Sunday 17 March 2019

Klimtin "Öpüş"ü


1862-ci ilin 14 iyulunda doğulan sənətkar 1918-ci ilin 6 fevralında həyata vida etmişdi. Bu müddət içində Qustav Klimt həm əsərləri, həm də şəxsiyyəti ilə müasir incəsənətin simvol adlarından biri halına gəlmişdi.

Avstriyalı rəssam Vyana yaxınlarındakı Baumqarten şəhərətrafında doğuldu. Atası zərgərliklə ailəsini dolandırırdı. Atasının peşəsi heç şübhəsiz Qustav Klimtin incəsənətinə təsir edən ünsürlərdən biridir.

1876-cı ildə Vyana İncəsənət Məktəbinə getmiş və buradan məzun olduqdan sonra 1886-1892-ci illər arasında Burqteatr ilə Vyana İncəsənət Tarixi Muzeyində divar rəsmləri çəkmişdi. Yenə bu dövrdə “Alleqoriyalar və emblemlər” adlı sərgilərə də qatılmışdı. Bu çalışmalarında isə qadın obrazından və qızıl rəngdən sıx istifadə etməkdədir.

Qustav Klimt 1897-ci ildə gənc sənətkarları ətrafında toplamış və yeni hərəkat başlatmışdı. Bu hərəkat Vyana İncəsənət Məktəbindən ayrılan sənətkarlar tərəfindən başlayaraq “Secession” adını almışdı. Qustav Klimt bu illərdə çəkdiyi rəsmlərində cəsur erotizmdən istifadə etmişdi.

Qısa müddət sonra “Secession” qrupu ilə birlikdə bir sərgi açaraq bu sərgi üçün Bethovenin 9-cu simfoniyasına ithafən bir friz hazırlamışdı. Bu frizlərdə çəkdiyi qadın obrazları çılpaqdı və bu çılpaq qadınların doğurqanlıq özəlliklərini ön plana çıxaracaq şəkildə çəkmişdi. Bu doğurqanlıq isə o dövrdə əbədiliklə  əlaqələndirildi.


1902-ci ildə yaratdığı bu əsərdə ştukaturka və müxtəlif vəsaitlərdən istifadə etdi. Frizin uzunluğu 34, 14 m, yüksəkliyi isə 2,15 m-dir. Bu rəsmdə obraz olaraq seçdiyi qızıl qadınlar, erotizm və qızıl elementləri daha sonra yaradacaq və sənətkarın şah əsəri olaraq bilinən “Öpüş” adlı əsərində də inkişaf etdirilmiş olaraq qarşımıza çıxacaqdı.

Klimt bu dönəmdə simvolizm və modernizm cərəyanlarından olduqca təsirlənərək bu cərəyanları yaymaq üçün böyük səy göstərmişdi.

“Öpüş” Klimtin Avropanın ən qeyri-adi rəssamlarından biri olduğunun sübutudur. Klimtin eşqə, ehtirasa və erotizmə çox güclü şəkildə bağlı olduğu bilinməkdədir. Özəlliklə sevdiyi 2 şey vardı: Biri qadınlar, digəri pişiklər.

Özəlliklə qızıl qadınları sevdiyini və buna görə obraz olaraq seçdiyini bilirik. Klimt ilə eyni dövrdə yaşayan bir çox incəsənət tənqidçisi atelyesində onu izləmək fürsəti tapmışdılar. Bu şəxslər Klimtin çox güclü cinsi impulsları olduğunu və cinsəlliyə düşkün olduğunu qeyd etmişdilər.

Bunu başqalarından öyrənirik, çünki Klimt həyatı boyunca səssiz insan olaraq tanınmış və əsərləri haqqında hər hansı yazı yazmamışdı. Sadəcə sənətini deyil, düşündüklərini də yazmağı rədd etmişdi.

Ona görə biri Qustav Klimti tanımaq istəyirsə, rəsmlərinə baxmalıdır. Ayrıca dövrün Vyanası da Klimt əsərlərini analiz edərkən diqqətə alınmalıdır. Vyanada rəsm çəkdiyi dövrdə cinsəllik populyardır.

Sadəcə cinsəllik baxımından da deyil, bir çox sənətkar və elm adamını olması baxımından elm və incəsənət mərkəzi olaraq da tanınmaqdadır.

Cinsəlliyin incəsənətə bu qədər təsir etdiyi dövrdə Klimt kimi sənətkarı da təsir etməməsi haradasa mümkün deyil. Onu tanıyan və atelyesini ziyarət edən şəxslərin ifadələri də bunu dəstəkləyir.

O dövrdə incəsənət tənqidçiləri Klimtin atelyesində bir çox qadının tənbəl şəkildə öz hallarına buraxıldığını və Klimtin bu qadınları izləyərək anlıq eskizlər çəkdiyini yazırlar.

Klimt o qədər şorgözdür ki, beyin qanaması nəticəsində həyata gözlərini yumduğunda 14 qadın miras davası açmış və 4-ü bu davanı qazanmışdı.

“Öpüş” isə eşqin rəsmidir. Zatən ilk dəfə sərgiləndiyində adı “Öpüş” deyil, “Aşiqlər” olaraq yazmaqdaymş. Əsər günümüzdə çox məşhur simvol halına gəlmişdi.

Saysız reproduksiyası vardı. Açıqcaları, əşyaları və kopyaları ilə böyük ikonadı. Eşqin və şəhvətin ikonası.

1905-ci ildə qurucularından biri olmasına rəğmən “Secession” qrupundan bəzi üzvlərlə yaşadığı anlaşmazlıqlardan dolayı ayrıldı və qısa müddət sonra 1907-1908-ci illərdə şah əsəri olaraq tanınan “Öpüş” yaratdı.

