Sunday, 16 October 2016

Nasizm və uşaqlar


HOLOKOST UŞAQLARI

Holokost dönəmində xüsusilə uşaqlar müdafiəsiz idi. Nasistlər "irq davasının" bir hissəsi olaraq, ya da önləyici təhlükəsizlik tədbirləri çərçivəsində öz ideoloji fikirləri uyğun olaraq "istənməyən", ya da "təhlükəli" uşaq qruplarının öldürülməsini dəstəklədi. Almanlar və əməkdaşları söz mövzusu ideoloji səbəblərlə və gerçək ya da sözdə partizan hücumlara qarşı misilləmədə uşaqları öldürdü.

Almanlar və əməkdaşları 1 milyondan çox yəhudi və on minlərlə roman (qaraçı) uşağı, uşaq əsirgəmə qurumlarındakı fiziki və zehni əngəlli alman uşaqlarını, polşalı uşaqları və işğal edilən Sovetlər Birliyində yaşayan uşaqlarla birlikdə təxminən 1,5 milyon uşağı qətl etdi. İşləməyə məcbur edilə bildiklərindən yəhudi və yəhudi olmayan yeniyetmələrin (13-18 yaş arası) sağ qalma ehtimalı daha yüksək idi.

Yəhudi və yəhudi olmayan uşaqların taleyi bu şəkildə sinifləndirilə bilər:
1) ölüm mərkəzinə gətirildiklərində öldürülən uşaqlar,
2) doğumdan dərhal sonra və ya qurumlarda öldürülən uşaqlar,
3) gettoda və düşərgədə doğan, əsirlərin saxlaması nəticəsində sağ qalan uşaqlar,
4) məcburi çalışdırılan işçi olaraq ya da tibbi təcrübələrdə istifadə olunan ümumiyyətlə 12+ uşaqlar,
5) misilləmə əməliyyatlar və sözdə partizan əleyhdarı əməliyyatlarda öldürülən uşaqlar.

Gettolarda yəhudi uşaqlar geyim və sığınacaq çatışmazlığı qədər ac və susuzluqdan həyatlarını itirdilər. Nasistlər gettolardaki kiçik uşaqların səmərəsiz və bu səbəblə "işə yaramaz yeyicilər" olduqlarına qənaət gətirdiklərindən, söz mövzusu kütləvi ölümlərə qarşı qeydiyatsız idilər. Uşaqların məcburi əmək düşərgələrində istifadə edilməyəcək qədər kiçik olması səbəbiylə nasistlər ölüm mərkəzlərinə edilən ilk köçlər və toplu məzarlara qoyulacaq ilk qurbanlar olaraq ümumiyyətlə yaşı böyük, xəstə və əlillər arasından uşaqları seçərdi.

Auşvitz və digər ölüm mərkəzlərinə gətirilmələrinin ardından düşərgə səlahiyyətliləri uşaqların çoxunu birbaşa qaz otaqlarına göndərdi. Almaniya tərəfindən işğal edilən Polşa və SSRİ-dəki SS və təhlükəsizlik gücləri kütləvi məzarların yanında minlərlə uşağı vuraraq öldürdü. Bəzənsə ölüm mərkəzlərinə gedən ilk vaqonları doldurmaq üçün ya da ölüm əməliyyatlarının ilk qurbanları olaraq uşaqların seçilməsi Yəhudi Şurasının (Judenrat) aldığı naməlum və kompleks qərarlardan qaynaqlanırdı. 1942-ci ildə Lodzdaki Judenrat tərəfindən uşaqların ”Chelmno” ölüm mərkəzlərinə sürgün edilməsi alman tələbləriylə qarşı-qarşıya qalındığında yetişkinlər tərəfindən verilən tragik qərarlardan biri idi. Ancaq Varşava gettosundakı yetimxanalarda müdiri Yaniş Korçak öz himayəsi altındakı uşaq sürgün üçün seçildiyində onları tərk etməyi rədd etdi. Korçak Treblinka ölüm mərkəzinə və qaz otaqlarına etdikləri səfərdə uşaqların yanında idi. Onların taleyini paylaşdı.

