Saturday 15 June 2019

"Çernobıl"ın göstərilməyən qəhrəmanları: Kubalı həkimlər



“Cherbobyl” serialı haqqında yetərincə söz deyildi. Bəziləri bu qorxunc fəlakətin səbəbkarı olaraq SSRİ-dən ziyadə birbaşa sosializmi göstərməyə həvəsli yazılar qələmə aldı. Bəziləri isə serialdakı anti-propaqanda ünsürlərinə diqqət çəkdi. Bir yandan bu müzakirələr davam edərkən biz fəlakətin çox danışılmayan bir tərəfini ələ alaq: Kubanın Çernobıldakı rolu! Bəlkə hələ HBO tərəfindən film-serialı çəkilmədiyi üçün hesaba qatılmadığı Kuba Çernobil fəlakətindən təsirlənən təxminən 26.000 uşağın müalicəsi üçün məsuliyyət alır, hamilə analar yeni doğulan uşaqlarına özlərini və ya uşaqlarını müalicə edən kubalı həkimlərin adlarını verir və Kuba böyük diqqətlə Çernobıl uşaqlarını müalicə etməyə davam edir. Üstəlik 1990-cı ildən bu yana başladılan proqram miqyasından bu kiçik “sosialist ada”nın etdiyi tibbi xərclər 330 milyon dolların üzərindədir. 

İndi bir az keçmişə gedək. Özəlliklə SSRİ dağıldıqdan sonra bölgədəki çox insan uşaqlarının sağalma ehtimalı üçün nə tibbi imkan tapa bilir, nə də böyük əməliyyatlara yetəcək pul. Dünyanın sonu gəlib çatmışdı və artıq xəstəliyin səbəbi nə olursa-olsun, insan, hətta uşaq həyatı da pulla ölçülə biləcək hal almışdı. Dünyaya qaranlıq pərdə enərkən öz içindəki böhrana baxmadan Kubanın girişdiyi bu çaba minlərlə uşağı həyata bağlayacaqdı. Digər tərəfdən xərclərin böyüklüyü, edilən fədakarlıqlar, xərclənən əməklər bu uşaqların həyatı ilə müqayisə edilə bilərmi? Başqa heç bir ölkənin bu qədər böyük yardım kampaniyası üçün qollarını çırmalamadığı proqramın hansı çətin şərtlər altında reallaşdırıldığından və məzmunundan bəhs edəcəyik. 


YENİ KONSUL GƏLİNCƏ...

Çernobıl fəlakətindən bir neçə il sonra Sergio Lopes Briel Kuba tərəfindən Ukrayna SSR konsulu olaraq vəzifələndirilir. Briel 1989-cu ilin qışında bu vəzifəyə gələr-gəlməz Ukrayna Komsomolunun birinci katibi ilə görüşür. Bölgədəki gənclərin və uşaqların sağlamlığında ciddi problemlər olduğu mövzusunda məlumatlandırılır. Komsomol katibi son olaraq durumun ciddiyətinin fərq edilərək Kubanın bir şəkildə yardım əli uzatmasını rica edir. Konsul ölkəsini məlumatlandırmasının ardından keçən bir neçə günün ardından Kuba liderliyindən Brielə cavab gəlir. Uşaq xəstəlikləri sahəsində ixtisaslaşmış ölkədə ən qocaman 3 həkimin hər an Ukraynaya səyahət etməyə hazır olduğu bildirilir. Gerçəkdən həmən gəlib 10-larla yaşayan sahəsini gəzən doktorların bölgədəki analizlərdən sonra Kuba uşaqların bölgədən uzaqda müalicə edilməsini məsləhət görür. (Bu durum daha sonra dəyişəcəkdi) Vəziyyət belə olunca müalicə üçün gözləməkdə olan uşaqların daşınması üçün lazım olan 2 təyyarəni Havana rəhbərliyi göndərir. Durumu olduqca kritik 139 uşaq Kubaya göndərilir və ilk “Çernobıl uşaqları”nın müalicə proqramı başlayır.

