Təqvimlər 1945-ci
ildə may ayını göstərirdi. Sovetlər Berlinə girmiş və II DM-ni bitirmək üzrə
idilər. Kişilər üçün müharibə çoxdan bitmişdi. Ya təslim olmuşdular, ya da
müharibədə ölmüşdülər. Lakin qadınlar üçün müharibə bitməmişdi. Bir alman
qadının anlatdıqları buna ən böyük nümunədir: "Bir rus əsgəri məni yerə
atdı. Başım nərdivan pillələrində idi. Əsgərlərdən biri ətrafı müşahidə edərkən
o biri paltarlarımı cırıb mənə amansız bir şəkildə təcavüz etmişdi.".
Lakin eyni qadın bunları da demişdi: "Lakin o sıralar təpəmdə bir
amerikalı olmasındansa, qarnımda bir rus uşağını daşımağı tərcih edirəm". Bu alman qadının bəhs etdiyi müttəfiq qüvvələrinin Almaniya üzərində
reallaşdırdığı inanılmaz ölçülərdəki hava hücumlar idi. İngilis və amerikan
qüvvələri bütün Almaniyanı mərhəmətsizcə bombalamışdılar.
Drezden. Almaniyanın mədəniyyət
və tarix paytaxtıydı bir zamanlar. Bir çox muzeyə, tarixi binaya ev sahibliyi
edirdi. Elba çayının sahilində olan bu şəhərə "Elbanın Florensiyası"
deyilərdi. 1200-cü illərdə böyümüş, onlarla müharibə və dağıntı görmüş, lakin
1945-ci ilə qədər bütün tarix və mədəniyyət qaynaqlarını qorumağı bacarmış bir
şəhər idi. II DM başlamadan əvvəl 500 min əhalisi varkən müharibənin son ilinə
qədər heç bombalanmadığı üçün xalq tərəfindən "etibarlı şəhər" elan
edilmiş və əhalisi 1 milyonun üzərinə çıxmışdı.
Şəhərin ən cəzbedici
nöqtəsi da bu idi müttəfiqlər üçün. Şəhərdə böyük bir əhali var idi və hava
hücumlarına qarşı qoruyacaq heç bir tədbir idi. Bu tarixi şəhərin bombalanması
üçün şəhər xaricində olan hərbi sursat anbarları xaricində bir səbəb yox idi.
Lakin sovetlərin irəliləməsini asanlaşdırmaq, alman əsgərinin başına yeni bir bəla
açmaq və ən əhəmiyyətlisi, yer-yer təslim olmuş almanlardan müharibənin bitməsinə
yaxınkən son bir səfərliyinə intiqam almaq üçün edilmiş bir hücum idi bu.
Hücum 13 fevral
axşamı başlamışdı. İngilis və amerikanlar həqiqətən möcüzə bir plan
qurğulamışdılar(!). İlk addımda şəhərə bombaları buraxacaqdılar, aradan 3 saat
keçdikdən sonra almanlar ölülərini toplamağa, yanğınları söndürməyə və
sığınacaqlarından çıxmağa başlayınca digər bir hava hücumu reallaşacaq və qətliamda
ölənlərin sayı artdırılacaqdı.
Bu planı müvəffəqiyyətlə
tətbiq etdilər. İlk hava hücumunu reallaşdıracaq olan donanma saat 22: 14'də
Drezden üzərində bombalarını buraxdılar. Bu bombaların məzmunu partlayıcılar və
fosfor bombaları, yəni alov çıkardıcılar olaraq bilinən "incediaries"
bombalarıydı. Məqsəd partlayıcılarla şəhəri məhv etmək və alov küləkləri
meydana gətirərək bütün şəhəri yandırmaq idi.
İlk bombadan sirenalar
erkəndən çağrı etmiş və xalqın böyük bir hissəsi hücumdan xilas olmuşdu. Bir
çoxu 1-2 saat sonra sığınacaqlarından çıxmış, ya bəzilərinə kömək edir, ya da
birilərindən kömək istəyirdilər. Böyük yanğınlar hər bir yanı bürümüşdü və
insanlar çaxnaşma halında özlərini küçəyə atmışdı.
Lakin kabus sona
çatmamışdı. Gecə təkrardan müttəfiq qüvvələrin hücumları başladı. Bu səfər də
sirenalarla xalq xəbərdar edilməyə çalışılmışdı. Lakin ilk bombardman səbəbiylə
elektriklər kəsilmiş və sirena yalnız şəhərdə olan vəzifəlilər tərəfindən
çalınır və ancaq o sirenanın olduğu küçədəki xalqın xəbəri olurdu yeni
bombardmandan.
İngilislər özləri
üçün möcüzə, lakin almanlar üçün bir o qədər qorxunc bir hədəf seçmişlər: Mərkəzi
qatar stansiyası və yanında olan böyük park. Yəni xalqın yanğından qaçmaq üçün
sığındığı iki böyük yer.
01:21 ilə 01:45
arasında təxminən 25 dəqiqəlik müddətdə bu bölgəyə 2000 tona yaxın partlayıcı və
fosfor bombası buraxılmışdı belə. Artıq insanlar üçün qaçacaq yer yox idi!