Müəyyən hədəf qruplardan yəhudi olmayan uşaq da bağışlanmadı. Nümunə olaraq Auşvitz həbs düşərgəsindəki roman (qaraçı) uşaqlar verilə bilər. 5.000-7.000 uşaq "evtanaziya" qurbanı oldu, misilləmələrdə öldürüldü. Buna Lidiçedəki uşaqların çoxu və ana-atalarıyla birlikdə öldürülən işğal altındakı SSRİ-dəki uşaqlar da daxildir.

Bunun xaricində nasistlər həbs düşərgələrində ya da müvəqqəti düşərgələrdəki çox uşağı həbs etdi. SS həkimləri və tibbi tədqiqatçılar həbs düşərgələrində etdikləri, ümumiyyətlə uşaqların ölümü ilə nəticələnən təcrübələrində əkiz uşaq da daxil olmaq üzrə bir çox uşaqdan istifadə etdilər. Həbs düşərgəsi səlahiyyətliləri xüsusilə yəhudi ərgənlərini pis şərtlər səbəbiylə bir çoxunun həyatını itirdiyi həbs düşərgələrində işləməyə məcbur etdilər. Nasistlər digərlərini və ailələri sözdə partizanlara qarşı təşkil edilən əməliyyatlarda alman ordusu və polis tərəfindən öldürülən yəhudi olmayan digər yetim uşaqları Anna Frank və bacısının Berqen-Belzendə yaşadığına bənzər qorxunc şərtlər altında tutdu. Yetimlərin bir qismi müvəqqəti olaraq Lyublin/Maydanek həbs düşərgəsində və digər həbs düşərgələrində tutuldu.


 LEBENSBORN UŞAQLARI

"Ari qanlarını geri gətirmə axtarışı" ilə SS irq mütəxəssisləri Avropanın bir çox yerlərindən 12.000 uşağın qaçırılması və Reyxə gətirilərək irqsəl anlamda uyğun alman ailələr tərəfindən böyüdülməsi əmrini verdi. Bu qərarların təməlini "irqi-elmilik" meydana gətirsə də, ümumiyyətlə sarışın, mavi gözlü və qüsursuz sayılacaq gözəllik "almanlaşdırılma" şansını əldə etmək üçün yetərli idi. 


"Alman olmayan hər şeyi yox edin" əmri ilə tarixin gördüyü ən böyük insanlıq suçuna addım atılmış oldu.

SS lideri Henrix Himmler Ari irq əhalisini artırmaq məqsədiylə “Fürer üçün bir uşaq!" sloqanıyla bir layihə başlatdı. Nasist Almaniyasının üstün irq siyasəti uyğun olaraq Lebensborn proqramının tərəfləri “bioloji baxımdan uyğun, Ari irqindən qadınlar və SS'”lər idi. Başlanğıcda iki tərəfin yalnız bir-birləriylə evlənmələri qarşıya məqsəd qoyulmuşdu. Amma Himler bu şəkildə kifayət qədər səmərə (uşaq) alına bilmədiyi düşüncəsiylə SS-lərdən ari irqdən olan qadınlardan qeyri-qanuni uşaq da dünyaya gətirmələrini istədi..Bir tərəfdən də Moldova, Ukrayna, Rumıniya kimi ari irq tərifinə uyğun gələn ölkələrdən "sarışın, mavi gözlü, ağ bədənli "uşaqların qaçırılmasına başlandı.

