Sunday 17 April 2022

Məkkənin sürpriz ziyarətçiləri

Qeyri-müsəlmanların girə bilmədiyi Məkkə qədim zamanlardan bəri avropalılar üçün gizli şəhər olmuşdu. 1500-cü illərdən etibarən çox sayda avropalı qılıq dəyişdirərək Məkkəni ziyarət etdi. Aralarından bəziləri Kəbənin içinə belə girdi.

Qeyri-müsəlmanların Məkkə və Mədinəni ziyarəti əsrlərdir davam edən ciddi qadağadır. Nəqliyyat və rabitə imkanlarının bugünkü kimi inkişaf etmədiyi zamanlarda belə bu qadağa son dərəcə qatı şəkildə həyata keçirilirdi. Zəvvarlar həm çıxdıqları ölkələrdə, həm yol boyunca, həm də Məkkə və Mədinənin giriş qapılarında ciddi şəkildə yoxlanılırdılar ki, “sızma” olmasın.

Ancaq bütün bunlara rəğmən 1503-cü ildən etibarən XX əsrin əvvəliə qədər 25 avropalının fərqli qılıqlarda Məkkə və Mədinəyə giriş etdiyi, hətta bəzilərinin həcc ibadətini belə yetinə gətirərək dönüşdə təəssüratlarını qələmə aldığı bilinir.

Əldə olan rəsmi qeydlərə görə Məkkəyə girməyə bacaran ilk qeyri-müsəlman XV əsrdə yaşayan Ludoviko di Vartema adlı italyandır. Vasko de Qama və Leonardo de Vinçinin müasiri olan Vartema 1465-ci ildə dünyaya gəlmişdi. Həyatının ilk dövrləri haqqında çox bilinməsə də, səyahət və məcarə sevən Renessans adamı olduğu bilinir. Çıxdığı uzun səfərdən qayıdanda qələmə aldığı xatirələrinin girişində “Bir gözün gördüyünün 10 qulağın söylədiyindən daha dəyərli” olduğunu ifadə etməsi də buna işarədir. Onun səyahət qeydləri Avropada çox oxunan klassikalardandır.

1500-cü ildə Venesiyadan dənizə açılan Vartemanın ilk dayanacağı bugünkü Misirin İsgəndəriyyə şəhəri oldu. Oradan Qahirəyə, qısa fasilədən sonra dəniz yoluyla Beyruta, quru yoluyla Şama gəlib çatdı. Ərəb dili marağını çəkincə bu dili öyrənmək üçün 2 il Şamda yaşadı. 8 aprel 1503-cü ildə suriyalı zəvvar qılığına girib Məkkəyə gedən karvanla yola çıxdı.

O dövrdə Məkkəyə səyahət etmək olduqca çətin və riskli idi. Yolda qarşıya çıxan soyğunçulardan qızmar günəşin altında getməyin sağlamlıq baxımından yaratdığı təhlükələrə qədər bir çox problem vardı. Yolda bir neçə zəvvar namizədinin vəfatına şahid olan Vartema nəhayət Məkkəyə çatdı. Şəhərin mürəkkəbliyi, mədəni müxtəlifliyi, qələbəliyi və bazarlarındakı kakofoniyası gənc italyanın ağlını başından aldı. “Məkkədə qaldığım 20 gün içində gördüyüm şəkildə bu qədər çox insanın eyni nöqtəyə toplaşdığını ömrüm boyunca heç görməmişdim.”

Vartema zəvvar ibadətinin ayrıntılarını və Məkkənin təsvirini bir avropalı dilində yazan ilk xarici idi. Kəbədən və örtüyündən başlayaraq digər təvafı və digər prosesləri diqqətlə qeyd etmişdi. Həcarül-Əsvadı öpmə mərasiminə qatılan və zəmzəm quyusuna enib dəstəmaz alan Vartema o dövrdə Avropada bir əfsanə halına gələn “Məhəmmədin qəbri Məkkədə havada durmaqdadır” iddiasını yalanlamışdı.

