Qriqoriy Petrov 20-ci əsrin əvvəllərində Rusiyanın ən tanınmış keşişlərindən, ən çox oxunan xalq yazarlarından biri idi. Fikirlərinə görə kilsədən qovulduqdan sonra özünü tamamilə yazarlığa verdi, jurnalist və natiq olaraq kütlələrə təsir etməyə davam etdi. Bolşevik inqilabı gerçəkləşdiyində ölkədən qaçmaq məcburiyyətində qaldı. Yuqoslaviya Krallığında keçirdiyi son illərində bir çox əsəri qələmə aldı, konfranslar verdi. Əsərləri Sovet dönəmində ölkəsi Rusiyada qadağan olunmuşdu, Bolqarıstan və o illərdə yeni qurulan Türkiyə Cümhuriyyətində dövrün ziyalılarına təsirsiz ötüşməmişdi.
Gərgin zamanlarda gəncliyə səslənirdi: "Siz necə olacaqsınızsa, Rusiya da elə olacaq. Öncə özünüzdən başlayın, binanı sonra tikin. Torpaq köləliyinin mirası - köləlik bizi əzir, boğuluruq. İlhamımız yoxdur. Heç bir şey xərcləmədən, heç bir şeyi qurban vermədən heç bir şey əldə edə bilmərik." Onun yazdığı, danışdığı hər şeydə xalq öz duyğu, düşüncələrini görürdü. Yorulmadan xalqın güzəranın necə düzəldilməsi, səfalət və cəhalət altında inləməkdə olan xalqın bu durumdan necə qurtula biləcəyi haqqında fikirlərini irəli sürür, inanadırıcı maddələrlə xalqın yaşam tərzinin mütləq dəyişdirilməsini vacib bilirdi.
1866-cı ildə Peterburqun Yamburq qəsəbəsində dünyaya gəldi. Atası meyxanada ofisiant (qarson) işləyirdi.
"Kilsə iqtidara boyun əyir, müqəddəs kitabın öyrətdiklərinə əməl etmir."
"Kilsə iqtidara boyun əyir, müqəddəs kitabın öyrətdiklərinə əməl etmir."
1886-cı ildə dini məktəbdən, 1891-ci ildə Peterburq İlahiyyət Akademiyasından məzun oldu. Kilsədəki vəzifəsindən savayı Mixaylov Hərbi Məktəbində, Aleksandrov Liseyində, Texniki Məktəbdə və Peterburqun fərqli liseylərində dərs verdi. Bir natiq, jurnalist və müəllim olaraq şöhrəti yayılınca Çarlıq ailəsi tərəfindən şahzadələri öyrətməsi üçün saraya dəvət edildi. Ancaq fikirləri kilsə idarəçilərini narahat etməyə başlayınca 1903-cü ildə məktəblərdə verdiyi dərslər əlindən alındı və kilsədəki vəzifəsindən çıxarıldı, saraydakı işindən də ayrılmaq məcburiyyyətində qaldı.
1907-ci ildə “zərərli jurnalist fəaliyyətindən ötrü” Peterburq yaxınlığındakı monastra sürgün edilən yazar monastrda olduğu sırada namizədliyini irəli sürmədiyi halda Rusiyanın 2-ci Dumasına seçildi.
1908-ci ildə kilsə rəhbərliyinə xitabən yazdığı məktubunda yer alan tənqidlərinə bağlı olaraq kilsədən aforoz edildi. Özünə qarşı açılan iddia nəticəsində dini vəzifəsindən xaric edildi. 7 il Peterburq və Moskvada yaşamasına və 20 il müddətində dövlət işlərində çalışmasına qadağa qoyuldu.
Keşişlik rütbəsi alındıqdan sonra şöhrəti daha da artan yazar 1908-ci ildə Krımda iqamət etdi.
Rusiyada və xarici ölkələrdə gəzərək çox sayda konfrans verdi. Ölkə xaricində gəzdiyi yerlər arasında ən çox Finlandiyadan təsirləndi. Yazıları “Russkoye slovo” adlı qəzetdə hər gün yayımlandı. Kitabları Balkan və Avropa ölkələrində çevrilib yayımlandığından xaricdə tanındı.
