Tuesday 12 January 2021

"Gecə cadugərləri"


Dünyanın gördüyü ən böyük kütləvi ölümlərin yaşandığı İkinci Dünya Müharibəsi...

 Alman xalqını irqçi nağıllarla uyudaraq yəhudilər başqa olmaqla kommunistləri, demokratları, ziyalıları, əlilləri məhv edən nasistlər digər tərəfdən Avropa ölkələrini bir-bir dizə gətirirdilər. Bitmək bilməyən iştah “Molotov-Ribbentrop paktı”nın pozulmasına səbəb oldu.

SSRİ-də Oktyabr inqilabı ilə qadınların həyatın hər sahəsində yer alması önəmsənmiş, qadın üzərindəki hakimiyyətə son verilmişdi. Hüquqi və iqtisadi sahələrdə tam bərabərliyə qovuşan qadının toplumdakı rolu cinsiyyətinə görə müəyyənləşmirdi.

O dövrlərdə SSRİ vətəndaşları üçün ölkə torpağını nə bahasına olursa-olsun qorumaq hər şeydən önəmliydi. Qarşılarında amansız və ölkələrini yox etmək istəyən Nasist Almaniyası vardı.

İşğalın ardınca ölkələrini qorumaq istəyən istəyən təkcə kişilər deyildi. Qadınlar da könüllü idilər, amma sadəcə arxa cəbhədə tibbi dəstək və ya yemək-içmək ehtiyaclarını qarşılaya bilirdilər. Amma onlar bunlardan daha artığını istəyirdilər. Sübut olaraq Qızıl Ordunun ilk qadın pilotu Marina Raskovaya gələn məktublardır.


Ən sonunda Marina Raskova bunu dəyərləndirmək qərarı alıb nüfuzundan istifadə edərək Stalini razı saldı və tamamı qadınlardan ibarət ilk alay yaratdı: 588-ci alay.

Sovet Hava Qüvvələrinə bağlı olan 588-ci alaya 17-26 yaş arası qadınlar qatılırdı. Qəbul edilən gənc qadınlar pilotluq təlimi üçün Kazaxıstan sərhədindəki Engels bölgəsinə göndərilirdilər.

Mənbələrə görə kişi əsgərlərdən fərqsiz hərbi təlim aldığı üçün intizamlılığı ilə məşhur olan Roskova təlim üçün göndərilən qadın pilot namizədlərinə də güzəştsiz təlim proqramı keçərək onları "Gecə cadugərləri"nə çevirir. Pilot qadınlar eynən kişilər kimi qatı intizamla yorğulur və saçları qısa kəsilir, duyğulardan arındırılır.

Roskova Sovet əsgərləri arasında qibtə ilə izlənən qadın əsgər olaraq şanını yürüdür.

 Makinistindən texniki heyətinə, pilotundan zabitinə qədər gənc qadınlardan ibarət komanda Stalinqrad yaxınlığında təlim gördülər. Başqa insanların illərini alacaq təlimi bir neçə aya tamamladılar

Stalinqrad işğala məruz qalanda “Gecə cadugərləri” texniki olaraq daha çox inkişaf etmiş alman hava birliklərinə qarşı geridə qalmış Polikarpov PO-2 tipli təyyarələr savaşırdı. Bu təyyarələrin materialı ağac və kətandan hazırlanmışdı. Ratsiya və paraşütləri yox idi. İstiqamət tapmaq üçün xronometr və xəritələrdən istifadə edirdilər.

8 iyun 1942-ci ildə ilk bombardmanı izləyən yüzlərlə hava hücumu reallaşdı.

“Gecə cadugərləri” hər uçuşda sadəcə 2 bomba daşıya bildikləri üçün davamlı yerə enib təkrar uçmalı idilər. Bu uçuşlarda hədəf olmamaq üçün gecə qaranlığından yararlanmaqdan əlavə, təyyarələrin səsi eşidilməsin deyə hədəfə yaxınlaşarkən motorlarını qapadırdılar.

Motorların qapadılması ilə gecə səssizliyində havada yaranan vızıltı səsinə alışan nasistlər bu pilotların qadın olduğunu öyrənincə onlara “Gecə cadugərləri” deməyə başladılar. Çox keçmədən nasistlər öz aralarında yaratdıqları əfsanələrdən qorxmağa başladılar. Bu əfsanələrdən birinə görə “Gecə cadugərləri” qaranlıqda daha yaxşı görə bilsin deyə hökümət onlara “gecə görmə” həbi verirdi. Başqa əfsanəyə görə isə cadugər hücumlarına görə gecələr siqaret belə yandırmazdılar.

Müharibənin gedişatını dəyişdirənlərdə olan “Gecə cadugərləri”ni ələ keçirənlərə “Dəmir xaç” vəd olunmuşdu. Nasistlərin əlinə keçən 17 böyük körpü, 9 qatar, 26 sursat və yanacaq deposu istifadəsiz hala gətirildi.

