1976-1982-ci illəri
arasında çevriliş ilə generallar tərəfindən ölkə rəhbərliyi ələ keçirilən
Argentinada "Milli uzlaşma prosesi" adı altında minlərlə insan qətlə
yetirilmiş və bilinən-bilinməyən minlərləsi də həbsə atılmışdır. Bu dövrdə
uşaqlarının aqibəti ilə maraqlanan və sərbəst qalmasını istəyən analar hər şeyi
gözə alaraq “May meydanı” olan yerdə toplaşmağı bacara bilmişdilər.
“Plaza de Mayo"da toplaşan analar bəyaz baş örtük taxaraq durumu protest etmişdilər.
Təbii, keçmişi çevrilişlərlə bəzəkli olan, səhər erkən qalxanın çevriliş etdiyi
Argentinada o ağrılar təkrar yaşanmasın deyə bu reaksiya sürdürülür. May meydanı analarına faşist xunta tərəfindən "Cümə axşamı dəliləri" adı
taxılmışdı, ancaq bu müqavimət xuntanı çevirən xalq hərəkatının tətikləyicisi
olacaqdı. Və bu sabit prosesin sonunda ölkə normal rəhbərliyinə qovuşduğunda
aparılan araşdırmalara görə itkin olan insanların çoxdan öldüyü və cəsədlərin
yox edildiyi ortaya çıxar.
May meydanı anaları o zamandan günümüzə generallardan hesab soruşulması üçün hərəkətlərinə davam etdilər, ancaq əsgərlərin müdaxiləsi gecikməmişdi, bu analardan bəziləri də hərəkətləri səbəbiylə nəzarətə alınıb oğulları kimi müxtəlif işgəncələrə məruz qalıb öldürülmüş, yox olmuşdular. Hər cümə axşamı yaşanan müqavimətin xatirəsinə 24 saatlıq yürüyüş edərlər və bu yürüyüşlərin birində bir neçə il əvvəl Karlos Menem çevrilişçi zabitləri bağışlamağa qalxdığı zaman təkrar eyni sahəyə çıxıb bu bağışlama cəhdinə qarşı çıxışlarını qışqıraraq ənənəni yaşatmışdılar.
May meydanı anaları
Argentinada 1976-1983 arasında hökm sürən hərbi faşist xunta rejimi boyunca
itirilən 30 min uşaqları üçün yürüyüşə 13 aprel 1977-ci ildə xunta mərkəzinə 100
metr uzaqlıqdakı May Meydanında başlamışdılar. 14 nəfər idi. 14 bəyaz baş
örtülü qadın hər Cümə axşamı günorta saatlarında meydanda toplanmağa və
ortadakı piramidanın ətrafında iki-iki tur atmağa başladı. Anaların sayı il
sonunda 300-ü tapdı. Xunta səkdirmədən girişdiyi hücumlarına baxmayaraq “May meydanı anaları”nı meydandan çıxarıb atmağı bacara bilmədi. 15 oktyabr 1977-ci
ildə itkilər üçün toplanan 24 min imzanı təslim etmək üçün hərəkətə keçən 300
ananı polis dubinka, yaba və gözyaşardıcı bombalarla dağıtdı.“May Meydanı
anaları”nın təşkilatçısı Asusena Vilyaflor De Vinsenti və başqa analar ilə vəkilləri
də qaçırılaraq itirildi.
Dekabr 1978-ci ildə
itki yaxınlarının hərəkətləri və toplanmaları qəti olaraq qadağan olununca kilsələrdə
toplanmağa başladılar. Amma mübarizə kilsələrə həbs olmadı və itkilərin səsi hər
yerdə faşist xunta qarşısına dikilməyə davam etdi. Xunta 1982-ci ildə Folklend
müharibəsini fürsət bilərək itirilən inqilabçıları "xain", analarını
də "xain anaları" olaraq damğalama cəhdi də uğursuzluqla nəticələndi.
Üsul-üsul, müqavimətlə axan su yolunu tapıb kütlələrlə görüşməyi bacarmışdı!
Noyabr 1981-ci ildə təşkil edilən "Sülh, əmək və iş" yürüyüşünə
qatılan 50 min adam anaları dəstəkləyən şüarlar qışqırdı. 82-ci ilin
fevralında Prezident Sarayının qarşısında təşkil edilən yürüyüşə ilk dəfə
sendikatlar da qatıldı. Yenə anaların başını çəkdiyi "Hərbi diktatorluq sonuna yaxınlaşdı" nümayişinə 15 min adam qatıldı.
1983-cü ildə
Folklend müharibəsini itirərkən öz ipini də çəkən xunta çevrildi. Çevrilmədən əvvəlki
son hücumları içərisində “May meydanı anaları” də içində olmaqla rejim əleyhdarlarına
qarşı həyasız bir hücum dalğası başlatmaq oldu. Xunta sonrasında qurulan
Alfonsin hökumətinin "ictimai sülh"ü təmin etməyə istiqamətli saxta
istintaqları nəticəsində xunta şefi general Videla ilə admiral Emilio Massera
ömür boyu həbs cəzasına çarpdırılarkən digər xalq düşmənləri sərbəst qaldı.
Xuntaçılar 1990-cı
illərdən etibarən etiraflar edərək günahı bir-birlərinin üzərinə atmağa
başladılar. İnti-İlimaninin "O, dənizdən gəldi ..." mahnısında
anladıldığı kimi məhbuslara narkotik iynə vurub helikopterlərdən dənizə
atmışdılar. İtirilən inqilabçıların uşaqları alınıb zabit ailələrinə verilmiş,
onlar tərəfindən yetişdirilmişdilər. Minlərləsi ana-atalarının qatili işgəncəçilərinin
qucaqlarında büyüdülmşdtü. Bütün bunlara qarşılıq “May meydanı anaları”nın
mübarizəsi nəticəsində Baş Qərargah itkilərdən dolayı "üzr dilədi".
Dövlət anaları mübarizədən qoparmaq üçün deputatlığından ev və təzminat tələbinə
qədər bir sıra rüşvətə müraciət etdi. Analar isə faşizmlə aralarındakı bir daha
geri gəlməyəcək olan övladlarının cəsədlərinin olduğu qanlı uçurumu əsla unutmadılar,
əsla bağışlamadılar. 2003-ci ildə iş başına gələn prezident Nestor Kirşner bu
üzrü təkrarlayaraq Baş Qərargah başçısına hərbi məktəbdəki qalereyadan köhnə
xuntaçılardan Videla və Binyonenin fotoşəkillərinin qaldırılması əmrini
çatdırdı. İtirilən 30 min məhbusun 5 mininin işgəncə gördüyü Dəniz Mexaniki Məktəbinə
aid 19 hektarlıq dəniz kompleksi isə itirilənlərin xatirəsinə muzeyə çevrilmək
üzrə yerli insan hüquqları təşkilatlarına təhvil verildi. Kirşner eyni gün
"Bura prezident olaraq Argentina dövləti adına 20 illik demokratiya
boyunca bu qəddarlığa səssiz qalınmasından ötrü üzr diləmək üçün gəldim ... Bu
dəhşətli və uğursuz cinayətləri işləyənlərin tək bir adı var; bunlar qatildir və
bütün argentinalılar tərəfindən lənətlənməkdədirlər "deyəcəkdi.
0 comments :
Post a Comment