“Romanımda hər bir tərəfə, heç bir sloqana bağlı qalmadan sloqanların arxasında insanlar olduğunu və onların acı çəkdiyini göstərməyə çalışıram.”
2002-ci ilin əvvəllərində nəşr olunan "Qar" romanı məzmunundan çox təqdimat sahəsindəki kampaniyaları diqqəti çəkdi. Əsər bazara dağıdılmadan əvvəl bir neçə köşə yazarı tərəfindən göylərə çıxarılaraq ətrafında maraq oyandırıcı bir hal yaratdı. Nəşriyyatın professional reklam kampaniyaları sayəsində qısa müddətdə ictimaiyyətdə romanı oxumaq istəyi artdı.
“Qar” 2002-ci ilə
aiddir, amma işlənən mövzular bugünkü siyasi qarşıdurmalara heç də uzaq deyil.
Orxan Pamuk da onsuz da kitabını "İlk və son siyasi kitabım" deyə
adlandırmışdı.
Orxan Pamuk
romanlarının insana bir çox rahatlıq vermədiyi, içini açmadığı bəllidir, amma
"Qar" tamamilə qışqırtmadır. “Qar” bu ölkədə olub bitdikləri və olub
bitə biləcəkləri halda ictimaiyyət qarşısında birbaşa dilə gətirməkdən, hələ
hamısını bir araya gətirməkdən hər kəsin qaçdığı günahlandırma sözlərini, məlumatları,
ehtimalları, yeyilir-udulur kimi olmayan bir çox hadisə, fikir qəlibi ya da
günahlandırıcı söz formasında bir araya gətirir.
Ka Almaniyada 12 il
sürgün həyatı yaşadıqdan sonra Türkiyəyə dönmüş, şeir söyləyişi üçün və intihar
edən hicablı qızları araşdırmaq üçün Qars şəhərinə getməkdədir. Ağır-ağır və
heç durmadan yağan qarın altında küçə-küçə, dükan-dükan bu hüzünlü və gözəl şəhəri
və insanları tanımağa çalışır. Ağzına qədər işsizlərlə dolu çayxanalar, qardan
dolayı ilişib qalmış bir teatr kampaniyası, intihar edən və hicab mübarizəsi
aparan qızlar, çeşidli siyasi qruplar, dedi-qodular, söyləntilər.
Roman boyunca
Qars həmişə hüznlü və yalnız bir şəhər olaraq, dahası Allahın belə unutduğu yer
olaraq adlandırılar. Qarsda Kanın aşiq olduğu İpək adlı qadın atası Turqut bəylə
birlikdə işlətdikləri Qarpalas Oteli, İpəyin bacısı Qədifə və Kanın Qarsda
qarşılaşacağı, Ben Ladeni andıran Lacivərdin mərkəzində olduğu bir hekayəni təqib
edirik.
Kanın roman boyunca
ateist olduğunu bilirik. Ancaq Qarsa gəldikdən və buradakı insanlarla və həyatla
əlaqədar təəssüratlarından sonra Ka yavaş-yavaş Allaha inanmağa, özünü dini və
mənəvi baxımdan kəşf etməyə başlayır.
İntihar edən hicablı
qızlar, dünyəvilik-din qarşıdurması kimi səbəblərlə Qarsda siyasi bir gərginlik
var. Bu gərginliyin arasında da Ka aşiq olduğu İpəklə birlikdə Almaniyaya
qayıdıb orada yeni, tam fərqli bir həyat yaşamağın xəyallarını qurur.
Ancaq hər şey bu qədər
sadə deyil. Bir teatr nümayişi sərgilənir və bu nümayiş əsnasında salondakı
dindar kəsimə əsgər tərəfindən hücum reallaşır. Bu hücum Qarsda nir növ qiyam
olaraq görülür. Əsgərin məqsədi şəhərə zərər verdiyi düşünülən dinçi və islamçı
seqmenti basdırmaq, dünyəviliyi mühafizə etməkdir. Təbii, heç bir şey bu qədər
asan deyil.
Amma “Qar”dakı eşq də siyasi intiriqanın bir parçası olur.
Nəticədə romanın əsas
qəhrəmanlarından heç biri axtardığını tapa bilməz. Ka Frankfurta yenə İpəksiz,
yalnız dönər. İpəksiz və "şeir gətirmədən" yaşadığı 4 il sonra Frankfurtda
-böyük ehtimalla dindarlar tarafından- öldürülür. İpək gerçəkdə aşiq olduğu
Lacivərdin Ka tərəfindən satıldığı düşüncəsiylə (ki bu düşüncəsində haqlıdır)
Ka ilə getməkdən imtina edir. Lacivərd vurulub öldürülür. İpəyin bacısı -Qədifə-
həm sevgilisini (Lacivərd) itirir, həm simvol olma (hicablı qızların
simvoludur) xüsusiyyətini itirir: nəticədə "normal bir ailə" qurur.
