Sunday 19 May 2019

Elit Parisin tipik nümunəsi: Tuluz-Lotrek


Kabareləri və parlaq rəqs salonları ilə məşhur olan Paris “Fin de Siecle”də (18-ci əsrin bitişində) əyləncə şəhəri olaraq görülürdü. Fərdin mədəniyyətinə önəm verən bir əsrdə məkan sahibləri (eləcə də təşkilatçılar) müğənnilər, rəqqaslar və aktyorlar kimi ulduzların reklamını etmək fərdin tanıdılması baxımından nə qədər avantaj gətirdiyini gördülər. Bir çox sənətkar afişa mövzusunda ən bacarıqlı sənətkara Anri de Tuluz-Lotrekə çevrildilər. Rəssamın çarpıcı və yenilikçi əsərləri Aristid Brüan, Janna Arvil və İvetta Qilber kimi sənətkarları bir markaya çevirdi. Beləcə, məşhur mədəniyyətin doğuşunun xəbərçisi oldu.
Tuluz-Lotrek Monmartrın bohem havasına maraq duyurdu buranı boğucu ev ortamından qaçmaq vasitəsi olaraq görürdü. Nadir görülən bir sümük xəstəliyinin nəticəsi olan qısa ayaqları tez-tez özünü yad biri kimi hiss etməsinə səbəb olurdu. Sənətkar və artistlər arasında nəhayət qəbul gördü və böyük həyəcanla etibarsızlaşmasına səbəb olan gecə həyatına atıldı. Gecə məkanlarına davamlı olaraq gedən oldu və burada oturaraq gördüklərini çəkərdi. Şotlandiya Milli Qalereyasında “Pin-ups: Toulouse-Lautrec and the Art of Celebrity” qaleriya müdiri olan Hanna Broklherst nəzakəti, sədaqəti və çəkiciliyi ilə bilinən sənətkar üçün “hər şeyi içən biri olaraq şöhrət qazanmağa başladı” dedi.
Parisə gəlişi tarixdəki ən həyəcanlı dövrə-Qərbin “çap rəsmi” dövrünə dəng gəldi. “Afişanın atası Jül Şere ilk böyük litoqrafik çap maşınlarını Parisə gətirərək alətin rəng istifadəsində inqilab yaratmışdı. Avanqard sənətkarların yeni texnologiyanı sürətlə mənimsəmələri ilə çap və kolleksionerlik artım göstərdi.
Eyni zamanda reklam materiallarının yayımlanmasını məhdudlaşdıran qanunların yumşaldılmasışəbbüskar yeni mədəniyyət mərkəzi idarəsinin yeni incəsənət biçimini reklam vasitəsi olaraq həyata keçirib Paris küçələrini əsl incəsənət qalereyasına çevrilməsini təmin etdi.
Tuluz-Lotrekin böyük çıxışı 1891-ci ildə əfsanəvi “Mulen Ruj”un yaradıcısı Şarl Zidler ondan bir afişa hazırlamasını istəməsi ilə oldu. Şere 2 il əvvəl bu məkanın ilk afişasını hazırlamışdı. Parlaq rəngləri və gözəlliyi ilə əyləncəli dizaynı Rokoko cərəyanından təsirlənmiş, diqqət çəkici qadınlardan ibarət idi, amma performanslarının fərdiliyi haqqında heç bir məlumat vermirdi.
Lotrek “Mulen Ruj”dakı ən məşhur rəqqasları rəsmlərinin mərkəzinə yerləşdirdi, onları düz formaları halında, cüt halda və yapon nəşrindən təsirlənərək ətrafı qalın qara cizgilərlə çəkdi. Bulanıq və asidik palet boyalar məkan içində tapıla biləcək rahatlıq və əyləncə kombinasiyasını qüsursuz şəkildə əks etdirirdi.