Layihə üç mərhələli olaraq planlandı:
1-ci mərhələ: "İrq baxımından qiymətli" olan bütün qadınları,  evli olsunlar ya da olmasınlar, mümkün qədər çox uşaq doğurmağa təşviq edən sıx bir xalqla əlaqələr kampanyası idi. On beş yaşlı gənc fanatik alman qızlarının ölkələrinə yeni vətəndaşlar və gələcəyin əsgərlərini hədiyyə etmə məqsədiylə SS'lərlə əlaqəyə girmələri sıra xarici bir fakt deyildi. Almaniyanın hər yerində, əsasən yəhudilərə aid istirahət müəssisələri və villalara əl qoyularaq qızların hamiləliklərində gedib gizlicə və etibarla doğum edə biləcəkləri doğum evləri qurulmuşdu .Bu evlərə "Lebensborn evləri" deyilirdi.
2-ci mərhələ: Proqramın işğal edilmiş ölkələrə də yayılmasıydı. İşğal qüvvələrin hamilə buraxılmış,  ari irq özəlliklərinə sahib qızların körpələrini doğura biləcəkləri yerlərdə də doğum evləri qurulmuşdu. Doğumlarından etibarən alman sayılan bu uşaqlar nasist evlərində və ya quruluşlarında yet üzrə işdirilmək  üzrə götürülürdülər. Toplamda 7 ölkədə evlər yaradılmışdı, ancaq əslində bütün Qərbi Avropa ölkələrindən bu evlərə gələn qızlar uşaqlarını itirmişlərdi.
3-cü mərhələ: Şərqdə işğal edilmiş ölkələrdən uşaqların toplu olaraq qaçırılmasını əhatə edirdi. Bu uşaqların böyük əksəriyyəti müharibədən sonra əsla ailələrinə iadə edilmədilər.
Anaların böyük bir hissəsi Almaniyadan, bir qismi Polşadan, Norveçdən, Moldovadan, Ukraynadan, Rumıniyadan diqqətlə seçilərək gətirilirdilər. Kəllələri tək-tək ölçüldü və 27 professordan ibarət ekspert heyətinin imzaları olan, bu məqsədlə qurulmuş institut hesabatı ilə Lebensborn evlərində yerləşdirildilər. Deyim yerindədirsə, Almaniyanın üstün irq toxumlarının yetişdirdiyi bir laboratoriya olan Lebensborn evlərində ari irqindən qadınlar bir təcrübə kimi nasist zabitləriylə çiftləşdirilir, uşaqlarını qucağına alma səhvinə düşən analar ağıllarını oynadır, uşaqlardan 'uyğun' olanlar nasist ailələrə övladlıq verilərkən uyğun olmayanların icabına baxılırdı ...
(Üstün irq əldə etmək uğrunda ailələrindən qoparılaraq gətirilən minlərlə uşaqdan bəziləri zaman içində əsmərləşməyə başladı. Hitlerin əmri ilə Lebensborn klinikalarına göndərilən dəri və saç rəngi əsmərləşən uşaq burada ultrabənövşəyi (UB) əməliyyatı tətbiq olunaraq sarardıldı.

Saçları qəhvəyi rənginə dönən uşaq gözləri bağlı və ya eynək taxılaraq saatlarla UB şüalarına məruz buraxıldı. Bu üsulla qəhvəyi rənginə dönən saçları yenə sarı bir hal aldı)


II DM bitmişdi.
Lebensborn uşaqları üçün quru günlərin başlanğıcı idi bu tarix və xəyal edilən böyük alman imperatorluğunun elit bir üzvü olacaqkən, milyonlarla insanın ölümündən məsul nasistlərin, lənətləyici gözlərlə baxılan,  xor görülən, alçaldılan bir simvolu olaraq görüldülər.  II DM-dən sonra heç bir ailə onları övladlığa götürmək istəmədi. Övladlıq olaraq ailələrin yanına yerləşdirilənlərin böyük qismi isə yurdlara tərk edildi. Zavallı körpələrin bir qismi baxımsız yetişdirmə yurdlarında uşaq deyiləcək yaşda həyata vida etdilər.
Bəlkə də ən şanslı olanlar onlardı, çünki kimsə həyatda qalmağı bacaranlarla yoldaşlıq etmək, iş vermək, evlənmək istəmədi .Bir anadan, bir atadan dünyaya gəldikləri xaricində keçmişləri ilə əlaqədar heç bir məlumata sahib deyildilər.
Qızların çoxu “həyat qadını” olaraq həyatlarını sürdürdü. Oğlanların böyük hissəsi isə ruhi böhran içərisində ya intahar etdi, ya da ağıl xəstəxanalarında onsuz da aid olmadıqları bir dünyadan tamamilə uzaqlaşaraq tibbən öləcəkləri günü gözlədilər.
Bir çoxu azğın fikirlərin qurbanı olaraq doğulub insanlıq ərdəminə yaraşmayacaq rəftarlar görərək yaşadı və acı içərisində öldülər.
"Sarı saçlı, mavi gözlü və nur topu kimi idilər. Uşaq idilər və dahası, insan idilər."

