Sunday 17 February 2019

Hibakuşa


Atom bombası hücumundan sonra ölənləri qısqanan “yaşayan ölülər”...
.
Hiroşima və Naqasakidə atom bombası hücumundan qurtulanlara “hibakuşa” deyirlər.

Atom qiyamətindən qurtula bilənlər yaralı və çarəsizdirlər. Bombanın səbəb olduğu təzyiqlə səs divarını aşaraq partlayışın mərkəzindən çölə doğru uçuşan cisimlər, tüfəngdən çıxan mərmilər kimidirlər. Təzyiqin və şüanın səbəb olduğu yaralara geridə qalanlar bir şəkildə alışıqdırlar. Amma yaxınlarını, sevdiklərini itirmiş bu yurdsuz, kimsəsiz və yaralı ruhların artıq alışılmaz yeni yaraları var: Şüa yarası. Partlayışın episentrində qalanlar şüaya məruz qalmışdılar.

Yüz minlərlə hibakuşa ömürlərinin sonuna qədər fiziki və ruhi acılar çəkəcək, hətta özlərindən sonrakı nəsil də bu lənəti daşımağa davam edəcəkdi.

Bu yaraların nə olduğu və səbəbi anlaşılmadığından bulaşıcı xəstəliyə məruz qalanlar kimi toplumdan təcrid ediləcək, yalnızlaşacaqlar. Şikəstliklərindən dolayı işləyə bilməyib maddi və mənəvi yoxsulluq yaşayacaqlar.

Hiroşima hücumu sırasında əhalinin 10%-i qədər təxmin edilən koreyalı hibakuşaları durumu daha da vahiməlidir.

Ancaq hibakuşaların hamısı “atom bombası qurbanı” olmağı qəbul etmədi və hibakuşa hərəkatı yaratdılar. “Bundan sonra atom bombası qurbanı olmasın” sloqanı ilə geri qalan həyatlarını atom bombası əleyhinə həsr etdilər. “Nihon Hidanyko” (Yapon atom bombası qurbanları birliyi”) quruldu. Koreyada da “Association for the Korean Atomic Bomb Victims” quruluşu altında toplandılar.

Hibakuşalar hər cür acıya, yalnızlığa, təcridə, mənfiliyə rəğmən yaşamağı seçmişdilər. Hamısı o zaman gənc idi və ailələrini, sevdiklərini, sosial çevrələrini itirmişdilər. Yaralı və yalnız idilər. Bir cəsəd dənizini aşıb çıxmışdılar. Sadəcə bədənləri deyil, ruhları da yaralı idi. Bio-Psixo-Sosial olaraq sözün əsl mənasında bitik idilər. Amma yaşamağı seçdilər və insan olaraq yaşamaq iradəsi və cəsarətini heç vaxt itirmədilər.

Hər zaman atom bombasına qarşı oldular və yaşadıqlarını, hekayələrini dayanmadan paylaşıb insanlığı gedilən bu çılğın yoldan döndərməyə çalışdılar. Buna razı salmaq səylərini heç bir zaman buraxmadılar. Məqsədləri bu bombanın bir daha əsla istifadə olunmamasını təmin etməkdi.

Hibakuşalar düşmənlik, kin, nifrət və intiqam düşüncələrini buraxdılar. Çünki bu duyğular insanlığın sonunu gətirəcək duyğulardır. Güvən və ədalətlə, bütün insanlıq və gələcək nəsillər üçün yaşanıla bilən bir dünya qurula bilməsi üçün kömək etməyə qərar verdilər. 

0 comments :

Post a Comment