Thursday 12 October 2017

İki təkər üstündə Sinqapura


Müharibələr əsgərlərin, silahların, texnologiyaların və cəsarətin toqquşması olduğu kimi beyinlərin də toqquşmasıdır. Buna görə də müharibə və şahmat bir-biri ilə əlaqələndirilir. Yenə də şahmatda oyun başlayarkən 2 tərəf də bərabər durumdadır. Müharibədə isə güclərin, mövqelərin və imkanların bərabər olduğu nadir görülür. Bu durum komandirləri yeni yollar axtarmağa, sınanmamışı sınamağa məcbur edir.

Yaponiya neft quyularının və dəniz yolunun güvənliyini təmin etmək adına Pörl Harbor, Hind adaları, Filippin, Malay və Sinqapura ani hücumlar planlamışdı. Malay və Sinqapuru işğal etmək vəzifəsi general Tomoyuki Yamaşitaya verildi. Yamaşita orduda ağıllı, itaətsiz və cəsuz olaraq tanınan və ən ön cəbhədə əsgərləri ilə birlikdə savaşa biləcək qədər gözü qara olduğu üçün də əsgərləri tərəfindən sevilən bir komandirdir. Malay və Sinqapurdakı ingilis qoşunlatının başında isə çox da xarizmatik görünüşü olmayan və Malaydakı vəzifəsinin çox də çətin keçməyəcəyini xəyal edən komandir, Artur Persival vardı.

İki tərəfin də bir-birinə üstünlük təşkil etdiyi bəzi durumlar vardı. İngilislər sayca yaponlardan üstündürlər. Yamaşita 30.000 əsgərə rəhbərlik edərkən (əslində özünə daha çox əsgər verilmişdi, amma daha sürətli hərəkət etmək və ərzaq sıxıntısını yox etmək məqsədilə belə qərar almışdı), Persival 100.000-dən çox əsgərə rəhbərlik edirdi. İngilislər əsgər sayı baxımından üstündürlər, amma əsgərlərin avadanlığı sıx ağaclarla əhatəli, çətin meşə şərtlərinə uyğun deyildi. Ayrıca adanın işğalına qarşı da ciddi müdafiə xəttləri yoxdur. Yaponlar işğal üçün 200-dən çox tank və 500-dən çox təyyarəyə sahib ikən ingilislər adada bir tanka belə sahib deyildi və təyyarə sayları da yaponları görə çox az idi.

Durumu yaxşıca müşahidə edən Yamaşita 8 dekabrda əsgərlərinə bitərəf bölgə olan Tailanda və Malayın şimalında yerləşən  Kota-Barudan çəkilmək əmrini verdi. Bitərəfliyi açıqlayan Tailanddan çəkilmək nə qədər səhv olsa da, yaponlar əsl hücumlarını buradan etmişdilər və ciddi dirənişlə qarşılaşmadan Malaya keçmişdilər. Kota-Baruda da qısa toqquşmadan sonra istədikləri yerləri ələ keçirdilər. Yamaşitanın bu mərhələdə planı daha sürətli şəkildə ingilis hərbi hava bazalarını ələ keçirmək və öz təyyarələri üçün bunlardan istifadə etməkdir. Ki, burada da müvəffəqiyyətli oldular. İngilislərin yapon irəliləyişini durdurmaq adına dənizdən almağa çalışdığı tədbirər yapon təyyarələri tərəfindən əngəlləndilər. (Çörçill sonralar yaponların hava gücünü düzgün qiymətləndirməmiş olduqlarını edəcəkdi)

Çəkilmədən sonra yaponlar heç dincəlmədən hücumlara davam etdilər. Çünki Yamaşita həm düşmənin toparlanmasından, həm də əlindəki sursat və ərzağın uzun müharibə üçün yetərli olmayacağından qorxurdu. Buna görə yaponların çox sürətli hərəkət etməsi, ingilislərin özlərindən daha çox uzaqlaşmasına icazə verməməsi lazım idi.Yaponlar bu problemi həll etmək üçün isə qəribə üsula əl atdılar. Velosiped. Velosipedlə birlikdə yaponlar həm daha az enerji xərcləyəcək, həm daha sürətli gedəcək, həm də daha çox yük daşıya biləcəkdilər. Yaponların sürətli və qərarlı hücumları nəticəsində ingilislər geri çəkilmək məcburiyyətində qaldılar. Geri çəkilərkən həm çox yoruldular, həm də arxalarında yaponlar üçün bir çox sursat və ərzaq buraxdılar. Geri  çəkildikləri nöqtələrdə də güclü müdafiə xətti yarada bilmədilər, çünki yaponlar körpülərin olmadığı yerdə çiyinlərində daşıdıqları yabalarla körpü yarada biləcək qədər istəkli və lazım gələrsə, meşəni yarıb keçəcək qədər güclü olan tanklardan istifadə etmək mövzusunda bacarıqlı idilər. Beləcə Yamaşita və əsgərləri Malayı 54 gündə işğal etdilər və 4.600 adam itirdilər. İngilislər isə böyük miqdarda vəsait və 25.000 əsgər itirdilər.

Malay işğalı ilə yaponlar yenə durmağı düşünmədilər və Sinqapurda 85.000-dən çox ingilis əsgəri olmasına diqqət etmədən hücuma keçdilər. Öncə adanın şərq sahilindən şouluq çəkilmə, çox çətin olacağını bildikləri halda qərb sahilindən əsl çəkilmə təşkil etdilər. Hərəkat gecə başlamışdı və nahardan sonra adaya çıxan yapon əsgər sayı qısa zamanda 30.000-ə yaxınlaşmışdı. Yamaşita əsgərlərini davamlı həyəcanlandırmağı bacararkən Persival yaşanan olaylardan sonra əhvalı pozulmuş və geri çəkilməyi, hətta təslimi düşünməyi başlamışdı. Amma Londondan gələn əmrlər adanın son qarışına qədər müdafiə olunması və lazım gələrsə, bütün əsgərlərin itkisinin gözə alınması istiqamətindəydi. Bunun üzərində Persival qarşı hücumlar sınasa da, uğursuz oldu. Beləcə kiçik ərazidə sıxışan və ərzaqları ilə sursatları tükənmə nöqtəsinə gələn ingilislət təslim qərarı aldılar. Yamaşita təslim görüşlərində qərarlılığını qorudu və idarə etdiyi müharibə ilə ingilislərin 100.000-dən artıq əsir və itki verməsinə səbəb olaraq Yaponiyada “Malay pələngi” ünvanı ilə anılmağa başlandı.

Persivalın uğursuzluğu Çörçill tərəfindən ingilis tarixinin ən böyük fəlakəti və imtiyazı olaraq tanınan olay kimi tarixə keçdi. Amma İkinci Dünya Müharibəsinin sonuna qədər yaponların əsiri olaraq qalan Persival qaliblərin tərəfində olaraq müharibədn sonra İngiltərədə sakit həyat sürdü. Yamaşita isə müharibə boyunca görməməzlikdən gəldiyi işgəncə və səbəb olduğu sivil ölüləri ucbatından və törətdiyi başqa müharibə cinayətləri səbəbi ilə Filippində edama məhkum edildi.

0 comments :

Post a Comment