Həcc və Ümrə ibadətinin bütün tələblərini yerinə gətirən Vartema 20-ci günün sonunda cənuba gedən karvana daxil oldu. Hind okeanının sahilindəki Aden şəhərində “Portuqalların casusu” olduğu ittihamı ilə həbsə atıldı, amma qısa müddət sonra sərbəst buraxılaraq Yəmən içində azad gəzmək haqqı qazandı. Vartema həm də Yəmən içlərini ziyarətini edən ilk avropalı oldu.

Ərəb yarımadasından sonra Uzaq Şərqə uzanan səyahətindən bənzərsiz təcrübələr qazanan Vartema Avropaya qayıdıb 1517-ci ildə Romada dünyasını dəyişdi.

Vartemadan 170 il sonra Cozef Pitts adlı bir ingilisin yolu Məkkəyə düşdü. Amma o, Vartema kimi Şərqin ekzotik zövqlərinə maraq göstərən məcarəçi deyildi. Pitts savaş əsiri idi və tək istəyi evinə qayıda bilmək idi.

Gənc dənizçi olaraq Aralıq dənizində səyahət edən gəmidə işləməyə başlayan Pitts Əlcəzair sahillərində gəmiyə basqın edən bərbərilərə əsir düşəndə 17 yaşı vardı. Əsirlərin paylanması nəticəsində əlcazairli əsgərin payına düşən Pittsin həyatı qeyri-adi şəkildə dəyişdi. Sahibinin özünə çox yaxşı davranması ilə müsəlmanlığı seçən Pitts 1680-ci ildə əlcəzairli əsgər və ailəsinə Həcc səyahətində yoldaşlıq etdi. Vartemadan fərqli olaraq Məkkədən heç təsirlənməyən Pitts gördüklərini “adi” olaraq şərh etmişdi. Yenə də ibadət üsullarına dair qeydləri Vartemanın qeydləri ilə eyni idi.

Məkkədən sonra Mədinəni və peyğəmbətin qəbrini də ziyarət etdi. Yolda özü kimi əsir düşmüş irlandiyalı ilə qarşılaşan Pitts onun hekayəsini dinlədi. İrlandiyalı uşaq ikən müsəlmanlara əsir düşmüş, müsəlman kimi böyüdülmüşdü. Daha sonra xristianların əlinə düşmüş, kölələşdirilmişdi. Nəhayət onlardan qaçaraq yenidən müsəlmanlara sığınan irlandiyalı Allaha həmd etmək üçün Həcc yolunda idi.

Pitts əlcəzairli sahiblərindən qaçaraq Avropaya qayıtdı. Qələmə aldığı xatirələrində İslamı zorla mənimsədiyini qeud edən Pitts avropalılar arasında nüfuz qazana bilmək üçün kitabında müsəlmanlarla bağlı çox sayda önyarğıya və kinayəyə yer verdi.

Pittsdən 127 il sonra bu dəfə sirrli ispan Məkkə qapılarında peyda oldu: Dominqo Badiya Leblix. 1766-cı ildə bugünkü İspaniyanın Barselona şəhərində dünyaya gələn Leblix gənc yaşında ərəb dili ilə maraqlanaraq Şimali Afrikaya köçdü. Məğrib bölgəsinin müxtəlif şəhərlərində ərəb dilini inkişaf etdirdikdən sonra 1803-cü ildə etibarən özünü “Əli Bəy əl-Abbasi” şəklində tanıtmağa başladı. İddiasına görə soyu Abbasi xəlifələrindən Harun Rəşiddən gəlirdi. Şimali Afrikadan şərqə doğru səyahətlərə başlayan Əli Bəy Mərakeşdən Qahirəyə qədər olan bütün coğrafiyanı addım-addım dolaşdı.

