Tuesday 1 August 2017

Nolanın unutduğu hindlilər və ya Dünkerkin əsl tarixi



Hindli əsgərlərin yardımı olmasaydı, yaponlar Hindistanı ələ keçirər və İrandakı almanlarla güclərini birləşdirmək imkanına sahib olardılar və bu, bütün dünyanın Almaniya-Yaponiya-İtaliya ittifaqının kontrolu altına girməsi anlamına gələ bilərdi.

Uinston Çörçill tərəfindən “möcüzə” olaraq qiymətləndirilən və kod adı “Dynamo Operation” olan Dünkerk təhliyəsi İkinci Dünya Müharibəsi sırasında Dünkerk limanında əsir qalan Britaniya Ekspedisiya Qüvvələrinin (BEF) və digər müttəfiq orduların əsgərlərinin 1940-ci il 26 may və 4 iyun tarixləri arasında Dünkerk limanından və sahillərindən İngiltərəyə təhliyəsi hərəkatıdır.

Təhliyə hərəkatının tez-tez “Dünkerk möcüzəsi” olaraq adlandırılması, hərəkat ilə xilas edilməsi gözlənilən əsgər sayının 30.000 ilə 45.000 arasında ikən 26 may və 3 iyun tarixləri arasında 300.000-dən artıq əsgərin liman şəhərindən təhliyə edilməsidir.

Donanmaya adi yüzlərlə dəniz vasitəsindən əlavə yüzlərlə sivil gəmi də təhliyə hərəkatına qatılmışdı. 4 iyun günü hərəkat sona çatdığında təxminən 198.000 ingilis və 140.000 fransız və belçikalı xilas edilmişdi.

İkinci Dünya Müharibəsi ingilislərin ictimai yaddaşına qazınmışdı. Bugün qəhvə fincanları, ad günü kartları, ayaqaltıların üstündə-əslində hər yerdə-gördüyümüz “Keep Calm and Carry On”(Sakit ol və işinə davam et) sloqanı müharibə dövrünün ən tanınan sloqanlarından biri idi. Qəsəbələrdə hələ hər il İkinci Dünya Müharibəsi mövzulu mərasimlər təşkil olunur. 1940-cı illər mövzusunda parti və ballar universitet kampuslarında bu gün belə yayğın şəkildə reallaşdırılır.

Amma Britaniyanın bu müharibəyə dair “sevgisi” mövzunun qarmaqarışıqlığını görməyimizi əngəlləyir. Bütün müharibəni Britaniyanı “ayaqda qalan yeganə qala” olduğu pəncərəsindən oxumaq dünyanın bir çox yerində çəkilən acıları kiçiltmək riskini də doğurur. Müharibə, özəlliklə də Şərqdən baxıldığından bir millətin faşizmin devirişindən ziyadə 2 imperiyanın buynuzlarını toqquşdurması kimi görünürdü. “Şanlı ada”nın (Britaniya) tək başına almanları geri püskürtmə hekayəsi müharibənin müstəmləkəçi özəlliyini tamamilə heçə saymaq deməkdir. Halbuki koloniyalarda yaşayan minlərlə insan da bu müharibənin acılarını çəkmişdi.

Britaniya hər zaman koloniyalara ehtiyac duydu. Hindistan, Cənubi Asiya, Afrika və Karib dənizi. Koloniyalar imperiyanı əzələ gücü, xammal və vəsaitlərlə təmin etdilər. Amma əsl ehtiyac İkinci Dünya Müharibəsi sırasında yaşandı. Koloniyalardan təxminən 5 milyon adam əsgərə yazıldı. İkinci Dünya Müharibəsində sadəcə Britaniya savaşmadı, “Britaniya imperiyası” savaşdı.

Bu reallıq britaniyalı güney asiyalılar üçün sanılandan artığını ifadə edir. Britaniya xarici işlər nazirinin keçmiş müavini baronessa Səidə Hüseyn Varsi illər öncə atasının Pakistandan İngiltərəyə köçməsinin səbəbini 2 babasının da İkinci Dünya Müharibəsində Britaniya üçün savaşması olaraq açıqlayır.


Ancaq hər kəs Varsi qədər məlumatlı deyil. Nəsillər boyunca Birləşmiş Krallıqda bir çox uşaq İkinci Dünya Müharibəsi haqqqında tarix dərsləri aldı və heç bir zaman Asiya haqqında heç bir şey eşitmədilər. Cənubi asiyalılar böyük imperiyadakı rollarını təzə-təzə kəşf etməyə başladılar.

