Kanadalı yazıçı
Ceyms Bak tərəfindən yazılan və 1990-ci ildə nəşr olunan "Digər itkinlər"
adlı sənədli kitabda "Amerikalıların İkinci Dünya Müharibəsinin bitimindən
başlayaraq izləyən iki il içində təxminən bir milyon alman əsiri sistemli və əvvəlcədən
planlaşdırılmış şəkildə əsir düşərgələrində necə yox etdikləri" izah edilməkdədir.
İşin maraqlı tərəfi (ya da çox da çaşdırıcı olmayan tərəfi) bu gerçək 1990-ci ildən bəri inkar edilməyəcək
şəkildə, dəlilləri ilə ortaya çıxarılmışkən sanki üzərinə bir səssizlik örtüsü
örtülüb yenidən rəfdəki yerinə qaldırılmışdı. Nə ucunu axtaran var, nə soruşan. Hələ
də 1915-ci ildəki erməni iddialarının ən böyük hamisi olan Fransa 1945-ci ildə
öz torpaqlarında kişi, qadın və uşaq ən az 300.000 almanı açıqda və ac
buraxaraq tel hörgülər içində öldürür.
"1945-ci il
aprelinin sonlarında Qərb cəbhəsində silah səslərinin yeri milyonlarla çəkmədən
gələn addım səsləri almışdı. Silahlarını təslim etmiş alman əsgərləri taborlar
halında Müttəfiqlərin tikanlı məftillərlə çevrilmiş əsir düşərgələrinə doğru
yürüməkdə idi. Dağınıq vəziyyətdəki düşmən qrupları son bir neçə atış daha
etdikdən sonra çöl sahələrə qaçır, oralarda müttətiklərlə tutulmağı gözləyirdilər.
Qərbdəki kütləvi halında
təslim olma hadisələri Şərq cəbhəsindəki vəziyyətdən çox fərqli idi. Artıq
Vermaxtın sağ qalmış birlikləri irəliləyən Qırmızı Orduya qarşı hələ savaş
verir, yoldaşlarından mümkün olduğu qədər çoxunun ruslardan qaçıb qərblilərə təslim
ola bilməsi üçün zaman qazanmağa çalışırdılar.
Alman baş
komandirliyinin son strategiyası bu idi. Reyxsmarşal Göring Qərbə təslim
olduqdan sonra Adolf Hitler tərəfindən ordu başçısı təyin edilən Dönitsin əmri
belə idi.
Almanların
dünyagörüşünə görə bu strategiya milyonlarla əsgərini daha insaflı olduğuna
inandıqları general Eyzenhauer əmrindəki
qərblilərin əlinə təslim edəcəkdi. Amma Eyzenhauerin yalnız nasist rejiminə
deyil, almanlarla əlaqədar hər şeyə qarşı duyduğu ehtiras halındakı nifrət nəzərə
alınınca bu inanc ən yaxşı ehtimalla böyük bir qumar sayılırdı. Amerika və
Fransa işğal bölgələrindəki 5 milyondan çox alman əsgəri tikanı məftillə
çevrilmiş sahələrə soxuldu. Çoxu, sözün tam mənası ilə, çiyin-çiyinə idi.
Ayaqlarının altındakı torpaq çox keçmədən pislik və xəstəlik yuvası oldu. Açıq
havada, ən sadə səhiyyə ehtiyaclarından belə məhrum, yetərincə bəslənməyən əsirlər
qısa zamanda aclıqdan və xəstəlikdən ölməyə başladılar. 1945-ci ildən başlayaraq
ABŞ ordusuyla Fransa ordusu təxminən bir milyon insanı heç vecinə almadan yox
etdi, bu itkilərin çoxu da Amerika düşərgələrində yer aldı. Şimal-Cənub müharibəsi
əsnasında güneylilərin idarə etdiyi
Andersonvill əsir düşərgəsi hadisəsindən sonra Amerika əsgəri nəzarəti altında
belə bir zülm görülmüş deyildi. Bənzəri yaşanmış bu faciə qırx il ərzində müttəfiq
arxivlərində sirr olaraq qaldı.
Bu qorxunc müharibə
cinayəti necə ortaya çıxdı? İlk işarələr 1986-ci ildə yazıçı Ceyms Bak ilə köməkçisi
tərəfindən gün işığına çıxarıldı. Kanadalı Ceyms Bak 1600 qaçqını nasistlərin əlindən
qurtaran Fransa müharibə qəhrəmanı ( Raoul Laporterie) ilə əlaqədar bir kitab üçün araşdırma edirdi.