Alov küləkləri insanlar hara qaçsa oraya qədər təqib edir, istilik 1500 dərəcəyə
çıxır, binalarda olanlar ya yanğınlardan yanaraq ya da tüstüdən zəhərlənərək
ölür, çöldə olanlar isə asfalta yapışan dərilərini çıxarda bilmədən alovlara
qurban gedirdi.
Bir dönəm Rusiyada
döyüşmüş, Barbarossa hərəkatının ağrılarını dərindən yaşamış olan və sonrasında
qazi olaraq şəhəri Drezdenə geri dönən Rudolf Ayxner o günləri belə təqdim
edir: "Heç bir yerdə sirena səsi yox idi. İkinci hücum bizim üçün böyük bir
sürpriz olmuşdu. Biz daha nə olduğunu anlamadan xəstəxananın zirzəmisinə girməyə
çalışdıq. Bombardman o qədər şiddətli idi ki, insanlar ayaqda belə dura
bilmirdi. Hər kəs dizlərinin üzərinə çöməlmiş bir şəkildə hərəkət etməyə
çalışırdı. Yanğınlar üzündən zirzəmidə tıxılmış insanlar nəfəs almaqda çətinlik
çəkirdik. Havada yanğınlar səbəbiylə oksigen qalmamışdı. Yanğın buludları
yanmış əşyalarla, kor halına gəlmiş dəmir parçalarıyla və yanmış insan bədəni
parçalarıyla dolu idi. Hər yerdə dağlanmış insan bədənləri vardı. Burada
yaşadıqlarım ön cəbhədə savaşdığım Rusiya hücumundan belə daha pis idi."
O gecə daha hücum
olmamışdı. Hətta sabahısı gün günortaya qədər heç bir hücum olmamışdı. Şanslı
olan və hücumdan qurtulanlar yaraları sarımaq, yanğınları söndürmək və ölüləri
yığmaq üçün yavaş-yavaş sığınacaqlarda ya da qorunduqları yerlərdən çıxırdılar.
Lakin ingilis və amerikan birliklərinin dayanmağa niyyəti yox idi. Eyni günün
ortasında, yəni 14 fevralda müttəfiq qoşunları təkrar şəhərin üzərində uçmağa
başladılar. İlk hədəf təbii olaraq Drezden idi. Əgər Drezdenin üzərində hava
bombardmanı etmək üçün kafi dərəcədə yaxşı deyilsə, ikinci hədəf olaraq Xemniç
seçilmişdi. 3 donanma yola çıxmışdı. Lakin bu donanmalardan yalnız bir dənəsi
771 ton patlayıcısıyla birlikdə Drezdeni bombalamağı bacardı. Digər iki filo
Praqa və Plzeni bombalamışdı. Yalnız 15 fevralda bombardman müharibə məntiqinə
uyğun olaraq alman sənayesinə edilməyə çalışılmışdı. Lakin o bölgələrdə
buludlanma olduğu üçün təyyarələr hədəflərini açıq bir şəkildə görə bilməmiş və
Drezdenin kənar məhəllələri sayıla biləcək yerlərə buraxmışdı bombalarını.
Bombardman bitmiş,
lakin arxasında ölü bədənlər, yanmış bədənlər, ağlayan insanlar, yanan
insanlar, ümidsiz insanlar buraxmışdı. Drezden şəhərinin 80% i ya tamamilə
yıxılmış, ya da böyük miqyasda ziyana uğramışdı. Bombardmanda sonra şəhərə gələn
SS birlikləri, şəhərdəki ölüləri çürümədən yandırmaq üçün şəhər mərkəzində
toplamağa çalışmış və bu işlər üçün 2 həftəsini xərcləmişdi.
İngilis və amerikanların
şəhərlə işi bitdikdən sonra Drezdenə Sovetlər girmiş və ayaqda duran digər
binaları da yandırmış, yıxmış və şəhəri, deyim yerindədirsə, xəritədən
silmişdilər.
Bugünkü rəqəmlərə
baxılsa, müttəfiq qüvvələrinə görə 25 min, alman qüvvələrinə və məntiqlərin qəbul
edə bildiyini görə 150-250 min arası vətəndaş öldürülmüşdür. Bu qətliam Hiroşima
və Naqasaki ilə birlikdə insanlıq tarixində ən böyük qətliamlardan biridir.
Lakin müharibədən sonra bu qətliamla mühakimə edilən İngiltərə və Amerika
yaxınların itirənlərə və Almaniyaya bu qətliam üçün təzminat ödəməyi rədd
etmişdir.
Nəticə olaraq onlar
müharibəni qazanmışdı. Tarixin ən önəmli gerçəyi burada da gözümüzün içinə
soxulur: "Tarixi hər zaman QAZANANLAR yazar!". Bu gün belə internetdə
"Drezden qətliamı" deyə araşdırsanız, qarşınıza Drezden qətliamından
çox "Drezden bombardmanı" çıxar. Çünki bu tarixi qazananlar yazmış və
onlar bunun qətliam deyil, bombardman olaraq qeydlərə keçməsini istəmişdilər.
Drezdenin
hal-hazırki vəziyyətinə baxılarsa, illər əvvəl bu şəhərin tamamilə yerlə-yeksan
edildiyinə, yandırıldığına inanmaq olmur. Şəhərin bərpasına 40 il sərf olunub,
milyonlarla vəsait xərclənib. Yenidən "dirilib".
0 comments :
Post a Comment