***

Digər tərəfdən məcburi əmək məqsədiylə Almaniyaya sürgün edilən və -ümumiyyətlə məcburiyyət nəticəsində- alman kişilərlə cinsi əlaqəyə girən və hamilə qalan qadınlar "irq mütəxəssisləri" körpədəki alman qanının yetərsiz olacağı nəticəsinə gəldikdə abort etməyə, ya da körpənin ölümünə yol açacaq şərtlərdə yaşamağa məcbur buraxıldı.
Müdafiəsizliklərinə qarşı xeyli çoxu sağ qalmanın yollarını kəşf etdi. Uşaqlar gettoların xaricində satışa çıxarmaq üçün fərdi əşyaları oğurladıqdan sonra yemək və dərmanları qaçaq olaraq gettolara soxdular. Gənclik hərəkatlarındakı uşaqlar daha sonra yeraltı müqavimət hərəkatlarına qatıldılar. Bir çox uşaq ana-atası ya da qohumlarıyla, bəziləri öz-özünə yəhudi partizanlar tərəfindən qurulan ailə düşərgələrinə qaçdı.


1938-1940-cı illər arasında Kindertransport (Uşaq Nəqli) Nasist Almaniyası və faşistlər tərəfindən işğal edilən torpaqlardan minlərlə qaçqın uşağı (ailələri olmadan) Böyük Britaniyaya gətirən qurtarma səyinə verilən qeyri-rəsmi addır. Yəhudi olmayan bəzi uşaqlar saxlandı və Anna Frank nümunəsində olduğu kimi ailənin digər fərdlərini də saxladı. Fransada protestant Şambon-sür-Linyon xalqı, katolik rahiblər, rahibələr, rahib olmayan katoliklər 1942-1944-cü illər arasında qəsəbədə yəhudi uşaqları saxladı. İtaliya və Belçikada saxlanan bir çox uşaq sağ qaldı.

Nasist Almaniyasının təslim olması və II DM-nin sona çatmasının ardından qaçqınlar və məcburi köç etdirilmiş kəslər Avropanın hər yerində itkin uşaqlarını axtardı. Minlərlə yetim uşaq zorla köç etdirilmiş insan düşərgələrində idi. “Youth Aliyah” (Gənclik Köçü) ilə minlərlə gənc İşuva, oradan da 1948-ci ildə qurulan İsrail dövlətinə köç etdi.

ƏNGƏLLİ UŞAQLAR

Almaniyada 1939-ci ilin bir oktyabr səhəri ...
Zehinsəl əngəlli uşaqların olduğu baxım evinin bağçasına dörd böyük avtobus yaxınlaşdı. Şüşələri içərisi görülməyəcək şəkildə boyanmışdı.
Uşaqlar qruplar halında bağçaya çıxarıldı. Uşaqlardan biri maraq içində baxıcısına doğru qaçdı: "Hara gedirik?". "Cənnətə" deyə bildi baxıcı gözündəki yaşları saxlayaraq.
Baxıcının oxuduğu xoşbəxt sonla bitən nağılları xatırlamış olacaq ki, gözləri parladı uşağın. Yoldaşlarına bu xəbəri verməliydi: "Cənnətə gedirik". Sevinərək mahnılar söyləməyə başladılar. Avtobuslara sevinc içində mindilər.
Hadamar İnstitutuna çatdılar. Girər-girməz biri "Duşlara" deyə qışqırdı, "Hər kəs tez paltarlarını çıxarsın". "Əllərinizi qaldırın" dedi yenə eyni səs. Nə qədər çox adam sığarsa, o qədər tez bitəcəkdi.
Nasistlər almanların üstün irq olduğuna inanırdı, daha da pisi alman xalqının böyük bir əksəriyyəti də bu fikrə inandırılmışdı.