Bir keçmiş alman əsgəri ilə görüşərkən adamın 1946-ci ildə Raul ilə dostluq
qurduğunu öyrəndilər. Hans Görtz adlı bu adamla bir başqa alman əsgərini
1946-ci ildə Fransa əsir düşərgəsindən çıxarmış, öz mağazalarında onlara dərzi
olaraq iş vermişdi. Görtz "Raul mənim həyatımı qurtardı, çünki o düşərgədəki
əsirlərin 25%-i bir ay içində öldülər." deyirdi. Niyə ölmüşdülər?
"Aclıqdan, dizenteriyadan, xəstəliklərdən."
Görtzin qaldığı əsir
düşərgəsinin qeydlərini tapa bildiyincə araşdıran Bak 1600 düşərgəlik bir sitəm
içində, 3 düşərgəlik alt qrupun parçasıyla qarşılaşdı. Parisdəki Fransa ordu
arxivlərində tapılan Qızıl Xaç qeydlərinə görə bu düşərgələrin hamısı bir-birlərindən
pis vəziyyətdə idi. Çox keçmədən ABŞ nəzarətində yer alan düşərgələrdə ilk
toplu ölümlərin konkret dəlilləriylə qarşılaşdılar. Bu dəlillər hərbi
hesabatlarda, bir də qəti məna ifadə etməyən "Digər itkinlər" başlığı
altında yer almaqdaydı. Bu sözün qorxunc əhəmiyyəti çox keçmədən Baka polkovnik
Filip S. Lauben tərəfindən açıqlandı. Bu polkovnik Müttəfiq Baş Komandirliyində
Alman İşləri bölməsinin başı olaraq vəzifəsini yerinə yetirmişdi.
1967-ci ilin
yazında cənab Bak ilə Vaşinqtonda görüşdük. Onu izləyən aylar içində milli
arxivləri və Leksinqton Virciniya Corc C. Marşal Fondu qeydlərini daradık,
ortaya çıxan dəlilləri bir-birinə əlavə etməyə çalışdıq. 1944-ci ildə ABŞ və
İngiltərə hökumətlərinin ən yüksək səviyyələrində planlamağa görə Almaniyanın
dünya güclərindən biri olmasına son verilməsi üçün bu ölkə bir kənd
iqtisadiyyatı səviyyəsinə endiriləcəkdi. Belə bir tutumun milyonlarla vətəndaşın
aclıqdan ölməsi mənasına gələcəyi səlahiyyətliləri heç də narahat etməmişdi.
Müttəfiq liderlərin bu dağıdıcı planlarını ictimaiyyət təzyiqi üzündən heç bir
zaman tətbiqə qoymadıqlarına inanılmış, tarixçilər də bu günə qədər bunu beləcə
qəbul etmişdilər.
Halbuki Eyzenhauerin nifrəti xoş görən bir hərbi
bürokratiyanın büllurundan keçərək Amerika hərbi tarixində bənzəri görülməmiş dəhşət
hadisələriylə dolu ölüm düşərgələri yaratmışdır. Bu nifrətin yol açdığı faciəvi
nəticələr qarşısında Müttəfiq Baş Komandirliyindəki zabitlərin qeydsizliyi və
maraqsızlığı ABŞ ordusunun günahkarlığı mövzusunda ən acı işarədir.
1945-ci ildə
Amerika əhalisinin böyük əksəriyyəti almanı müharibə sonrasında öldürmək niyyətində
deyildi. Ölümlərin sayı 1941-ci ilin iyunu ilə 1945-ci ilin apreli arasında bütün
Qərb cəbhəsində almanlarca öldürülən Müttəfiq əsgərlərinin sayından çoxdur. Bu
kitabda oxuyacağınız hekayədə tarixi tragediyanın üzərindəki pərdə açılır."
Dr. Ernest F. Fişer
Polkovnik
Amerika Birləşmiş
Ştatları Ordusu (Təqaüdçü)
Arlinqton, 1988
1980-ci illərdə
yazar kitab üçün araşdırmalarına davam edərkən Beynəlxalq Qırmızı Xaç Komitəsi,
Amerika və Fransa düşərgələri üzərinə araşdırma edənlərə əllərindəki sənədləri
verməyi rədd etmiş, müharibə əsnasında Fransaya Qırmızı Xaç Baş nümayəndəsi
olaraq göndərdikləri Pradervanı heç tanımadıqlarını irəli sürmüşdülər.
