Friday 16 March 2018

Alma qoxusu ilə gələn soyqırım



16 mart 1988-ci il.

İraq müharibə təyyarələri Hələbcəni bombaladılar. Ortalığa kəskin alma qoxusu yayıldı. Uşaqlar qoxuya doğru qaçdılar. Son sözləri “Daye behna seva te” yəni “ana, alma qoxusu gəlir” oldu. Sonra da bir-bir öldülər.

Səddam Hüseynin rəhbərliyindəki İraq 1980-ci illərin ortalarında bir yandan İranla savaşarkən, digər yandan da kürd üsyançıları ilə mübarizə aparırdı. Məsud Bərzani liderliyindəki “Kürdüstan Demokrat Partiyası” ilə Cəlal Tələbani liderliyindəki “Kürdüstan Vətənpərvərlər Birliyi” Səddam Hüseyn rəhbərliyinə qarşı idilər. 2 rəqib təşkilatın “Kürdüstani-Cəbhə” adı altında birləşməsi və Süleymaniyə çevrəsini nəzarət altına almağa başlaması Səddam Hüseyni əsəbiləşdirdi.


“KİMYAGƏR ƏLİ” İŞ BAŞINDA

Öncə əmisi oğlu Həsən Əli Məcidi (kimyəvi hücumları, əməliyyatları idarə etdiyi üçün “Kimyagər Əli” olaraq tanındı) BƏƏS partiyasının Şimal bürosu (kürdlərin yaşadığı bölgə) birinci katib olaraq təyin etdi. 27 mart 1987-ci ildə Məcidə şimaldakı bütün dövlət orqanlarını idarə etmək salahiyyəti verdi. Səddam Hüseyn və Məcid “kürd problemindən sonsuza qədər qurtulmaq” üçün “Ənfal” adını verdiyi ölkə tarxinin ən qanlı əməliyyatına girişdilər. Quru hərəkatları, havadan bombalamalar, məskunlaşma yerlərinin sistematik şəkildə yıxılması, toplu məcburi köçlər, edam manqaları və kimyəvi hücumlar Ənfal əməliyyatının başlıca üsulları idi.

Kimyəvi bombalardan ilk olaraq Balisan vadisində istifadə edildi. Bu hücumda neçə nəfərin öldüyü hələ tam bilinmir. Balisanı Şanexşe kəndi təqib etdi. Rejim gücləri burada toplanan Tələbaniyə bağlı güclərə və ailələrə hücum etdi. 28 insan öldü, 3000 insan yaralandı. Kimyəvi hücumların 3-cü və ən böyüyü isə Hələbcədə həyata keçirildi.


HƏLƏBCƏ SOYQIRIMI

İraq Kürdüstanının İran sərhədinə çox yaxın qəsəbəsi Hələbcədə təxminən 76 min adam yaşayırdı. Yuxarısında, İran sərhədinə olduqca yaxın Hurmal qəsəbəsi vardı. Hər iki yerləşim mərkəzi də İraq üçün strateji önəmə sahibdir.

İran-İraq savaşı bütün şiddəti ilə davam edərkən 1988-ci ilin martın 5-də İran ordusu “Zəfər-7” adı ilə İraqın içlərinə doğru təərrüz başlatdı. Cəlal Tələbaniyə bağlı güclər də İran əsgərləri ilə birlikdə hərəkət edirdi. İran ordusu və Tələbaninin peşmərgələri Hələbcəni keçərək gecə qayıqlarla Dərbəndikan gölünün cənubuna çıxdı və Süleymaniyə quru yolunu tutdular.

Bütün rabitə xətləri kəsilmişdi və bölgənin İraqla bağı qopmuşdu. Bu bölgədə 4 min İraq əsgəri də vardı. İran ordusunun bu qədər yaxınlaşması və bölgənin kürdlərin nəzarətinə girməsi BƏƏS rejimində panika yaratdı. Səddam Hüseyn İran ordusunun irəliləməsini durdurmaq üçün Məcidə bir daha kimyəvi hücum əmri verdi.