Əsər 180 x 180 sm ölçülərindədir. Kətan üzərində yağlı boyadan istifadə edilərək çəkilmişdi. Günümüzdə Vyanada Beldever sarayındakı muzeydə sərgilənən bu rəsm incəsənət tarixinin ən məşhur əsərlərindən biridir.

İndi rəsmi analiz edək. Biri qadın, biri kişi 2 obraza baxın. Bir araya gələrək maraqlı cismə çevrilmişdilər. Sanki yeni orqanizm yaratmışdılar. Rəsmdəki obrazlar öpüş sırasında özlərini itirmiş kimidirlər. Ətraflarında olan hər şey yox olmuş və qızıl kimi parıldayan dünyaya keçid etmişdilər.
Klimt perspektivlikdə haradasa heç uğraşmamış və bunun yerini bəzəməyə olduqca sıx səy göstərmişdi. Bu bəzəmələrdə və detallarda simvolizmin güclü təsirini görürük. Qadın obrazının vücud xətləri və ombaları aydın çəkilmişdi.

Daha öncə bəhs edildiyi kimi bu xətlər və dolğunluq doğurqanlığı, doğurqanlıq isə əbədiliyi simvolizə etməkdədir. Ayrıca antik dövrdə yenə doğurqanlığın simvolu olan ürək yarpağının budaqları hər yerə sərpişdirilmişdi.

Bu budaqlar qadının ayaqlarına erotizmi çağrışdıracaq biçimdə dolaşmaqdadır. Klimt bu səhnəni mifoloji səhnəni işləyir kimi işləmişdi, çünki həddindən artıq müqəddəs görməkdədir. Qadın və kişi obrazları geyimlərinin işləmələri ilə bir-birindən ayrılmışdı.

Qadında dairəvi motivlər, kişidə isə köşəli və ya düzbucaqlı motivlər görürük. Bunların bir şəkildə kişilik və qadınlığı simvolizə etdiyi düşünülür.

Əsərin ən önəmli özəlliklərindən biri də qızıl istifadəsidir. Bunda atasının peşəsi təsirlidir, amma birbaşa deyil. Atasından əl bacarığı mövzusunda izləyərək və ya sınayaraq bir şeylər qapmış ola bilər.
Ancaq əsl olaraq İtaliya gəzintisi sırasında Ravenna olan San-Vitale kilsəsində gördüyü qızıl mozaiklərdən olduqca təsirlənmişdi. Klimt “Öpüş” rəsminin mifoloji və müqəddəs rəsm olmasını istəmiş və bu səbəblə Ravennada cənnəti simvolizə edən bu qızıl mozaiklərdən istifadə etməyə qərar vermiş olmalıdır.

Rəsmdə “qızıl vərəq” texnikasından uğurla istifadə etmişdi. Atasının təsiri də bu texnikanın istifadə formasından ortaya çıxmışdı. “Qızıl vərəq” üçün 8 fərqli üsuldan istifadə etmişdi. Ayrıca rəsmi 3 ölçülü göstərə bilmək üçün ştukaturkadan da istifadə etmişdi.

Rəsmdə zaman və ya məkan bəlli deyil. Obrazlar eşqin və öpüşün təsiri ilə reallıqdan qopmuş kimidirlər. Amma yenə də rəsmdə qəribə gərginlik var.


Bu 2 obraz bir uçurumun kənarına yerləşdirilmişdi. Bizə bu gərginliyi hiss etdirən də böyük ehtimalla bu təhlükədir. Ancaq Anjelika Baumerin mövzuyla bağlı fərqli düşüncəsi var. Baumer rəsmdəki qadının zorla öpüldüyünü düşünür.

Bunun üçün rəsmə daha diqqətli baxmağınız lazım olduğunu deyir. Kişi qadında tam bir hakimiyyət qurmaq üçün 2 əlindən də istifadə etmiş və qadının üzərinə doğru, vücudu narahat pozada əyilmişdi.

Kişinin bu formada rahat olduğu düşünülə bilməz. Qadının özünü geri çəkməsi bunu təmin etmiş ola bilərmi? Baumerin düşündükləri bu qədərlə məhdudlaşmır. Məsələn, qadının kişinin çiynində duran əlinə baxın.

Əlini yumruq kimi etmiş və barmaq uclarını içinə doğru qapatmışdı. Baumer sevən qadının o durumda əlini açaraq kişiyə toxunacağını, ancaq buradakı obrazın toxunmaq istəmədiyini deyir.

Baumerin diqqət çəkdiyi ən önəmli nöqtə isə qadın obrazının ağzının qapalı olmasıdır. Sanki kişi qadının dodağından son anda yanağına keçir. Klimtin öncədən çəkdiyi qadın obrazlarının hamısının ağzı bir az açıqkən burada qapalı olmasının səbəbi kişinin onu zorla öpmək istəməsi ola bilərmi?

Bu, beyin qarışdıran bir nöqtədir. Qulağa da məntiqli gəlir. O zaman Klimt əsərə ilk başda niyə “Aşiqlər” adını qoydu? Sizcə bu 2 obraz həqiqətən bir-birinə aşiqdirmi? Yoxsa rəsmdə kişinin şəhvətinə qarşı qoymağa çalışan bir qadıb obrazı var?

Qustav Klimt əsərləri ilə müasir incəsənətin ən önəmli fiqurlarından biri halına gəlmişdi. Ayrıca Oskar Kokoşka və Eqon Şile kimi rəssamlara ciddi şəkildə təsir göstərmişdi.

0 comments :

Post a Comment