Monday 18 February 2019

Qaçış əməliyyatı


İkinci Dünya Müharibəsinin əvvəlləri. Fransanın işğalından sonra Marseldə Amerika ziyalıların da olduğu kiçik qrup bir çox sənətkar və ziyalının qaçışını təşkil edir. Xilas edilənlər arasında kimlər yoxdur?! Hanna Arendt, Andre Breton, Marsel Düşan, Mark Şaqal, Vilhelm Hersoq, Klod Levi-Stross, Henrix Mann, Otto Meyerhoff, Viktor Serj...

25 iyul 1944-cü il. Normandiya əməliyyatının üstündən 2 aya yaxın zaman keçmişdi. Müttəfiq orduları nasist Almaniyasının Atlantik divarını ağır itkilərlə aşmış və irəliləməkdədirlər. Amma itkilər heç cür azaltmaq bilmir, istənilən sürətdə irəliləyə bilmirlər. Alman birlikləri sayca az, hava dəstəyindən məhrum olsalar da, 4 ildir bölgəyə yerləşmiş olmağın avntajına sahibdirlər. Ayrıca başlarında yaxşı general vardı: Ervin Rommel. Rommelin şöhrəti özünə “Səhra tülküsü” ləqəbini qazandıran Şimali Afrika cəbhəsindən gəlir. Fransada qarşısına çıxan güclərin başında ad Rommelə yad deyil: Bernard Montqomeri. Afrikada Rommeli ən sonunda yenməyi bacaran Montqomeri bu dəfə 21-ci İngiltərə ordu qrupunun başındadır.

Montqomeri müttəfiq birliklərinin irəliləməsini sürətləndirmək üçün Rommelin öldürülməsi ya da qaçırılması məqsədi ilə bir əməliyyat keçirilməsini əmr edir. Rommelin qərargahınn harada olduğunu 9 iyunda təsadüfən gələn kəşfiyyat sayəsində bilinir: Parisin 60 km qədər şimal-qərbində, Sen çayının sahilindəki kiçik kənd olan La-Roş-Qiyondakı orta əsr qəsri. Bir təpənin dibinə qurulmuş və zirzəmiləri təpənin içinə doğru irəliləyən qəsri havadan hədəf almağın çox da işə yaramayacağından ötrü ingilislər 7 nəfərlik özəl komandanı paraşütlə bölgəyə endirməyə qərar verirlər. “Gaff” əməliyyatına qatılan komandanın tərkibində kapitan Cek Uilyam Reymond Li var. Li adamları ilə birgə Parisin cənub-qərbinə, La-Roş-Qiyondan 70 km qədər uzağa tullanır. Yerli dirənişçilərlə görüşdükdən sonra meşələrin içindən hədəfə doğru yürüşə keçirlər. Amma 3 gün sonra çatan bir məlumat əməliyyatı ləğv etmələrinə səbəb olur. 17 iyul günü birliklərini ziyarət edən Rommelin avtomobili bir ingilis təyyarəsinin atəşindən qaçmaq istəyərkən yoldan çıxmışdı. Rommel kəllə sümüyündəki 3 çatlaq səbəbi ilə həyati təhlükə altında Almaniyaya qayıtmışdı. (Bir daha da geri gələ bilməyəcəkdi. 20 iyuldakı Hitlerə qarşı sui-qəsd planına daxil olduğu üçün “ya məhkəmə və edam ya da intihar və dövlət mərasimi ilə gömülmə” seçimi qarşısında 2-cisini seçəcək. 14 oktyabr 1944-cü ildə sianid kapsulu ilə intihar edəcək, ölümünün keçirdiyi qəzadan qaynaqlandığı elan edilərək dövlət mərasimi ilə gömüləcəkdi)

