Saturday 9 September 2017

Qırmızı paltolu balaca qız


Stiven Spilberqin 7 Oskarlı əfsanəvi filmi “Schindler’s List” tamamilə ağ-qara olmasına rəğmən filmdə tək rəngli görüntü olan qırmızı paltolu balaca qızdır.

İl 1993. Ceykob adlı gənc anasına zəng vurur və ona Krakovda keçiriləcək “Şindlerin siyahısı”nın qalasına dəvət edir. Keçmişin izlərini hələ ürəyində daşıyan qadın əslində Holokost ilə bağlı bütün xatirələrini keçmişə gömmüşdür. Amma oğlunu qırmamaq üçün qalaya getməyə qərar verir. Filmi ilk sıralardan izləyərkən qırmızı paltolu balaca qızı gördüyündə donub qalır və “Bu mənəm! O qırmızı paltolu balaca qız mənəm!” deyə qışqırır. Filmin anlatdığı tarixdə o da anasıyla birgə həbs düşərgəsində idi və üzərində həmişə nənəsinin tikdiyi qırmızı palto vardı. Qadın bu filmiylə birgə unutmağa çalışdığı dönəmə, 50 il öncəsinə gedir və bütün acı xatirələri yenidən gözlərinin önündə canlanır. Keçmişi ilə üzləşmək vaxtı gəlmişdir.

Bu hadisədən 2 il sonra 1995-ci ildə Stiven Spilberqin qarşısına çıxaraq rejissora böyük sürpriz etdi. Halbuki Spilberq ailəsinin faciəvi hekayəsindən təsirlənərək filmində yer verdiyi bu qızın nə adını, nə də aqibətini bilirdi. Sürpriz görüş Spilberqin "Almaniya ləyaqət nişanı” almaq üçün getdiyi Berlində meydana gəlir. Almaniya prezidenti Roman Hersoqun Spilberqin şərəfinə verdiyi yemək əsnasında Roma Lidovska əlindəki saralmış ağ-qara fotoyla məşhur rejissora ürkək addımlarla yaxınlaşır və Spilberq gözlərinə inana bilməz. Filmində ölən balaca qız qarşısında dururdu. Həmən sual fəslinə girişdi: Harada yaşayır, nə edir Roma Lidovska? Roma Lidovska berlinli rəssamdır və yaşadığı acıları tabloya axıdırdı. Rəsm tənqidçilər tərəfindən “yaşayan ən yaxşı yəhudi rəssamlardan biri” olaraq tanınırdı.



Kino aktyoru Yan Biçiskiy ilə evlənmişdi. Oğlu Ceykob multimedia mütəxəssisi olaraq çalışırdı. Rejossuru gözləyən digər bir sürpriz isə Roma Lidovskanın məşhur “The Pianist” filminin rejissoru Roman Polanskinin kuzeni olmasıydır. Roman Polanskinin əsl soyadı Liblinqdir. Amma ailəsi müharibə əsnasında adlarını dəyişdirmişdir. Bu tanışlıq həyatında artıq dönüş nöqtəsi olur, çünki yaşadıqlarını bioqrafiyaya tökməyə qərar verir. 2000-ci ildə çıxan kitab rekord qıraraq çox satılanlar arasına girir və 25 dilə tərcümə edilir.


Spilberq ssenarini hazırlayarkən qızın ailəsinin hekayəsini çox yaxşı araşdırmışdı. Qızın adını bilməməklə birgə Krakovda ziyalı ailənin uşağı olaraq müharibənin partlaq verməsindən bir il öncə dünyaya gəldiyini öyrənmişdi. Öncə işğal, ardınca sürgün illəri gəlməsəydi, çox yaxşı həyat sürəcəkləri bəlli idi. Nasist məzalimi əsnasında Auşvits hərb düşərgəsində evlənən xalası öncə ərinin gözləri önündə asılmasına şahid olmuş, sonra da vəhşicə öldürülmüşdü. Roma ilə anası və digər ailə üzvləri isə möcüzə əsəri xilas olmağı bacarmışdılar.

Almaniyada sinaqoqlar yanarkən və yəhudi dükanlar talan olunarkən Teofila Liblinq Krakovda qələbəlik və rifah içində yaşayan yəhudi ailənin fərdi olaraq 13 noyabr 1938-ci ildə Romanı dünyaya gətirir.


Doğumundan bir il sonra İkinci Dünya Müharibəsi başlayır və bütün yəhudilərin kökünü qazımağa qərar verən Hitler Polşanı işğal edir. 1941-ci ildə anası, atası və nənəsi ilə birlikdə məşhur Krakov gettosuna qapadılır. Artıq o gündən sonra milyonlarla yəhudini gözləyən tək şey ölümdür. İlk illəri qorxu içində keçir, çünki Krakov gettosunda şərtlər çox çətindir; aclıq, soyuq, bir otaqda 15-ə qədər insanın qalması, bərbad gigiyenik yaşayış vəziyyətlərindən dolayı insanlara bulaşıcı xəstəliklərin keçməsi, uşaq-yaşlı demədən hər kəsin ən kiçik bəhanəylə gözlərini qırpmadan SS-lər tərəfindən öldürülməsi...Məsələn, gözləri önündə qurşuna düzülən və heç vaxt unuda bilməyəcəyi dostu Stefus kimi (aşağıdakı foto 1943-cü ildə Krakov gettosunda çəkilmişdir. Tsvi Nissbaum adlı bu uşağın qorxu dolu baxışlı fotosu bütün dünyada əks-səda oyandırmışdı.)


