Sunday 10 January 2021

"Bazar de la Charite" yanğını

 

“Bazar de la Charite” yanğını 1897-ci ildə çoxu qadın olmaqla 126 nəfərin ölümüylə nəticələnən böyük faciədir. Bu ad əslində Fransa aristokrasiya tərəfindən hər il təşkil olunan xeyriyyə cəmiyyətinə verilən addır. 1885-ci ildə qurulan “Bazar de la Charite” toplantılar təşkil edərək ehtiyac sahiblərini maddi dəstəklə təmin etməyi nəzərdə tuturdu. Amma qurulmasından 12 il sonra bu dərnəyin təşkilatı bir faciəylə nəticələndi.

1789-cu il inqilabından sonra Fransanın həm siyasi, həm də sosial-iqtisadi quruluşunda göz alıcı proseslər yaşanırdı. Yüksələn burjuaziya diqqətini şəhər planlamasına yönəltmiş, bu proses isə kənddən şəhərə köçü gücləndirmişdi.


19-cu əsrdə Fransanın böyük şəhərlərində nəqliyyat, infakstruktur və mənzil işləri pik nöqtəsinə çatmışdı. Böyük şəhərlər arasında Paris sadəcə Fransanın deyil, bütün Avropanın moda və lüks paytaxtı olmuşdu. Amma günümüzdə olduğu kimi şəhər həyatı içində möhtəşəm gəlir ədalətsizliyi vardı.

Ölkədəki bütün bu inkişaf prosesində “Bazar de la Charite” Parisdə yaşayan ehtiyac sahiblərinə kömək etmək məqsədi ilə qurulmuşdu. Qurucuları qatı katolik fransız aristokratları idi. Bu xeyriyyə cəmiyyətləri  hər il may ayında reallaşırdı. Din adamları təşkilata xeyir-dua vermək üçün may ayının ilk bazar günü toplantıya gəlirdi. Toplantı hər il fərqli məkanlarda olurdu. Təşkilatın məkan seçimindəki ən önəmli meyar bölgənin müştəri potensialı idi.

Yanğının çıxdığı 1897-ci ildə təşkilat məkanı olaraq Rur Jean Goujonda son dərəcə böyük anqar kirayələnmişdi. Təşkilata ev sahibliyi edəcək olan bu binanın içinə karton və taxta kimi yanıcılığı yüksək materiallardan bir caddə inşa edilmişdi. Məqsəd vizuallığı ön plana çıxardaraq toplantıya daha çox müştəri çəkmək idi.

Toplantıya dəvət edilən zəngin müştərilərin pul xərcləməsi üçün özəlliklə təzgahlarda lüks qumaşların olmasına diqqət edilirdi. İnsanları daha çox pul xərcləməyə həvəsləndirmək üçün müxtəlif əyləncələr planlanırdı. 1897-ci ildə bu əyləncə fəaliyyətlərinin arasına ilk dəfə bir yenilik əlavə edilmişdi.

“Bazar de la Charite”in komissiya sədri baron Armand de Mackau bir film proyeksiyasını gətirilməsini istəmişdi. Paris cəmiyyəti ilk dəfə  kinoyla tanış olacaqdı.

1897-ci ildəki “Bazar de la Charite” bir çox baxımdan tarixinin ən yaxşı planlanmış və ən əyləncəli təşkilatı idi. Bu səbəblə o ilin ziyarətçiləri arasında tanınmış adlar vardı. Avstriya imperatriçası Elizabet və Neapol kraliçasının bacısı Sofi D ’Alençon bu adlardan sadəcə bir neçəsi idi.

“Bazar de la Charite”in o ilki fəaliyyət məkanı yanğının böyük fəlakətlə nəticələnməsi üçün bütün şərtləri daşıyırdı.

Binanın döşəmələri üçün küknar ağacından hazırlanmış taxtadan istifadə edilmişdi. Tavanı ilə odun və qətranlı kağız ilə örtülmüşdü. Binanın şüşələri görkəmli qumaşlarla bəzənmişdi. Dekorasiyalardan binanın quruluşda istifadə edilən materiallara qədər hər şey çox yanıcı idi. Burada çıxan yanğının sürətlə böyüməsinin bir digər səbəbi nitrat əsaslı filmlər idi.