1942-1944-cü illər arasında nasistlərə qorxu salan “Gecə cadugərləri” 30.000 bombardman vəzifəsinə qatılmış və düşmən xəttinə 23.000 bomba buraxmışdılar.

Müharibənin sonunda 53 pilotdan 30-u həyatını itirmişdi.

“Gecə cadugərləri”  birbaşa Stalinin istəyi ilə müharibədən sonra dağıdıldı. Qələbədən sonra adlarına marka belə çıxdı.

LİDİYA LİTVAK

Uğurlarından ötrü “Qızıl ulduz nişanı” verilən “Stalinqradın bəyaz zambağı” Lilinin uşaqlıqdan uçuşa həvəsi vardı. Hərbi uçuş birliyinə qatılmaq istədi, amma başlanğıcda təcrübəsizliyi səbəbi ilə qəbul edildi. Müharibədən əvvəl uçuş təlimini uğurla bitirərək 596-cı alaya girməyi bacardı. İlk müharibə uçuşlarını 1942-ci ilin yayında Saratov üzərində reallaşdırdı. Aviasiya tarixində savaş təyyarəsi vuran ilk qadın pilot oldu. Üstəlik vurduğu təyyarənin pilotu yüksək rütbəli nasist zabiti Ervin Mayer idi. Lilinin vurduğu təyyarədən sağ qurtulan, amma əsir düşən Mayer təyyarəsini vuran komandirin kim olduğunu soruşduğunda qarşısında Lilini, yəni bir qadını  görüncə sanki bir daha bombalanmış kimi hiss etdi. 

SSRİ-nin ilk qadın baş leytenantı Lilinin təyyarəsi 1943-cü ildə bir uçuş sırasında itəndə Lili 21 yaşında idi. Təyyarənin qalıqları 1979-cu ildə Dmitrovk yaxınlarında tapıldı. “Stalinqradın bəyaz zambağı” deyə xatırlanmasıın səbəbi təyyarəsinin gövdəsinə adıyla uyumlu bəyaz zambaq çəkməsi idi. Hər fırsat tapanda topladığı rəngarəng çiçəkləri pilot kabinəsinə yerləşdirirdi. Bombardman ustası Lili böyük ehtimalla “bəyaz zambaqlar” ucbatından düşmənləri tərəfindən tanınmış və təyyarəsi vurulmuşdu


NADEJDA POPOVA

Bir gecədə 18 uçuş reallaşdıraraq rekord qıran Popova yaşadıqlarını 2010-cu ildəki reportajında bu cümlələrlə izah edir. “Qışda hədəfimizi görə bilməzdik. Çünki soyuqdan hər yerimiz ağrıyırdı. Ayaqlarımız çizmələrin içində donardı, amma uçmağa davam edərdik. Hədəfimizə kilidlənib necə vuracağımızı düşünməyə çalışırdıq. Duyğulara yer yox idi. Çünki duyğularına yenik düşənlər vurulurdu. Təyyarələr ağacdan idi və paraşüt də yox idi.”

Almanlar onları cadugər olaraq qəbul etsələr də ölkələrində bir mələk idilər. Buna görə Popova kimi həyatda qalanları bir çox şərəf medalı aldılar. Popova “Bombaladıq, öldürdük. Hamısı da müharibənin bir parçası idi” deyərək müharibənin heç də məsum olmadığını göstərirdi. Amma o da hər kəs kimi ən çox qızın cəsarətinə təəccüblənirdi: “Bəzən gözlərimi qapadıb gənc qız, pilot olduğum keçmiş günlərimi görürəm və özümdən soruşuram: “Nadya, bütün bunları necə etdin?”

 Nadejda Popov ağacdan hazırlanan 2 nəfərlik, 2 qanadlı təyyarəsi ilə tam 852 dəfə uçuş etdi. İkinci Dünya Müharibəsindən sonra ordudakı vəzifəsinə podpolkovnik olaraq davam etdi. Şimali Qafqaz səmalarında uçarkən yerə sərt eniş etdiyi sırada müalicə üçün götürüldüyü mərkəzdə özü kimi yaralı pilot olan Semyon Karlamov ilə tanış oldu. 1945-ci ildə hər ikisi də qəhrəman elan edilən cütlük evləndi.

6 iyul 2013-cü ildə 91 yaşında dünyasını dəyişdi.

 


“Gecə cadugərləri” müharibənin bitişində evlərinə qayıdarkən onlardan öncə heç bir qadının xəyal edə bilməyəcəyi bir şey yaşadıqlarının fərqindəydilər.

1994-cü ildə “Der Spiegel” jurnalının həyatda qalan qadın pilotlardan hazırladığı reportajlarda Nataliya Meklin “Ölümlə oynadıq”, İrina Sebrova “Həyatı üstündə dalğalandığımız yay kimi hiss etdik”, Larisa Rozanova “Doğru zamanda doğru yerdəydik və doğru olanı etdik” dedilər.

0 comments :

Post a Comment