"Lenin və bolşevizm rus faciəsi deyil, xalqın yaralı qəlbinin üzə vurmasıdır. Bu qarğaşanı Lenin yaratmadı, qarğaşa özü Lenini yaratdı. Leninin ardınca getmə səbəbləri - intiqam hissini onda görmələridir. Lenin və leninizm rus xalqının vücudundakı, qəlbindəki pis bir xəstəlikdir."

Petrov Oktyabr İnqilabından sonra bolşevikləri narahat edən fikirləri səbəbi ilə müxtəlif təzyiqlərə məruz qaldı. Qiyam xaosunda yaxınlarını və oğlunu itirmişdi. 1920-ci ildə Krımdan qalxan və içində ölkədən qaçan Denikin ordusu mənsublarının olduğu son gəmiyə ayaqyalın və üzərində pijama ilə minərək həyatını xilas etməyi bacardı. İstanbuldan keçdikdən sonra qısa müddətliyə Geliboluda qaldı və daha sonra bir qrup rus immiqratı ilə birlikdə Yuqoslaviya Krallığına keçdi.
Müəllif Yuqoslaviya Krallığında idarəçilər tərəfindən böyük maraq gördü və Belqrad Universitetinə professor olaraq təyin edildi. Son illərində universitetdəki dərslərindən savayı bütün ölkəni gəzərək konfranslar verdi, natiq və jurnalist-yazar olaraq böyük şöhrətə qovuşdu.
1925-ci ildə sağlıq durumu pisləşən Petrov mədə xərçəngi səbəbi ilə əməliyyat üçün dövlət tərəfindən Parisə göndərildi, ancaq sağala bilməyərək 18 iyun 1925-ci ildə həyatını itirdi. Yandırılan nəşinin külləri arvadı və qızının yaşadığı Novi-Sad qəsəbəsində dəfn edildi. Məzarı daha sonra qızı tərəfindən Münhen şəhərinin Ostfɾiedhof məzarlığına nəql edildi.
Bolqarıstanda yaşayan dostu Bojkovun bu ölkədə qurduğu “Petrov mədəniyyət və təhsil cəmiyyəti” sayəsində kitabları bolqar dilinə çevrilib yayımlanan yazar bu ölkədə böyük maraq doğurdu. Özəlliklə 1925-ci ildə “Bəyaz zanbaqlar ölkəsində” adlı əsəri Bolqarıstanda yayımlandığında Təhsil Nazirliyi tərəfindən kütlələrə önərildi və Bolqarıstanda bütün əsərlərinə qarşı böyük maraq doğuldu.
Petrovun kitablarının uğuru Türkiyəyə köç edən Bolqarıstan türkləri yolu ilə Türkiyəyə çatdı. 1928-ci ildə 3 əsəri bolqar dilindən türk dilinə çevrildi. Özəlliklə “Bəyaz zanbaqlar ölkəsində” əsəri Türkiyə ziyalılarının diqqətini çəkdi. Əsərin içindəki fikirlər ölkədə tətbiq edilməsi gərəkən təhsil və inkişaf modeli olaraq görüldü. Əsər 2008-ci ilə qədər 4 dəfə türk dilinə çevrildi və ən azı 41 dəfə nəşr olundu.
Geridə qalmışlıq “tale”, “alın yazısı” deyil və Simurq quşu kimi küllərindən yenidən doğulmaq təkcə nağıllarda olmur.
İl: 1800-cü illər.
Yer: Finlandiya.
Həm fiziki, həm coğrafi, həm də əxlaqi olaraq tam bir bataqlıqlar ölkəsi. Alkoqol asılılığı olan atalar, taleyinə boyun əyən analar, baxımsızlıqdan xəstələnən və ölən uşaqlar, cahil gənclər, həyata dair heç bir ümidi qalmayan qondarma ziyalılar ölkəsi.
