Thursday 14 March 2019

Fransız burjuaziyası səhər yeməyində



İmpressionist rəssamlar düşünüldüyündə ağla gələn ilk adlardan biri olan Pyer-Ogüst Renuarın “Avarçəkənlərin səhər yeməyi” adlı əsəri 1880-1881-ci illər arasında tamamlanmışdı. Renuar gec dönəm əsərlərindən biri olan bu rəsm üçün sərin yay günündə dostlarının səhər yeməyinə qonaq olmuşdu.

Rəsmə mövzu olan yer-avarçəkənlər arasında olduqca məşhur məkan olan Parisin qərbində Sena çayı üzərində yer alan “Restaurant Fournaise”dir.

Renuar bu əsərində erkən dövrlərindəki impressionist şəhər mənzərələrindən uzaqlaşdığı və daha fərqli mövzudan istifadə etməsi görülməkdədir. Eyni zamanda rəssamın ən məşhur əsərlərindən biri olan “Mulen de la Qalettdə rəqs gecəsi” əsərində görülən sərbəst uclu və dağınıq fırça zərbələrinin yerini burada daha kəskin və kontorlu xətlər almışdı.

Renuarın xarici məkandan bir parça verdiyi bu əsəri bənzərlərinə görə olduqca böyük ölçülərdə çəkilmişdi. Bu səbəblə 1,3m x 1,73sm ölçülərində olan bu əsərin açıq havada başlanmış olmasına rəğmən studiyada bitirildiyini düşünülməkdədir. Rəssamların açıq havada rəsm çəkərkən qarşılaşdığı əsinti və kontrolsuz işıq kimi problemlərdən dolayı belə üsul izləməsi olduqca yayğın durumdur.
Əsəri analiz etməyə başlasaq, ilk diqqətimizi çəkən rəsmin əsasındakı romantik və emosional hava olacaq. Renuarın rəng istifadəsi bizə o əsintili qayıq gəzintisini hiss etdirəcək qədər uğurludur

Rəsmin əsasına hakim olan mavi və narıncı tonları bizə işığın dramatik təsirini hiss etdirir. Ayrıca əsərdə yer alan qədəh və şüşələrin də işıq istifadəsi haqqında məlumat verdiyi görülür. Şüşənin parlaqlığını və kölgələrini ifadə etmək üçün mavi, bənövşəyi və bəyaz tonlardan istifadə edilib.
Məkan hər nə qədər açıq havada olsa da, qonaqlarımızın üstünü örtən tent işığın birbaşaa onlara çatmasına əngəl olur. Bundan ötrü rəsmə əsasən qapalı məkanda yer alırmış kimi hiss etməyimizə səbəb olan bir hiss hakimdir. Ancaq rəsmin son üst köşəsindən görülən kiçik yelkənlilər bizə harada olduğumuzu xatırladır.


Rəsmdə yer alan şəxslərə keçdiyimizdə obrazların Renuarın yaxın dostları olduğunu görürük. Rəsmin ön qismində yer alan 2 müəyyən obraz geyimləri ilə digərlərindən ayrılır. Bu 2 obrazdan biri solda məhəccərə söykənərək gözləyən obraz restoran sahibi Alfons Furnez, sağda oturan isə impressionist rəssamlardan olan və eyni zaman avarçəkən olan Qustav Kaybottdur.


Rəsmdə Renuar üçün önəmli olan biri daha yer alır. Masada oturanlardan narıncı çiçəkli şlyapası sayəsində ayrılan gözəl qadın rəssamın sevgilisi Alina Şariqodan başqası deyil. İrəlidə rəssamın arvadı olacaq bu qadın önündəki köpəklə oynayarkən əylənir.


Rəsmdə bu 3 obrazın xaricində sosiallaşan və flirt edən qələbəlik görürük. Gözəl və sərin yay günündə havanı dəyərləndirən bu qələbəlik ləzzətli yeməklər və şərablarla gözəl vaxt keçirirlər. Renuar rəsmdəki bu qarışıqlığı bizlərə nazik və dramatik şəkildə göstərmək üçün fırça zərbələrindən və rəng paletindən istifadə edib.

Digər əsərləri ilə müqayisədə daha tutarlı və kəskin fırça zərbələrdən istifadə etməsi bizə fiqurların 3 ölçülü quruluşunu xatırladır. Məsələn, öndə yer alan Qustav Kaybottun dirsəyi haradasa rəsmdə kənara çıxacaq qədər öndə durur.

Bunun xaricində bizə təqib edə biləcəyimiz bir rəng paleti təqdim edən Renuar tentdə işlətdiyi narıncı rəngini bəzən Alinanın şlyapasındakı çiçəkdə, bəzən də arxada məhəccərə əyilərək gözləyən gənc qadın Alfonsina Furnezin geyimindəki lentdə işlətməyi seçmişdi.

Eyni zamanda öndə yer alan fiqurlar arasında yenə təqib ediləcək olan baxış zənciri var. Masada oturanların üzərinə əyilən ayaqdakı kişi obrazı-jurnalist Antonio Maciolo önündəki qadına-model, müğənni, aktrisa Anjel Leqoya, Anjel gənc rəssam Kaybotta, Kaybott isə Şariqoya baxır.

Açıq havada poza verən bu şəxslərin yaratdığı hərəkətli kompozisiyaya bəzi keçik detallar əlavə olunmuşdu. Məsələn, qələbəliyin üstünü örtən tentin qayığa sallanan kənarları irəli-geri yellənərək buzə xəfif əsintini göstərir. Ayrıca rəsmin diqqət nöqtəsində 2 xətt üzərindən birləşən üçbucaq uclu form görünür. Məhəccərin yaratdığı xətt masanın sağında yer alan qadıını əlinin uzatdığı istiqamətdən gələn xətlə birləşir. Renuarın sahə illüziyasını yaratdığı bu detalı klassizmə göndərmə etmək üçün istifadə etdiyi düşünülür.


Alina Şariqo- Renuarın modeli və gələcək həyat yoldaşı
Anjel  Leqo- model, aktrisa və müğənni
Alfonsina Furnez- "Furnez restoran" sahibinin qızı
Ellen Andre - Manenin, Deqanın, Renuarın modeli və aktrisa
Janna Samari - Renuarın modeli və aktrisa

Alfons Furnez -"Furnez restoran" sahibib oğlu
Pyer Lestrenqe - DİN işçisi və Renuarın dostu
Pol Lot - Renuarın dostu, macəra həvəskarı, jurnalist və yazar
Jül Laforq - Simvolisr şair və tənqidçi
Antonio Maciolo - italyan jurnalist
Qustav Kaybott- rəssam və kolleksioner
Şarl Yefrussi - kolleksioner, müəllif və naşir
Raul Barbye - baron, müharibə qəhrəmanı və Sayqonun (indiki Hoşimin) keçmiş meri

0 comments :

Post a Comment