FRANSA TARİXİNİN QARANLIQ ÜZÜ
İkinci Dünya
müharibəsi illərində nasistlər tərəfindən işğal edilən Fransa müharibənin
sonunda ictimai bir təmizlənmə prosesi başlatdı.
İşğal illərində
nasistlərlə əməkdaşlıq etdiyi düşünülən kəslər cəzalandırılırdı. 10.500 adamın
edamıyla nəticələnən bu dövrdə ən ağır bədəlləri ödəyənlərdən bir qismi də
nasistlərlə intim əlaqə yaşayan qadınlar oldu.
Nasistlərlə intim əlaqədə olan qadınları tapmaq məqsədi ilə yaranan "L'épuration sauvage" adlı təşkilat qısa müddət ərzində 30 min qadını geniş kütlə qarşısında ictimai məsxərətə, təhqirə məruz qoydu.
Qadınlar topluluğa
açıq sahələrdə ifşa edilib aşağılanırdı.
Işğal sırasında
"istifadə etdikləri" feminenliklərini əllərindən almaq üçün saçları dibindən qırxılırdı.
Ümumiyyətlə təraş
simvolik meydanlarda teatral təşkilatlarla həyata keçirilirdi.
Saçlarınının
qırxılmasının yanında alınlarına qızmar dəmirlə nasislərin simvolu olan svastika damğası vurulur və
yenə topluluq içində çılpaq nümayiş olunurdular.
Qadınların nasistlərlə
romantik bir əlaqə yaşadığı, yoxsa təcavüzə uğradığı diqqət edilən bir məqam
deyildi.
Hamısı hökumətin və
xalqın gözündə işğalçılarla əməkdaşlıq etmiş vətən xainləri idi.
Durum körpəsi olan
qadınlar üçün daha da çətin idi. Körpələr çox zaman
zorla anaların əlindən alınırdı. 200 min belə uşaq doğulmuşdu. Onların adları dəyişdirilir, yalnız fransız adı qoymağa icazə verilirdi. Bu uşaqlara alman dilini öyrənmək yasaq idi.
1944-1945-ci illər arasında 20 min ilə 40 min arası qadının saçları fit sədası qırxıldı.
Bəzən qadınları güllələyirdilər. Çoxu təhqirə dözməyib intihar edirdi, sağ qalanları isə 6 aydan 1 ilədək həbs cəzası gözləyirdi.
Günümüzdə hələ
Fransada bu tətbiqin lazımlı olduğu, yoxsa faşist bir tətbiqi olduğu mübahisəlidir.
Hazırda Avropada "Sərhədsiz ürəklər" adlı fransız-alman təşkilatı fəaliyyət göstərir. Təşkilatı atası alman zabiti, anası fransız olan, uşaqlığı internatda keçən şəxslərdən biri yaradıb. Qurumun 300 üzvü var. Onlar sənədləri araşdıraraq öz valideynlərini axtarırlar. Hazırkı Almaniya qanunlarına görə müharibə dövründə Fransada doğulan, anası fransız, atası alman olan şəxslərə ölkə avtomatik vətəndaşlıq verir.
İŞĞAL ZAMANI İNTİM HƏYAT
İŞĞAL ZAMANI İNTİM HƏYAT
“Səkilərdə izləyirdilər.”
Nasistlər Parisi
işğal etdiyində fransız qadınları sarışın, qüvvətli zabitlərə heyran qaldı. Belə
ki, nasistlər səhərlər qısa şortlarıyla topluca məşq edərkən səkilərə düzülüb
onları izləyirdilər.
“Qonşuları ilə
yatırdılar.”
Ərləri əsgərdə olan
onlarla qadın həyatlarını davam etdirmək üçün ev sahibləri ilə, qonşuları ilə,
patronları ilə yatırdılar. Sonradan nasist əsgərləri də yatmağa başladılar. Parisdə
ən az 100 min qadın istəyərək və kef üçün fahişəlik edirdi!
“Küçə qadağası təşviq
etdi.”
Gecələri küçəyə
çıxma qadağanı var idi. Axşam saatlarından etibarən evdə oturmaq da seksi təşviq
edirdi. Bu vaxt kinolar ən favorit görüşmə məkanları idi. Cütlüklər otel
pulundan qənaət edib burada sevişirdilər.
“Nasistlərə özəl fahişəxana”
Nasistlər Parisə gəldiyində
fahişəxanaların onları protest edərək qapılarını qapatdığı deyilir. Bu böyük
bir yalandır. İşğal zamanı şəhərin ən gözəl fahişəxanaları nasistlərə
ayrılmışdı. Hətta buradakı qadınlar sarışın zabitləri həvəslə gözləyirdilər.
“Yəhudilər ölərkən
fransız qadınları sevişirdilər.”
Patrik Bisonun
kitabının nəşr olunmasının ardından ölkənin ən hörmətli qəzeti “Le Monde”
redaksiya yazısında "Bison işğal altındakı Parisi pozğun bir şəhər kimi
anladır. Bu qəbul edilə bilməz" şərh etdi. Ancaq Bison Jan-Pol Sartrın və Simona de Bovuarın xatirələrində "Həyatımızın ən
gözəl partilərini işğal əsnasında verdik. Heç olmadığımız qədər azad idi"
dediyini xatırlatdı. Bison ayrıca "Acı gerçək budur ki, yəhudilər öldürülərkən
fransızlar sevişirdi" deyə qeyd etdi.
“Kişilər əsgərdəykən
doğum partlaması yaşandı!”
Fransadakı “History
Channel”in idarəçisi olan Patrik Bison kitabına gələn tənqidlərlə əlaqədar
"Əgər tapıntılarım doğru deyilsə, 2 milyon fransız kişisi müharibədəykən
1942-ci ildə doğum partlaması yaşanmasını necə açıqlayacaqsınız?" sualını
ünlanladı.
0 comments :
Post a Comment