Sunday 24 February 2019

Vermeerin "qara qutu"su: Rəssamlığın alleqoriyası

Daha çox “Mirvari sırğalı qız” əsəri ilə tanınan Yan Vermeerin 1666-1667-ci illər arasında tamamladığı “Rəssamlığın alleqoriyası” adlı əsər rəsssamın əsl şah əsəri sayıla bilər.

Vermeer barokko üslubundakı bu əsərində rəsm çəkməkdə olan bir rəssamı və onu modelini əks etdirmişdi. Əsər yaşadığı bütün çətinliklər, ehtiva etdiyi gizli simvollar və işlətdiyi fövqəladə işıq texnikası sayəsində rəssamlıq sənətində unikal yer tutmağı bacarmışdı.

1632-ci ildə Hollandiyanın Delft şəhərində dünyaya gələn sənətkar gənc yaşda Katarina Bolnes ilə evliliyindən 11 uşaq sahibi olur. Bu qələbəlik ailəni keçindirmək üçün çox çalışması lazım olsa da, o dövrlərdə rəsmdən pul qazanmaq olduqca çətindir. Ancaq buna rəğmən yaradıcılığa davam edən rəssamın əsərlərində evin gurultulu və hərəkətli quruluşunun əksinə olduqca dinc və sakitləşdirici hava hakimdir.

Dövrün varlı ailələrinin dini və mifoloji elementlərindən daha çox xalqdan kəsimin gündəlik həyatını mövzu alan tablolarla evlərini bəzəməsi rəssamlar arasında rəqabət ortamı yaradır. Vermeer isə bu dövrdə rəqiblərindən üstün ola bilmək üçün bütün bacarığını ortaya qoyaraq ev daxili görüntülərdə peşəkarlaşmağı seçir.

Potensial müştərilərin rəssamları əsərlərini yaradarkən izləmək üçün ziyarət etməsi o dövrlərdə olduqca məşhur idi. 1663-cü ilin yayında fransız diplomat bu tərz ziyarətlə Vermeerin qapısını döydüyündə əlində istinad olaraq göstərə biləcəyi heç bir əsəri yox idi. Diplomat ilə yaşadığı bu uğursuzluğa təəssüflənən Vermeer bir müddət sonra “Rəssamlığın alleqoriyası” adlı şah əsərini ortaya çıxarır.

Kiçik ölçülərdə çəkdiyi “Mirvari sırğalı qız” və “Tərəzi tutan qadın” kimi əsərlərinin əksinə “Rəssamlığın alleqoriyası”nda 120smx100sm ölçülərində böyük ölçüdə işləməyi seçir.  Özü üçün olduqca önəmli yerə sahib olan və yaşadığı çətin dönəmlərə rəğmən heç vaxt satmağa çalışmadığı bu əsəri 6 ay kimi uzun müddətdə tamamlayır. Rəsm çəkərək pul qazanmağa çalışan orta gəlirli  bir rəssamın heç zaman satmağı düşünmədiyi bir əsərə bu qədər vaxt xərcləməsi alışılan durum deyil. Bundan dolayı rəssamın bu əsəri öz əsəri olaraq gördüyü və yeganə qəbul etdiyi düşünülə bilər.


Rəsmi incələməyə başlasaq, ilk gördüyümüz bir rəsm atelyesinə qonaq olduğumuzdur. Solda qıvrılaraq açılan pərdə arxasından içəridə olub bitənləri izləyənləri salamlamaqdadır. Adətən teatr səhnəsini xatırladan bu görüntü bizə bir-birindən fərqli bir çox şey göstərməkdədir.

Əsərlərində tək bir qadın fiqurundan istifadə etməyi alışqanlıq halına gətirən Vermeerin bu əsərində də qadın fiqur görürük. Ancaq bu dəfə model tək deyil, onu çəkən rəssamı da arxası dönuk olaraq görürük.


Mavi don geyinmiş model gözlərini utancaq şəkildə həm rəssamdan, həm də izləyicidən qaçırır kimi görünür. Əlində truba və kitab tutan qadın eyni zamanda dəfnə yarpaqlarından düzəlmiş tac da taxmaqdadır. Modelin gözəl qiyafətinə paralel olaraq rəssamın da dövrün son dəbinə uyğun qiyafət geyindiyini görə bilirik. Zolaq-zolaq uzanan qıvrımlı yeləyi və zərif şapkası ilə çalışan rəssamın bu görüntüsü işinə nə qədər önəm verdiyini göstərir.


Eyni zamanda masanın üstündə olan maska və divarda yer alan xəritə - heykəl və çap sənətlərinə edilən simvollar olaraq qarşımıza çıxmaqdadır.

Vermeer işığı ən yaxşı şəkildə istifadə edən rəssamlardan bir olaraq bu əsərində də təsirli işıq istifadəsinə imza atmışdı. Modelin üzünə vurran işıq, eyni zamanda masanın üstünü, yerdəki kafelləri aydınlatmaqda, hətta kürsünün metal səthlərində belə kiçik parıltıyla görülməkdədir.