Nənəsi (eyni zamanda Roman Polanskinin də nənəsi) balaca qıza gettoda məşhur qırmızı paltosunu tikir və qız müharibə bitənə qədər bir daha o paltonu çıxartmaz....

“İşə yaramaz” olaraq dəyərləndirilən yaşlıların və uşaqların həyatda qalmaq üçün çox şansları yoxdur. Qısa müddət sonra nənəsi də nasist həbs düşərgəsində qaz otağında öldürülür. Balaca qız və anası möcüzəvi şəkildə həbs düşərgəsinə götürülməkdən xilas olur. 1943-cü ildən sonra davamlı olaraq çamadanlar əllərində oradan-oraya qaçırılan Romanın ari irqinə bənzədilərək saçları artıq sarıya boyanmış və saxta pasportla soyadı Lidovskaya dəyişdirilmişdi. Bir çox insan onun həyatda həyatda qalması üçün özünü fəda etmişdi. Məsələn, Krakovda yaşayan polşalı Kirnikova ailəsi kimi. Roma davamlı olaraq tutulmaq qorxusu isə müharibə bitənə qədər oyuncaqsız, dostsuz və müxtəlif evlərin zirzəmilərində və ya evin ən qaranlıq və gizli otaqlarında anasıyla birgə nasist cəhənnəmindən xilas olmağı bacarır. Atası Devid Liblinq Auşvits həbs düşərgəsindən xilas olur, amma müharibədən beyin qansızmasından vəfat edir.

Roma müharibədən sonra bəlkə artıq fiziki azaddır, amma zehni olaraq yaşadığı travmalardan xilas ola bilməmişdi. Müharibənin izlərini hələ ürəyində daşıyan balaca qız normal gəzə bilmir, velosipedə minə bilmir, özünü xəstə və şikəst hiss edir və qorxudan davamlı səssiz danışırdı. Yəni, müharibənin terroru müharibədən sonra da sürürdü...

Roma illər sonra təkrar kuzeni Roman Polanski ilə Krakovda bir araya gəlir və onunla birlikdə girdiyi sənətçi ortamında rəssamlıq bacarağını kəşf edir. 60-cı illərin ortasında aktyor olan 2-ci əri ilə tanış olur və Almaniyaya gəlir. Ceykob adında oğlu olur, amma 2-ci evliliyi də uzun sürmür və boşanır. Həyatını tək başına sürdürən Roma həm Berlində, həm də Krakovda yaşayır. Hələ rəsm çəkən Roma əlavə olaraq yazıçıdır və zaman-zaman da müxtəlif şəhərdə danışıq aparmaqdadır.


Bu arada Stiven Spilberqin də ailəsinin çox üzvü nasist həbs düşərgələrində öldürülmüşdü. Bu məlumatı illər sonra təsadüf əsəri öyrənmişdir. Bundan dolayı rekod qıran bu filmdən əldə etdiyi qazancların “qan pulu” səbəbiylə bir quruşuna toxunmamış və bağışlamışdır. Ayrıca filmin qəhrəmanı Oskar Şindlerin xilas etdiyi adlar arasında Rışard Horovist də vardı. Horovits qurtarılan ən balaca Şindler yəhudisidir və eyni zamanda Roman Polanski və Roma Liblinqinin uşaqlıq dostudur. Rışard Amerikada məşhur reklam fotoqrafı olaraq çalışmaqdadır.


Filmin son səhnəsində Stiven Spilberq real kadra-Oskar Şindlerin həyatını xilas etdiyi Şindler yəhudilərinin onun Qüdsdə olan məzarının ziyarətinə yer vermişdir. Aralarında Horovits və Oskar Şindlerin həyat yoldaşı Emiliya Şindler də vardı. Onu təkrar anmaq adına hərəsi məzarına bir daş buraxırlar. Roman Polanskinin anası da Auşvits həbs düşərgəsində öldürülmüşdü və özü Roma kimi 1943-cü ildən sonra (hələ 11 yaşındaykən) Romek Vilk adını alıb saxlanaraq xilas olmuşdu. O yaşına qədər yaşadığı qorxunc travmaların həddi-hesabı yoxdur. Roma ilə birlikdə Krakov gettosunda keçən uşaqlığının xatirələrini məşhur “The Pianist” filminə də köçürmüşdü.


Milyonlarla insanın bir-birindən qoparıldığını dönəm. Müharibənin ardından belə həyatları boyunca ailə üzvlərinin yoxluğu ilə travmalarla boğuşan müharibə qurbanları və sadəcə kimliklərindən dolayı vəhşicə öldürülən 6 milyon yəhudi...və aralarında tapılan təxminən 1,4 milyon öldürülən uşaq...

0 comments :

Post a Comment