Bu xəbəri alan kapitan Li hər halda “boşuna gəlmiş olmayaq” deyərək başqa hərəkat planı cızar. Komandasl ilə alman xətlərini sabotaj etməyə, qatarlara hücum etməyə başlayır. Mant-la-Joli şəhərindəki alman qərargahını gözünə kəsdirir və ingilis, fransız, rus və almanlar ibarət kiçik komandası ilə qələbəlik qərargaha uğursuz hücum etsə də, itki vermədən geri çəkilirlər. Bu əsnada amerikalı general Pattonun 3-cü ordu qrupu Fransanın ortalarına doğru irəliləməkdədir. Bu ordunun xətlərinə çatmaq üçün gəldkləri yoldan geri qayıdırlar, gah meşələrdən keçərək, gah da alman xətlərini keçmək üçün fransız jandarmların təşkil etdikləri uniformları geyinərək 12 avqutda Amerik ordusuna yetişirlər. Li Parisin xilası və alman ordularının Fransadan çəkilmələrindən sonra Almaniya sərhədinə 150 km məsafədəki Lanqrda qurulan bir SAS əməliyyat mərkəzindən müharibəyə qatılmağa davam edir.


Kapitan Cek Uilyam Reymond Linin ləqəbi “qatil”dir. Bu ləqəbin səbəbi nə hələ 18 yaşında ikən yaş mövzusunda yalan söyləyərək qatıldığı Fransa xaricilər legionunda, nə də bu legionla qatıldığı (və qəhrəmanlıq medalı aldığı) Norveçdəki Narvik müharibəsində, nə ölkəsinə qayıtdıqdan sonra Marsel yaxınlarında daxil olduğu hərbi birlikdə, nə də bu birliyin yox edilməsindən sonra saxlandığı Marseldəki Sankt-Nikolas həbsxanasında, nə də həbsxanadan sonra Marseldəki qaçaqçılıq, oğurluq kimi məşğuliyyətlərlə sürdürdüyü qanqster həyatı əsnasında öldürdüyü insanlardır. Tanıdıqları Liyə “qatil” ləqəbi verirlər, çünki ingilis dilini öldürməkdədir. Tipik ingilis adları daşıyan bu əslində fransızdır və əsl adı Raymon Kurodur. Onu ingilis vətəndaşı olaraq və ingilis dilini öldürməyə davam edərək İngiltərə ordusuna bağlı özəl əməliyyat komandasının başında Rommelin izinə düşürən olaylar zənciri 1940-ci ilin sonlarında gəldiyi Marseldə başlayır.

Bir məcarəpərəst olaraq asanlıqla illeqal işlərə qarışa bilən Kuronun həyatı Marseldə qarşılaşdığı amerikalı varlı ailənin qızı Meri Ceyn Qold ilə bərabər fərqli istiqamət alacaqdı.

Avropaya oxumaq üçün gələn və özəl təyyarəsi ilə Avropa ölkələrində dolaşan, saraylarda yaşamağı, lüks mərkəzlərdə tətil etməyi, ballara qatılmağı sevən Meri Ceyn Qold alman işğalına Parisdə şahid olur. Buradan qaçaraq getdiyi Biarris Atlantik sahilində olduğu üçün almanların sürətlə işğal etdiyi yerlərdən biri olunca Amerikaya qayıtmaq məqsədi ilə Marselə keçir. Hələ alman işğalında olmasa da, Vişi rejiminin nəzarətindəki Marsel 1940-ci ildə çox qələbəlik, hər cür qaranlıq ticarətin döndüyü, nasistlərdən qaçanlarla onların izinə düşən hökümət güclərinin və casusların olduğu bir şəhərdir.

Qold burada Sorbonnadan tanıdığı başqa bir amerikalı Miriam Davenport ilə qarşılaşır. Karneqi incəsənət təqaüdü ilə qaldığı Parisdən qaçaraq ən sonunda Marselə gələn Davenport Meri Ceyn Qoldu 2 önəmli şəxslə tanış edir: Birincisi, “qatil”dir və Meri qısa müddətdə ona aşiq olur. İkicisi, Varian Fraydır. 1935-ci ildə jurnalist olaraq getdiyi Almaniyada yəhudilərin yaşadıqlarına şahid olan Fray nasistlərə qarşı qərarlılıqla yazmaqla yetinməmiş, Fransanın işğalı sonrası nasist rejimindən qaçan hər kəsə yardım etmək qərarı ilə Marselə gəlmişdi.