Ancaq saatlar sürəcək səyahət asan keçməz. Uşaqlardan biri uçuşdan öncə şok keçirir və həkimlər ancaq bəlli müddətdən sonra şokun təsirini yatışdırmağı bacarırlar. Belə çətin səyahətin ardınca təyyarə Havanaya endiyində Ukraynadan gələnlər üçün böyük sürpriz edirlər. Hava limanında enəcək sərnişinləri birbaşa Fidel Kastro gözləməkdədir! Ukraynalı uşaqlar və ailələri qədər təyyarənin içindəki kubalı konvoyun da bu durumdan xəbərləri yoxdur. Kastro 2 əlini arxasında birləşdirmiş gecənin çox gec saatında təyyarənin nərdivanında durmaqdadır. Kuba torpağına ayaq basan hər uşağın bir-bir əlini sıxır, bu uzaq ölkədə yaşaya biləcəkləri gərginliyi aradan qaldırmaq üçün özünə xas üslubu ilə uşaqlara gecənin o saatında zarafatlar danışmağa çalışır.


“DÜNYADAKI HƏR İMKANI NECƏ YARADACAĞIMIZI DANIŞ”

Daha sonra ilk konvoyun ukraynalı səlahiyyətliləri ilə Kastro arasında dialoq yaşanır. Kastro bölgədə tibbi yardıma ehtiyacı olan neçə uşaq olduğunu soruşanda “100.000” cavabını alır. Kuba lideri çaşqınlığını gizlədə bilməsə də, əhəmiyyətli sayda uşağın müalicəsində məsuliyyət yüklənəcəklərini qeyd edir. Kubanın 1990-cu ildən bu yana 25.000-dən artıq insanı müalicə etdiyini düşünsək, Kastronun bu sözünə sadiq qaldığını deyə bilərik. Bəzilərinin ağlına kubalı liderin qarşılanma mərasiminin və ya ailələrlə qurduğu əlaqənin “bir reklam” ola biləcəyi gələ bilər. İnsan burjua siyasətçilərə, bürokratlara alışdımı, istər-istəməz liderlərin etdiyi hər hərəkəti səmimiyyət süzgəcindən keçirmək istəyir. Bu səbəblə qarşılanmanın ardınca kameraların olmadığı bir anda Briel ilə Kastro arasında keçən özəl danışığa toxunaq.

Kubalı konsul uşaqlar hava limanında xəstəxanaya aparılarkən Kastronun birbaşa Brielin özü olmaq üzrə heç kimin mətbuat önünə çıxmaması yönündə direktiv verdiyini xatırlayır. Kastro etdiklərinin qardaş xalqa qarşı təməl vəzifə olduğunu, məqsədlərinin reklam ya da medianın, özəlliklə beynəlxalq mediann qarşısına çıxmaq olmadığını xatırladır. Söhbətin davamı olduqca maraqlıdır. Kastro Brieldən Havanada neçə gün qalmağı planladığını soruşur. Ölkəsinə gəlmişkən ailəsini və yaxınlarını görmək istədiyi üçün 5-6 gün cavabını verən konsul Kuba liderindən dərhal Ukraynaya qayıtmalı olduğu cavabını alır. Kastro belə deyir: “Oradakı ailələrlə görüş və onlara bunları söylə: Uşaqları kimlərin əlindədir? Biz onlar üçün nələr edirik? Kubadakı imkanlarımız necədir? Və bizim uşaqlarının namuslu və etibarlı bir gələcəkdə həyatlarını davam etdirmələri üçün, onları xilas etmək üçün dünyadakı hər imkanı necə yaradacağımızı danış.”


KASTRONUN BƏDƏN DİLİ VƏ ŞƏFQƏT

Qısa müddət sonra yeni konvoy Havanaya enir. Kastro yenə təyyarə nərdivanlarının başındadır. Hər bir uşağı yenə bir-bir qucağına alaraq təyyarədən endirir. Ardınca ukraynalı konvoyun məsulları Kastroya “bunun sadəcə tibbi yardım deyil, eyni zamanda xalqları üçün bir mənəvi yardım olduğunu” söyləyərək təşəkkürlərini qeyd edir. Sözlərini bitirər-bitirməz məsul şəxsin gözləri dolur və bu nöqtədə Kastro da duyğulanır və səmimi şəkildə sarılır. Kastronun dünya tarixində “əfsanə” olaraq anılmasının tək səbəbi Kuba inqilabındakı uğuru deyil, eyni zamanda şəxsiyyəti, inanılmaz rabitə bacarığı, xitabəti və səmimiyyətidir. Onun bu yönünə hakim olanlar görüntülərdəki səmimi rəftarının bürokrat siyasətçilərdən nə qədər fərqli olduğunu da fərq edəcəklər.