4 may 1897-ci ildə görünüşdə hər şey normal idi. Bir yandan toplantı davam edir, digər yandan film nümayişi üçün hazırlıq gedirdi. Kino nümayişi sırasında məkanda ortalama 1200 adam vardı. 19-cu əsr texnologiyası günümüzlə müqayisədə olduqca ibtidai nöqtədə idi. İşıq yaratmaq və bu işığı proyeksiya obyektinə əks etdirə bilmək üçün yanıcı qazlardan istifadə edilirdi.

Film nümayişi başlamışdı, amma qısa müddət sonra lampanın mayesi bitdiyi üçün filmə fasilə verilmək məcburiyyətində qalındı. Sönən lampanı təkrar yandırmaq üçün tanka maye doldurmaq lazım idi. Proyeksiya operatoru olaya müdaxilə etdiyi sırad bir qaz qaçağı yaranmışdı. Bu sırada operator köməkçisindən işıq verməsini istədi. Köməkçisi məkanı işıqlandırmaq üçün işıq yerinə kibriti yandırınca qısa müddətdə bütün bina alov aldı. Kiçik alovla başlayan yanğın ilk öncə pərdələrə, sonra döşəməyə, ardınca tavana qədər çatmışdı.

Nitratlı filmlərin yanması bütün məkanı dumana bürümüşdü. Yanğının sürətlə böyüməsi isə tavanın çökməsinə səbəb olmuşdu. Qısacası, “Bazar de la Chatite”a xaos hakim idi.

Olay şahidlərinin ifadələrinə görə kişilər qadınları əzərək yanğından qaçmağa çalışırdı. Bəziləri çıxış qapılarını bağlamış, bəziləri isə əsaları ilə qadınları vuraraq onları yerə yıxmışdı. Ölənlərin arasında 120 qadının, 6 kişinin olması şahidlərin ifadələrini təsdiqləyirdi. Yanğın 4 saat sonra söndürülmüşdü. Qurbanların çoxu tanınmaz halda idi. Bu əsnada dünyanın ilk məhkəmə-tibbi ekspertizası reallaşdırıldı. Cəsədlərin dişləri incələnərək şəxsiyyətlər müəyyən edilməyə çalışıldı. Araşdırmanın axırında bütün qurbanların kimliyi müəyyənləşmişdi.


Fəlakətin ardınca yanğının çıxmasında məsul olan şəxslər heç bir şəkildə cəzalandırıldı. Amma bu olay feminist hərəkatını önəmli ölçüdə tətiklədi.

4 may tarixindən sonra Fransada artıq heç bir şey əvvəlki kimi deyildi. Hər il ölən qadınlar üçün anma mərasimləri təşkil edilirdi. Hətta olayın yaşandığı əraziyə “Notre Dame-de-Consolation” adıyla bir kilsə belə inşa etdirilmişdi. Qadınlar bir araya gələrək qadın  hüquqlarının insan hüquqları olduğunu dilləndirməyə başladılar. Müxtəlif dərgi və dərnəklər vasitəsilə ictimai rəy formalaşdırıldı. Qadınlar artıq əzilmək və çeynənmək istəmirdilər. Qadınların bu hərəkatı həm din adamları, həm də siyasi səlahiyyət tərəfindən basdırılırdı. Amma onlar qorxmadılar. İctimai və siyasi sahədə haqq etdikləri yerə çatana qədər mübarizə aparmağa davam etdilər.

Mövzuyla bağlı Fransa istehsalı olan “Bazar de la Charite” serialında 19-cu əsr Fransa toplumunu bütün çılpaqlığı ilə gözlər önünə sərildi. Qadınların qeyri-bərabər ictimai statusları və aşağı təbəqənin həyat mübarizəsi kimi bir çox nöqtə vurğulandı.

 

0 comments :

Post a Comment