Halbuki nasist ölüm düşərgələri ilə əlaqədar vəsaiti daramaq istəyən
araşdırmaçılara icazə vermişdilər. Bunda 1945-ci ildə edilənlərə və sonrasında
ört-bas edilməsinə güclü bir şəkildə qarşı dayanmamış olduqları həqiqətini
ortaya çıxması qorxusu təsirli olmalıdır. Halbuki əsirlərin necə rəftar görəcəyinə
dair imzalanan Cenevrə Konvensiyasına uyulub-uyulmadığına nəzarət edən tək təşkilat
Qırmızı Xaçdır. Qırmızı Xaçın güclü iş birliyi olmasa, bu qədər aşkar bir qətliam
dünya ictimaiyyətin gözlərindən qaçırılmazdı.
Yenə 1980-ci illərdə
İngiltərə Xarici İşləri Nazirliyi kitabın yazıçısı üçün çox əhəmiyyətli olan
Fillmora hesabatını -bir ingilis naziri də istədiyi halda- verməyi rədd edir.
Digər tərəfdən o
zamanlar Federal Almaniya Baş Naziri olan Villi Brandt isə Amerikanın tətbiq
etdiyi bu soyqırımın alman ictimaiyyətə yansımaması üçün senzura tətbiqindəki
rolu və Amerika zülmünü inkar edən istiqamətdə nəşr olunan kitablara təmin edilən
dövlət dəstəyi təmin etməsi mövzusunda yazarın görüş istəklərini geri çevirir.
Yəni bu işin içindəki ya da şahidi olan bütün ölkələrin rəsmiləri bu utancverici
keçmişi birlikdə güclü bir susqunluqla inkar etmə yolunu seçmiş vəziyyətdədir.
Kitabın müəllifi Ceyms
Bak önsözünü bir hissəsində belə deyir;
"Yayğın bir
ört-basdır hərəkəti səbəbiylə, həmçinin bəzi müharibə əsiri sənədlərinin daha təşkil
edilərkən aldadıcı olması üzündən bu ölümlərin qəti sayı hər halda hər zaman
mübahisəli qalacaq. 1950-ci illərdə bir çox qeydiyyat məhv edilmişdir. Dərinlərdə
qalan gerçəklərin üzərinə bir çox yalan layları yığılmışdır.
Lakin ağıllara
durğunluq verəcək sayda hər yaşdakı kişinin, həmçinin qadın və uşağın Amerika və
Fransa nəzarətindəki müharibə əsirləri düşərgələrində, 1945-ci ilin aprelində
etibarən, yəni Avropadakı müharibənin bitimindən dərhal əvvəl başlayan müddət
içində, açıq havadan, qeyri-sağlam şərtlərdən, xəstəlikdən və aclıqdan öldüyü
aydın olmuşdur. Ölənlərin sayının 800.000-dən çox olduğu qəti, 900.000-dən çox
olduğu isə az qala qətidir. Bir milyondan çox olması da ən böyük ehtimaldır. Bu
ölümlərə ordu zabitləri əsirləri yaşadacaq ərzaq stokunun əllərində var
olduğunu bilə-bilə göz yummuşdular. Yardım quruluşlarının əsirlərə əl
uzatmasına Amerika düşərgələrinin məsul zabitləri icazə verməmişdir. O sıra
bütün bunlar gizli tutulmuş, Qırmızı Xaç “Le Monde” və “Le Figaro” qəzetləri
gerçəyi açıqlamaq istəyincə də onlara yalan deyilmişdir. Qeydlər məhv edilmiş,
dəyişdirilmiş ya da gizlənmişdir və eyni tutum hələ sürüb getməkdədir.
Kitab dəlillərə
söykənən, Amerika tərəfinin bütün gizləmə səylərinə, arxivlərdə araşdırmaları əngəlləmə
və ordu qaynaqlarının yazılı suallara belə cavab verməməsinə baxmayaraq bir çox
sənədə və şahidliqlərə ulaşılaraq yazılmış ciddi bir araşdırma məhsuludur.