Əli Bəyin Qahirədən daxil olduğu Həcc karvanı Məkkəyə yetişəndə tarix 23 yanvar 1807-ci ili göstərirdi. Şəhərin memarlığı, təmizliyi Əli Bəyə təsir etmişdi. Məkkədə keçirdiyi zaman içində Abbasilərlə qohumluğunu əl altından yayan Əli Bəy bu sayədə şəhər xalqının sayğı və sevgisini qazandı. Hətta Kəbənin təmizlənməsi və ətirlənməsi mərasiminə də qatıldı. Kəbənin içinə şəxsən girdi. Kəbə ilə bağlı təəssüratları heyrətamiz idi: “Biz avropalıların gözləntilərinin əskinə Allahın evinin içi olduqca sadə idi. Çıraqlar və yağ lampaları ilə bəzədilmişdi. Başdan-ayağa qaraya bürünmüşdü və çox təvazökar idi.”

Əli Bəy sadəcə maraqlı səyyah və ya məcarəçi deyildi. Fransada Napoleon Bonapart höküməti onu çoxdan kəşf etmiş və özəl missiya vermişdi. Orta Şərq və Ərəb yarımadasına etdiyi səyahəti daha sonra qələmə alan Əli Bəy bölgədəki siyasi durumla bağlı uzun və detallı hesabatı da Fransa administrasiyasına təqdim etmişdi. İspaniyaya qayıtdıqdan sonra əvvəl Kordova, sonra isə Sevilya valisi təyin olunan Əli Bəyin şansı fransızların İspaniyadan qovulması ilə tərsinə döndü. Fransaya qaçmalı olan Əli Bəy daha sonra yeni casusluq missiyası üçün Yaxın Şərqə qayıtdı. Özü üçün yeni zadəgan hekayəsi uyduran Əli Bəy 1818-ci ildə Hələbdə dünyasını dəyişdi. Onun şəxsiyyəti aşkarlanmış və sui-qəsdə qurban getmişdi.

Məkkə səyahətini 1830-cu ildə kitab şəklində nəşr edən italyan Covanni Finati karyerasına 18 yaşında əsgər olaraq başladı. Napoleon ordusunda vəzifəsini yerinə yetirərkən İtaliyanın işğalına qatılmamaq üçün firar edən Finati qaçaqlara verilən ölüm cəzasının bağışlanması ilə yenidən orduya qatıldı. Qaradağlılarla savaşmaq üçün Albaniyaya göndərilən birliklərin içində yer alan Finati təkrar firar etdi. Müsəlman alban qılığında Osmanlı ordusuna qatılıb karxanalarda işləməyə başlayan Finati məcarə axtaran ruhunu dindirə bilmək üçün Albaniyadan Misir valisi Mehmet Əli Paşaya dəstək üçün göndərilən orduya daxil oldu. Finati 1811-ci ildə Misirdə idi.

Bölgə tarixinin ən qarmaqarışıq zamanlarından birində Orta Şərqin göbəyində olan Finati ard-arda davam edən savaşlardan tapdığı fürsətdə Məkkəni ziyarət etdi. Həcc mövsümü idi və Məkkə olduqca qələbəlik idi. Finatinin daha sonra qələmə aldığı təəssüratlardan şəhərdən çox təsirlənmədiyi aydınlaşır.

Finati ilə eyni il 1811-ci ildə Məkkə daha bir avropalı səyyahı qarşıladı. Bugün İordaniya torpaqlarında yer alan Petranı kəşf edərək tarixə keçən isveçrəli səyyah və oriyentalist İohann Lüdviq Burkhardt. 1784-cü ildə İsveçrənin Luzanna şəhərində dünyaya gəldi. Leypziq, Göttingen və Kembricdəki təhsillərinin ardınca kəşf etmək üzrə Afrikaya getməyə qərar verdi. 1809-cu ildə Hələbə köçən Burkhardt ərəb dilini və İslama dair bilgisini mükəmməl hala gətirdikdən sonra Petra daxil olmaq üzrə kəşflər etdiyi Orta Şərq turuna çıxdı. Liviyanın Fezzan bölgəsinə gedəcək bir karvana qatılmaq üzrə Qahirədə gözləyərkən gecikmə ucbatından Nilin cənubuna endi. Qırmızı dəniz üzərindən Ciddəyə keçərək “Şeyx İbrahin bin Abdullah əl-Mehdi” ləqəbi ilə müsəlman qılığında Məkkəni ziyarət etdi.


