"Yalquzaq” Herman
Hessenin cəmiyyətin dayaz dəyər mühakimələrinə və şəxsiyyətsiz, səthi həyatına
uyğunlaşma təmin edə bilməyən bir insanı anladan romanıdır. Hesse bu romanı
üçün 1961-ci ildə "(...) oxucularımın çoxu Yalquzağın əhvalatının insanı gəmirən
bir xəstəlikdən və böhrandan söz etdiyini, amma bütün bunların ölümə və yox olmaya
deyil, tərsinə - yaxşılaşmağa istiqamətli olduğunu anlarsalar, özümü xoşbəxt hiss
edəcəyəm." demişdir.
Hessenin “Yalquzaq”
romanı 1927-ci ildə yayımlanmışdır. “Yalquzaq” Herman Hessenin köhnə eqolarından
biri olan Harri Hallerin dərin ruhi xəstəliyinin işləndiyi əsərdir. Haller öz şəxsiyyətinin
hissələrə ayrılmasından şikayətlənməkdədir: insancıl, xalqa uyğun tərəfi ilə
yalquzaq - yalnız, ictimai və mədəni hadisələri tənqid edən tərəfi bir-biriylə
müharibə halındadır və bu müharibə davamlı olaraq Hallerin önündə bir əngəldir.
Hallerin Götenin “Faust”una
və Herman Hessenin özünə bənzər tərəfləri açıqdır və əsərdə bu bənzər tərəflər
çox dəfə eyham edilir. (Eyni zamanda Dantenin "İlahi Komediya"sına göndərmələr var)
“Yalquzaq” müəllifin
dünya şöhrəti qazanmasında və ədəbiyyat budağında mükafat almasında təsirli
olmuşdur. Əsər yayımlandıqdan sonra bir-birinə zidd tənqidlərə məruz qalmışdır:
əsər bəzi kəsimlərdə çox sərt bir şəkildə tənqid edilərkən, digər kəsimlərdə
heyrət verici dərəcədə qəbul görmüşdür. (bunlar hər şeydən incə ədəbi çevrələrdə
və sonra da hippi hərəkatında reallaşmışdır) Bu ziddiyətlərin üzərinə roman
1960 və 1970-ci illərdə Amerika və Almaniyada Hessenin daha təsirli bir şəkildə
qəbul görməsinə səbəb olmuşdur.
Hesse “Yalquzağ”ı
yazdığında insanların zehinləri və ruhları ağıllı dünya və mədəniyyətin təsiri
altında acı çəkməkdə idi. Yaxın fəlakətlər və yeni müharibələrlə ortaya çıxan təhdid
qoxusu onu rahat buraxmamakdaydı. 50 yaşına yaxınlaşdığı bir zamanda gündəliyinə
qeyd etdiyi sırada Hesse özünü dərin bir fərdi böhranın içində də tapmaqdaydı:
"Hər şeyi atıb atıram, həyatımı. (...) Acı çəkərək ölmə yolu ilə ya da
Yalquzaq sayəsində dünyanıza başqa şəkildə reaksiya vermək müqəddəs olan hər
şeyə xəyanət etməyim anlamına gəlirdi.” Müəllifin özü kimi Harri Haller -
romanın baş qəhrəmanı - özünü öldürməyi düşünmüşdür. “Yalquzaq haqqında
traktatda” Yalquzağın ortaya çıxışının 50-ci ilini özünü öldürmək fürsətinə sahib
olduğu gün olaraq xatırlamaqdadır. "50-ci yaş günümdə, yəni iki il sonra
özümü asmaq haqqımı əldə etdim. " Baş qəhramanın adının baş hərflərinin
H.H. müəlliflə eyni olması ona görə təsadüfi deyil.
Təxminən 50 yaşında
olan Harri Haller 25 il əvvəl ziyarət etdiyi şəhərə on aylığına yerləşir. Bəhsi
keçən bu müddətdə yeni, bir dostunun rəhbərliyindəki bir "təhsil müddəti"
sayəsində qapıldığı dərin depressiyanın və cəmiyyətə duyduğu ikrahın öhdəsindən
gəlir.
Əvvəlki həyatı
yalnız çox qısa və söz arasında göstərilir: Haller alt təbəqə xalqçısı olaraq
yetişmişdir; şeir, musiqi və fəlsəfə ilə lazımınca maraqlanmışdır, yazıçı, Motsart
və Göte mütəxəssisi olaraq önə çıxmışdır; onun pasifist fikirləri xalq arasında
bilinməkdə idi. Bir çox dəfə taleyin açıq-aşkar şilləsini həzm etmək məcburiyyətində
qalmışdı. Bir dəfə nüfuzunu və sərvətini itirmiş, digər dəfə arvadı ağlını
itirib onu tərk etmişdi. Artıq daha çox təminkarlıq tapa bilməyincə və daha çətin
mərhələ başlayana qədər özünü işinə yönəltmişdi. Onunla ancaq "işsiz, ailəsiz,
yurdsuz" qaldığı və hələ yollarda olduğu bu səfər mərhələsindən sonra
qarşılaşmaqdayıq. Hallerin şansdan yana təsviri şeir ya da musiqi sayəsində
"sonsuz həzzi, həyatı, özündən keçməyi və üsyanı" daddığı sevinc
saatlarıyla təyin olunmuşdur və "Tanrını işini edərkən" gördüyü anlar
Halleri xoşbəxt etməkdə idi. Ətrafındakı populist nizamı gizlətməkdədir və bu
nizama zərər verdiyinə inandığı "Tanrıya aid qızıl bir izi" yenidən
tapmağa həsrətdir. Sahib olduğu ruhlarının bir-biriylə qarşıdurmasında dolayı
var ola bilmədiyi, Tanrıya aid bu dünyada əsərləriylə yer almaq üçün var gücü
ilə səy sərf etməkdədir.
