Friday 17 May 2019

Tibb tarixinin qara ləkəsi



Elm qarşısına fərqli sahələrdə insan həyatını asanlaşdırmağı məqsəd qoyur. Bilinməyənin sirlərini kəşf edir, varlıqdan yoxluğa həyatın sirlərini müzakirə edir. Əsasən varlığımıza dəyər qatır, bəzənsə böyük acılarla hər şeyi yox edir.
Bir dərman ucbatından bütün dünyanın ortaq olduğu inanılmaz laqeydlik və ölən-şikəst doğulan 10.000-dən artıq körpə...
İnsanların həyatını kabusa çevirən olayın təməlləri 1957-ci ilin oktyabrında atıldı. Arxasında dövrün uğurlu, amma son dərəcə psixopat həkimlərin olduğu bir qrup "Thalidomide” maddəli “Contergan” adını verdikləri "məsum" dərmanı istehsal etdilər. Beləcə dünya tibb tarixinin ən böyük utancı başlamış oldu: Talidomid faciəsi

 KABUS ALMANİYANIN AAXEN ŞƏHƏRİNDƏ BAŞLADI
"Grünenthal" firmasının istehsal etdiyi "Contergan" adlı dərman hamilələrdə yuxu problemlərini və səhərlər hiss etdikləri narahatlıqları aradan qaldırmaq üçün istehsal edildi. 1957-ci ildən 1961-ci ilə qədər Qərbi Almaniyada satışda qaldı, dərman Avstraliyaya qədər qitələrarası satış şəbəkəsinə çıxmışdı. Dövrün xəbərləşmə və qarşılıqlı təsir şərtləri bugünkü kimi deyildi. 50 ölkədə satılan Talidomid maddəsinə sahib fərqli dərmanlar vücudlara yayılmağa başlamışdı. Nəticə ağır oldu: 90.000-dən artıq düşük, 10.000-dən artıq şikəst və ölüm.

ƏN MƏSUM OYUNLAR BELƏ ÇOX ÇƏTİNDİR

Reseptsiz satılan "Contergan" instruksiyada "hamilə qadınlar, ana və uşaqlar tərəfindən güvənlə istifadə edə biləcəyi" yazırdı. Halbuki yetərli testlər aparılmamış, hətta bəzi sınaqlarda toksit durumlar fərq edilmişdi. Dərman yenə də satışa buraxıldı və dövrün ən çox satılan məhsullarından oldu. Zamanla saylar artmağa başladı. Körpələrin əlləri və ayaqları inkişaf etmir, qasıqdan və ya çiyindən qolsuz-ayaqsız deformasiya əlamətləri üzə çıxırdı. Körpələrdə korluq və karlığa da rast gəlinirdi.
  
TİBB ETİKASI VƏ NASİST HƏKİMLƏR EYNİ CÜMLƏ İÇİNDƏ
Henrix Mükter (1914-1987) Hitlerin ari irq çalışmalarının həvəsli həkimlərindən biri idi. Tif xəstəliyi üçün peyvənd yaratmaqda olan Mükter bunun uğrunda yüzlərlə məhkumun ölümündən də günahkar idi. Tif virusu vücud xaricində yaşamadığı üçün nasistlərin əsir aldıqları məsum insanlar üzərindən sınaqdan keçirilirdi. Bu psixopat həkim yüz minlərlə insanın həyatını kabusa çevirən "Contergan" adlı dərmanın da yaradıcısıdır.
Boşuna "nasist həkimlər" demirik. Talidomid layihəsinin başında duran adam nasistlərin ittiham edildiyi Nürnberq məhkəmələrində hökm geyinmiş Otto Ambrosdur.
Əslində "Grünenthal" firmasının tarixində nasistlərin yeri çok ayrıdır. Firma birbaşa Nasist Partiyası üzvü Vits qardaşlar tərəfindən parfüm və təmizlik məhsulları yaradan bir kimya şirkəti olaraq quruldu. Bu şirkət müharibədən sonra nasistlər üçün gizli cənnət olacaqdı.
Aaxen müharibədən sonra nasistlərin Cənubi Amerikaya qaçış marşrutu üzərində idi. Brüssel və Hollandiya bağlantılı bu xətt yerli xalq tərəfindən qaçışı simvolizə edən "siçan marşrutu" olaraq adlandırılırdı. 
 

QÜSURLU DOĞUM SAYINDA ANLAŞILMAYAN ARTIMLAR
Bütün dünyada sayı artır, amma qüsurlu doğumların səbəbi tam olaraq bilinmirdi. Zaman keçdikcə gözlər "Contergan"a çevrilsə də, "Grünenthal" ittihamları rədd edir, hətta üstünü qapatmağa çalışırdı.

HAMİLƏLİYİN İLK 3 HƏFTƏSİNDƏ ÖLÜMCÜL XƏTA
Dərman satışa çıxdıqdan 4 il sonra 1961-ci ildə hamburqlu uşaq həkimi olan Vidukind Lens tərəfindən mərcək altına alındı.
Lens özəlliklə erkən hamiləlik dövründəki Talidomid istifadəsini və qüsurlu doğumlarla bağlı sübutları "Grünenthal"a təqdim etdi. Noyabr ayının ortalarına doğru firmanın artıq qaçacaq dəliyi qalmamışdı. "Contergan" satışdan yığıldırılmağa başlandı.

NASİSTLƏR BİR DAHA MƏHKƏMƏDƏ
Məhkəmə işləri açılmağa başlanır. İlk məhkəmə işi 1970-ci ilin aprelində yekunlaşır. "Grünenthal" dərmanın yıxıma uğratdığı ailələrə toplam 100 milyon mark ödəməyə məhkum edilir.