Özündən əvvəlki səyyahların əksinə Məkkədə olduqca uzun müddət (3 ay) iqamət edən Burkhardt təəssüratlarını detallı şəkildə qələmə aldı. Onun Kəbəyə, ibadət üsullarına, Məkkə xalqının gündəlik həyatına, mədəni ünsürlərə və şəhərin fiziki quruluşuna bağlı təəssüratları özündən sonrakı bütün səyyahlara mənbə oldu. Hazırladığı Məkkə xəritələri günümüzdə hələ ciddi mənbə olaraq qəbul edilir. 3 ay sonra Mədinəni də ziyarət edən Burkhardt burada da yenə uzun müddət qaldı. Mədinə üçün də Məkkədə etdiyi kimi detallı təsvirlər və xatirələr qələmə aldı, daha sonra səyahətini tamamlayaraq Qahirəyə qayıtdı.

Burkhardt 15 oktyabr 1817-ci ildə Qahirədə dünyasını dəyişəndə 33 yaşı vardı. Ölümünə qədər ərəb və müsəlman kimi yaşayan, ənənəvi ərəb qiyafətləri geyinən Burkhardtın məzarı Qahirədəki müsəlman məzarlığındadır. Özünün bu mövzuda açıq bəyanı olmasa da, İslamı səmimi şəkildə mənimsədiyi düşünülür.

Bütün zamanlar içində Məkkəni ziyarət edən ən məşhur xarici ingilis ser Riçard Frensis Bertondur. Uşaqlığından etibarən dillərə meyli olan Berton 18 yaşına gəlmədən ən azı 5 dili mükəmməl şəkildə danışmağa başladı. Ərəb dili də onlardan biri idi. Özünü krallığın coğrafiya icmasına qəbul etdirmək istəyən Berton Məkkəyə getməyi planladığını bildirib maliyyələşdirilməsini tələb etdi. İcma rəhbərliyi həyəcanlı gəncin bu çətin işi bacara biləcəyindən əmin deyildi, amma yenə də özünə bir şans verdilər.

Müsəlman dünyanın mərkəzinə səyahət üçün bütün hazırlıqlarını tamamlayan (sünnət belə olan) Berton 32 yaşında artıq yola çıxmaq üçün hazır idi. İrlandiyalı atanın oğlu olmasına rəğmən tünd rəngli dəriyə sahib olması işini asanlaşdırmışdı. Özünə tapdığı yeni kimliyə o, artıq Riçard Berton deyildi. Hindistanda doğulan Abdulla adlı əfqan taciri idi.

1853-cü ildə Misir üzərindən qatıldığı Həcc qafiləsi ilə yola çıxdıqdan sonea Qırmızı dənizdəki Yenbu limanında sahilə çıxdı. Təhlükəli səyahətin ardınca Məkkəyə gəlib çatan Berton Həccin bütün tələblərini böyük ustalıqla yerinə gətirdi. Günlər boyunca özünə hər hansı şübhəli baxış yönəlmədi. Həcc günləri sona çatdıqdan sonra Berton Məkkədən həmən ayrılmadı. Beynində etmək istədiyi bir iş vardı: Kəbənin içinə girəcəkdi.