Üstün irq anlayışında "xəstəlikli bədənlərə" yer yox idi. "Zəka əlilləri, əqli böhran keçirənlər, ifliclər, xərçəng xəstələri, cüzamlılar, karlar, korlar və hətta yaşlı insanlar" cəmiyyətin ayaq bağı olaraq görülürdü. Hitlerin üstün bir irq yaratma səyinin ilk hədəfi bu insanlar idi. Sonra sıra parazit olaraq gördükləri qaraçı və yəhudi cəmiyyətlərinə gələcəkdi.
Nasistlər 1933-cu il seçimiylə iqtidara gəldikdən qısa bir müddət sonra qırğına gedən qanlı yolun daşlarını döşəməyə başladı. Bir tərəfdən qısırlaşdırmaq qanunu qəbul edilərkən, digər tərəfdən alman xalqına bu zəif insanların cəmiyyətə necə yük olduqları təlqin edildi.


1938-ci ildən bir afişa: "Xəstə insanların həyatınız boyunca sizə xərci 60.000 reyxsmarkadır. Sevgili vətəndaşlar, bu, sizin pulunuzdur!" 
1939-ci ilə gəldiyində böyük müharibə başlamaq üzrə idi. Bu qədər qarışıqlığın arasında evtanaziya proqramı səssizcə qüvvəyə qoyuldu. Proqram adını tətbiqin yürüdüldüyü mərkəzin Berlindəki ünvanının baş hərflərindən almaqdaydı: Tiergartenstrasse 4 nömrə, yəni T4.
T4 belə işləyirdi; məsləhətçi qruplar xəstəxanaları ziyarət edərək kimlərin öləcəyinə qərar verir, ölümə məhkum edilən xəstələr Almaniya və Avstriyadakı mərkəzlərə göndərilir, xüsusi olaraq hazırlanmış qaz otaqlarında öldürülürdü.
Cəsədlərin bır qismi toplu məzarlara basdırılarkən, bir qisimi də krematoriya adı verilən böyük sobalarda yandırılaraq ortadan qaldırıldı.
Hitler bu mərhəmətsiz proqramı 1939-ci ildə başlatdı və 1941-ci ilə qədər rəsmi olaraq davam etdi. Bu müddətdə təxminən 75.000 xəstə qətl edildi. Tətbiqetmə rəsmi olaraq 1941-ci ildə bitsə də, əsl qırğın bundan sonra baş verdi. 1945-ci ildəki çöküşlərinə qədər nasistlər 250.000-dən çox əngəllini, xəstəni canicə qətl etdilər.
T4 proqramının tarixi baxımdan belə bir əhəmiyyəti daha var; qaz otaqlarının mükəmməl bir kütləvi qırğın silahı olduğuna qənaətinə gələn nasistlər yəhudilərin, qaraçıların və sonrasında Sovet məhbusların, polşalıların və homoseksualların qətlində bu sistemdən istifadə etdilər.