Kastronun hər bir uşağa toxunuşu, hətta özünə uşaqvari ərmağanlar verənləri öpməsi eyni zamanda bir güvən işarətidir. Uzaqlardan ölkələrinə gələn bu uşaqlara toxunaraq verdiyi mesaj eyni zamanda onların “radiasiyadan təsirlənmiş xəstələr” olaraq qavranılmaması istəyinin göstəricisidir. Belə kobud və dayaz fikrə qarşı əslində bu uşaqların tibbi ehtiyacları qədər şəfqətə və mənəvi dəstəyə ehtiyacı olduğunun bədən diliylə ifadəsidir.


ƏN MİQYASLI KÖMƏK EDƏN ÖLKƏ

Kubaya bu ilk təyyarələrin ardınca çox qısa müddət içində minlərlə uşaq gəldi. Bəs proqramın detalları nələrdir?

Kubaya addım atan minlərlə uşaq Havana yaxınlığındakı Tarara sağlamlıq və reabilitasiya mərkəzində qalırlar. Burası dünyanın ən böyük reabilitasiya mərkəzlərindən biridir. Dövlət 2 xəstəxana, bir diş klinikası, yeməkxana, teatr, məktəb və plajın olduğu bu mərkəzin qapılarını Çernobıl uşaqlarına açır. Kuba bu qədər miqyaslı və uzun müddətli bir yardım proqramını uşaqlar üzərində inkişaf etdirən yeganə ölkədir. 10 ildən artıq davam edən belə geniş miqyaslı sağlamlıq proqramlarına dünyada haradasa heç rast gəlinmir. Bugün hələ radiasiyadan təsirlənib Kubada müalicə alan uşaqlar var. Kuba səhiyyə nazirliyi məsulları belə böyük müalicə proqramına göstərdikləri diqqəti 3 baxışdan ələ alırlar: Xəstələrin uşaq olması, faciənin böyüklüyü və doğurduğu nəticələrin davamlılığı.

Uşaqların 1415-i tamamilə sağlamlığına qovuşur. Proqramın ilk 5 ilində mindən artıq uşaq müalicə edilir. İş onlarla psixoloq, pediatr və müəllim tərəfindən yürüdülür. Normalda düşük və ya orta gəlirli bir ailənin əsla ödəyə bilməyəcəyi, saatlarla davam edən əməliyyatlar qədər idmandan ictimai fəaliyyətlərə “müalicə”nin bir çox mərhələsi, özəlliklə də psixoloji miqyası müşahidə edilir. Uşaqların özlərini karantina altında hiss etməmələri üçün şənliklər, muzey, teatr və ya təbiət gəzintiləri çox zaman kubalı həmyaşıdları ilə ortaq həyata keçirilir.


ƏN GÖZƏL DAVRANIŞ-PAYLAŞMAQDIR.