Məkkəni ziyarət etmək kimi çətin işin öhdəsindən gələn Berton üçün Kəbənin içinə girmə ehtimalı sıfıra yaxın idi. Amma o, vaz keçmədi. Məkkədə dost olduğu bir gəncin yardımı ilə Kəbənin içinə girməyi və orada 2 rükət namaz qılmağı da bacardı. Berton Məkkədən sonra getdiyi Mədinədə də bir ay qalaraq həm şəhərin içini, həm də çevrəsindəki bölgələri gəzib qeydə aldı.

İngiltərəyə qayıdıb təəssüratlarını “Məkkə və Mədinəyə həcc ziyarəti” adıyla 3 cilddə kitablaşdırdı.İfadələrində zaman-zaman Burkhardtın təsvirlərindən də istifadə edən Bertonun Məkkkə və Mədinə haqqında yazdıqları Qərb dünyasının Ərəbistana dair qavrayışının şəkillənməsində böyük rol oynamışdı.

XIX əsrdə Məkkəni ziyarət son avropalı holland akademik və yazıçı Snuk Hyurqronye idi. 1857-ci ildə protestant keşişin oğlu olaraq dünyaya gələn Hyurqronye Leyden universitetində Şərqiyyət təhsili aldı. 1880-ci ildə müəllimi Mixayel Yan de Quenin yönləndirməsi ilə “İslamda Həccin önəmi və Həccin tarixi” mövzusunda doktorantura oxudu. Doktoranturanı bitirməyin ardınca İndoneziyaya göndəriləcək müstəmləkə məmurlarına dil və mədəniyyət dərsləri verdi. 1884-cü ildə yenə müəllimlərinin işarəti ilə Ciddəyə gedərək 5 ay qaldı. Ərəbistanda daha uzun müddət yaşaya bilmək və həcci müşahidə edə bilmək üçün rəsmən İslamı qəbul edərək “Əbdülqəffar” adını aldı. O dövrdə Hicaz valisi olan Osman Nuri Paşaya yanında gətirdiyi fotoaparatı hədiyyə etməsi sayəsində paşadan Məkkəyə giriş üçün yazılı icazə qoparmağı bacardı.

Həcc dövrü də daxil olmaqla 7 aylıq Məkkə iqaməti sırasında olduqca qiymətli müşahidələri oldu. Ölkəsinə qayıtdıqdan sonra təəssüratlarını və xatirələrini 2 cild halında nəşr etdi. 26 iyun 1936-cı ildəki ölümünə qədər Hollandiya hökümətinin əmrində müstəmləkələrdəki İslami həyat mövzusunda məsləhətlər verdi. Bir yandan da Leyden Universitetində ərəb dili professorluğu vəzifəsini idarə etdi. Hyurqronyenin müsəlmanlığı günümüzdə hələ mübahisəli mövzudur.

Buraya qədər hekayələri danışılan bütün avropalılar Məkkəyə ərəb geyimi və müsəlman qılığında girmişdilər. Məkkəyə Avropa geyimi və mədəni elementləri ilə girən ilk avropalı Herman Biknell idi. Ərəb və fars dilinə ana dili səviyyəsində hakim olan Biknell 1862-ci ildə İslamı seçdiyi Qahirədən Məkkəyə keçərək Həcc vəzifəsini yerinə yetirdi. Ədəbiyyata Hafizin şeirlərini ingilis dilinə çevirən adam olaraq keçən Biknell Həcc səyahətinə aid hər hansı bir yazılı əsər buraxmamışdı.

XX əsrdən etibarən Məkkəni ziyarət edən avropalılar İslamı seçən adlar olmuşdular. Həcc ibadətini yerinə yetirən ilk avropalı qadın kimi tarixə keçən, “Zeynəb” adını alan Ledi Evelin Kobbold və “Məkkəyə gedən yol” əsərində İslamla tanışlığını yazan, “Məhəmməd Əsəd” adını alan Leopold Vays ən məşhurlarıdır.

0 comments :

Post a Comment