HƏYATDA QALANLAR ÜÇÜN ÖMÜR BİÇMİŞDİLƏR
Bugün Almaniyada yaşları 48-52 arasında dəyişən təxminən 2.700 "Contergan" qurbanı yaşayır. "Grünenthal"ın xəstə yaxınları və xəstələrə qarşı vurdumduymazlığı səbrləri çoxdan daşdırmışdı.
Olaydan haradasa 50 il sonra firma tərəfindən gələn ilk üzr məmmun edici deyildi. Klaudiya Şmidt-Herterix adlı qurban "Bizim ən çox 18 yaşımıza qədər yaşaya biləcəyimizi təhmin edirdilər" deyir.
AZAD QAÇIB OYNAMAĞA HƏSRƏT
İlk qurbanlar durumu eyni zamanda ən faciəli olanlardır. Qüsurlu doğulan körpələrdə problemin nə olduğu bilinmədiyi üçün dəqiq diaqnoz qoyulmur və bəziləri 5-6 yaşlarından sonra zehni əngəlli ola biləcəkləri səbəbi ilə ağıl xəstəxanalarına yazdırıldılar.
Əslində zehni olaraq heç bir problemi olmayan uşaqlar xəstə uşaqlarla eyni koğuşlarda qalmaq durumunda qalır və onlarla oxşar müalicələrə məruz qalırdılar.
HƏR ŞEY ÜÇÜN ÇOX GECDİR
Dərmanın Almaniyadakı təsirləri sübut olununca xəbər dünyada sürətlə yayılır. İngiltərədə dərmandan istifadə edən körpələrdə həyatda qalma faizi 1-ə 10 səviyyəsindədir. Yəni yaşayan yaşayan hər körpəyə qarşı 10-ü ölür.
Bugün İngiltərədə Talidomid istifadəsi ilə bağlı problemlər yaşayan 470-dən çox xəstə var. Kanada, Avstraliya və Yeni Zellandiyada qüsurlu doğumların yanında hökümətlərin anlaşılmaz sərt tutumu hüquqi mübarizədə son dərəcə çətin proseslər yaradır.
İNSANOĞLUNA DÜŞMƏN QƏRİBƏ DÜNYA
"Grünenthal" fantastik tarixinə rəğmən bugün hələ fəaliyyətdə olan 2012-ci il rəqəmləri ilə 975 milyon avro gəliri ilə böyük şirkətdir. Firmanın mərkəzi hələ qurulduğu yer olan Stolberq şəhərindədir. Şəhər eyni zamanda "Talidomid uşaqları" deyilən qurbanlar tərəfindən tez-tez ziyarət edilir. Firma işçilərinin qurbanlarla dialoqa girməsi qadağandır. Stolberqə gələn qurbanların bir çoxu artıq firmanın mühafizləri tərəfindən avtomobillərindən belə tanınır. Əlbəttə ki, onların içəri girməsi tamamilə qadağandır.

MƏTBUAT AZAD OLANDA, YAYIM QADAĞASI OLMAYANDA...
2007-ci ildə çəkilən "Contergan" filmi böyük əks-səda doğurur. Dosye təkrar açılır, qurbanların geri qalan həyatları və baxımları üçün yenidən dəyərləndirmə aparılır. Məhkəmə "Grünenthal"ı 50 milyon avro ödəməyə məhkum edir. Bunun səbəbi olaraq həyatda qalan qurbanlar üçün öncəki ödənən təzminatın tükənmiş olması göstərilir.
MODERN TİBBİN UTANC ABİDƏSİ
Stolberq şəhərində ölən uşaqların və şikəst qalan xəstələrin xatirəsinə bürünc heykəl ucaldılır. Firmanın 50 ildir xəstələri və ailələri görməzdən gəlmə səyi bir üzr nitqlə təsəlli edilməyə çalışır. Hətta heykəlin pulunu ödəməyi təklif edən firmaya bir daha sərt reaksiyalar gəlir.
TALİDOMİD GÜNÜMÜZDƏ DƏ SATIŞDADIR.
Talidomid bugün satışdadır və çox önəmli işlərə yarayır. Bu maddədən cüzzam və xərçəng çeşidlərində, hətta QİÇS müalicəsində belə istifadə edilir. Talidomiddən hamilələrin istifadə etməməli olduğu dərman kapsulların üzərində belə qeyd edilir. Bu olayın arxasında dərman istehsalı və sınaqlarında yeni standartlar müəyyən edilir.

BONUS: TOMAS KVASTHOFF
Bugün dünyanın ən yaxşı Bax şərhçilərindən biri olaraq göstərilən, "Grammy" mükafatlı, bas-bariton sənətkar, 1959-cu il doğumlu Tomas Kvasthoff Talidomidin ilk qurbanların arasındadır. Heç bir zehni problemi olmamasına rəğmən vücuduna görə iri başı, qol və ayaq sümüklərinin inkişaf etməməsi səbəbi ilə uşaq yaşda ruh və əsəb xəstəlikləri xəstəxanasına yazdırılmışdı.
Məşhur sənətkar o dövrü həyatının ən böyük kabusu olaraq xatırlayır. Alman lied-ləri mövzusunda mütəxəssis olan Tomasın eyni zamanda cazz albomları var.Hanns Eisler School of Music də professor olan məşhur sənətkar bugün hələ xəstəliyin verdiyi narahatlıqlardan dolayı konsertlərini ləğv etmək məcburiyyətində qalır.

0 comments :

Post a Comment