Amerika prezidenti
Ruzvelt müharibədən sonra belə deyirdi;
"Almanlara sərt
davranmaq məcburiyyətindəyik. Həm mən yalnız nasistlərin deyil, alman xalqını nəzərdə
tuturam. Almanları ya xədim edəcəyik, ya da elə davranacağıq ki, keçmişdəki
mövqelərini davam etdirəcək yeni insanlar yetişdirə bilməz olacaqlar. "
Ruzveltin planı alman
sənayesini və mədənçiliyini öldürüb "pastoralizə" etmək idi. Bu məqsədlə
maliyyə naziri Morgentau vəzifələndirilmişdi. Yəni Almaniyanı bir fermaya çevirməyi planlaşmışdı. Əgər sənaye baza yox edilsə, aclıqdan kütləvi ölümləri
qaçınılmaz idi. ABŞ Xarici İşlər Naziri Kordell Halla görə, "Morgentau planı
Almaniyada torpaq xaricində hər şeyi silib yox edəcək, almanlar torpaq üzərində
yaşamaq məcburiyyətində qalacaqdı. Bu vəziyyətdə alman əhalisinin ancaq 60%-i
özünü keçindirə bilərdi, geri qalanı ölmək məcburiyyətində idi." Burada
Hall 20 milyon sivil almanın ölümündən söz etməkdədir.
Müttəfiq səlahiyyətlilərin
Kanadanın Kvebek şəhərində etdikləri yığıncağa Xarici İşləri Naziri deyil, Xəzinə Naziri göndərildi. İngiltərə Baş Naziri Çörçill bu planın "təbiət xarici,
xristianlıq xarici və gərəksiz" olduğunu söyləyirdi. Yığıncağı tərk etdi.
Eyni gecə Morgentau Çörçilin məsləhətçisi lord Çeruelli alman sənayesi yox
edilsə, ingilis istehsalatçılarına yeni bazarlar açılacağı yemi ilə razı saldı.
İqtisadiyyat
baxımından yanaşma Çörçilli razı etməyə kafi oldu. Tərəflər aralarında
Almaniyanın sıfırlanması memorandumunu imzaladılar.
Amma parafin edilən
ABŞ kabinetində sərt müzakirələrə yol açdı. Yığıncağa getməyən Amerika Xarici
İşlər Naziri Hall şiddətlə qarşı qoydu.
Məlumat sızmaları
ilə ictimaiyyətin gücü də özünü müəyyən etməyə başladı. “Washngton Post”, “New
York Times”, “Pioneer Pres”, “San Francisco Chronicle” kimi qəzetlər təsiredici
yazılar nəşr etdilər. İctimaiyyəti plana qarşı duydu.
Nəticədə Ruzvelt
çox keçmədən yan çəkməyə başladı. Planla altında özü yoxmuş kimi davranaraq
"Henrinin (Xəzinə Naziri) bir çuval ənciri bərbad etdiyini" söyləyərək
işin içindən sıyrıldı.
Ruzvelt razılaşmağa
parafin atdıqdan çox deyil, 3 həftə sonra, "Bunu necə parafin etmişəm,
başa düşmürəm," demişdi.
Digər tərəfdən
Çörçill də bu planı öz ictimaiyyətnə qəbul etdirməkdə çətinlik çəkdi. Stalin bu
plana dəstək vermişdi. Hətta eyni anda 50 min almanı gülləyə düzmək istədiyindən
söz edirdi. Amma çətin müzakirələrdən sonra Çörçill planı öz kabinetinə belə qəbul
etdirə bilmədi. İngiltərədə də plana təsdiq mövzusunda ümumi bir istəksizlik və
qarşı çıxma vardı.
Ən sonunda Rusiya,
Amerika və İngiltərə 1945-ci ilin fevralında planı təkrar görüşmək üzrə Krımın
Yalta şəhərində toplaşdılar. Plan təxirə alındı, Sovetlərə müharibə təzminatı
ödənilməsi qərarı alındı. Xarici İşləri Nazirləri yığıncaq sonrasında birlikdə
çalışaraq Almaniyanın bölünməsi planını hazırlamağa qərar verdilər.
