Friday, 28 October 2016

Yaponiya niyə ABŞ-dan üzr gözləmir?


Bu, dünyanı dəyişdirən bir məqam idi. Bir il ərzində 140 min nəfər ölmüş sağ qalanlar və onların uşaqları isə radiasiya zəhərlənməsindən əzab çəkmişdir. ABŞ-ın Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atmaq qərarının arxasında duran əsas səbəblər kimi illərdir davam edən Yaponiya təcavüzünə son qoyulmaması və mümkündür ki, ABŞ-ın işğalı ilə daha çox insanın həyatını itirməsinin qarşısının alınması göstərilirdi.

Amma yaponların çoxu hadisəni başqa cür izah edir və günahsız insanların hədəf alındığını deyir.
Yaşadıqları dram böyük idi. Ailəsini itirənlərdən Terumi Tanaka “ABŞ əslində sadəcə beynəlxaq hüquqa deyilə,insanlığa qarşı cinayət işləmişdi” deyərək üzr dilənməsi gərəkdiyini söyləyir.
Naqasaki və Hiroşima qətliamlarından həyatda həyatda qalanların üzr tələbinin əksinə Yaponiya hökumətinin ABŞ-dan belə bir gözləntisi yoxdur.

Niyə?

Yaponiya 1937-ci ildə Çin Xalq Respublikasının o zamankı paytaxtı Nankini işğal etdi. Və işğal müddətində ən az 300 minə yaxın vətəndaş qırğınından və 80 minə yaxın təcavüzdən məsul tutuldu. Əgər üzr mövzusu gündəmə gələrsə, Yaponiyanın tarixi qətliamları da gündəmə gələcək.
Mütəxəssislərə görə Yaponiyanın tarixi məsuliyyəti yalnız bundan ibarət deyil. 20-ci əsrdə Yaponiyanın yüz minlərlə koreyalıların zorla işlətməsindən, 50 minə yaxın koreyalı işçinin öldürülməsindən məsul olduğunu qarşıya qoyulur.

Yaponiyanın üzr mövzusundakı rəftarını təyin edən ən əhəmiyyətli maddə "nüvə" mövzularıdır. Nakano-2011 zəlzələsində sonra Yaponiyanın nüvə sızıntılar səbəbindən başının ciddi dərdə girdiyini və bölgədə Şimali Koreya təhlükəsinin yüksəlməsiylə ABŞ-a olan ehtiyacının artdığını ifadə edir.
“Wall Street Journal”da yer alan fərqli bir analizə görə isə Yaponiyanın Hiroşima sonrası nüvə tutumunun artırdığını və bu dərəcədə nüvə silahlara sahib olan bir ölkənin üzr gözləntisi içərisinə girməyəcəyi ifadə edilir.


0 comments :

Post a Comment