Lotrekin performans sənətkarları yaxından tanıması onları bir neçə fırça zərbəsi ilə çəkməsini təmin etdi. “La Goulue” (Digər qadın) müştərilərin içkilərini yuvarlama alışqanlığından əldə edilən taxma addır. Digər qadın ortada can-can rəqsi (XIX əsr Fransasında məşhur rəqs növü) edərək ətəyini çevirir, partneri Valentin le Dezosse (Sümüksüz Valentin) ön planda özünə xas qıvraq hərəkətlət edir.
Broklherst deyir: "Küçələr posterlərlə dolu olduğundan xüsusi afişa önə çıxmalıdır." Tuluz-Lorekin çaşdırıcı dərəcədə novator afişaları bunu bacardı. Daha əvvəli tayı-bərabəri olmamışdı. Broklherst "İnsanların müasir baxışı səbəbi ilə küçələrdə olan afişalar bir cür narahat edirdi. Qəribə qarşılanmasına rəğmən insanlar tərəfindən sevildiyi görünürdü" deyə əlavə edir.
Afişanın 3.000 kopiyası Parisin divarlarına yapışdırılaraq anidən sensasiya yaratdı və Tuluz-Lotreki haradasa bir gecədə ulduz halına gətirdi.
Lotrek oriental dekorasiyası səbəbi ilə qısa ömürlü olan məkan "Le Divan Japonais" üçün çəkdiyi afişa il bir daha çığır açdı. Afişanın başlıca nöqtəsi rəqqas Janna Avrilin fiquru ilə buranın o dəqiqə görülməli yer olduğunu önə sürən, izləyicinin yanında yer alan musiqi tənqidçisi Eduard Düjardenin rəsmidir.
Sənətkar arxa planda yer alan fiqurun üzünü qırparaq cəsur yenilik gətirir. Bu fiqurun özünə xas uzun qara əlcəklərlə eyniləşən müğənni İvetta Qilber olduğu hər kəs tərəfindən anlaşılır. Rəsmdəki fiqurun üzü olmadan belə tanınması sənətkar üçün böyük uğurdur.
Broklherst deyir: "Bu kabarelərin və rəqqasların cazibələri qəribəliklərindən gəlirdi. Digərlərinə bənzəmirdilər. Hamısının özünə xas şəxsiyyəti və özəllikləri vardı. İnsanlar da bunu sevirdi. Lotrek də bu konsepti mənimsədi."
Çox keçmədən Avril Tuluz-Lotrek tərəfindən çəkilən ilk afişanın reklamını etdi. Əsrin böyük ulduzlarından və Monmartr ikonası olan Avril afişaların şöhrətə qovuşdurduğunu anlayınca qeyrətli biçimdə şəxsi markasını yaratdı.
Avril Lotrekin yaxın dostu oldu. Hətta sənətkarların məşhur axşam yeməklərində sənətkara yoldaşlıq edərdi. Tuluz-Lotrek yaxşı aşpaz və qonaqprvər ev sahibi idi. O dövrün məşhurları ilə sosiallaşmağı sevdiyi aydındır. Şübhəsiz, o, kütlənin içində olmağının karyerası və şəxsi tanışlıq baxımından olduqca faydalı olduğunu bilirdi, ancaq onları "öz insanı" olaraq gördüyünü də həqiqətən hiss etdiyini fərq etdi.
Məşhurlar Lotrek ilə özlərini yaxın hiss etdilər. İvetta Qilber mahnı siyahıları, fərdi kolleksionerlərin nəşrləri və 2 litoqrafiya kitabı kimi Tuluz-Lotrekin bir çox işində digər sənətkarlardan daha çox yer aldı. Bunlardan ilki bir sənətkarın tək bir sənətkara həsr edilmiş kitabının hazırlanmasında əmsal olmadığından sensasiya yaratdı. Albom Qilber və Tuluz-Lotrek tərəfindən imzalanan məhdud sayda, yalnız 100 ədəd çap edildi və məşhur xatirələrinin ən keçmiş örnəklərindən birini yaratdı.
Bəlkə də Lotrekin bənzərsiz təsvirlərinə olan sədaqəti bir az irəli getdi. Oktyabr 1894-cü ildə "La Vie Parisienne" dərgisi Qilberin "afişanın təqlidi kimi görünməsindən" artıqlaması ilə sarı olan saçlarından, həddən artıq qırmızı olan dodaqlarından, çox qara olan əlcəklərdən və çox yaşıl olan kəmərindən şikayətləndi.

Müğənni və şair Aristid Brüan başqa bir performans sənətkarı idi. Broklherstə görə o, yaşayan poster kimi idi. Yumşaq qara papağı və çiyinlərinə atdığı qırmızı şərfi imzası kimi idi və təsvir edilməyə dəyərdi. Amma Tuluz-Lotrekin ən ikonik afişası olmasına rəğmən haradasa heç bir yerdə yer almırdı. Les Ambassadeurs idarəçiləri bu afişanı heç bəyənməyib onu həddin artıq zidd görürdülər. Brüan fikirlərini dəyişdirmələri üçün onları təhdid etmək məcburiyyətində qaldı. İstədiyini əldə edən Brüan bütün Parisi afişalarla örtdü. Bu durum bir jurnalistin ona Bizi Aristid Brüanın rəsmindən kim xilas edəcək? Özünüzlə üzləşmədən irəliləyiş əldə edə bilməzsiniz deyə bağırmasına səbəb oldu.
Lotrek novator işlərə imza atmağa davam edirdi, amma balanssız həyat tərzi özəlliklə də absentə olan sevgisi onu yavaş-yavaş yox etməyə başlayırdı. 1897-ci ildə alkoqol asılılığı simptonlarını göstərməyə başladı. Lotrek insult keçirdi və 1901-ci ildə anası onu iflic keçirdiyi və öldüyü evinə apardı. 36 yaşı vardı.
Faciəli şəkildə məşhur mədəniyyətini icad etməyə yardım edərkən Lotrek eyni zamanda bu mədəniyyətin qurbanı oldu. Bununla birlikdə fövqəladə bacarığı sayəsində rəsmlərində reklamını etdiyi o şəxslərin şöhrətlərinin davamını təmin etdi və onları bir dövrün emblemi halına gətirdi.

0 comments :

Post a Comment