər şeydən uzaqlaşıb inzivaya çəkilməyi
əsas alır. Nepalda da qadınların aybaşı dönəmlərində içlərindəki pisliyin
salındığına inanılması səbəbiylə “Çaupadi” ortaya çıxmışdı.
Çaupadi'yə
girən qadınlar heyvan sığınacaqlarında, mağaralarda ya da bir metr ölçünü keçməyən qorunaqsız daxmalarda yaşayırlar.
Axan
suya toxunmaları qəti qadağandır. Bir həsirin üzərində aybaşı dönəmi bitənə qədər
yatıb qalxırlar.
Çaupadi
dönəminə girən bir çox qız uşağı, qadın təcavüzə uğrayır. Nepalın vəhşi təbiətində
belə qorunmasız bir mağarada həyatda qalmaq asandır? Çaqqalların qapıb apardığı
qız uşaqları, ilanlar tərəfindən soxulub ölən qadınlar var.
Yeni
doğum etmiş analar körpələrini buraxa bilmədikləri üçün Çaupadi'də iki körpəsini
birdən xəstəlikdən itirən ana da var. Betondan düzəlmə tavansız daxmada bir az qızınmaq üçün tonqal qalayıb yanaraq ölən qız uşağı da var. Qısacası, “Çaupadi”
tam bir vəhşilikdir.
2005-ci
ildə Nepal hökuməti “Çaupadi”ni zərərləri üzündən qadağan etdi. Lakin “Times”ın
açıqlamasına görə “Çaupadi”ni hələ də davam etdirən bir çox kənd var.
0 comments :
Post a Comment