Məcidin komandirlik etdiyi İraq birlikləri 16 martda Ənfalın ən amansız hücumu üçün düyməyə basdı. Öncə hava bombardmanı, ardınca topçu atışı başladı. Ancaq Hələbcə sakinləri çox qorxmadılar. Hücumu illərdir davam edən müharibə səbəbi ilə artıq həyatlarının bir parçası olaraq qavradılar. Evlərinə və sığınacaqlarına girdilər. Ancaq İraq ordusunun taktikasından xəbərdar deyildilər.  

İraq ordusu öncə bölgəni şərti silahlarla bombalayaraq şüşələrin qırılmasını təmin etdi. Bununla 2-ci hərəkatın önünü açdı. Sonra da kimyəvi bombalar dövrəyə girdi. Şüşələr qırıldığı üçün içəri qaçanlar da zəhərli xilas olmadılar.

2-ci bombardman başladığında ortaya kəsif qoxu yayıldı. Həyatda qalanlarının çoxunun “alma qoxusu” dediyi qoxuya heç kim anlam verə bilmədi. Verəcək zaman da qalmadı zatən. Qoxunu burun yollarında hiss edənlər bir-bir ölməyə başladılar. Həm insanlar, həm heyvanlar...

Bombardmanda xardal, zarin və VX kimi qazlar ehtiva edən bombalardan istifadə edilmişdi. Qazı nəfəs alanların dərisi yanmağa başladı, nəfəs sistemləri çökdü. Kimi evinin qapısının ağzında, kimi bağçasında, kimi divar dibində, kimi isə “xilas olaram” ümidi ilə qaçdığı dağ yolunda ölümə yaxalandı.

17 marta qədər aralıqlarla davam edən hücumlarda ölənlərin sayı hələ belə dəqiq deyil. Bir çox kəsiminin qəbul etdiyi ortaq nəticə çoxu qadın və uşaq ən az 5 min adamın öldüyü, 14 min 765 adamın yaralandığıdır. Ancaq müharibədən sonra qəsəbəyə gedən xarici müşahidəçilər sayın daha çox olduğu fikrindədirlər.

BƏƏS rejimi yıxıldıqdan sonra Səddam Hüseyn və Həsən Əli Məcid Ənfal qətliamdan ittiham olundular. Bu sırada Düceyil qətliamından ötrü ölüm cəzasına çarpdırılan Səddam Hüseyn asılaraq edam edildi. Məcid isə “İnsanlığa qarşı günah işlətmək və soyqırım” cinayətlərindən 24 iyun 2007-ci ildə ölüm cəzasına məhkum edildi. Məcid 2010-cu ildə yanvarın 25-də edam edildi. Məcidin imza qərarının imzalandığı qələm və asıldığı ip Hələbcədə muzeydə sərgilənir.


ŞAHİDLƏR DANIŞIR

Hücumda yaralananlara ilk olaraq İran ordusu kömək etdi. Yaralıları öz ölkələrinə götürərək müalicə etdilər. Bunlardan biri də o vaxt 14 yaşında olan Ümid Əli Rəşiddir.

Anasını 1974-cü ildə rejim güclərinin həyata keçirdiyi hava hücumunda itirən Ümid Əli Rəşid kimyəvi hücumdan həmən sonra ailəsi ilə birlikdə sığınacağa qaçmışdı. Xardal qazına məruz qaldıqlarını anladıqlarında artıq çox gec idi. Ümid hücumda ögey anası və 4 bacı-qardaşını itirmişdi. Ağır yaralı halda İrana götürülən Ümid öldü sanılaraq kəfənə sarılmışdı.

Şans əsəri həyatda qaldığını danışan Ümid Əli Rəşid danışır: “Məni İrana götürdülər. Durumum çox pis idi. Mənə verdikləri serumu çıxardıb içdim və qanama keçirdim. Bunun üzərinə məni  başqa xəstəxanaya sövq etdilər. Burada ölənlər olurdu. Mən də huşumu itirmişdim, öldü sanıb kəfənləmişdilər. Məzarlığa götürülmədən həmən öncə özümə gəldim.”  Bir kampa yerləşdirilən Ümid 6 ay sonra atası tərəfindən tapılıb Hələbcəyə gətirilmişdi.