ŞƏRƏFLİ ALMAN UŞAQLARI

Hitler iqtidarının üçüncü ayında 1933-cü ilin mayında böyük mübarizələr nəticəsində qazanılmış "abort haqqını" geri almaq üçün ilk qaydalara başladı. Həm abort, həm də “aborta xidmət təqdim etmək, abort vəsaiti satmaq və abort üsulları haqqında məlumat vermək' qadağan edildi. Abort olana, abort edənə ya da abort köməkçisi olana ağır cəzalar gətirildi.
Hitler iqtidarını sağlamlaşdırdıqca özəl sahəyə dair müdaxilələrini daha da sərtləşdirdi.1934-cü ildə Gestapoda (Gizli Polis) homoseksuallığa və abort qarşı mübarizə aparan bir vahid yaradıldı. 1936-cı ildə homoseksuallıq və abort eyni dərəcədə təhlükəli görülərək "Homoseksuallıq və abortla mübarizə üçün imperatorluq mərkəzi" quruldu. Sağlamlıq mərkəzlərinə abortu önləmək üçün gizli polislə əməkdaşlıq etmə zəruriliyi gətirildi.
Faşistlər döyüşün qızılca qiyamətində də abortu unutmadı. 30 mart 1943-ci il tarixli qanun abort etdirən qadını “günahkar” görür və qadına həbs cəzası gətirirdi. Qadına gətirilən cəza ağırlaşdırılmış həbs cəzasına qədər çatır, ancaq qanunun bir maddəsinə faşizmdə “özəl sahənin” ola bilməyəcəyini, özəl sahənin tam fərqli bir şey olduğunu xatırladır. Qanun belə deyir: "Günahkar bu yolla alman millətinin canlılığını davamlı əngəlləyərsə, ölüm cəzasına çarpdırılar." Yəni, "birdən çox dəfə abort etdirən qadın alman varlığına sistemli bir şəkildə zərər verdiyi üçün öldürüləcək!"
Qanunda “aşağı millətlərdən olanların abort olmasına bir cəza verilməyəcəyi” də ayrıca vurğulanmışdı. Yaxşı, xarici əsgərlərin təcavüzündən hamilə qalmış qadınların vəziyyəti nə olacaq?
Nasistlərin bu mövzudakı cavabı da, qanuni tənzimləməsi də olduqca soyuqqanlı idi.  Düşmən SSRİ əsgərlərinin təcavüzündən hamilə qalan qadınlar abort etdirə bilər, amma Qərb dövlətlərinin əsgərləri tərəfindən təcavüzə uğrayan alman qadınların abort etdirmələrinə ehtiyac yoxdur.
Müharibə əsiri qadınlar nasistlərdən hamilə qalarsa, nə olacaq? Bu mövzudakı qayda çox açıq idi: "Şərəfli bir almanın uşağını da daşısa" qurtuluş yoxdur, məcburi abort. Nasistlərin  “mələz irqlər”ə dözümü yox idi. Bir rus, ya da polşalı qadının almandan uşaq doğurması qəbul ediləsi bir şey deyildi.
Nasistlər alman qadına abortu qadağan edərkən, bəzi qadınlara abortu məcburi etdi. Qorxunc tətbiqlər oldu. Bunları da belə yekunlaşdıraq:
14 iyul 1933-cü ildə "Genetik xəstəlikli nəsillər yetişməsinin qarşısının alınması qanunu” çıxarılaraq qanunla müəyyən edilmiş bəzi xəstəlikləri daşıyan anaların abort edə bilmələrinə icazə verildi. Qanunda, şizofreniya, maniakal depressov, zəka geriliyi kimi ruhi xəstəliklərin yanında “kor, kar və fiziki əlillərin də” uşaq sahibi olmalarının qarşısını almaq lazım olduğu yazılmışdı.
Qanun bu xəstəlik ya da xüsusiyyətə sahib hamilələrin uşaqlarını aldırmalarını söyləyirdi. Qanun hər nə qədər bu qadınların “razılığının alınmasını” və abortun da 6 aya qədər edilməsini önərirdisə də, heç bir zaman bu razılığa və müddətə uyulmurdu.
Bəzən göz yummalar, gözdən qaçırmaları da reallaşırdı və əngəlli uşaqlar ortaya çıxırdı.
Bunu əngəlləmək üçün 1935-ci ildə qanunda ciddi bir dəyişiklik edildi: İrsi xəstəliyi olan qadınlara və kişilərə məcburi qısırlaşdırma və xədim tətbiq olunacaq. Bu tətbiq əslində nasistlərin xəstə dölləri ayırıb sağlam döllər yetişdirmənin yollarını axtarmağa başladıqları yevgenika tətbiqlərinin da gerçək başlanğıc tarixi idi.
Bu mövzuda arxivlər qorxunc məlumat və hekayələrlə doludur. (Nasistlərin arxiv və sənədləri də təqdirə layiqdir.) Məsələn, zorla qısırlaşdırılanlar və ya zorla xədim edilənlər arasında yoxsul səmtlərdə yaşayanların və daha əvvəlki dövrdə Kommunist Partiyaya yüksək nisbətdə səs vermiş səmtlərdə yaşayanların daha az şanslı olduğu da ayrıca sənədlərdə mövcuddur. Bu tətbiqə görə nasistlər kommunizmi seçmənin bir ağıl xəstəliyi olduğunu düşünürdü.
Onsuz da daha əvvəlki qanunun tətbiqindəd də “aşağı millətdən olan yəni ari olmayan” qadınlara və kişilərə başqa rəftar edilirdi: Bu kəslərin irsi xəstəliyi yoxsa da qısırlaşdırılmaları, aşağı irqdən uşaqların sayını çoxaltmamaları istənirdi. Aşağı millətdən biri üçün əsl düşünülən çözüm qaz otaqlarında və ya həbs düşərgələrində “yekun həll” olduğu üçün bu mövzu əslində nasistlər üçün xüsusi bir problem olmadı.
Yenə homoseksual kişilərin və cinsi günahkarların zorla xədim edilmələri də ayrı bir nasist vəhşiliyi olaraq sənədlərdədir. Həm cinsəlliklə əlaqədar, həm də əngəllilərlə əlaqədar tətbiqlərdə qurbana heç bir məlumat verilmir və bu insanların bir çoxları genetik ya da hormon araşdırmalarının qurbanı olurdu. Təxminən 50 min adamın cinsəlliklə əlaqədar “araşdırma və ya tətbiq etmə” qurbanı olduğu ifadə edilir.
1945-ci ildə müharibə bitiminə qədər ən optimist rəqəmlər 400 min insanın qısırlaşdırıldığını ya da xədim edildiyini göstərir. Rəqəmlərə görə ən az 6 min qadın qısırlaşdırılarkən, 600 kişi də xədim edilərkən həyatını itirdi. Bu da nasist tətbiq etmələrində medalyonun digər üzünə dair bir görünüş idi.


