Saturday 18 May 2019

Yaponiyanın "toxunulmazlar"ı-burakuminlər


Burakumin-Yaponiyada yaşayan azlıqlardan biridir. Burakuminlərə "Yaponiyanın pariyaları" da (Hindistan kasta sisteminə görə kastadan xaric olan, heç bir ictimai təbəqədən olmayan, hər cür haqlardan məhrum olanlar) deyilə bilər. İngiliscə qarşılığı "Hamlet people"dir.

Keçmiş feodal Avropa toplumlarında təbəqələndirmə əsasən "zədagənlər-rahiblər-burjualar-kəndlilər" halında ikən iyeyarxik sıralanmanın Yaponiyadakı halı "samuraylar-fermerlər-sənətkarlar-tacirlər" şəklində idi. Tacirlərin ən aşağı təbəqə olmasının səbəbi davamlı pulla məşğul olmaları və bunun namussuz iş olduğu düşünülməsi idi. Yenə də xalqın ən aşağı təbəqəsi tacirlər deyildi. Yapon mibun sisteminə daxil belə edilməyəcək qədər xor görülən bir qrup daha var: Burakuminlər.

 Buddizm inancında bütün canlılar önəmlidir və ən kiçik canlını belə nə məqsədlə olur-olsun, öldürmək qadağandır. Oxşar şəkildə Şintoizmdə də qan və cəsədlərlə məşğul olmaq uyğunsuzdur və ölmüşlərin ruhlarına hörmətsizlik olaraq qəbul edilir. Buddizm və Şintoizm təsirində olan Heyan dövrü Yaponiyasında da bu durum fərqli deyildi. Müharibədə ölən insan və heyvanların gömülməsi, məzarların rutin baxımlarının edilməsi və müharibə sahələrindən kəsik üzvlərin toplanması müharibələrlə dolu Yaponiya tarixinin ehtiyaclarındandır. Eyni dövrdə yüksəlişə keçmiş "takagari" (şahinçilik) fəaliyyətlərində istifadə edilən quşların yemlərini hazırlamaq da bu 2 din baxımından pis işdir və bunlarla məşğul olmaq istəyən yoxdur.

Bu durumun fərqində olan Buddist və Şintoist məbədlri XVI əsrin sonlarına doğru baş-başa verdilər və bu işlər üzərində sıxlaşacaq burakumin sosial təbəqəsini yaratdılar. Bu və ya o səbəblə toplumdan xaric edilmiş "eta" (həddindən artıq pis) deyilən kəsləri özləri üçün qurulmuş buraku və ya etamura adı verilən kiçik obalarda toplayaraq insanlarla bütün əlaqələini kəsdirlər. Ağırlıqlı olaraq cəsədlərin təşkil edilməsi, qəssablıq və dəriçilik kimi işlərlə məşğul olan etalar vətəndaş sayılmadıqları üçün vergidən də azad edildilər. Xalqa da bu etaların insan belə olmaqlarını, onlarla dostluq etməmələrini və alış-veriş etməmələrini tənbehlədilər.

Etalar xaricində 'hinin" (insan olmayan) deyilən başqa bir burakumin cəmiyyəti daha var. Əsasən keçmiş məhkumlar və yetim dilənçilərdən ibarət olan hininlər ağır və təhlükəli işlərdə çalışdırılırdılar. Etalar kimi toplumdan izolyasiya şəklində yaşayan hininlər onlardan fərqli olaraq gündüz vaxtı normal kəndlərlə mühafizlik və çöpçülük kimi işlərdə işləyə bilirdilər. Ayrıca doğumlarından ölümlərinə qədər eyni sosial statusa məhkum olmuş etaların əksinə hininlər müəyyən məbləğ ödəmələri qarşılığında bu statusdan qurtularaq samuray ola bilmək şansı belə əldə edə bilirdilər.

Edo dövrünün başlanması ilə mibun sisteminin daha da kəskin xətlər qazanmasına səbəb oldu. Burakuminlər digər təbəqələrdən olan insanlarla əlaqə halındaykən göz təması qurmamaq və papaqlarını çıxartmaq məcburiyyətində idilər. Fiziki təmas da tamamilə qadağan olunub, reallaşa bilməsi sadəcə eta olmayan biri tərəfindən bir ritual ilə arındırılmaları şərti ilə mümkün idi. Normal insanın yeddidə biri olaraq sayılan etaların öldürülməsi də cinayət sayılmırdı. Buna görə samurayların yeni qılıncları test etmək məqsədilə eta kəsməsi durumu (temashigiri) qeyri-adi deyildi. 

Meydzi dövrünün 2-ci ilində, yəni 1871-ci ildə qüvvəyə minən "Senmin Haishirei" və "Kaihorei" qanunları mibun sistemini ortadan qaldırıb burakuminləri rəsmi olaraq bərabər vətəndaş mövqeyinə gətirmiş olsa da, xalq içində bir çox problemin doğulmasına da yol açdı. Varlı burakuminlər bundan sonra vergi ödəməkdən məmnun olmadılar. Normal xalqı isə burakuminlərin aralarına qarışacaq olması fikri narahat etdi. Bunun nəticəsində müxtəlif şəhərlərdə qiyamlar çıxdı və çox insan həyatını itirdi.

Burakiminlər kağız üzərində bərabər hüquqlarına qovuşmuş olsalar da, özləri və məkanları hələ rəsmi kağızlarda "kyuueta" (keçmiş eta), "shinheimin" (yeni vətəndaş), "tokushu buraku" (özəl oba) kimi etiketlərlə müəyyən edilməkdə idi. 


XX əsrin əvvəlində "Dowa" (inteqrasiya) və "Suiheisha" (bərabərçilik) hərəkatları baş göstərməyə başladı. Dova hərəkatı burakuminlərin həyat standartlarını yaxşılaşdırmaq və Yaponiya toplumuna inteqrasiya olmalarını asanlaşdırmaq məqsədi güdərkən Suyheyşa hərəkatı burakuminlərə ayrı-seçkiliyin önünə keçməyə çalışaraq bunu edən qurum və quruluşları ağır şəkildə tənqid edirdi.

Günümüzdə sayları 3 milyon olan burakuminlərlə bağlı problemlər keçmişə nəzərən böyük ölçüdə azalmış olmaqla birlikdə, xüsusən mühafizəkar kəsim içərisində burakumin olduğu bilinən şəxslərlə bu gün belə evlənilməyib, burakumin olduğu anlaşılan şəxslərə iş verilməməkdədir.

0 comments :

Post a Comment