Öz kəndində sığınacaq olmadığı üçün uşaqları ilə birlikdə Hələbcəyə qaçan Süheyla Məhəmməd Səid burada kimyəvi hücuma yaxalanmışdı. 5 gün sığınacaqda qalan Səid ailəsi birlikdə qaçmağa qərar vermişdi. Qaçarkən yol boyunca hücumlara şahid olmuşdu. Kimyəvi bombalar sığındıqları bir kənddə onu və ailəsini tapmışdı. Anında gözlərini itirən Səid yaralıların və ölülərin arasında 2 gün boyunca yardım gözləmiş, gözləyərkən də 5 uşağını bir-bir itirmişdi.

Səid “Oradaykən atam bir oğlumun öldüyünü söylədi. Bunu eşidincə daha pisləşdim. Digərləri ölməsin deyə dua etdim. Böyük qızım sol tərəfimdə oturmuş, kiçik qızım onun kürəyindəydi. Şəhadət gətirdi və “Ana, mən də ölürəm” dedi və son nəfəsini verdi. Bir şey edəcək gücüm qalmamışdı. Digər qız da eyni orada öldü. 5 uşağım orada öldü. O gün məhşər günü idi sadəcə, mən də şanssız idim, ölmədim” deyə danışır.

Məhəmməd Səid uşaqlarının əşyalarını hələ saxlayır. Qızlarının çantaları, oğlanlarının ölmədən bir 
gün öncə aldıqları qələmlər Səidin ən dəyərli varlıqlarıdır. Səid 26 ildir qara geyinir.

Hücumdan illər sora hələbcəlilər səslərini eşitdirmək üçün “Hələbcə qurbanları dərnəyi”ni qurdular. Dərbəyin başqanı Loğman Əbdülqədir də kimyəvi hücum qurbanıdır. 24 qohumunu itirmişdi. O da İran əsgərləri tərəfindən xilas edilmişdi. İranın vəhşəti dünyaya göstərmək üçün Almaniyaya göndərdiyi 50 şəxs arasında idi. Müalicədən sonra ailəsini tapmaq üçün İrana gedən Əbdülqədir gerçəyi burada öyrənmişdi. “Ailəmin şəhid düşdüyünü bilmədiyim üçün İrana qayıtdım və təəssüf ki, şəhid olduqlarını öyrəndim” deyir.

Hücumda Hələbcənin içində ölənlər arasında peşmərgələr və İran əsgərləri də vardıı. Ancaq bu itkilərin sayı heç bir zaman açıqlanmadı. Bu hücum İran ilə birlikdə İraqa qarşı savaşan kürdlərin müqavimətini qırdı. Peşmərgələr bir gün daha dirəndikdən sonra geri çəkildilər. 19 avqust 1988-ci ildə İraq və İran atəşkəs anlaşması imzaladı. İraq ordusu atəşkəsdən 5 gün sonra Hələbcəni geri aldı.


HƏLƏBCƏ SADƏCƏ SOYQIRIMDIR

Ənfalın tamamımdakı itki sayının 182 min olduğu sanılır. Hələbcə isə Ənfalın sadəcə bir parçası idi. Ancaq bir dəfədə bu qədər çox insanın ölməsi səbəbi ilə Ənfalın ən acı kəsimi olaraq tarix səhifəərində yer aldı.

1 mart 2010-cu ildə İraq Ali Məhkəməsi Hələbcə qətliamını soyqırımı olaraq tanıdı. Bəzi Avropa ölkələri də oxşar qərarlar aldı. Son illərdə isə Baas rejiminə silah satan ölkə və şirkətlər əleyhinə də dava açılır. Kürd rəhbərliyi də Ənfaldan dolayı mərkəzi hökümətdən təzminat tələb edir.  

0 comments :

Post a Comment