Çünki Haller
"Yalquzaq”, yəni iki varlıq olaraq yaşamaqdadır: İnsan olaraq təhsilli vətəndaşdır,
gözəl düşüncələrə, musiqiyə və fəlsəfəyə marağı var, bankda pulu var, populist
mədəniyyətin yandaşıdır, xalqın geydiyi paltarları geyinir və adi həsrətləri
vardır. Canavar olaraq populist cəmiyyət və mədəniyyətdə tək qalmış, özünü
"üstün dahiliyin vətəndaşlarından biri", hadisələrə xaricdən baxan və
siyasi inqilabçı olaraq görən şübhəçinin təkidir. Bəsitcə söyləmək lazımdırsa,
ondakı insan və canavar ziddliyi zehnin və impulsun ziddliyidir.
Haller həyatındakı
yolda hər nə qədər taleyin ona oynadığı oyunla onun həyatda əldə etdiyi qavrama
və dərininə enmə qabiliyyəti arasında bir əlaqə sezsə də, eyni zamanda onun təklikdə
və şübhəçilikdə əldə etdiklərini də göz qarşısında saxlamaq tələb edir. Haller
intihar etməyi düşünməkdədir, ayrıca hər nədənsə 50-ci yaş günündə kimsəyə xəbər
vermədən intiharını reallaşdırmağa qərar vermişdir.
Haller xalq mədəniyyətinin
yaratdığı can sıxıntısı, qarışıqlığı və müharibə qışqırtmalarıyla bezgin hala gəlmiş,
lakin digər mədəniyyət onu təklik və şübhəyə boğmuşdur; buna bağlı olaraq bir
"yalquzağın" həyatını yüngülləşdirə bilməyən iki zamanın, iki mədəniyyətin
və iki dinin arasına sıxışıb qalmışdır. Lakin onun populist olmayan görüşünə
baxmayaraq otağını kirayəyə götürən qadının populist nizamı böyük bir cazibədarlıq
meydana gətirməkdəydi: Sakitliyin və təmizliyin qoxusu, meşə şüşəsindən hazırlanmış
nərdivanların vasvası bir şəkildə biçimləndirilməsi ruhunun öldüyü bu günlərdə
beynindəki suallara cavab tapdığı sakinlik nöqtələri və kef aldığı şeylər
doğulmağa başlamışdır.
Bir müddət iqamət
etdiyi şəhərin tam ortasında rəqs edilən bir restoranda əvvəlcə ona köhnələrin
"Herman"ını xatırladan, amma bəlkə də Hessenin yalnız qadına xas
köhnə eqosu olan anlayışlı Hermine kimi cüt cinsiyyətçiliyi ilə qarşılaşmaqdadır.
Hermine gənc bir qadın olaraq dolanışığını sürdürmək üçün lazım olduğu
zamanlarda fahişəlik etməkdədir. Eyni zamanda Halleri yeni təcrübələrə sürüyən
adamdır. Haller və Hermine
özlərini "bacı-qardaş" olaraq qeyd etməkdədirlər. Hermine özünü Hallerin
diləklərini dinləyib ona qarşılıq verən bir varlıq aynası olaraq, ona bir
"sevgili" olaraq yeni ritmlərdən rəqs etməyi, gülməyi və yaşamağı öyrədən
biri olaraq görməkdədir. Hallerin öz bəxtini öz əlinə almaq məcburiyyətində
olduğunu öyrətməsi Hallerə verdiyi ən böyük təlimdir.
Onun Hermineni can
qulağıyla dinləməsi Hermineni həyatda tutmaqdaydı və Hallerə daha ilk görüşlərində
Hallerin onu bir gün öldürmək məcburiyyətində qalacağını bildirir. Bu dilemmalı
qadın yalnız öz müqəddəratını təyin etməklə qalmır, bunun yanında onunkini də
bilir. Hər ikisinin həqiqi və iddialı "bir ölçüdə bir çox olan"
insanlara aid olduqlarını, özünün və Hallerin o yola doğru irəliləyən
"ülvi kəslərdən" sayıldığını açıqlayır.
Hermine bir zaman
sonra gec olgunlaşmasının pedaqoji səbəblərindən ötrü Halleri Mariya ilə eyni
yatağa salır, Mariya gözəl qadın olmaqla birlikdə Herminenin iş yoldaşıdır.