15 sentyabr 1935-ci il tarixində çıxarılan “Alman şərəfi və alman qanını qorumağa yönəlik Nürnberq qanunları”  kimin kiminlə evlənə biləcəyini təşkil etdiyi kimi “şərəfli almanların” uşaqlarını da xüsusi bir qoruma altına alırdı. Qanun yalnız şərəfli alman uşaqlarının abortla öldürülməsini yasaqlamır, doğum nəzarətinə də ciddi əngəllər gətirirdi.
Bu qanun yəhudi, qaraçı, roman, ərəb kimi “aşağı millət” deyə qeyd etdiyi irqlərin həm doğum nəzarəti, həm də abort icazəsinə sahib olduqlarını ifadə edirdi. Əhəmiyyətli olan nöqtə burada “aşağı millət”dən birinin “şərəfli alman”la birlikdə olmaması idi.
Kimin kiminlə evlənəcəyinə, kimin abort haqqı olub-olmadığına, şərəfli və şərəfsizin kim olduğuna qərar verən qanunlar sonra şərəfli uşaqların şərəfli ailələrinə maddi imkanlar təmin etdi. Dahası, 1933-cü ildən etibarən şərəfli almanlar "irqi və ictimai şərtləri" yerinə yetirirlərsə, yəni şərəfli alman və nasistdirsə, evlənərkən 1.000 mark evlilik krediti çəkə bilər. Bu qanunun ən gözəl tərəfi ilk uşaqdan sonra kreditin dörddə birinin silinməsiydi. Yəni dördüncü uşaqda ailə artıq borcunun hamısını silmiş olurdu.
Saf irq üzərinə qurulan nasist ideologiyasının ən əhəmiyyətli daşıyıcı sütunlarından biri analıq və uşaq idi. Nasistlər “analıq təşkilatını” və dövlətə uşaq yetişdirməyi ideologiya olaraq da həmişə öndə tutdu. İdeoloqları davamlı olaraq "Hər kim bir uşaq dünyaya gətirsə, alman xalqının var olub-olmaması müharibəsində bir mərhələni qazanmış olur" deyə təbliğat edirdi.
Nasist dövründə analıq artıq “özəl həyata dair” olmaqdan çıxardıldı və siyasi bir “dövlət və millət xidməti” olaraq görülməyə başlandı. Məsələn, analar günü "milli bayram” olaraq qeyd edilirdi. 1939-ci ildə analar günündə dövlət təxminən 3 milyon anaya stadionlara sığmayan böyük dövlət mərasimləri ilə “Alman anaları şərəf medalı” verdi. Alman anaları üçün əsl böyük şərəf bu medalın şəxsən Hitlerin düşünmüş olması idi.

0 comments :

Post a Comment