Bir xalqın qəhrəmanı olmaq asan deyil, özəllliklə bataqlığa batmış bir ölkəni aydınlığa çıxartmaq hər kəsin xərci deyil.
Qısacası, Finlandiyadan bəhs etmək lazımdırsa, öncələrdə İsveçə bağlı olan Finlandiya 1809-cu ildə Rusiya ərazisində muxtariyyət qazanmışdı. 6 dekabr 1917-ci ildə müstəqilliyini elan edən Finlandiyanın müstəqilliyi 4 yanvar 1918-ci ildə Rusiya tərəfindən də tanınmışdı. Başlarda bataqlıqlarla əhatəli olan ölkədə xəstəlik və yoxsulluq ayaq açıb gəzirdi. İnsanlar yoluxucu xəstəliklərdən qırılırdı. Zatən ölkənin fincə adı “bataqlıqlar ölkəsi” anlamına gələn “Suomi”dir. Ancaq daha sonra cəmiyyətin şüurlandırılması, təhsilə verilən əhəmiyyət ilə ölkə və cəmiyyət içində olduğu durumdan xilas olmuşdu. Bataqlıqlar qurudulmuş, yoluxucu xəstəliklərin səbəbləri və qorunma yolları xalqa izah edilərək səhiyyə səviyyəsi artırılmış, doğru əkinçilik tətbiqləri xalqa öyrədilmiş və beləcə istehsal artırılmışdı. Ancaq bütün bu inkişafların başında təhsil var. Finlandiya təhsilə çox əhəmiyyət vermişdi; yoxsul, fermer və kəndli demədən cəmiyyətin hər bir üzvünə təhsil imkanı təqdim edilmişdi.
Düşünün, 1800-cü illərdə mədəniyyəti belə olmayan bir ölkə təhsildə dünyanın zirvəsinə yerləşir. Dünyanın bir çox yerindən araşdırmaçılar təhsil sistemlərini yerində görmək üçün Finlandiyanı ziyarət edirlər. Baxın, müvəffəqiyyət budur! 1800-cü illərdə Finlandiyada edilən bu işlər olmasaydı, bəlkə də Finlandiya hələ “bataqlıqlar ölkəsi” olaraq qalacaqdı. İnandılar və bacardılar.
"Bütün yatanları oyandırmağa tək bir oyaq yetər." (Malcolm X)
"Ən təhlükəli şey nədir? Bakteriya? Virus? Ən təhlükəli şey fikirdir. Bir dəfə yerləşdisə, bir daha çıxmaz. Hər şeyi dəyişdirə biləcək bir fikir." (İnception)
Snellman sadəcə bütün ölkəni bir ucdan digərinə dolaşaraq danışıqlar aparmamışdı, eyni zamanda cəmiyyətin bütün təbəqələrinə çataraq insanları "işıqlandırmağa" çalışmışdı. Əsgərlər, müəllimlər, həkimlər, işçilər, fermerlər, məmurlar, ev xanımları, valideynlər, ərgənlər, gənclər-Fin qanı daşıyan hər kəs onun danışıqlarını dinləmiş, təsirlənmiş və üzərinə düşəni əlindən gəlincə etmişdi. Bu müddə ərzində ən diqqətçəkici məqam bəlkə də başqa millətlərə düşmən olmadan, ya da özlərini həddindən artıq yüksəltmədən bu müvəffəqiyyəti əldə etmələridir.
Əsərdə yer alan heç bir danışıqda Snellman isveçliləri, ya da rusları düşmən kimi qeyd etməmişdi, hətta onlardan söz etməmişdi belə. İsrarla anlatmağa çalışdığı tək şey ölkənin inkişadır.
"Bəyaz zanbaqlar ölkəsində" hər dönəmdə və və hər toplumda oxunulası bir əsərdir. İdealı olanlara bir yerdən başlamaq üçün əsla gec olmadığını xatırladır.
"Minlərlə kilometrlik bir yol belə tək bir addımla başlayır." (Lao-tszı)

0 comments :
Post a Comment