Sunday 7 July 2019

Rumıniyanın itkin uşaqları


Uşaqlıq dövründə yaşanan olaylar insanların həyatlarının formalaşmasında çox böyük önəm daşıyır. Bu mövzu ilə bağlı ən ibrətverici yaşanmış olaylardan biri də Rumıniya uşaq evləri ilə bağlıdır.

Rumıniya Sosialist Respublikasının prezidenti Nikolae Çauşesku əhali və iş gücünü artırmaq məqsədi ilə 1966-cı ildə doğum kontrolunu və abortu qadağan etdi. Dövlətin “aybaşı polisləri” olaraq bilinən ginekoloqlar doğurqanlıq yaşına çatmış qadınları müayinə edərək yetərli sayda uşaq  doğuzdurmalarını zəmanət altına almaqda idilər. Uşaq sayı 5-dən az olan ailələr isə özəl vergi ödəməyə məcbur idilər.

Doğum faizləri beləcə birdən partladı. Ancaq ağla gəlməyən bir problem ilə qarşı-qarşıya qalınmışdı.


Uşaqlarının baxım məsrəflərini qarşılaya bilməyəcək qədər yoxsul olan bir çox ailə onları dövlət tərəfindən idarə olunan uşaq evlərinə buraxmaq məcburiyyətində qalırdılar. Buna qarşılıq dövlət də sürətlə artan ehtiyacı qarşılaya bilmək üçün gedərək daha çox uşaq evi açdı.

Çauşeski hakimiyyətinin devrildiyi 1989-cu ildə uşaq evlərinə tərk edilmiş uşaqların sayı 170.00 idi.

Uşaq evlərində işlər insanlığa zidd formada yürüdülürdü. Balaca uşaqlar hər hansı emosional xəbərdarlığa məruz qalmadan barmaqlıqlı körpə yataqlarında tutulurdu. Hər 15 uşağa 1 baxıcı düşürdü. Bu baxıcılar da uşaqlar ağladıqlarında belə qucaqlarına almamaq, yaxınlıq və şəfqət göstərməmək mövzusunda dəqiq təlimat almışdılar.

Yaxınlıq göstərmək uşaqlar daha da artığını istəməyə yönləndirəcəkdi. Belə bir ehtiyacın qarşılanması isə məhdud saydakı baxıcı ilə mümkun deyildi. Bu şərtlər altında işlər ciddi intizamla yürüdülməkdəydi.


Uşaqlar tualet ehtiyaclarını yan-yana düzülmüş “qorşok”larda birlikdə ödəyir, saçları cinsiyyətə baxılmadan eyni biçimdə kəsilir, hamısına tək tip geyimlər geyindirilirdi. Bəslənmələri də yenə ciddi proqrama bağlıydı. Nəticədə hər şey mexanik hala gətirilmişdi.

Ağlamaları qarşılıqsız qalan uşaqlar qısa müddətdən sonra ağlamamağı öyrənirdilər. Heç kim  onları qucağa almır, heç kim onlarla oynamırdı.

Təməl ehtiyacları ödənildiyi halda uşaqlar emosional yaxınlıq, dəstək və hər hansı bir stimul olmadan yaşayırdılar. Bunun nəticəsində uşaqlarda “ayrımsız yaxınlıq” olaraq bilinən durum inkişaf etmişdi.

Uşaqlar şəxs ayırd etmədən hər kəsə yaxınlıq göstərirdilər. Bu cür ayrımsız davranışlar ilk başda insana sevimli gəlsə də, əslində baxımsız buraxılmış uşaqlarda görülən mübarizə strategiyalardan birinə işarə edir.

Bu davranış forması belə bir qurumda böyümüş uşaqların fərqləndirici özəlliklərdən biridir. 


Sonunda bu uşaq evlərində yaşananlar mütəxəssislərin diqqətini çəkdi və doğulduqlarından bəri bu uşaq evlərində yaşayan, yaşları 6 ay ilə 3 arası dəyişən 136 uşaq dəyərləndirməyə alındı.

İlk ortaya çıxan faktlardan biri uşaqlardakı İQ xallarının ümumi ortalamadan xeyli aşağı olduğu idi. Beyinlərinin yetərincə inkişaf etməmiş olduğunu göstərən davranışlar sərgiləməyin yanında nitqlə bağlı funksiyalar da geri qalmışdı.

Uşaq evində böyüməyin beyin inkişafına təsiri elm insanları tərəfindən qısa müddət sonra ortaya çıxarıldı və hökümət siyasəti bu çalışmalar işığında yenidən biçimləndirildi. Rumıniyalı yetim uşaqların əksəriyyəti illər içində ya yenidən ailələrinə təslim edildi, ya da hökümət tərəfindən həyata keçirilən proqramlarla övladlıq olaraq verildi.


2005-ci ilə gəldiyində ciddi səviyyədə əngəlli olanlar xaricində uşaqların 2 yaşından əvvəl bu cür qurumlara verilməsi qanuna zidd hala gəlmişdi

İnsan beyni emosional maraq və öyrədici stimullardan məhrum bir ortamda normal biçimdə inkişaf edə bilməz. Bu yaşananlar kimliyimizin biçimlənməsində olduğumuz ortamın dərin təsirini göz önünə sərir.

Dünyanın 4 tərəfində hökümətə bağlı uşaq evlərində yaşayan milyonlarla yetim var. Müsbət yetişmə ortamının körpənin inkişaf etməkdə olan beyni üçün lazım olduğu faktından yola çıxsaq, hökümətlər uşaqlara düzgün beyin inkişafını mümkun qılacaq ortamın yolllarını tapmaq məcburiyyətindədirlər.

0 comments :

Post a Comment