Mövzumuzun kubalı dövlət rəsmilərinin və həkimlərinin Çernobıldan təsirlənən minlərlə uşaq xəstəni müalicəsi üçün etdikləridir, ancaq kubalıların da haqqını yeməmək lazımdır. Bir çox ailə əməliyyata alınan uşaqları üçün lazım olan qan nəqlinin kubalı könüllülər tərəfindən edildiyini və bunun özləri üçün çox duyğulandırıcı fədakarlıq olduğunu qeyd edirlər. Tam da bu nöqtədə yaşanılan çətinliklərə toxunaraq “Tarara proqramı”nın niyə böyük həmrəylik nümunəsi olduğunun altını cızmaq lazımdır.
Kuba bütün bunları nə zaman etdi? Proqramın başladığı illərdə dünya necə bir yer idi? Xatırlayaq. 1990-cı illərin əvvəli SSRİ-nin dağılmasından sonra bütün dünya üçün neoliberal qələbə çığırtılarının atıldığı dövrə dəng gəlir. Sosial hüquqların keçmişlə müqayisədə daha çox sürətli şəkildə qəsb edilməyə başlamasının miladı olaraq 1990-cı illər özəlliklə Latın Amerikası üçün iqtisadi böhranların və xaosun hökm sürdüyü dövrdür. Belə bir dövrdə ABŞ embarqosuna sinə gərməyə çalışan Kuba üçün ayrı bir mötərizə açmaq lazımdır. Kapitalist qələbə nərələri sosialist hakimiyyətlərin devrilməsi üçün atılarkən Fidel Kastro edilməsi gözlənilən dəyişikliklər haqqında kürsüdən belə deyirdi: “Xalq üçün xalq tərəfindən xalq höküməti öncəliyindən güzəşt verilməməsi” Bu, inqilabçı dilə belə tərcümə edilir: “Əməkçilər üçün əməkçilər tərəfindən əməkçi höküməti” və yenə başqa nitqində belə deyir: “Çox yaşa, daha öncədən daha çox, sosialist inqilab!”

SSRİ-nin dağılması ilə birlikdə dünyanın-xüsusilə Kubanın-girdiyi iqtisadi böhran içində, qorxunc embarqolar altında Havana tək quruş almadan minlərlə Çernobıl uşağını müalicə etməyi bacarır. Dr. Julio Medina bütün bu fədakarlıqlar qarşılığında aldıqları tək şeyin insanların uşaqları və acılarını daha çox yaxından hiss etmək imkanı olduğunu söyləyir. Bu səbəblə tarixi proqrama şahidlik etmək özəlliyinə sahib olduqlarını qeyd edir. Proqramın çətinliklərinə də toxunur. Medinaya görə səhiyyədəki uğur və xidmətləri yox etmək üçün düşmənləri tərəfindən hər cür hücumun edildiyi illərdə Kuba xalqının rolu olduqca önəmlidir. Medina “çörəklərini, özləri üçün ayrılmış xəstəxana yataqlarını, hətta qanlarını bu uşaqlar üçün paylaşmağın həyat boyunca edilə biləcək ən gözəl davranış olduğunu” qeyd edərək bu uğurda hər bir kubalının rolu olduğunu deyir.


“SOSİALİZM OLMASAYDI, KUBADA MÜALİCƏ EDİLƏ BİLMƏYƏCƏKDİLƏR”

Kubanın səhiyyə sahəsindəki həm öz xalqına, həm də yeri gəldiyində dünya xalqlarına verdiyi xidmətlərin bir dövlətin edə biləcəklərini sonuna qədər zorlaması olduğunu söyləməliyik. Üstəlik Kubanın masştabı düşünüldüyündə bacardıqları daha da təsirli olur. Amma bu balaca ada ölkəsi dünyaya hər şərtdə sağlamlıq və yaxşı niyyət pompalayan bir mələk deyil. Etdikləri hər şeyin böyük çətinliklər altında edildiyi unudulmamalıdır. Bu ölkəyə qarşı yarım əsrdən çox professional qaralama kampaniyaları belə mövzu sağlamlıq oldusa, heç təsir etmir. Yeri gəldiyində sosializmə qarşı anti-propaqanda zəncirinə çəkinmədən qatılan “The Guardian”, “CNN” kimi yayın quruluşlarının belə Kubanın etdiyi bu yardımları hələ “İnqilabçı diqqət: Kastronun həkimləri Çernobıl uşaqlarına ümid verir” başlığı ilə xəbərləşmələri başqa necə açıqlana bilər?

Hələ sosializmi barmaqla göstərib faciənin yeganə səbəbkarı olaraq göstərməyə çalışanlara qarşı Fidel Kastro 2001—ci ildə belə deyir: “Sosializm olmasaydı, 1986-cı ildə meydana gələn Çernobıl qəzasından təsirlənən 19.000 uşaq və yetişkinin əksəriyyəti özəl dönəmdə Kubada müalicə edilə bilməyəcəkdilər.”

0 comments :

Post a Comment