Haller fiziki həzzi
ilk dəfə onunla kəşf etməkdədir. Amma aradan bir müddət keçdikdən sonra Haller
yeni xoşbəxtliklər axtarmağa başlayır, ona ölmə arzusunu daddıran və yeni inkişafa ilk addımı atdıran yeni ehtirasa həsrət qalmaqdadır. Çox gərəksiz şəkildə Mariyadan ayrılır.
Haller axşamları
gec saatlarda bir çox salonu, dəhlizi və qatı olan böyük bir binada təşkil edilən
bir maskalı bala gedir. Kütlənin içində Hermineni tapa bilməz, ancaq ertəsi
gün cəhənnəm olaraq dekorasiyaya edilən zirzəmi qatında keçiriləcək sehrli
teatrda ona dair bir iz tapır. Artıq Mariya və kişi kostyumu geyən ilə təkrar
qarşılaşır. Haller Hermineyə baxaraq "saçına az diqqət göstərən və az bəzənən"
gənclik dostu Hermanı tanıyır və onun hermafrodit sehrinə bir dəfə daha təslim
olur. Hermine / Herman və Haller eyni qadınlarla "bir qadını əldə etməyə
çalışan kişinin rəqibi kişi" olaraq bir-birləriylə çatışır.
Haller cəhənnəmdə
bir neçə şəxsiyyət dəyişməsini daha yaşayır: fərdiyyətçiliyin bir çox dəfə məhvə uğradığını görür, eyni şəkildə sevincinin "Unia mystica"sını Hermineni
birdən "üzü bəyaza boyanmış Peretta" olaraq görür, birlikdə
"evlilik rəqsi" edirlər və gözlərindən "mənim zavallı kiçik
ruhum baxar." Bu mistik birləşməylə çevrilmənin son mərhələsi başlayır:
Hermine, Pablo, bir musiqiçi və Herminenin dostu və Haller birlikdə narkotik qəbul edir və bunun təsiriylə Hallerin ruhunda bir şəkil salonu açılır, içində
"gerçəklərin deyil, yalnız rəsmlerin olduğu", uzun müddətdir
axtarılan “sehirli teatr”: Haller içərisində ona gülməyi öyrədən hadisələrin
oynandığı loja qapılarında saysız cazibədar kitabə olan bir teatrın at nalı
formasındakı bir dəhlizində özünü tapar. Yaşadığı altıncı hadisədə paramparça
olmuş bir aynaya ayağıyla basar və içində Pablo və Herminenin eşq oyunundan
xarab düşmüş bir şəkildə uzandıkları lojaya girər. Haller eşq sərxoşluğuyla
bıçağı Herminenin sol sinəsinin altına saplayır və Herminedən qan axdığını görür.
Hallerin ağlına
ölümsüzlük haqqında misralar gəlir, Motsart lojaya girir və Handelin radiodan
musiqi dinləməsi üçün ona xidmət edir; Haller üçün bu müqəddəs bir şeyə hörmətsizlik
etmək kimi bir şey, Motsart üçün isə ilahi fikir və dünyəvi fenomenler arasındakı
müharibəyə gülmə səbəbidir. Haller gülməyi, yalnız süni bir sevinc ola
biləcək yumoru öyrənməliydi. Ona əvvəlcədən bildirilən, ancaq tam mənasıyla reallaşmayan
Herminenin ölümündən ötrü sonsuza qədər həyata və gülünərək alçaldılma cəzasına
məhkum edilmişdi, çünki bunu bir bıçaqla reallaşdırmışdır (özünə və
qısqanclığına gülməmişdi). Haller bu oyunu bir dahakından daha yaxşı
oynayacağına dair optimist yanaşmaqdadır.
"Mən özümü heç
bir zaman içində yaşadığım cəmiyyətin problemləri xaricində tutmadım, məni tənqid
edən kimi siyasi fikirli insanların iddia etdiyi kimi fildişi qüllədə də
yaşamadım. Məni ən çox maraqlandıran şey hər zaman fərd və onun şəxsiyyəti
olmuşdur, dövlət, cəmiyyət və ya kilsə deyil"
1960-cı illərdən
başlayaraq nizamların radikal dəyişimini istəyən, lakin inqilabçı proqram və
liderlərin arxasınca getməməyə müqavimət göstərən gənc nəsillər Herman Hesseniin
əsərlərinə sarılır. Xüsusilə 1962-ci ildə müəllifin ölümündən sonra Amerikada
başlayan şagird harəkətlərində Vyetnam müharibəsi əleyhdarlarının oxuduğu bir
yazar olur.
Hüqo Ballın
"Romantizmin ehtişamlı ordusunun son cəngavəri" dediyi Herman Hessenin
əsərlərinin ortaq bir tərəfi var: Hamısı də günümüzün həyat problemlərini təhlilində
fərdə lazımlı olandır.
İki dünya müharibəsi
görmüş, müharibənin yıxımını yaşamış biriydi Heman Hesse. Bu səbəblə nasizmin
inkişafını əngəlləyəcək bir güc olaraq gördüyü ziyalıların vecsizliyinə qəzəbli
idi.
0 comments :
Post a Comment