Müttəfiqlərə təslim
alınan alman əsirləri Eyzenhauerin yazılı əmr lazımınca açıqda barındırılacaq, əsirlər
öz imkanları ilə barınmalarını təmin edəcəkdilər. Müvəqqəti deyilən düşərgələr
məftil hörgü ilə çevrilmiş açıq sahələrdən
meydana gəlməkdə idi. Digər tərəfdən "yerli vəsait istifadə edərək öz
barınmalarını təmin edəcək" deyilən əsirlərin bir başqa əmrə görə bu düşərgələrdə
daxma belə düzəltmələri qadağan edilmişdi. Əmir bir ordu mühəndisincə yayınlanmışdı
və heç qüvvədən qalxmadı. Əsirlər Cenevrə Konvensiyası şərtlərinə zidd şərtlərdə
barındırılarak kütlələr halında öldülər. Fransa isə müharibə əsirlərinin iş
gücündən yaralanmaq istəyirdi. Bunun üçün böyük bir utanmazlık içində amerikalılarla
sayı mövzusunda bazarlıq edirdi. Amerikalılar isə fransızlara onsuz da yarı ölü
vəziyyətə gəlmiş əsirləri verir, çoxu daha fransızlara təslim edilə bilmədən
qatarlarda ölürdü.
Müharibənin bitdiyi
1945-ci ilin aprel ayından avqust ayına qədər keçən 4 ayda Fransa və Amerika
düşərgələrində ölən almanların sayı 1941-ci ilin iyununda 1945-ci ilin aprelinə
qədər bütün Qərb cəbhəsində ölən alman sayının 10 qatı idi.
Dünya qida
böhranını səbəb olaraq göstərdikləri bir çox açıqlamanın əksinə, Amerika
ordusunun əlində yetərincə qida vardı.
Amerika və Kanadada o il buğda məhsulları rekord qırmışdı. Ordu anbarlarında
qidaların çoxu çürüdü. Buna qarşılıq müharibədən çox, daha çox ziyanla çıxmış və
iqtisadiyyatı daha pis vəziyyətdə olan İngiltərənin əlindəki alman əsirləri
kafi bəsləndilər, barındılar və ölmədilər. Sərbəst buraxıldıqdan sonra evlərinə
qayıtdılar.
Amerikalılar ayrıca
əsirlərə poçt yasağı da gətirmişdi. Almaniyadakı yaxınları əsirlərin Avropada
bir yerlərdə, hətta yaxınlarında olduğunu, ağcaqanadlar kimi öldüklərini
bilmirdilər. Çoxu da heç öyrənə bilmədi. Çünki ABŞ düşərgələrdə ölən almanları
şəxsiyyət təsbiti etmədən çuxurlara gömmüşdü. Almanlar Şərq cəbhəsində, Qərb cəbhəsində
müharibə sahələrində öldüklərini düşündükləri yaxınlarının, Fransa və
Almaniyadakı ölüm düşərgələrində aclıqdan, xəstəlikdən və dizenteriyadan öldüklərini
öyrənə bilmədilər. Sonradan yayılan söz-söhbətlərə də Hitlerin etdiklərindən
dolayı psixoloji olaraq günahkar hiss etdikləri üçün inanmaqda çətinlik çəkdilər.
Cəzanı haqq etmiş olduqlarına inanmış kimi idilər. Hətta bu tutumu o qədər irəliyə
vardırmışlardı ki, amerikalı və fransızların da özləri ilə eyni şeyləri etmiş
olmalarından, özlərinin etdiklərinə da həqiqət payı çıxarmağa qədər
vardırdılar. "Almanlar öz vətənlərində olan şeylər haqqında (yəni nasist həbs
düşərgələrində sivillərə edilənlər haqqında) təşkil edilən konfranslarda
qatılmağı rədd etdilər.
"Bu düşərgələr
heç bir faydalı dərs öyrətməmişdi, yalnız belə şeylərin işə yaramayacağını öyrətmişdir.
Heç kim ədaləti zalımlıqdan öyrənə bilməz. "
İşin tragikomik
olan tərəfinə gəlincə müharibənin sonunda sərf etdiyi "Təəssüf ki, daha
çoxunu öldürə bilmədik." sözünü müharibədən sonrakı bir neçə il içində bir
milyon almanın aclıqdan öldürərək yerinə yetirmiş olan Eyzenhauer əslən almandır.
1952-ci ildə
Respublikaçıların namizədi olaraq prezident seçkilərinə qatılmış və Amerikanın
34-cü prezidenti olaraq seçilmişdir.
0 comments :
Post a Comment