Kanın izində özünü bir çox halda onunla eyniləşdirən romançı Orxan da eyni Ka
kimi fərdi xoşbəxtliyi axtarmaqdadır. Amma tapa bilməyəcəyi bəllidir. Xoşbəxtliyin
ictimai bir mübarizə ilə, onun içində qazanıla biləcəyi düşüncəsi isə həm Ka və
həm də romançı Orxan baxımından yalnız bir illüziyadır. Roman bütünündə əslində
gənckən intihar etməyən və ya vurulub ölməyən ictimai layihə müdafiəçilərinin
sonradan fərdi xoşbəxtlik axtarış mövqeyinə gələcəyini izah mövqedədir.
Yəni, qısaca, nə
edilirsə-edilsin, xoşbəxtlik yoxdur. Ya da Kanın qorxduğu kimi keçicidir,
anlıqdır, ən sıx anında belə təhdid altındadır. Və eyni Qarsda üç gün həyatı
dayandıran qarın əriyib getməsi kimi aradan qalxar. Belə oxunduğunda "Qar" yaxşıca pessimist bir romandır.
Ka Qarsdaykən fərqli
insanlarla və fərqli hadisələrlə qarşılaşmışdır. Ancaq ona ən çox təsir edən
şey fasiləsiz bir şəkildə yağan qar idi. Gecəsiylə gündüzü şəhəri örtən bu
"bəyaz qaranlıq" Kanın şair ruhuna təsir edər. Çox sayda şeir sanki
axirət bir mövqedən göndərilmişçəsinə özünə gəlir. Qarsın tənha küçələrinə
yağan qar kimi Kanın yalnız ürəyinə ilhamlar yağar. O da bunları kiçik bir dəftərə
qeyd edir.
Kanın yazdığı 19
şeir ona ilham verən qar dənəsinin ulduzu xatırladan simmetrik künclərində fərqli
bir vəziyyətə bərabərdir.
Birinin “Qar”
mövzusunda tapdığı ən önəmli əskiklik budur: “Oxucuya bir zehniyyət bazarı təqdim
edir, bu kitabda hər cür insan var. Amma belə bir zəiflliyi var: Bu zehniyyətlərin
ortaq bir yaşama irədəsini ortaya qoya bilməmiş, ortada buraxmışdı...” Bəli,
Pamuk bir-birləriylə yan-yana, amma bir arada yaşamayan çeşidli kəsimləri “qar
yolları qapayınca...” kiçik bir Türkiyə teatrı halına gələn Qarsda ələ almışdı.
Avropa Birliyi üzvü ölkələrlə İslam Konfransı Təşkilatı mənsubu ölkələri
bacarıqla bir araya gətirən və “mədəniyyətlər dialoqu” təməlli bir İstanbul
ruhu yaradan Xarici İşlər Nazirliyi qədər bacarıqlı deyil əlbəttə.
Daha bir əskiklik isə qəhrəmanların üzərində quruludur.
Kanın nə fiziki quruluşu, nə də psixologiyası kifayət qədər təsvir edilə bilməmişdir. Ka köhnə sevgilisi İpəyin yoldaşından boşanmış olmasını fürsət bilərək onunla romantik əlaqəyə girmişdir. Məqsədi onunla evlənmək və Frankfurta gedərək xoşbəxt bir həyat sürməkdir. Romana qatılan bu romantik ölçü qısa zaman içində Ka və İpəyin sevişmələri ilə həyəcanını itirər. Eşqin əlçatmazlığı və ucalığı yeri bir anda erotik əlaqələr yığınına buraxar. Kanın güclü bir şəxsiyyətə sahib olmaması onu islamçıların və çevrilişlərin istifadəsinə açıq hala çevirər. Bu səbəblə Ka oxucuya əlində kiçik bir bloknot, Qarsın küçələrini müşahidə edən bu həyata yad bir agent kimi görülər.
Söz mövzusu xüsusiyyət İpəkdə də görülür. Evləndiyi yoldaşı Muxtardan ayrılıb atasının otelində yaşayan bu qadın gənc və gözəl biridir. Yalnız yazar gözəlliyinin detalları üzərində kifayət qədər dayanmamışdır. Gözləri və üzü haqqında bir neçə fırça zərbəsi kimi təsirsiz təsvirlər etmişdir. Əsl onu gücsüz edən vəziyyət isə Ka ilə girdiyi əlaqənin ölçüsüdür. İpək qısa zamanda özünü Kanın qollarına atmaqdan böyük bir zövq duyur. Daha sonra Lacivərdlə də bənzər bir əlaqə içində olduğunun ortaya çıxmışdı.