Fray öz ölkəsinin Xarici İşlər Nazirliyi və konsulluqdakı mənfi havayla da mübarizə aparkən bir qrup könüllü ilə birgə leqal və illeqal hər yoldan istifadə edərək nasistlərdən qaçanları Fransadan çıxaran bir şəbəkə yaradır. Çevrəsindəki adamlar arasında Davenport, Marseldə qalmağa qərar verən Qold, gənc akademik olan Albert Hirşman, saxta sənəd mütəxəssisi avstraliyalı Bil Spira var. Fraya ən böyük dəstəyi verən XİN-də hökm sürən yəhudi düşmənçiliyi havası ilə də mübarizə aparan Marsel vitse-konsul IV Hayram Binqemdir. Binqem leqal və illeqal minlərlə vizanı Frayın siyahısındakı adlara təmin edərək çox sayda insanın ölkədən çıxmasına yardım edir.

Meri Ceyn Qoldun sərvəti və ləl-cəvahiratlarını saxta sənədləri satın almaqla, qaçaqları Pireney dağları üzərindən İspaniya və sonra da Portuqaliyaya götürməkdə, qayıqlarda saxlayaraq Şimali Afrika limanlarına və ya Fransa koloniyası Martinika adasına köçürməkdə xərcləyir. “Qatil” də qaçaqçılıq dünyası içindəki mövqeyi sayəsində bu əməliyyatın içindədir. Amma hələ bir qanqster, kontrolsuz məcarəpərəst olaraq zaman-zaman təhlükələr də yaradır.

Bu kiçik qrupun xilas etdiyi etdiyi təxminən 2 min şəxs arasında kimlər yoxdur ki?  Hanna Arendt, Andre Breton, Marsel Düşan, Mark Şaqal, Vilhelm Hersoq, Klod Levi-Stross, Henrix Mann, Otto Meyerhoff, Viktor Serj...

Qold və Davenportun kirayələndikləri Eyr-Bel villası sənədlərini ya da gəmilərini gözləyən qaçaqların toplandığı məkan halına gəlir. Andre Breton və digər sürrealistlər villada və bağçada o dövrün məşhur olan oyunlarını oynayırlar.

Əməliyyat 1941-ci iin payızına qədər davam edəcəkdi. Fray amerikalı və fransız məsulların təzyiqi nəticəsində bu tarixlərdə ölkəsinə qayıdır və sığınacaq axtaran şəxslərə kömək etmək etməyə davam edir.

Davenport daha tez ayrılır. 1940-cı ilin oktyabrında Yuqoslaviya vətəndaşı olan nişanlısını Marselə gətirmək üzrə Lyublyana gedir, amma çox fərqli yollar üzərindən ABŞ-a qayıtmaq məcburiyyətində qalır. Mədəni miras dəyəri daşıyan yerlərin müharibə sırasında təxrib edilməməsi üçün fəaliyyət yürüdür. Qaçqınlar üçün də çalışmağa davam edir.

Qold 1941-ci ildə ölkəsinə qayıdır. Müharibədən sonra vaxtının çoxunu Cənubi Fransada keçirir və “Crossroads Marseille, 1940” adlı xatirə kitabını qələmə alır.

Bəs “qatil”? 1941-ci ilin aprel ayında İspaniya üzərindən İngiltərəyə keçərək De Qoll güclərinə qatılmaq istəyir. Franko rejimi tərəfindən Madrid qatar stansiyasından həbs olunur. 4 ay həbs yatır. Bu arada Marseldə hərbi məhkəmə tərəfindən 10 il həbsə məhkum edilir. Ən sonunda 12 oktyabr 1941-ci ildə İngiltərə çatır. Özəl əməliyyat birliklərinə qatılır, adını dəyişdirir, daha sonra İngiltərə vətəndaşlığını alır. Fransada. Tunisdə, İtaliyada əməliyyatlara qatılır.

Sonra da Rommelin arxasınca düşür.

0 comments :

Post a Comment