Dəyişikliyə dair işarələr də var. Kristofer Beyli, Tim Harper, Devid Olusoqa, Devid Killinqrey, Srinat Raqhavan kimi bir çox tarixçi müharibədə yer alan koloniya əsgərləri haqqında yazmağa başladılar. Londonda yer alan “müharibə muzeyi” yeni qalereyalar açaraq daha qlobal hekayəni əks etdirməyə çalışır. Bəzi müəllimlər isə siniflərdə daha geniş çərçivə cızmağa səy göstərirlər. Universitetlər beynəlxalq panoramano əks etdirmək mövzusunda daha uğurludurlar. Ancaq yenə də ingilislərin apardığın müharibənin bir imperiya mübarizəsi olduğu bir çoxlarının baxış bucağından qəribə məlumatdır.

İmperiyanın Avropanın yardımına qoşması da şübhəsiz sadəcə qəhrəmanlıq dastanı deyil. Asiya və Afrikadan bir çox gənc kişi məcburi olaraq orduya yazıldılar. Müharibə azadlıq üçün aparıldı, amma orduya qatılan hər kəs azadlıq üçün savaşmırdı. Müharibə dövründə yaşanan yoxsulluq Britaniyada böyük çətinliklərə yol açdı, Hindistanda isə kütləvi qıtlığa səbəb oldu. Çox zaman heç danışılmasa da, 1943-cü ildə təxminən 3 milyon benqallı qıtlıq səbəbi ilə həyatını itirdi. Qıtlıq müharibənin bir nəticəsi idi, amma Madusri Məkərcinin “Çörçillin gizli savaşı” adlı kitabında da yazdığı kimi imperiyanın çox əsgəri qarınlarını doydura bilmək üçün orduya yazılmışdı.

Müharibəyə dair hekayələr çox zaman tək tərəfli qalır. İmperiyanın müharibədəki rolu ancaq hər tərəfli ələ alınarsa, realist ola bilər. Ki. Bunun da həm qəhrəmanlıq hekayələrini, həm də müsləmləkəni ehtiva etməsi lazımdır.

“Dünkerk əfsanəsi” Britaniyanın tək başına dirənişini göstərir. Hekayə çox zaman Britaniyanın tarixini Avropanın tarixindən ayıranların əlində siyasi vasitə olaraq istifadə edildi. 2014-cü ildə keçirilən anket sorğuda iştirakçıların 59%-i Böyük Britaniya İmperiyasını qürur duyduqları fakt biçimi ilə ifadə etdilər. Bugünsə Birləşmiş Krallıqda həm müharibə, həm də imperiya qəsdən yanlış xatırlanır. Halbuki həm imperiyanı, həm də İkİnci Dünya Müharibəsini daha realist ələ almaq bugünün modern Britaniyasını anlamaq üçün lazımdır.


“Dünkerk təhliyəsi" hərəkatında İngiltərə krallıq ordusundakı hindli əsgərlər böyük rol oynamışdılar.

“Times of İndia”da yayımlanan bir yazıya görə bu əsgərlərin əksəriyyəti pəncəb müsəlmanları və bir azını da patanlardan ibarət idi. Foto almanlar tərəfindən əsir alınan və düşərgədə saxlanılan hindli birliyinə aiddir.


Bombeydən Fransaya gedən hindli əsgərlər yanlarında nəqliyyat vasitələrinin girməsinin mümkün olmadığı əraziləri keçə bilmək və ingilislər üçün gətirdikləri çox böyük  miqdarda vəsaitləri daşımaq üçün 2700 qatır gətirmişdiləri. Bu qatırların səs telləri almanların diqqətini çəkməmələri üçün cərrahi olaraq alınmışdı.

Hindli əsgərlərin və yanlarındakı qatırların göstərmiş olduqları xidmətlərə rəğmən ingilislər artıq yük olaraq gördükləri bu əsgərləri evə qayıdış səfərinə daxil etmək istəmədilər və onları Dünkerkdə buraxdılar.

Polkovnik Eşdaun kimi İngiltərə ordusunun rəhbərlik səviyyəsindəki bəzi zabitlər üstlərindən gələn əmrlərə uymayaraq hindli əsgərləri Dünkerk sahilinə gətirdisə, sonradan hərbi məhkəmədə hesabat vermək məcburiyyətində qalmışdılar.

Bir çox əsgər öz canlarını özlərini xilas etmək məcburiyyətində qaldı. Birliyini bombardmana məruz qalmaqdan xilas edən hindli zabit (Jemadar Maula Dad Khan) bu qəhrəmanlığından dolayı şərəf medalına layiq görülmüşdü.

Hindli əsgərlər Fransada, İraqda. Hon-Konqda, Yunanıstanda. İtaliyada, Eritreyada və fars torpaqlarında savaşmışdılar.

İkinci Dünya Müharibəsində 36 minin üzərində hindistanlı əsgər həyatını itirmişdi.

0 comments :

Post a Comment