Bunun kimi qeyri-kafi və hətta həddindən artıq sirrli bir şəkildə tanıdılan kəslərdən biri də Lacivərdir. Yazarın bu adamı əsl adı yerinə "Lacivərd" deyə xarakterizə etməsi onun ətrafında sehirli bir atmosfer çizə bilmək üçündür. Kanın bir neçə dəfə danışmaq fürsəti əldə etdiyi bu gənc adam dövlət güclərindən künc-bucaq qaçmaqdadır. Nə hikmətsə, Qars kimi kiçik bir şəhərdə olmasına baxmayaraq bir cür yaxalana bilməməkdir. Əsl məqsədi islami dövlət qurmağa yarayacaq potensial gücləri bir araya gətirmək və Qarsda təşkilatlanmağı təmin edə bilməkdir. Təsirli danışması yanında düzgün fizikası ilə də diqqəti çəkən Lacivərddə də cinsi ehtiraslarına nəzarət edə bilməz haldadır. Bir zamanlar İpəyi özünə bağlayan Lacivərd sonra onun bacısı Qədifəni də hərəminə almaqdan çəkinməmişdir. Onun bu qənaəti əhəmiyyətli bir xüsusdur. Çünki eyni anda iki bacıyla sevişməyi davam etdirmənin islami anlayışda icazə görülən tərəfi yoxdur. Hələ ki, islamçı bir qrupun nəzəriyyəsinə soyunmuş bir adamın bunu etməsi tam mənasıyla cəhalət və ya şəxsiyyətsizlik olaraq xarakterizə edilə bilər. Bu səbəblə Lacivərd də digər iki adam kimi müsbət bir imiclə oxucu qarşısına çıxmaz. (Ən diqqətçəkici və xətalı təqdimat yaşı və xarici görkəmi ilə bağlıdır.)
Üzərində ən çox durulan və islamçı gənc qızların simvolu olaraq qəbul edilən kəslərdən biri də Qədifədir. Otelçi Turqut bəyin liberal qızı, universitet illərində hicablı qızlara edilən zülm və təzyiqə etiraz etmək üçün başını örtmüşdür. Bacısı İpək qədər gözəl olmasa da, cəsur davranışları ilə qısa zamanda hicablı gənc qızların simvolu halına gəlmişdir. İslamçı gənclər arasında etibarlı bir mövqeyə yüksəlməsini və kişilərin ona aşiq olmasını təmin etmişdir. Qiyam liderlərindən olan Sunay bu xarizmatik mövqeyini göz şöhrətinə alaraq ona teatrda bir rol verməyi başına qoymuşdur. Qədifə oyunun bir yerində başındakı örtüyü çəkib atacaq, beləcə gənc qızlara nümunə olacaq. Lacivərdin də istəyiylə bu rolu qəbul edən gənc qız oyun əsnasında böyük bir performans göstərərək izləyənləri ovsunlayır. Ancaq onun əsər içindəki bu xarizmatik quruluşu da bacısının sevgilisi Lacivərd ilə olan əlaqəsi səbəbiylə təsirlənir. Romanın sonunda özünə aşiq olan islamçı bir gənclə evlənməsi və bir yuva qurmuş olması isə əsərdə nadir görülən optimist yanlardan biridir.
Digərləri də var. Məsələn, Ka ateist olmasına baxmayaraq ilk fikirdə təriqət şeyxinin əlinə sarılıb öpür. Təriqət şeyxi də, nə hikmətdirsə, onun əlini öpür. Nəcib həm islamçı bir gəncdir, həm də ateizmlə maraqlanır. Birlikdə girdikləri teatrın tualetində Ka ilə Allah və din mövzusunu danışırlar. İpək atasına hörmət edir, onun olduğu əsnada Ka ilə sevişmək istəmir. Ancaq bir neçə dəfə bu fikrindən vaz keçib Kanın otağında doya-doya onunla sevişir. Qədifə hicabını bir bayraq kimi istifadə edir, ancaq teatr səhnəsində onu çıxarıb atmaqdan da edə bilməz. Sunay Zaim Atatürkçü çatlağın biridir. Inqilabçılarla birlikdə olub hicablılara qarşı cəbhə alır. Lacivərd də qadın düşkünü islamçı bir nəzəriyyəçidir.
0 comments :
Post a Comment