1830-ci ildə
paytaxt Əlcəzairin Fransa qüvvələri tərəfindən işğal edilməsi ilə Əlcəzair
xalqının təxminən 130 illik əsarət prosesi başlamış oldu. II DM-nə qədər keçən
müddətdə cəzairli ərəblər qurduqları bir çox müqavimət təşkilatıyla mübarizə
apardılar. Ancaq Fransa işğal gücləri Əlcəzair xalqının müqavimətini qırmaq və
müstəqillik tərəfdarı müqavimətə dəstək verməsini əngəlləmək məqsədiylə hərbi,
siyasi, dini, mədəni və iqtisadi hər təzyiq yolunu sınadılar. Üsyanları isə ölkənin
hər tərəfini qan gölünə çevirmək bahasına vəhşicə basdırdılar, yüz minlərlə
insanı öldürdülər.
1948-52-ci illər
arası Əlcəzairdə işğala qarşı üsyana hazırlıq illəri oldu. Messali Hacın öndərliyində
qurulmuş olan “Demokratik Azadlıqların Zəfəri Hərəkatı” (Hareketu’l-İntisar
li’l-Hurriye ve’d-Dimukratiyye) adlı təşkilat
strukturunda fəaliyyətlər yürüdüldü. Bu təşkilat 1950-ci ildə Fransa rəhbərliyinə
qarşı hərəkətlərə başladı. Messali Hacın öndərliyindən və sülhsevər demokratik
üsullarından məmnun olmayan bir qrup isə ayrılaraq ”Milli Qurtuluş Cəbhəsi” (FLN-Front
de Libération Nationale) adıyla yeni bir təşkilatlanmağa getdi. 1 noyabr
1954-cü ildə FLN-nin qurulması və militanlarının Əlcəzairin müxtəlif yerlərindəki
hərbi təsislərə, anbarlara, xəbərləşmə təsislərinə və ictimai müəssisələrinə
qarşı elədikləri hücumlar ilə Əlcəzair Müstəqillik mübarizəsi rəsmi olaraq
başlamış oldu.
Fransa Daxili İşlər
nazirinın bu olaylara qarşı cavabı isə belə idi: "Ana Vətən düşmənləri ilə
görüş və müzakirəni əsla qəbul etməyəcəyəm. Onlarla tək müzakirəmiz müharibə
olacaq!” Əlcəzair xalqının müstəqillik mübarizəsinə fransızların cavabı
müharibə idi. Yalnız 1960-ci ildə Fransa 360 min əsgəri Əlcəzairə sövq edəcək və
bölgəni qanlı bir şəkildə də olsa əlində tutmağa çalışacaqdı.
Əlcəzairdə
soyqırıma varan müharibə Fransada yaşayan yüz minlərlə cəzairlinin də
reaksiyasını çəkməkdə idi. FLN təşkilatı Fransada yaşayan cəzairliləri hərəkətə
keçirmənin yaxşı bir fikir olduğuna qərar verdi. Parisdə ediləcək sülhsevər nümayişlər
müharibənin sona çatmasını və mövzunun Avropanın gündəmində daha çox yer
tutmasını təmin edə bilərdi. FLN nümayişin güclü bir şəkildə keçməsi üçün gizli
bir şəkildə uzun müddət fəaliyyətlərdə tapıldı, ancaq Fransa nümayiş üçün icazə
verməyi qəbul etmədi. İcazə vermək istəməyənlər arasında Paris qubernatoru
Moris Papon da vardı. Daxili İşlər naziri ilə etdiyi son görüşdə Parisdə
reallaşacaq hər cür nümayişi lazım gələrsə şiddətdən istifadə edərək önləmə səlahiyyəti
almışdı.
1961-ci il 17 oktyabr
günü Parisdə təxminən 30 min cəzairli immiqrant müharibəyə etiraz üçün böyük
bir nümayiş başlatdı. Fransa polisi hazırlıqlıydı. Nümayişçilərin ətrafını
çevirən polislər Paponun əmri ilə bu sülhsevər nümayişə sərt bir şəkildə müdaxilə
etdilər. Polis nümayişçiləri dağıtmır, qaçanları qovur və tutduqlarını öldürəsiyə
döyürdü. Papon polislərə atəş açma əmrini verməsiylə də böyük bir qətliam
reallaşdı. Minlərlə cəzairli yaralandı, yüzlərləsi öldürüldü. Sen Mişel
körpüsündə qətl edilənlərin cəsədləri Sena çayına atıldı. Təxminən 14 min adam
isə nəzarətə alındı. Günlərlə açıq hava həbsxanasında tutuldular.
Fransa tarixinin
qara ləkələrindən biri olan bu qırğın mətbuatı tərəfindən görməməzlikdən
gəlindi, rəsmi qurumlar ölənlərin sayını yalnız 3 adam olaraq açıqladılar.
Fransada bir tabu kimi günümüzə gələn bu mövzuyla prezidentləri, baş nazirlər
üzr istəməkdən belə uzaq bir rəftar sərgilədilər. Yaxın zamanlarda isə mövzu
daha obyektiv bir şəkildə ələ alınmağa başlandı. 2001-ci il tarixində Paris bələdiyyə
sədri Bertrand Delanoe qətliamı anmaq üçün Sen-Mişel körpüsündə bir abidə tikdirdi.
Yenə Fransa dövlət başçısı Fransua Olland 2012-ci ildə “'17 oktyabr 1961-ci
il dramında həyatını itirənlərin hörmətlə andığını" ifadə etdi.
Əlcəzairin müstəqillik
mübarizəsinə gəlincə. Probleminin getdikcə dərin bir böhrana çevrilməsi üzərinə
Fransa siyasətini dəyişdirmək məcburiyyətində qaldı və FLN ilə danışıqlara
başladı. 1962-ci ildə atəşkəs təmin edildi. 1 iyul 1962-ci ildə isə Əlcəzairdə
müstəqillik referendumu keçirildi. Bu referendumun ardından 3 iyul günü Fransa
dövlət başçısı Şarl de Qoll Əlcəzairin müstəqilliyini qəbul etdi.
0 comments :
Post a Comment