Vermeerin digər əsərlərin incələndiyində rəsmlərində bəzi dəyişikliklərə getdiyi və çəkdiyi motivləri qapadaraq rəsmdən çıxartdığı fərq edilmişdi. Ancaq “Rəssamlığın alleqoriyası”nda bu duruma rast gəlinmir. Hətta əvvəlcə çəkməsi gözlənilən arxadakı divarı öndəki şamdan çılçıraq və stuldan sonra işləməyi seçmişdi. Bu durum da Vermeerin bu əsər üçün qüsursuz plan hazırladığı və ona ən yaxşı şəkildə bağlı qaldığı deyilə bilər.

Vermeerin çox əsərində mövcud olan bu dərinliyi yaxalamaq üçün hansı texnikalara müraciət etdiyi hələ tam olaraq anlaşılmamışdı. Rəssamın hansı texnikadan istifadə etməsinə dair fərqli ehtimallar üzərində durulmaqdadır.


Bunların ilki: Fotoaparatın icadından çox uzun zaman öncə inkişaf etdirilən “Camera Obscura” adlı alətdən istifadəsi ehtimalıdır. “Qara qutu” olaraq da bilinən bu alətdən eynən fotoaparat kimi 3 ölçülü nəsnələri 2 ölçülü görüntülərə çevirmək üçün istifadə olunurdu. Arxada yer alan xəritənin orijinal ölçülərinə uyğun gəlməsi və nəsnələrin realist işlənməsi ağıllara Vermeerin bu cihazdan istifadə etməsi ehtimalını gətirməkdədir.


Ancaq yerdə olan kafellərin o dövrdə yaşayan orta gəlirli rəssamın atelyesində olmayacaq qədər bahalı olması əks etdirilən bu anın rəssamın fantaziyası ola biləcəyini düşündürməkdədir. Eyni zamanda rəssam və modelin mütənasibsiz biçimdə çəkilmiş olması bu anın və məkanın real ola bilməyəcəyini düşündürən 2-ci ehtimalı gücləndirir.


Əsərdə fərq edilən diqqətçəkici digər ünsür isə divarın üstündə, modelin əlinin altında görülməkdədir. Əsərin orijinal halında görülən bu kiçik dəliyə Vermeerin daha 17 əsərində rast gəlinir. Bu dəlik o zamanlar tez-tez istifadə olunan bir texnikaya xidmət etməkdədir. Bu texnikaya görə dəliyə ucuna ip bağlanmış çertoj nöqtəyə yerləşdirilir. Ardınca ip təbaşirlənib gərildiyində perspektivdə lazım olan sıralanmanı etmək üçün istifadə olunur. Vermeer bu texnika sayəsində rəsmdəki nəsnələri qüsursuz perspektivdə yerləşdirməyi bacarmışdı.


Ayrıca uzun illər boyu modelin əlindəki nəsnlər kimi simvolik elementlər açıqlanmamışdı. Ta ki fransız incəsənət tarixçisi rəsmdəki modellə bağlı qəribə faktı ortaya çıxarana qədər. Tarixi şəxslər haqqında bir simvollar lüğəti olan Çezare Ripanın “Iconologia” adlı əsərində bir əlində truba, digər əlində kitab tutan, dəfnə yarpaqlarından düzəldilmiş tac taxan şəxs “Kleio” adlı ilham pərisindən danışılmaqdadır. Əlində tutduğu truba şanı simvolizə edərkən kitab müdriklik anlamı daşımaqdadır. Dəfnə yarpağından düzəldilən tac isə qələbəni və əbədi həyatı simvolizə etməkdədir. Rəsmdəki rəssamın da Kleyonu tacından başlayaraq çəkdiyi görülməkdədir.


Katolik flamand olan Vermeerin bu alleqorik fiqur xaricində çilçıraqda istifadə etdiyi cüt başlı qartal simvolu isə katolik Habsburq sülaləsini təmsil edir. Şamdanda mumun olmaması isə bu sülalənin Hollandiya üzərindəki təsirini itirməsi anlamına gəlir. Ayrıca arxadakı divarda yer alan xəritə də katolik Hollandiyanın xəritəsidir.

Vermeer 1675-ci ildə dünyasını dəyişdikdən sonra əsər həyat yoldaşı tərəfində uzun müddət saxlanmışdı. Təkrar gün üzünə çıxması isə yerli rəqiblərindən biri olan Piter de Xoxun Vermeerin imzası üzərində öz imzasını ataraq əsəri satması ilə oldu.


Ardınca əsərin Vermeerə aid olduğunun ortaya çıxması və fotoqrafçılığın yayılması ilə əsərin önəmi anlaşılır. XX əsrə gəldiyində isə əsər Vyananın ən hörmətli əsəri olmağı bacarır. Ancaq olaylar bununla kifayətlənmir və İkinci Dünya Müharibəsində nasistlərin Avstriyanı işğalından sonra tarixin doymaq bilməyən kolleksioneri tərəfindən ələ keçirilir. Bu şəxs Hitlerdən başqası deyil. Hitler əsəri Münhenə apararaq planladığı nəhəng incəsənət qalereyasının bir parçası olması üçün 8000-i keçən digər əsərlərlə bərabər saxlayır. Hitlerin ölümündən sonra əsərlərin sahiblərinə qaytarılması sayəsində “Rəssamlığın alleqoriyası” Vyanaya qayıdır.

Günümüzdə Vyana İncəsənət Tarixi Muzeyində sərgilənən Vermeerin bu “yeganə” əsəri yaşadığı bütün çətinliklərin ardınca sirri və gözəlliyi ilə yeni izləyicilərini gözləməkdədir.


0 comments :

Post a Comment